İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə29/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   25   26   27   28   29   30   31   32   ...   106

 
 
107 
önəmli  layihələr  həyata  keçirilir.  Azərbaycanın  bu  layihələrdə 
iştirakı bizim ölkəmizin çəkisini artırır. 
Bildiyiniz  kimi,  indi  bölgədə  enerji  təhlükəsizliyi  məsələsi 
kəskinləşibdir  və  qış  aylarında  bəzi  ölkələrdə  enerji  böhranı 
yaşandı.  Azərbaycanda  biz  bunun  qarşısını  ala  bildik.  Bax-
mayaraq  ki,  enerji  potensialımız  bizi  hələ  tam  şəkildə  qane 
etmir,  yaxud  da  bütün  tələbatlarımızı  ödəmir,  ancaq  qış 
aylarında enerjinin verilməsi bütövlükdə müsbət olmuşdur. 
Yeni  stansiyaların  tikintisi  məhz  bu  məqsədi  güdür  ki, 
Azərbaycanda  bütövlükdə  –  nə  yayda,  nə  yazda,  nə  də  qışda 
enerji  problemi  olmasın.  İstənilən  vaxtda,  istənilən  yerdə  24 
saat  ərzində  işıq  olmalıdır,    həm  müəssisələrə,  eyni  zamanda, 
vətəndaşlara da verilməlidir. 
Azərbaycanda indi bir neçə elektrik stansiyası tikilir. Etibar 
Pirverdiyev  bunu  qeyd  etdi  –  Bakıda,  Naxçıvanda,  Şəkidə  və 
Xaçmazda  buna  bənzər  stansiyalar  tikilir.  Amma  biz  o  qərarı 
verəndə dedik ki, ilk növbədə Astarada stansiya tikilsin. Çünki 
cənub  bölgəsində enerji  problemləri  bizi  çox narahat  edirdi  və 
bu gün də narahat edir. Bir də ki, cənub bölgəsinin inkişafı üçün 
bu stansiyanın əhəmiyyəti çox böyük olacaqdır. Nəzərə alsaq ki, 
Azərbaycanda regionların inkişafı proqramı uğurla icra olunur, 
yeni iş yerləri açılır, müəssisələr açılır, bütün bunlar yeni enerji 
mənbəyi  tələb  edir.  Beləliklə,  bu  stansiyanın  tikilməsi  bütün 
bölgəyə  çox  müsbət  təsir  göstərəcəkdir.  Burada  yeni 
müəssisələrin  işə  salınması  prosesi  daha    sürətlə  aparılacaqdır 
və  bütövlükdə  regionun  infrastrukturu  daha  da  möhkəm 
olacaqdır. 
Bildiyiniz kimi, cənub bölgəsinə mənim böyük diqqətim var. 
Mən  son  iki  il  ərzində  artıq  bir  neçə  dəfə  burada  olmuşam. 
Burada  bölgə  üçün,  Azərbaycan  üçün  çox  mühüm  layihələr 
həyata  keçirilir.  Bu  yaxınlarda  Astarada  qaz-kompressor 
stansiyası  istismara  verilmişdir.  Lənkəranda  beynəlxalq  hava 
limanının  tikintisi  başlanmışdır,  dəniz  limanının  tikintisi 
aparılır.  Artıq  bu  gün  elektrik  stansiyasının  istismara  veril-
məsini qeyd edirik. Yəni qısa müddət ərzində görülən bütün bu 


 
 
108 
işlər  bölgənin  inkişafına  xidmət  edir  və  gələcəkdə  biz  bunun 
daha da gözəl bəhrəsini görəcəyik. 
Regionların  inkişafına  gəldikdə  isə,  şübhəsiz  ki,  enerji 
daşıyıcıları  regional  inkişaf  proqramının  əsasını  təşkil  edir. 
Məhz bu məqsədlə artıq bir neçə yerdə elektrik stansiyalarının 
tikintisi başlanmışdır. Sumqayıtda böyük, 500 meqavat gücündə 
elektrik stansiyası tikilir. 
Regional  inkişaf  proqramımız  uğurla  icra  edilir.  Son  iki  il 
ərzində Azərbaycanda 340 min yeni iş yeri açılmışdır, bu proses 
davam  edir.  Əminəm  ki,  yaxın  zamanlarda  Azərbaycanda 
işsizlik  problemi  əsaslı  şəkildə  aradan  qaldırılacaqdır. 
Yoxsulluqla  mübarizə  güclənibdir,  yoxsulluq  şəraitində  yaşa-
yanların sayı 2005-ci ildə kəskin şəkildə aşağı düşübdür. 2006-
cı  ildə  görüləcək  işlər  –  əmək  haqlarının  qaldırılması, 
təqaüdlərin  qaldırılması,  əlbəttə  ki,  yoxsulluğun  səviyyəsini 
daha  da  aşağı  salacaqdır.  Bizim  məqsədimiz  budur.  Bütün 
görülən  işlər  bu  amala  xidmət  edir.  Azərbaycanın  iqtisadi 
potensialı  güclənməlidir,  insanlar  daha  da  yaxşı  yaşamalıdır, 
insanlara  daha  gözəl  xidmət  göstərilməlidir.  Biz  bütün 
istiqamətlərdə  –  istər  enerji  sahəsində,  istər  yol  infrastrukturu 
sahəsində,  istər  səhiyyə  sahəsində  işlərimizi  yüksək  səviyyədə 
qururuq. 
Bildiyiniz  kimi,  sentyabr  ayında  mən  bölgədə  olarkən 
burada zona müşavirəsi keçirildi. Bölgənin əsas problemləri bir 
daha  təhlil  edildi  və  ondan  sonra  mən  müvafiq  Sərəncam 
imzaladım.  Sərəncam  da  icra  olunur,  xüsusilə  yolların  tikinti-
sinə  vəsait  ayrılmışdır  və  bu  gün  artıq  yollar  tikilir.  Mən 
göstəriş  vermişdim  ki,  rayon  mərkəzlərində  yollar  və  ilk  növ-
bədə, kənd yolları tikilməlidir. Uzun illərdir ki, kənd yollarına 
investisiya  qoyulmurdu  və  onlar  bərbad  vəziyyətə  düşmüşdü. 
Biz  kənd  yollarının  bərpası  ilə  ciddi  məşğuluq  və  indi  cənub 
bölgəsinin  bütün  rayonlarında  bu  proses  sürətlə  gedir. 
Bildiyiniz  kimi,  Lənkəranı  Leriklə  birləşdirən  50  kilometrlik 
yeni müasir yol və başqa yollar salındı. 


 
 
109 
Yəni  bütün  istiqamətlərdə  –  istər  enerji  sahəsində,  iqtisadi 
sahədə,  istərsə  də  humanitar,  sosial  sahələrdə  bizim  işlərimiz 
düşünülmüş  proqram  çərçivəsində  həyata  keçirilir  və  görülən 
işlər  nəticəsində  Azərbaycanda  yoxsulluq  aradan  qaldırılmalı-
dır.  Bu  bir  proqramdır,  məqsəddir  və  mən  heç  şübhə  etmirəm 
ki,  biz  buna  nail  olacağıq.  Çox  istəyirəm  ki,  buna  daha  da  tez 
nail  olaq,  çox  istəyirəm  ki,  bütün  bu  planları  daha  da  qısa 
müddət ərzində həyata keçirək. 
Bilirsiniz,  bu  stansiyanın  tikintisi  də  məhz  bu  məqsədi 
güdür. Çünki bizim enerji proqramımız var. Bir müddət bundan 
əvvəl  mən  xüsusi  proqram  imzaladım.  Amma  böyük  elektrik 
stansiyasının  tikintisi,  adətən,  2-3  il  zaman  tələb  edir.  Bizim 
vaxtımız yoxdur, bizə bu gün enerji lazımdır, bizə bu gün güclü 
infrastruktur  lazımdır.  Ona  görə  fikirləşdik  ki,  hansı  tədbiri 
görək ki, qısa müddət ərzində Azərbaycanı elektrik enerjisi ilə 
təmin  edək.  Bu  stansiyaların  tikintisi  də  məhz  bu  məqsədə 
qulluq  edir.  Bir  il  ərzində  Azərbaycanda  beş  yerdə  modul  tipli 
elektrik  stansiyalarının  tikilməsi  təxminən  400  meqavat,  bəlkə 
də  ondan  da  çox  elektrik  enerjisi  verəcəkdir.  Bu  gün 
Azərbaycanda  enerji  çatışmazlığı  məhz  elə  400  meqavatdır. 
Yəni 2006-cı ildə bu çatışmazlıq aradan qaldırılacaqdır. Amma 
o  demək  deyil  ki,  bununla  bizim  işimiz  bitəcəkdir. 
Azərbaycanda yeni sənaye müəssisələri, yeni fabriklər, zavodlar 
tikiləcək,  əhalinin  artımı  davam  edəcək,  yeni  müəssisələr 
tikiləcək,  yeni  evlər  tikilir,  bütün  bunlar  enerji  tələb  edir. 
Azərbaycanın xoşbəxtliyi bundadır ki, bizdə təbii sərvətlər var. 
Bildiyiniz  kimi,  Azərbaycanda  neft  və  qaz  hasilatı  ildən-ilə 
artır.  Keçən  il  Azərbaycanda  22  milyon  ton  neft  hasil 
edilmişdir,  bu  da  bütün  dövrlər  ərzində  Azərbaycan  üçün 
rekorddur. Növbəti illərdə bu, 50–60 milyon tona çatacaqdır. 
Yəni  bu  təbii  sərvətlər  imkan  verir  ki,  biz  enerji  təhlü-
kəsizliyi baxımından heç kimdən asılı olmayaq. İndiki qış ayla-
rında bəzi ölkələrdə yaşanan enerji, qaz böhranı onu göstərdi ki, 
bu  çox  ağır,  sosial  və  bəzi  hallarda,  siyasi  məsələyə  çevrilir. 
Azərbaycan bu baxımdan sığortalıdır, təbii sərvətlər var. Amma 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə