İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə19/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   15   16   17   18   19   20   21   22   ...   106

 
 
70 
naziri  kimi,  mən  öz  fəaliyyətimizə  tənqidi  yanaşmaq  məqsədi 
ilə  demək  istəyirəm  ki,  tıxaclar  yaranarkən  daxili  işlər 
orqanlarında bu sahəyə cavabdeh olan polis əməkdaşları heç də 
həmişə vaxtında oraya gəlmirlər, lazımi tədbirlər görülmür. Bu 
sahəyə  baxan  ayrı-ayrı  əməkdaşların  məsuliyyət  hissinin 
nisbətən  az  olması,  əlbəttə,  ümumi  işə  mənfi  təsir  göstərir. 
Daxili  İşlər  Nazirliyinin  rəhbərliyi  bu  sahədə  olan  nöqsanların 
qısa  müddətdə  aradan  qaldırılması,  Bakı  şəhərində  tıxacların 
yaranmaması,  avtonəqliyyatın  normal  hərəkətinin  yaxşılaşması 
üçün heç bir maddi xərc tələb etmədən əlavə tədbirlər görür və 
görəcəkdir.  
Hörmətli cənab Prezident, polis əməkdaşları tərəfindən ildə 
təqribən  480  min  yol  hərəkəti  qaydalarının  pozulması  halları 
müəyyən  edilir  və  bu  vətəndaşlar  müxtəlif  cəzalara  məruz 
qalırlar. Lakin, cənab Prezident, mən belə hesab edirəm ki, biz 
bu sahədə də qanunlarımıza yenidən baxmalıyıq. Çünki cəzalar 
o qədər yüngüldür ki, necə deyərlər, sadəcə, bizim gözlədiyimiz 
səmərəni  vermir.  Ona  görə  də  qanun  pozuntusuna  yol  vermiş 
sürücülərin cəzalarının artırılması çox mühüm məsələlərdən biri 
kimi gündəliyə çıxmışdır.  
Bundan  əlavə,  cənab  Prezident,  dayanacaqların  birinci 
növbədə  tikilməsi  –  xüsusən  də  Bakı  şəhərinin  mərkəzində  – 
önə  çəkilməlidir.  Məsələn,  şəhərin  mərkəzi  hissəsində  gündə 
təqribən 7-8 min maşın yolun kənarında dayanır. Bu isə onsuz 
da dar olan küçələrimizdə hərəkət imkanını təqribən 30–40 faiz 
azaldır. Əgər biz dayanacaq məsələsini təcili surətdə həll etsək, 
yolları hətta iki-üç-dörd ildən sonra genişləndirsək belə, indinin 
özündə problemi müəyyən qədər həll etmiş olarıq.  
Bir sözlə, cənab Prezident, bir daha qeyd etmək istəyirəm ki, 
məsuliyyətimizi  başa  düşürük  və  Sizi  əmin  edirəm  ki,  daxili 
işlər  orqanlarının  şəxsi  heyəti,  bu  sahəyə  cavabdeh  olan  yol-
patrul  xidməti,  yol  polisi  əlindən  gələni  edəcək  ki,  Bakı 
şəhərində  sərnişinlərin,  vətəndaşlarımızın  normal  nəqliyyatla 
hərəkəti təmin edilsin.  
Diqqətinizə görə sağ olun.                


 
 
71 
YEKUN NİTQİ 
 
     Şübhəsiz  ki,  bu  məsələyə  biz  kompleks  şəkildə  yanaşma-
lıyıq,  yeni  yolların  tikilməsi  ilə  iş  bitmir.  Ancaq  kompleks 
şəkildə  biz  istədiyimizə  nail  ola  bilərik.  Yol  hərəkətinin  tən-
zimlənməsi,  əlbəttə,  dayanacaqların  tikilməsi  çox  mühüm  rol 
oynayır. Bununla yanaşı, məsələn, şəhərdə işıqforların, necə de-
yərlər,  sistemli  şəkildə  fəaliyyət  göstərməsi  də  çox  vacibdir. 
Yeni  bir  sistem  quraşdırılmalıdır.  Bu  barədə  biz  sizinlə  söhbət 
eləmişik və o da bizim işimizi xeyli yüngülləşdirəcəkdir.  
Bu layihə təxminən 2 il vaxt aparacaqdır. Mən ümid edirəm 
ki,  2  il  ərzində  məruzə  olunmuş  bütün  məsələlər  öz  həllini 
tapmalıdır.  Çünki  artıq  bunun  üzərində  iş  gedib,  müəyyən 
texniki-iqtisadi məsələlər öz həllini tapıbdır.  
Onu  da  qeyd  etmək  istəyirəm  ki,  maliyyə  problemi  də 
olmayacaqdır.  Bu  layihənin  həyata  keçməsi  üçün  bizə  nə 
xaricdən  kredit,  nə  də  haradasa  əlavə  pul  axtarmaq  lazımdır. 
Bizim  imkanlarımız  artır.  Yenə  də  deyirəm,  ölkədə  aparılan 
iqtisadi islahatlar nəticəsində Azərbaycanın maddi vəziyyəti çox 
yaxşılaşıbdır.  Ona  görə,  maliyyə  problemi  olmayacaqdır. 
Sadəcə  olaraq,  iş  çox  keyfiyyətli  və  düşünülmüş  şəkildə 
aparılmalıdır  və  bütün  bu  nəzərdə  tutulmuş  məsələlər  qısa 
müddət ərzində öz həllini tapmalıdır.  
Mən  bu  müşavirəni  məhz  ona  görə  keçirdim  ki,  bütün  mə-
sələlərə  kompleks  şəkildə  baxılsın,  araşdırılsın.  Hesab  edirəm 
ki,  indi  proqram  üzərində  iş  aparılmalıdır,  bu  proqram  çox 
konkret  olmalıdır.  Orada  bütün  məsələlər  maddə-maddə  öz 
həllini tapmalıdır: nə vaxt, harada, kimin tərəfindən hansı işlər 
görüləcəkdir. 
Şübhəsiz 
ki, 
müvafiq 
Sərəncam 
da 
imzalanacaqdır.  O  da  hazırlanmalıdır.  Eyni  zamanda  proqram 
da  mətbuatda  dərc  olunacaq,  bütün  insanlar  bilsinlər  ki,  biz 
hansı  işləri  görəcəyik.  O  cümlədən  yeni  yolların  salınması. 
Hacıbala  Abutalıbov  bu  barədə  dedi.  Şəhər  yollarının,  eyni 
zamanda kənd yollarının da tikilməsi nəzərdə tutulubdur. Kənd 
yollarının tikilməsi digər proqramda öz həllini tapacaqdır.  


 
 
72 
Bildiyiniz  kimi,  indi  Bakı  şəhərinin  ətraf  qəsəbələrinin 
inkişaf  proqramı  hazırlanır  və  yolların  təmiri,  tikintisi  orada 
nəzərdə tutulubdur. Dairəvi yol haqqında burada dedilər. Bu da 
çox vacibdir. Bütün böyük şəhərlərdə dairəvi yollar var, Bakıda 
isə bu yoxdur. Əlbəttə, biz gərək bu barədə də fikirləşək, layihə 
hazırlayaq.  
Yəni  ki,  bunlar  çox  irimiqyaslı  layihələrdir.  Biz  bunları  bu 
gün başlayırıq, iki il ərzində bütün bu, yəni məruzə edilən işlər 
öz həllini tapmalıdır. Amma o demək deyil ki, bununla iş bitmiş 
olur.  Bundan  sonrakı  mərhələlərdə  də  işlər  aparılacaq  və 
beləliklə,  şəhərimizin  yol  infrastrukturu  tamamilə  yeniləşəcək, 
dünyanın  ən  yüksək  standartlarına  cavab  verəcəkdir.  Digər 
tərəfdən, vətəndaşlarımız da rahat hərəkət edəcəklər, tıxaclarda 
saatlarla  qalmayacaqlar.  Bütövlükdə,  bu  işlər  şəhərimizin 
inkişafı üçün böyük bir dəstək olacaqdır.  
Bu  proqram  2  il  vaxt  aparacaqdır.  Amma  bu  iki  il  ərzində 
maşınların  sayı  artacaqdır.  Əgər  2005-ci  ildə  44  min  maşın 
gətirilibsə,  şübhə  etmirəm  ki,  2006-cı  ildə  daha  da  artacaqdır. 
Çünki  alıcılıq  qabiliyyəti  artır,  imkanlar  artır,  əhalinin  pul 
gəlirləri  artır,  maaşlar  artır  və  sair.  Ona  görə  fikirləşmək 
lazımdır və siz də müəyyən edin, hansı təxirəsalınmaz tədbirlər 
görülməlidir  ki,  bu  iki  il  ərzində  biz  vəziyyəti  normal  şəkildə 
saxlayaq.  Proqram  qısa  müddət  ərzində  tərtib  olunmalıdır. 
Proqramın əsas hissəsi, demək olar ki, hazırdır. Amma bugünkü 
müzakirələr  yeni  məsələlər  ortaya  çıxartdı.  Biz  gərək 
proqramda bunları da əks etdirək. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə