İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə20/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   16   17   18   19   20   21   22   23   ...   106

 
 
73 
 
 
KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT  
ŞEYX SABAH ƏL-ƏHMƏD ƏL-CABİR  
ƏS-SABAHA 
 
Əlahəzrət! 
Küveyt  Dövlətinin  Əmiri  vəzifəsinə  seçilməyiniz  müna-
sibətilə Sizi ürəkdən təbrik edirəm. 
Biz Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq 
münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, ikitərəfli 
əlaqələrimizin  bütün  sahələrdə  inkişafı  üçün  bundan  sonra  da 
ardıcıl şəkildə səylər göstərəcəyik.  
Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik,  dost  Küveyt  xalqının 
rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 30 yanvar 2006-cı il 


 
 
74 
 
 
 
FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİ 
ZATİ-ALİLƏRİ  
XANIM TARYA HALONENƏ 
 
Hörmətli xanım Prezident! 
Finlandiya Respublikasının Prezidenti vəzifəsinə yenidən 
seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. 
Bu  gün  Azərbaycan–Finlandiya  münasibətləri  yüksələn  xətt 
üzrə  inkişaf  edir.  Ötən  il  ölkəmizə  səfəriniz,  imzalanan 
dövlətlərarası  sənədlər  əlaqələrimizin  daha  da  genişlənməsinə 
xüsusi təkan vermişdir. 
Ümidvaram  ki,  Azərbaycan  ilə  Finlandiya  arasındakı  mü-
nasibətlər  bundan  sonra  da    dostluq  və  əməkdaşlıq  məcrasında 
davam edəcəkdir. 
Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqının rifahı 
naminə fəaliyyətinizdə uğurlar diləyirəm. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 30 yanvar 2006-cı il 
 
 


 
 
75 
 
 
 
 
KANADANIN BAŞ NAZİRİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB STİVEN HARPERƏ 
 
Hörmətli cənab Baş nazir! 
Kanadanın  Baş  naziri  vəzifəsinə  seçilməyiniz  müna-
sibətilə Sizi təbrik edirəm. 
Əminəm  ki,  Azərbaycan  ilə  Kanada  arasında  yaranmış 
dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə 
uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. 
Sizə  ən  xoş  arzularımı  yetirir,  dost  Kanada  xalqının  rifahı 
naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 30 yanvar 2006-cı il 
 
 
 


 
 
76 
 
 
 
 
POLŞA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB LEX KAÇİNSKİYƏ 
 
Hörmətli cənab Prezident! 
Katovitse  şəhərindəki  sərgi  mərkəzinin  dam  örtüyünün 
uçması  nəticəsində  çoxsaylı  insan  tələfatı  xəbəri  məni  son  də-
rəcə kədərləndirdi. 
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə 
və  yaxın  adamlarına  öz  adımdan  və  bütün  Azərbaycan  xalqı 
adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət 
alanların tezliklə sağalmasını arzulayıram. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 30 yanvar 2006-cı il 
 


 
 
77 
 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ 
2005-ci İLİN SOSİAL-İQTİSADİ YEKUNLARINA 
HƏSR OLUNMUŞ İCLASDA

 NİTQ 
 
Prezident sarayı 
 
31 yanvar 2006-cı il 
  
Nazirlər  Kabinetinin  bugünkü  iclasında  biz  2005-ci  ilin 
yekunlarını müzakirə edəcəyik. Görülən işlər təhlil olunmalıdır 
və  2006-cı  ildə  görüləcək  işlər  haqqında  fikir  mübadiləsi  apa-
rılacaqdır. 2005-ci il Azərbaycan üçün çox uğurlu il olmuşdur. 
2005-ci ildə biz öz fəaliyyətimizi müxtəlif istiqamətlərdə uğurla 
davam  etdirmişik.  Azərbaycanın  xarici  siyasəti  uğurla  davam 
etdirilib,  ölkəmizdə  iqtisadi  islahatlar  uğurla  aparılır.  Sosial 
məsələlərin  həlli  işində  böyük  nailiyyətlər əldə  edilibdir.  Ordu 
quruculuğu,  cəmiyyətimizin  demokratikləşməsi  istiqamətində 
çox önəmli addımlar atılıb və nailiyyətlər əldə edilibdir.  
Xarici  siyasətimiz  daxili  siyasətin  nəticəsidir  və  onun  da-
vamıdır.  Azərbaycan  regional  əməkdaşlıqda  çox  fəal  iştirak 
edibdir.  Demək  olar  ki,  bölgədə  və  dünyada  öz  mövqelərini 
xeyli gücləndiribdir. Biz beynəlxalq təşkilatlarla öz işimizi çox 
səmərəli  qururuq,  beynəlxalq  təşkilatlarda  iştirak  edirik  və  öz 
mövqeyimizi  ifadə  edirik.  Qonşularımızla  əməkdaşlığımız, 
əlaqələrimiz  2005-ci  ildə  daha  da  möhkəmlənibdir.  Mənim 
                                                      
       

  İclasda  Maliyyə  naziri  Əvəz  Ələkbərov,  İqtisadi  İnkişaf  naziri  Heydər 
Babayev,  Vergilər  naziri  Fazil  Məmmədov,  Səhiyyə  naziri  Oqtay  Şirəliyev, 
Ekologiya  və  Təbii  Sərvətlər  naziri  Hüseynqulu  Bağırov  və  Dövlət  Sosial 
Müdafiə Fondunun sədri Səlim Müslümov sıxış etmişlər. 


 
 
78 
qonşu  dövlətlərə  rəsmi  səfərlərim,  o  ölkələrin  dövlət  və 
hökumət  başçıları  ilə  apardığım  danışıqlar  Azərbaycan  üçün 
çox  faydalı  olmuşdur.  Əlbəttə,  2006-cı  ildə  bu  istiqamətdə 
işlərimiz davam etdiriləcəkdir.  
Azərbaycanın  beynəlxalq  təşkilatlarda  fəaliyyəti  də  çox 
müsbətdir.  Biz  bir  sıra  beynəlxalq  təşkilatların  üzvüyük  və  bu 
təşkilatlarda öz siyasətimizi ifadə edirik. 2005-ci ildə mən İslam 
Konfransı Təşkilatının, MDB-nin,  GUAM  təşkilatının,  Avropa 
Şurasının  zirvə  görüşlərində  iştirak  etmişdim  və  orada  apar-
dığım danışıqlar, görülən işlər Azərbaycanı bu təşkilatlarla daha 
da yaxınlaşdırmışdır.  
Avroatlantik  strukturlara  inteqrasiya  siyasətimiz  davam  edir 
və bu istiqamətdə 2005-ci ildə həm Azərbaycan tərəfindən, həm 
də  Avropa  İttifaqı  və  başqa  təşkilatlar  tərəfindən  çox  önəmli 
addımlar  atılmışdır.  Bir  sözlə,  xarici  siyasətimiz  bizə  imkan 
veribdir ki, Azərbaycan bölgədə və dünyada öz mövqelərini daha 
da  möhkəmləndirsin,  regional  müstəvidə  çox  güclü  ölkəyə 
çevrilsin.  
Xarici  siyasətin  əsas  istiqaməti  Ermənistan–Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu bizim üçün 
ən  önəmli,  prioritet  məsələdir  və  2005-ci  ildə  bu  istiqamətdə 
müsbət hadisələr baş vermişdir. İlk növbədə, Birləşmiş Millətlər 
Təşkilatı  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi 
məsələsini  öz  gündəliyinə  salmışdır  və  bu  özlüyündə  çox 
müsbət bir haldır. ATƏT işğal edilmiş torpaqlara faktaraşdırıcı 
missiyasını göndərmişdir və missiya işğal olunmuş torpaqlarda 
ermənilərin  qanunsuz  məskunlaşmasını  aşkar  etmişdir.  Avropa 
Şurası  2005-ci  ilin  əvvəlində  bu  məsələyə  dair  çox  dəyərli 
qətnamə qəbul etmişdir və bildiyiniz kimi, o qətnamədə ilk dəfə 
olaraq, Ermənistan işğalçı dövlət kimi tanınır.  
2005-ci ildə Praqa prosesi daha da möhkəmləndi. Bildiyiniz 
kimi,  Praqa  prosesi  mərhələli  həll  deməkdir.  Azərbaycanın 
mövqeyi  bütün  zamanlarda  məhz  bundan  ibarət  olmuşdur  və 
Praqa  prosesinin  möhkəmlənməsi  danışıqlar  prosesində  bizim 
mövqelərimizi daha da gücləndirdi.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə