İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə26/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   22   23   24   25   26   27   28   29   ...   106

 
 
94 
2006-cı ildə görüləcək işlər çoxdur. Mən bu gün sizə ancaq 
işlərin  əsas  istiqamətlərini  bildirdim  və  bütün  aidiyyəti 
orqanlardan  tələb  edirəm  ki,  2006-cı  ildə  öz  vəzifə  borcunu 
ləyaqətlə  icra  etsinlər.  Xalqa  və  dövlətə  ləyaqətlə  xidmət 
etsinlər.  
Sağ olun.  


 
 
95 
 
 
 
ALMANİYA FEDERATİV RESPUBLİKASININ 
FEDERAL PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB HORST KÖLERƏ 
 
Hörmətli cənab Federal Prezident! 
Almaniya  Federativ  Respublikasının  sabiq  Federal 
prezidenti  Yohannes  Raunun  vəfatı  xəbəri  məni  son  dərəcə 
kədərləndirdi. 
Bu  ağır  itki  ilə  əlaqədar  dərdinizə  şərik  çıxır,  Sizə,  mər-
humun  ailə  üzvlərinə,  bütün  Almaniya  xalqına  dərin  hüznlə 
başsağlığı verirəm. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 1 fevral 2006-cı il 
 


 
 
96 
 
 
 
ATƏT-in  MİNSK  QRUPUNUN  HƏMSƏDRLƏRİ 
İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
1 fevral 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
fevralın  1-də  Prezident  sarayında  ATƏT-in  Minsk  qrupunun 
həmsədrlərini qəbul etmişdir. 
Görüşdə  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  müna-
qişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar prose-
sinin hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğu-
ran  bir  sıra  digər  məsələlər  ətrafında  fikir  mübadiləsi  apa-
rılmışdır. 


 
 
97 
 
 
 
UKRAYNANIN MİLLİ TƏHLÜKƏSİZLİK VƏ 
MÜDAFİƏ ŞURASININ KATİBİ ANATOLİ 
KİNAXIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ 
HEYƏTİ İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
1 fevral 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
fevralın  1-də  Prezident  sarayında  Ukraynanın  Milli  Təhlükə-
sizlik  və  Müdafiə  Şurasının  katibi  Anatoli  Kinaxın  rəhbərlik 
etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
Qonaqları  səmimiyyətlə  salamlayan  prezident  İlham  Əliyev 
Azərbaycan  ilə  Ukrayna  arasındakı  münasibətlərin  durmadan 
inkişaf  etdiyini  vurğulayaraq,  ölkələrimizin  ikitərəfli  səviyyədə 
və  beynəlxalq  təşkilatlar  çərçivəsində  fəal  əməkdaşlığının 
həyata  keçirildiyini  qeyd  etdi.  Prezident  İlham  Əliyev  ölkələ-
rimiz  arasındakı  münasibətlərin  bundan  sonra  da  genişlənəcə-
yinə  və  bu  səfərin  əlaqələrimizin  inkişafına  öz  töhfəsini  verə-
cəyinə ümidvar olduğunu bildirdi. 
Anatoli Kinax əlaqələrimizin uğurla inkişaf etdiyini və 2005-
ci  ildə  ölkələrimiz  arasındakı  ticarət  dövriyyəsinin  artdığını 
qeyd  etdi.  O,  Ukrayna  ilə  Azərbaycan  arasında  bəra-
bərhüquqluluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan mü-
nasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi. 
Qonaq  iki  ölkə  arasındakı  əlaqələrin  bundan  sonra  da  inkişaf 
edəcəyinə əminliyini ifadə etdi. 


 
 
98 
 
 
 
ÜMUMDÜNYA GÖMRÜK TƏŞKİLATI AVROPA 
REGİONU GÖMRÜK XİDMƏTİ RƏHBƏRLƏRİ 
BEYNƏLXALQ KONFRANSININ 
İŞTİRAKÇILARINA 
 
Sizi  –  Ümumdünya  Gömrük  Təşkilatı  Avropa  Regionu 
Gömrük  Xidməti  rəhbərləri  konfransının  iştirakçılarını  sa-
lamlayır, konfransınızın işinə uğurlar diləyirəm. Ümidvaram ki, 
Azərbaycanın  paytaxtı  Bakı  şəhərində  keçirilən  bu  konfrans 
ölkələrimiz  arasında  iqtisadi  inteqrasiya  proseslərinin  və 
səmərəli  əməkdaşlığın  daha  da  dərinləşdirilməsinə  öz  müsbət 
təsirini göstərəcəkdir. 
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin 
gələcəyə  yönəlmiş  uğurlu  daxili  və  xarici  siyasətinin  nəticəsi 
olaraq,  bu  gün  müstəqillik  yollarında  inamlı  və  qətiyyətli 
addımlar  atan  ölkəmiz  öz  iqtisadiyyatını  uğurla  inkişaf  etdirir. 
2005-ci ilin yekunları buna əyani sübutdur. 
Azərbaycanın  gömrük  orqanları  ölkəmizin  iqtisadi  təhlükə-
sizliyinin  keşiyində  dayanmaqla  üzərinə  düşən  vəzifələrin 
yerinə  yetirilməsində,  müxtəlif  ölkələrlə  əlaqələrin  genişlən-
dirilməsində  yaxından  iştirak  edir.  Avropa  regionu  gömrük 
xidməti  rəhbərləri  konfransının  Azərbaycanda  keçirilməsi 
həmin  əlaqələrin  inkişaf  səviyyəsinin  yüksəlməsinin  bariz 
nümunəsidir.  Eyni  zamanda,  bu  tədbir  Azərbaycan  gömrük 
xidmətinin  Ümumdünya  Gömrük  Təşkilatı  çərçivəsində  həyata 
keçirdiyi səmərəli əməkdaşlığın nəticəsidir. Əminəm ki, Avropa 
regionu ölkələri  gömrük  xidməti  rəhbərlərinin  respublikamızda 
bir araya gəlməsi ölkəmizin xarici iqtisadi əlaqələrinin daha da 
güclənməsinə,  hərtərəfli  fəaliyyət  strategiyasının  qurulmasına 
öz töhfəsini verəcəkdir. 
Qloballaşan  dünyada  yeni  texnologiyaların  sürətli  inkişafı 
gömrük  işinin  təşkilinə  böyük  təsir  göstərməkdədir.  Məhz  bu 


 
 
99 
baxımdan  konfransınız  dünyada  təhlükəsiz  ticarətin  təmin 
olunması,  qarşılıqlı  əməkdaşlığın  qurulması,  fikir  və  təcrübə 
mübadiləsinin  aparılması,    eləcə  də  gömrük  işinin  təkmil-
ləşdirilməsi üçün yeni imkanların öyrənilməsinə xidmət edir. 
Hörmətli konfrans iştirakçıları! 
Sizi  səmimi-qəlbdən  təbrik  edir,  hər  birinizə  cansağlığı, 
gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 1 fevral 2006-cı il 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə