İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə15/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   11   12   13   14   15   16   17   18   ...   106

 
 
58 
görə,  əgər  biz  avtomobillərin  artım  dinamikasına  nəzər  salsaq 
görərik ki, 2001-ci ildə 9 min, 2002-ci ildə 13 min, 2003-cü ildə 
21 min, 2004-cü ildə 30 min və 2005-ci ildə 44 min  avtomaşın 
gətirilibdir.  
Bütünlükdə  Azərbaycanda  avtonəqliyyat  vasitələrinin 
ümumi  sayı  610  min  ədəddir.  Bakıda  isə  350  mindən  çoxdur. 
Əgər  şəhərdə  tranzit  şəkildə  hərəkət  edən  maşınları  da  nəzərə 
alsaq,  bu  da  təxminən  60–70  min  ədəd  əlavə  maşın  deməkdir. 
Bir sözlə, bu, şəhər infrastrukturuna çox böyük bir təzyiqdir.  
Onu da qeyd etmək istəyirəm ki, Bakının avtomobil parkının 
sayı  350  min  olduğu  təqdirdə,  son  iki  il  ərzində  100  min 
avtomobil gətirilibdir. Yəni bu onu göstərir ki, son iki il ərzində 
Azərbaycanda  çox  geniş,  irimiqyaslı  işlərin  görülməsi  nəticə-
sində  ciddi  irəliləyiş  baş  vermişdir.  Yenə  də  deyirəm,  avto-
mobillərin sayının artması ümumi inkişaf dinamikasını göstərir 
və bunun mühüm əlamətidir.  
Bir  müddət  bundan  əvvəl  mən  şəhərin  müxtəlif  yerlərində, 
əsas  gərginlik  olan  yerlərdə  vəziyyətlə  şəxsən  tanış  oldum. 
Nəqliyyat  Nazirliyinə  və  Bakı  Şəhər  İcra  Hakimiyyətinə 
müvafiq  göstərişlər  verdim  ki,  qısa  müddət  ərzində  geniş 
proqram  hazırlansın,  müzakirə  olunsun,  təsdiqlənsin  və  biz  işə 
başlayaq.  
Mən  hesab  edirəm  ki,  biz  bu  işləri  iki  istiqamətdə  apar-
malıyıq.  Birincisi  ondan  ibarət  olmalıdır  ki,  yeni  nəqliyyat 
infrastrukturunun  yaradılması  məsələsi  öz  həllini  tapmalıdır. 
Yəni yeni yolların salınması, yolötürücülərinin tikilməsi, nəqliy-
yat qovşaqlarının tikilməsi, yolların genişləndirilməsi, körpülərin 
tikilməsi.  Bu   çox  geniş  proqramdır.  Bakı  şəhərində  10-dan  çox 
dairə  var  və  onların  hamısında  bu  işlər  görülməlidir.  İkinci 
istiqamət  də  mövcud  yolların  genişləndirilməsi,  təmiri,  harada 
lazımdırsa,  yeni  yolların  salınması,  yolların  birləşməsi  və  sair 
işlərdən ibarət olmalıdır.  
Əgər  biz  bunu  etməsək,  gələcəkdə  Bakının  çox  ciddi 
problemləri  olacaqdır.  Biz  böyük  şəhərlərin  təcrübəsini,  böyük 
meqapolislərin problemlərini bilirik. Məsələn, Tokio, Nyu-York, 


 
 
59 
Moskva,  İstanbul,  London  şəhərlərində  bu  çox  ciddi  problemə 
çevrilibdir.  Bəzilərində  şəhərin  mərkəzinə  maşınların  buraxılışı 
pulludur.  Bəzi  şəhərlərdə  müəyyən  maşınlar  mərkəzə  bir  gün 
buraxılır, o biri maşınlar o biri gün buraxılır.  
Bakının, Azərbaycanın  gələcək inkişafı da bizim üçün aydın 
və bəllidir. Daha da sürətli inkişaf gedəcək, insanlarımız daha da 
yaxşı  yaşayacaqlar.  Ailədə  bir,  iki  maşın  olacaqdır.  Şəhərin 
əhalisi də artır və əlbəttə ki, bu infrastruktura biz gərək çox ciddi 
dəstək verək. Mən ümid edirəm ki, qəbul edəcəyimiz proqramlar 
qısa müddət ərzində bu problemin aradan qaldırılmasına xidmət 
edəcək və beləliklə, şəhərin yol infrastrukturu tamamilə yeniləş-
əcəkdir.  
Z i y a   M ə m m ə d o v: Möhtərəm cənab Prezident, zati-
alilərinizin  rəhbərliyi  altında  Azərbaycan  Respublikasının  son 
illər  ərzində  əldə  etdiyi  böyük  uğurlar  və  ölkə  iqtisadiyyatının 
sürətli  inkişafını  təmin  edən  əsaslı  tədbirlər  sayəsində  ümumi 
daxili  məhsulun  həcminin  ilbəil  yüksələn  artım  meyli,  dövlət 
büdcəsinin  möhkəmlənməsi,  iqtisadiyyata  sərmayə  qoyuluşunun 
artması  ölkəmizdə  iqtisadi  və  sosialyönümlü  proqramların  daha 
geniş  miqyasda  həyata  keçirilməsi  üçün  əlverişli  imkanlar 
yaratmışdır.  
Ümummilli liderimiz Heydər Əliyevin xəttinin uğurlu davamı 
olan  bu  siyasətiniz  dövlətimizin  daha  da  qüdrətlənməsinə,  onun 
beynəlxalq  nüfuzunun  və  demokratik  imicinin  yüksəlməsinə 
xidmət  göstərir,  əhalinin  sosial  problemlərinin  həllini  və  maddi 
rifah halının yaxşılaşmasını təmin edir.  
Sizin  şəxsi  təşəbbüsünüz  və  qayğınız  sayəsində  həyata 
keçirilən  dövlət  proqramları  nəqliyyat  sektorunu  da  geniş  əhatə 
edərək,  ölkənin  bütün  nəqliyyat  qurumlarının  fəaliyyətində 
əhəmiyyətli irəliləyişlərə səbəb olmuşdur. Bu dövrdə nəqliyyat-
yol  kompleksində,  xüsusilə  də  avtomobil  nəqliyyatı  sahəsində 
bir çox yeni özəl şirkətlər yaradılaraq, mövcud dövlət nəqliyyat 
qurumları ilə yanaşı, yük  və sərnişin daşımalarına başlamışlar. 
Ölkə  üzrə  daşımaların  həcminin  yüksəlməsinə  təsir  edən  bu 
amil, eyni zamanda, yollarda hərəkətin intensivliyinin artmasına 


 
 
60 
səbəb  olmuşdur.  Bundan  başqa,  son  vaxtlar  il  ərzində 
respublikaya  orta  hesabla  40  mindən  artıq  avtomobil  gətirilir. 
Hazırda  respublikada  600  mindən  artıq  avtonəqliyyat  vasitəsi 
qeydiyyatdadır  ki,  bunun  da  böyük  əksəriyyəti  Bakı  şəhərində 
cəmləşir.  Ona  görə  də,  cənab  Prezident,  Nəqliyyat  Nazirliyi, 
Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti ilə və digər 
əlaqədar  qurumlarla  birlikdə  şəhərdə  yol  infrastrukturunun 
təkmilləşdirilməsinə  dair  Sizin  şəxsi  göstərişlərinizin  icrasına 
başlanmışdır. Bu, bütövlükdə Bakının sosial-iqtisadi inkişafı ilə 
bağlı  zati-alilərinizin  nəzarəti  altında  görülən  irimiqyaslı 
tədbirlərin tərkib hissələrindən biridir.  
Möhtərəm  cənab  Prezident,  Bakı  şəhərində  nəqliyyatın 
hərəkətinin  daha  sıx  olduğu  yerlərdə  vəziyyətlə  şəxsən  tanış 
olduqdan  sonra  avtomobil  tıxacları  nəticəsində  yaranmış 
çətinliklərin  həllinə  və  vətəndaşların  bununla  bağlı  üzləşdiyi 
narahatlıqların  aradan  qaldırılmasına  yönəlmiş  təxirəsalınmaz 
tədbirlərin  görülməsi  məqsədi  ilə  yaxın  iki  il  ərzində  şəhərin 
müxtəlif  nəqliyyat  qovşaqlarında  yolötürücülərin  və  piyada 
keçidlərin  layihələşdirilməsi  və  tikilməsi  barədə  Nəqliyyat 
Nazirliyinə  verdiyiniz  tapşırıqların  icra  vəziyyəti  haqqında 
məlumatları icazənizlə ali diqqətinizə təqdim edim.  
Əzizbəyov  dairəsi  –    bu  yol  qovşağının  yenidən  qurulması 
üçün  bir  neçə  varianta  baxılmış  və  Sizə  təqdim  edilən 
ikimərtəbəli hərəkət sxemi əsasında tərtib olunmuş variant əsas 
kimi  qəbul  edilərək,  layihələşdirilməsinə  başlanmışdır.  Burada 
layihə  və  tikinti  işlərinin  paralel  aparılması  nəzərdə  tutulur. 
Layihələşdirmə  2006-cı  ilin  yanvar-noyabr  aylarını  əhatə 
edəcəkdir.  Mühəndis  kommunikasiyalarının  köçürülməsi 
aprelin sonunadək başa çatdırılacaqdır. Tikinti işlərinin 2006-cı 
ilin  aprel  ayında  başlanması  və  2007-ci  ilin  dekabr  ayında 
tamamlanması nəzərdə tutulur.  
Qovşaqda  aşağıdakı  işlərin  görülməsi  nəzərdə  tutulur: 
ümumi uzunluğu 1500 metr olan estakada tipli yolötürücüləri, o 
cümlədən  820  metr  uzunluğunda  1  ədəd  dördzolaqlı,  ümumi 
uzunluğu  520  metr  olan  4 ədəd ikizolaqlı  və  ümumi  uzunluğu 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə