İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə16/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   12   13   14   15   16   17   18   19   ...   106

 
 
61 
160  metr  olan  2  ədəd  birzolaqlı  estakada  tipli  yolötürücüləri, 
ümumi  uzunluğu  120  metr  olan  ikizolaqlı  2  ədəd  körpü,  570 
metr  uzunluğunda  istinad  divarı,  ümumi  uzunluğu  280  metr 
olan  4  ədəd  yerüstü  piyada  körpü  keçidi,  dördmərtəbəli 
avtovağzal və ticarət mərkəzi, 4 ədəd avtopavilyon.  
Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi. Layihə 
və  tikinti  işlərinin  paralel  aparılması  nəzərdə  tutulmuş  bu 
qovşaqda hazırda geodeziya-axtarış işləri aparılır. Burada layihə 
işlərinin 2006-cı il fevral–avqust, tikinti işlərinin isə 2006-cı il 
may  –  2007-ci  il  ərzində  aparılması  və  tamamlanması  nəzərdə 
tutulur.  Görüləcək  tikinti  işləri:  uzunluğu  110  metr  olan 
altızolaqlı  bir  ədəd  yolötürücü,  1200  metr  uzunluğunda  istinad 
divarları,  ümumi  uzunluğu    170  metr  olan  2  ədəd  yolüstü  piyada 
keçid, 4 ədəd avtopavilyon.  
Ziya  Bünyadov  və  Azadlıq  prospektlərinin  kəsişməsi. 
Layihə  və  tikinti  işlərinin  paralel  aparılması  nəzərdə  tutulmuş 
bu  qovşaqda  hazırda  geodeziya-axtarış  işləri  gedir.  Layi-
hələşdirmə  işləri  2006-cı  ilin  fevral–avqust  aylarında  görülə-
cəkdir. Tikintinin 2006-cı ilin may ayında başlanması və 2007-
ci  ilin  sentyabr  ayında  tamamlanması  planlaşdırılır.  Görüləcək 
işlər: uzunluğu 190 metr olan altızolaqlı 1 ədəd yolötürücü, ümumi 
uzunluğu 450 metr olan ikizolaqlı 2 ədəd yolötürücü, 2660 metr 
uzunluğunda istinad divarları, ümumi uzunluğu 300 metr olan 4 
ədəd yerüstü piyada körpü keçid,  4 ədəd avtopavilyon.  
3-cü  mikrorayon  dairəsi:  qovşağın  layihəsi  2006-cı  ilin  may-
dekabr  ayları  ərzində  hazırlanacaqdır.  Burada  tikinti  işlərinə 
2006-cı  ilin  noyabr  ayında  başlamaq  və  2007-ci  ilin  sonunda 
tamamlamaq  nəzərdə  tutulur.  Qovşaqda  görüləcək  tikinti  işləri: 
uzunluğu  200  metr  olan  dördzolaqlı  1  ədəd  yolötürücü,  ümumi 
uzunluğu  440  metr  olan  2  ədəd  ikizolaqlı  yolötürü,  2240  metr 
uzunluğunda istinad divarları, ümumi uzunluğu 220 metr olan 5 
ədəd yerüstü piyada körpü keçid,    5 ədəd avtopavilyon.  
20  Yanvar  dairəsi:  cənab  Prezident,  bu  yol  qovşağının 
yenidən  qurulması  üçün  müxtəlif  variantlara  baxılmış  və  Sizə 
təqdim  olunan  variant  üzrə  layihələşdirmə  işləri  2006-cı  ilin 


 
 
62 
aprel–dekabr  aylarında  aparılacaqdır.  Tikintiyə  cari  ilin  avqust 
ayından  başlanması  və  işlərin  2007-ci  ilin  sonunda  başa 
çatdırılması  nəzərdə  tutulur.  Obyektdə  görüləcək  işlər: 
uzunluğu 180 metr olan altızolaqlı 1 ədəd yolötürücü, uzunluğu 
150 metr olan dördzolaqlı 1 ədəd tunel, 1180 metr uzunluğunda 
istinad  divarları,  190  metr  uzunluğunda  4  ədəd  piyada  körpü 
keçid, 4 ədəd avtopavilyon.  
Tbilisi  prospekti  ilə  Salamzadə  küçəsinin  kəsişməsi: 
obyektin layihəsi 2006-cı ilin iyun–dekabr ayları ərzində hazır-
lanacaqdır. Tikinti işlərinə 2006-cı ilin avqust ayında başlamaq 
və  2007-ci  ilin  sonunda  başa  çatdırmaq  planlaşdırılır.  Hazırda 
burada  geodeziya-axtarış  işləri  davam  etdirilir.  Qovşaqda 
görüləcək  işlər:  uzunluğu  370  metr  olan  altızolaqlı  1  ədəd 
yolötürücü,  720  metr  uzunluğunda  istinad  divarları,  ümumi 
uzunluğu  196  metr  olan  4 ədəd  yerüstü  piyada  körpü  keçid,  4 
ədəd avtopavilyon.  
Cənab Prezident, bu qovşaqlarda görüləcək işlərin qiymətləri 
və  tikinti  müddətləri  layihələr  başa  çatdıqdan  sonra  bir  daha 
dəqiqləşdiriləcəkdir.  
Göstərilən  işlərin  müəyyən  edilmiş  müddətdə  həyata 
keçirilməsinin vacibliyini nəzərə alaraq, layihələr üzrə maliyyə 
məsələlərinin  ilkin  hissəsi  həll  edilmiş,  tikinti  işlərini  yerinə 
yetirəcək  podratçı  şirkətlər  qismən  müəyyənləşdirilmişdir. 
Tikinti  işlərinin  icrası  zamanı  hərəkət  prosesində  müəyyən 
problemlərin  yaranacağı  labüddür  və  bu  zaman  Daxili  İşlər 
Nazirliyi,  Nəqliyyat  Nazirliyi  və  Bakı  Şəhər  İcra  Hakimiyyəti 
tərəfindən  hərəkətin  tənzimlənməsi  ilə  bağlı  razılaşdırılmış 
tədbirlər  həyata  keçirilməlidir.  Eyni  zamanda,  göstərilən 
qovşaqlarda  mövcud  kommunikasiyaların  tezliklə  köçürülməsi 
tikinti 
işlərinin  vaxtında  başa  çatdırılmasına  zəmin 
yaradacaqdır.  
Hesab  edirik  ki,  problemlər  bununla  bitmir.  Cənab  Prezi-
dent,  Sizin  tapşırıqlarınıza  müvafiq  olaraq,  göstərilən  prob-
lemlərin  kompleks  həlli  məqsədi  ilə  yaxın  gələcəkdə  şəhərin 
digər yollarında və daha 12 yol qovşağında, o cümlədən Heydər 


 
 
63 
Əliyev  prospekti  ilə  Ağa  Nemətulla  küçəsinin  kəsişməsində, 
Azneft, 
Suraxanı  və  «Xalqlar  dostluğu»  dairələrində, 
«Excelsior»  hotelinin  qarşısındakı  dairədə,  Mətbuat  prospekti 
ilə  Haqverdiyev  küçəsinin  kəsişməsində,  «Sevil»  kinoteatrının 
qarşısında,  Babək  prospektində  avtomobil  bazarının  qarşısında 
və  digər  qovşaqlarda  anoloji  işlərin  görülməsi  nəzərdə 
tutulmalıdır. Nəqliyyat vasitələrinin çoxluğu və hərəkətin sıxlığı 
səbəbindən  göstərilən  işlərin  mərhələlərlə  həyata  keçirilməsi 
məqsədəuyğundur. Hərəkətin intensivliyinin gələcəkdə daha da 
artacağını  nəzərə  alsaq,  şəhərdə  yeraltı  və  yerüstü  avtomobil 
dayanacaqlarının  inşasına  və  küçələrin  genişləndirilməsinə 
böyük ehtiyac duyulur.  
Yol  hərəkətinin  tənzimlənməsi  ilə  bağlı  görüləcək  tədbirlər 
sırasına  ilkin  sxematik  variantda  hazırlanmış,  yol  birləşmələri 
və  kəsişmələri  müxtəlif  səviyyədə  olan  14  kilometrlik 
Əzizbəyov dairəsi–Heydər Əliyev adına beynəlxalq hava limanı 
avtomobil yolu da daxildir. Bu yol üzərində, Əzizbəyov dairəsi 
də  daxil  olmaqla,  6  ədəd  yol  qovşağı,  o  cümlədən  Sabunçu, 
Bakıxanov dairələri, Əmircan qəsəbəsi qarşısındakı yol qovşağı, 
Yeni  Suraxanı  dairəsi,  hava  limanına  döngədə  yol  qovşağı  və 
dəmir  yolu  üzərindən  keçən  1  ədəd  avtomobil  körpüsü 
mövcuddur. Yolun tərtib olunan görünüşü və ilkin hesablamalar 
nazirliyin  mütəxəssisləri  və  Texnologiya  KörpüTikinti  Layihə-
İstehsalat  Müəssisəsi  tərəfindən  işlənilmişdir.  Eyni  zamanda 
Almaniyanın  arxitektura  və  planlaşdırma  şirkəti  tərəfindən  də 
alternativ layihə işlənilmişdir. Lakin təqdim edilən hazırkı layihə 
iqtisadi  və  texniki  cəhətdən  daha  səmərəli  variant  kimi 
qiymətləndirilmişdir.  
Möhtərəm  cənab  Prezident,  bildirmək  istərdim  ki,  Sizin 
tapşırığınıza  uyğun  olaraq,  yeni  variantda  layihələşdiriləcək, 
başlanğıcını Lökbatan dairəsindən  götürməklə, Xırdalan,  Binəqədi, 
Mehdiabad,  Məmmədli,  Zabrat,  Maştağa,  Ramana  qəsəbələrinin 
yanından  keçərək,  Zığ–Hövsan şosesi ilə birləşən  və nəqliyyatın 8 
cərgəli hərəkəti üçün nəzərdə tutulmuş 54 kilometrlik «Bakı dairəvi–
2»  avtomobil  yolunun  gələcəkdə  tikintisi  ilə  bağlı  araşdırmalar 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə