İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə32/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   28   29   30   31   32   33   34   35   ...   106

 
 
121 
 
 
           
          AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN         
          VƏ FRANSA PREZİDENTİ JAK ŞİRAKIN        
          TƏKBƏTƏK GÖRÜŞÜ 
 
   Paris,  
  Yelisey sarayı 
 
         10 fevral 2006-cı il 
 
         Fevralın  10-da  Parisin  Yelisey  sarayında  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Fransa  Res-
publikasının  Prezidenti  Jak  Şirakın  təkbətək  görüşü  olmuş-
dur.Prezident  Jak  Şirak  xalqımızın  ümummilli  lideri  Heydər 
Əliyevlə  görüşlərini,  gözəl  münasibətlərini  məmnunluqla  xa-
tırladı,  o  cümlədən  Yelisey  sarayında  onunla  dəfələrlə  görüş-
düyünü vurğuladı. 
Prezident  İlham  Əliyev  xoş  sözlərdən  məmnunluğunu  ifadə 
edərək bildirdi  ki, iki dahi siyasətçi və dövlət başçısı arasında 
olmuş dostluqdan iftixar duyur və bunu özü üçün gözəl nümunə 
hesab edir. 
Dövlət  başçıları  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin  həlli  perspektivləri  ətrafında  geniş  fikir  müba-
diləsi apardılar. Prezidentlər vurğuladılar ki, münaqişənin həlli 
üçün konkret addım atmağın vaxtı çatmışdır. 
Görüş  başa  çatdıqdan  sonra  Fransa  prezidenti  Jak  Şirak 
Azərbaycan  prezidenti  İlham  Əliyevi  Yelisey  sarayının  qarşı-
sında böyük hörmət və ehtiramla avtomobilədək yola saldı. 


 
 
122 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
VƏ ERMƏNİSTAN PREZİDENTİ  
ROBERT KÖÇƏRYANIN ATƏT-in MİNSK QRUPU 
HƏMSƏDRLƏRİNİN İŞTİRAKI  
İLƏ GÖRÜŞÜ 
 
Paris,  
Rambuye sarayı 
 
10 fevral 2006-cı il 
 
Fevralın  10-da  Paris  yaxınlığındakı  Rambuye  sarayında 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Ermə-
nistan  Respublikasının  Prezidenti  Robert  Köcəryanın  ATƏT-in 
Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü olmuşdur.  
Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqi-
şəsinin sülh yolu ilə həllinə dair müzakirələr aparıldı. 
Sonra  Azərbaycan  və  Ermənistan  prezidentləri  arasında 
təkbətək görüş keçirildi. 
Prezidentlər  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  mü-
naqişəsinin Praqa prosesi əsasında nizama salınması ilə bağlı 
məsələləri müzakirə etmişlər. 
 
 
 
 
 
* * * 
Azərbaycan prezidenti İlham Əliyev Fransaya səfərini başa 
çatdıraraq fevralın 12-də Paris şəhərindən Vətənə yola düşdü. 
Parisin  Orli  Beynəlxalq  hava  limanında  prezident  İlham 
Əliyevi Fransa hökumətinin yüksək vəzifəli şəxsləri və Azərbay-
can diasporunun nümayəndələri yola saldılar. 
 
 
 
 
         * * * 
Azərbaycan  prezidenti  İlham  Əliyev  fevralın  12-də  axşam 
Bakıya gəldi. 


 
 
123 
 
 
 
 
ABŞ-ın APARICI YƏHUDİ TƏŞKİLATLARI 
SƏDRLƏRİ KONFRANSININ NÜMAYƏNDƏ 
HEYƏTİ İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
13 fevral 2006-cı il 
 
Nümayəndə  heyətinin  rəhbəri  Harold  Tanner  Azər-
baycana  səfərdən  məmnun  olduqlarını  söylədi,  səfərin  yüksək 
səviyyədə  təşkilinə  görə  minnətdarlığını  bildirdi.  O,  Azərbay-
canda tolerantlığın daim təmin edildiyini vurğulayaraq dedi ki, 
bu  ölkədə  bütün  millətlərin  nümayəndələri  üçün,  o  cümlədən 
dini icmalar üçün çox yaxşı birgə yaşayış şəraiti yaradılmışdır. 
Bu  baxımdan  qonaq  yəhudi  icması  üçün  yaradılan  şəraitdən 
məmnun  qaldıqlarını  söylədi.  H.Tanner  Azərbaycanda  böyük 
iqtisadi inkişafın şahidi olduqlarını da bildirdi. 
Prezident  İlham  Əliyev  belə  səfərlərin  əhəmiyyətini  vur-
ğuladı  və  böyük  tərkibdə  nümayəndə  heyətinin  Azərbaycana 
gəlməsini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev dedi ki, 
Azərbaycanda birgə yaşayış üçün çox yaxşı şərait var və bütün 
millətlərin 
nümayəndələri 
ölkəmizin 
bərabərhüquqlu 
vətəndaşları kimi dostluq şəraitində yaşayırlar. 
Prezident İlham Əliyev nümayəndə heyətinin tərkibində olan 
nüfuzlu  təşkilatların  təmsilçilərinin  Azərbaycanda  gedən 
iqtisadi  inkişafın,  cəmiyyətin  demokratikləşmə  prosesində  əldə 
etdiyi uğurların şahidi olmalarından məmnunluğunu bildirdi. 
Sonra  Azərbaycan  prezidenti  nümayəndə  heyətinin  geniş 
tərkibdə  üzvləri  ilə  görüşdü.  Harold  Tanner  prezident  İlham 
Əliyevə qəbula görə təşəkkür etdi və səfərin əsas məqsədlərini 
açıqladı. O dedi ki, Azərbaycan dünyanın digər dövlətləri üçün 


 
 
124 
strateji əhəmiyyətə malik olan bir ölkədir və Amerika Birləşmiş 
Ştatları  ilə  onun  dostluq  münasibətləri  mövcuddur.  Bununla 
yanaşı,  Azərbaycan  böyük  neft  ehtiyatları  olan  və  iqtisadi 
cəhətdən  inkişaf  edən  ölkədir.  Azərbaycan  bütün  xalqa,  o 
cümlədən milli azlıqlara göstərilən münasibət baxımından gözəl 
ölkədir. Əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə yəhudi 
icmasına  göstərilən  münasibətlə  bağlı  təəssüratımız  çox 
yüksəkdir. Səfərimiz çox gözəl keçdi və həyatımızın əvvəlki illəri 
ilə müqayisədə indi daha çox təəssürat aldıq. 
Buraya  gəlməzdən  əvvəl  Vaşinqtonda  Dövlət  katibi  Kondo-
liza Rays ilə görüşümüz oldu. O, səfərlə əlaqədar Azərbaycanla 
bağlı  eyni  fikirlərə  və  ehtirama  şərik  çıxdı.  Eyni  zamanda, 
buraya gəlməzdən əvvəl İsrail prezidenti Katsav ilə görüşdük və 
o öz məktubunu Sizə çatdırmağı xahiş etdi. 
Qonaq məktubu prezident İlham Əliyevə təqdim etdi və onun 
qısa  məzmununu  xatırlatdı.  Məktubda  deyilir  ki,  Amerika 
Birləşmiş  Ştatlarının  aparıcı  Yəhudi  Təşkilatları  Sədrləri 
Konfransının  üzvlərinin  Azərbaycana  səfəri  və  Sizinlə  keçirə-
cəyi görüş fürsətindən istifadə edərək, özümün və İsrail xalqının 
salamlarını  Sizə  çatdırıram.  Məktubda  Azərbaycan  və  yəhudi 
xalqlarının  dostluq  münasibətləri,  birgə  tarixə  bağlılığı 
vurğulanır  və  belə  bir  inam  ifadə  olunur  ki,  ölkələrimiz 
arasındakı münasibətlər hər iki xalqın mənafeyi naminə bundan 
sonra da inkişaf edəcəkdir. 
Prezident  İlham  Əliyev  məktuba  görə  təşəkkür  etdi. 
Azərbaycan  dövlətinin  başçısı  qonaqların  bu  səfərini  yüksək 
qiymətləndirdi  və  onun  Azərbaycan  ilə  Amerika  Birləşmiş 
Ştatları arasındakı əlaqələrə töhfə verəcəyini bildirərək dedi ki, 
ABŞ  ilə  Azərbaycan  müttəfiq  dövlətlərdir,  beynəlxalq  və 
regional məsələlərdə tərəfdaş kimi çıxış edirlər. Bu səfər şərait 
yaradır  ki,  nümayəndə  heyəti  Azərbaycanda  gedən  inkişafı  və 
demokratik  cəmiyyət  quruculuğunu  öz  gözləri  ilə  görsün. 
Azərbaycan  mühüm  strateji  mövqedə  yerləşir  və  onun  böyük 
təbii  ehtiyatları  var.  Bu,  xalqımızın  rifah  halının  yüksəlməsinə 
xidmət  edir.  Azərbaycanda  müxtəlif  dinlərə  mənsub  olan 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə