İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə23/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   19   20   21   22   23   24   25   26   ...   106

 
 
85 
Bunun səbəbləri var, biz də bunları bilirik. Bu barədə mən çox 
dərinə getmək istəmirəm. Amma bu faktdır.  
O  da  faktdır  ki,  bizim  əleyhimizə  çox  güclü  erməni  lobbisi 
fəaliyyət  göstərir.  Erməni  lobbisinin  dayaqları  müxtəlif 
təşkilatlarda  var.  Avropa  Şurasında  erməni  siyasətçilərinin, 
lobbisi  üzvlərinin  təsiri  altında  olan  kifayət  qədər  deputat  var. 
Ya siyasi təsir altında, ya iqtisadi təsir altında, yaxud da başqa 
hansısa  bir  maraqlar  burada  istisna  olunmur.  Bu  mümkündür, 
biz  bunu  bilməliyik.  Ona  görə  yenə  deyirəm,  bu,  siyasi 
mübarizədir  və  Azərbaycan  öz  iradəsini  açıq  şəkildə  ifadə 
etmişdir. Bizim Avropa Şurası ilə əməkdaşlığımız bizə lazımdır 
və Avropa Şurasına lazımdır.  
Mən xatırlayıram, yeni seçilmiş parlamentin ilk iclasındakı 
çıxışımda bunu qeyd etmişdim. Avropa Şurası ilə Azərbaycan 
arasında  əməkdaşlıq  haqqında  demişdim.  Demişdim  ki, 
Avropa  Şurası  yalnız  Azərbaycan  üzrə  məruzəçilərdən  ibarət 
deyil  və  mən  haqlı  çıxdım.  Məruzəçilərin  bütün  səylərinə 
baxmayaraq,  Avropa  Şurası  Azərbaycanla  olan  əməkdaşlığı 
çox  üstün  tutdu,  heç  bir  təxribata  uymadı.  Bu  səylər,  bu 
hərəkətlər  hətta  Avropa  Şurasının  deputatları  arasında  da 
böyük hiddət doğurmuşdu. Azərbaycanı təcrid etmək cəhdləri, 
Azərbaycana  sanksiya  tətbiq  etmək  cəhdləri,  Azərbaycanın 
əleyhinə  ədalətsiz  rəy  formalaşdırmaq  cəhdləri  –  onların  heç 
birinin  təsiri  olmadı.  Həyat  bir  daha  onu  göstərdi  ki, 
Azərbaycan düzgün istiqamətdə inkişaf edir, bizim siyasətimiz 
Azərbaycan xalqının maraqlarını tam şəkildə əks etdirir. Belə 
olan  halda  demək  olar  ki,  öz  siyasi  nüfuzunu  ortaya  qoymuş 
Azərbaycana  sanksiya  tətbiq  etmək  istəyən  Avropa  Şurasının 
üzvləri,  əlbəttə,  qərar  qəbul  etməlidirlər.  Bu  siyasi  fiaskodan 
sonra  özünə  hörmət  edən  siyasətçi,  adətən,  ya  istefa  verir, 
yaxud  da  öz  üzərinə  düşən  məsuliyyətdən  imtina  edir.  Yəni 
hər  hansı  bir  siyasi  mədəniyyəti  əks  etdirən  –  əgər  bu 
mədəniyyət  varsa  –  addımlar  gözlənilir  və  bu,  təbii  olar. 
Amma  buna  baxmayaraq,  bu  olsa  da,  olmasa  da,  Azərbaycan 
öz işini düzgün istiqamətdə qurubdur.  


 
 
86 
Bir  daha  deyirəm,  Avropa  Şurası  ilə,  bütün  başqa  təşki-
latlarla  bizim  səmərəli,  qarşılıqlı  hörmətə  əsaslanmış  münasi-
bətlərimiz  mövcuddur  və  münasibətlər  məhz  bu  istiqamətdə 
davam  edə  bilər.  Kimsə  fikirləşirsə  ki,  Azərbaycanı  haradasa 
təhqir  etmək  olar,  yaxud  da  Azərbaycanı  alçaltmaq  olar, 
Azərbaycanı  təcrid  etmək  olar,  onu  cəzalandırmaq  olar  –  o 
insanlar  yanılırlar.  Bu  mümkün  deyil  və  heç  vaxt  da  mümkün 
olmayacaqdır.  Bizim  kifayət  qədər  imkanlarımız  var,  çəkimiz 
var,  gücümüz  var  ki,  öz  siyasətimizi  davam  etdirək.  Bizim 
siyasət bundan ibarətdir. Biz üzv olduğumuz bütün təşkilatlarla 
çox səmərəli əməkdaşlıq edirik.  
Bizim  inteqrasiya  siyasətimiz  də  uğurludur.  Avropa  İttifaqı 
ilə yeni qonşuluq siyasəti çərçivəsində tədbirlər planı hazırlanır. 
Bu  proses  də  çox  uğurludur  və  müsbətdir.  Bilirsiniz  ki, 
Avroatlantik  strukturlara  bütövlükdə  bizim  münasibətimiz  çox 
müsbətdir.  İnteqrasiya  siyasəti  davam  etdirilir,  əməkdaşlıq 
güclənir. Burada da biz gərək həmişə reallığa əsaslanaq. Bizim 
inteqrasiya siyasətimiz gərək bu reallıqları özündə ehtiva etsin.  
Biz  bütün  addımları  vaxtlı-vaxtında  atmalıyıq.  Gecikmə-
məliyik,  amma  çox  da  tələsməməliyik.  Yəni  bu  reallıq  təkcə 
Azərbaycanın  reallıqları  deyil,  misal  üçün,  Azərbaycanın  in-
kişaf  tempinin  hansı  səviyyədə  olmasından  asılı  deyildir.  Eyni 
zamanda,  inteqrasiya  obyekti  olan  təşkilatların  da  buna  hazır 
olmasından  asılıdır.  Yəni  münasibətlər  qarşılıqlı  hörmət 
əsasında qurulmalıdır. Əgər biz çox tələssək, çox israr etsək və 
reallığı  tam  dərk  etməsək,  bunun  ancaq  mənfi  nəticələri  ola 
bilər. Ona görə bu istiqamətdə davam etməlidir. 
Əlbəttə,  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  müna-
qişəsinin  həlli  işində  2006-cı  ildə  bizim  səylərimiz  davam 
edəcək, mən bu barədə öz fikirlərimi bildirdim. Bir daha demək 
istəyirəm  ki,  bəzi  siyasi  qüvvələrin  təxribat  xarakterli  çıxışları 
Azərbaycan  xalqını  çaşdırmamalıdır.  Azərbaycan  müxalifəti, 
əfsuslar  olsun  ki, istər daxili  siyasətdə,  istər  Avropa  Şurası  ilə 
bizim  münasibətlərdə,  istərsə  də  Ermənistan–Azərbaycan, 


 
 
87 
Dağlıq  Qarabağ  məsələsinin  həllində  yalanın  ruporuna 
çevrilibdir.  
Söz düşmüşkən, onu da demək istəyirəm ki, bizim müxalifət 
Avropa  Şurasına  Azərbaycan  haqqında  donoslar  yazmışdır. 
Azərbaycan  müxalifətinin  üzvləri  Avropa  Şurasına  gedərək, 
orada sanksiyaların tətbiq olunmasını gözləyirdilər. Məndə olan 
məlumata görə, müxalifətin nümayəndələri öz vaxtını daha çox 
Avropa  Şurasının  bufetində  və  restoranında  keçirmişlər  və 
deyirdilər  ki,  biz  burada,  bufetdə  güclü  iş  aparırıq. 
Azərbaycandan 200-dən artıq donos yazmışlar. Burada məqsəd 
nədir? Məqsəd, misal üçün, Azərbaycanı orada səsdən məhrum 
edib,  burada  hansısa  məqsədə  nail  olmaq.  Düzdür,  onlar 
intellekt  baxımından  o  qədər  də  inkişaf  etmiş  insanlar  deyil, 
amma  o  dərəcədə  də  abdal  deyillər  ki,  yəni  tutaq  ki, 
Azərbaycana  sanksiya  tətbiq  olundu  və  burada  nəsə  dəyişdi. 
Heç  nə  dəyişmədi.  Yəni  onda  məqsəd  nədir?  Məqsəd 
Azərbaycanı  səsdən  məhrum  etməkdir.  O  ərəfədə  ki,  orada 
Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  məsələsi  müzakirə 
olunacaq  və  bu  müzakirədə    Azərbaycan  nümayəndə  heyətinin 
səsi olmasın ki,  o, səs versin. Yəni bu kimin  marağına xidmət 
edir,  Azərbaycanı  kim  o  səsdən  məhrum  etmək  istəyir? 
Azərbaycan müxalifəti, ermənilər, Ermənistanın nümayəndələri, 
bir  də  erməni  lobbisinin  təsiri  altında  olan,  onun  pulu  ilə 
yaşayan  satqın  siyasətçilər.  Yəni  bu,  milli  xəyanətin 
göstəricisidir.  
Azərbaycan  xalqı,  əlbəttə,  bütün  bunları  çox  yaxşı  bilir. 
Amma  bir  daha  qeyd  etmək  istəyirəm  ki,  donos  yazmaq  –  özü 
də  öz  ölkəsindən–ən  biabırçı  bir  haldır.  Bilirsiniz,  onların 
fəaliyyəti  elə  əvvəllər  də  bizə  bəlli  idi.  Ermənistanın  xüsusi 
xidmət  orqanları  ilə  onların  nümayəndələrinin  sövdələşməsi, 
konyak içməsi, yaxud da pul alması – bütün bunlar onların siya-
sətinin əsasını təşkil edir.  
İndi  mənə  deyirlər,  bu  məsələdə  də,  Ermənistan–Azər-
baycan,  Dağlıq  Qarabağ  münaqişəsi  məsələsində  də  müxalifət 
çox fəal təbliğat aparır ki, o qərar qəbul edilib, bu qərar qəbul 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə