İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə24/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   20   21   22   23   24   25   26   27   ...   106

 
 
88 
edilibdir.  Birincisi,  heç  bir  qərar  qəbul  edilməyibdir.  İkincisi, 
onlarda bu məlumat haradandır? Yəni bu yalanlar nəyə xidmət 
edir?  Azərbaycanın  mövqeyi  dəyişməz  olaraq  qalır. Bu  gün  də 
mən bunu bir daha dedim. Heç vaxt – nə bu gün, nə sabah, nə 
10  ildən  sonra,  nə  15  ildən  sonra,  nə  100  ildən  sonra  Dağlıq 
Qarabağ  Azərbaycandan  ayrılmayacaqdır.  Hər  halda,  mən 
prezident olan dövrdə bunu özündə əks etdirən sazişə heç vaxt 
imza  qoymaram.  Dağlıq  Qarabağ  Azərbaycan  torpağıdır. 
Azərbaycanlılar  Dağlıq  Qarabağa  qayıtmalıdırlar  və  bu  barədə 
də danışıqlar aparılır. İşğal edilmiş torpaqlar işğalçılardan azad 
olunmalıdır.  Bu  mövzu  ətrafında  söhbət  aparılır  və  söhbət  də 
aparılacaqdır. Biz deyə bilmərik ki, irəliləyişə nail olduq. Çünki 
danışıqlarda  iki  tərəf  iştirak  edir.  Biz  hələ  ki,  danışıqlar 
prosesinə sadiqik. Bu prosesdə iştirak edirik, danışıqlar prosesi 
tükənməyibdir.  Eyni  zamanda,  ordumuzu  da  gücləndiririk, 
iqtisadiyyatımızı da gücləndiririk. Gördük ki, danışıqlar prosesi 
tükəndi,  onda  oturarıq,  fikirləşərik,  qərar  qəbul  edərik  və  artıq 
öz fəaliyyətimizi başqa istiqamətdə daha da gücləndirərik. Hər 
halda,  bu  məsələdə  Azərbaycanın  Xarici  İşlər  Nazirliyi  iştirak 
edir. Mən prezident kimi iştirak edirəm. Hesab edirəm ki, indiki 
mərhələdə danışıqların davam etdirilməsi lazımdır.  
2006-cı  ildə  ordu  quruculuğu  istiqamətində  də  böyük  işlər 
görüləcəkdir.  Mən  bu  gün  qeyd  etdim,  son  iki  il  ərzində  biz 
müdafiə potensialımızı iki dəfədən çox gücləndirdik. Bildiyiniz 
kimi, 2006-cı ildə hərbi büdcəmiz 600 milyon dollar olacaqdır. Bu 
bizə imkan verəcək ki, hərbi potensialımızı daha da artıraq. Bizim 
hərbi  büdcəmiz  Ermənistanın  bütün  büdcəsinə  bərabər  olmalıdır. 
Mən  bunu  artıq  bir  neçə  dəfə  demişəm.  Bir  də  deyirəm  ki,  mən 
bunu  unutmamışam  və  bu  olacaqdır.  Nə  vaxt  olacaq,  o  bizdən 
asılıdır. Bizə nə vaxt lazım olacaq, o vaxt da olacaqdır. Amma o 
gün uzaqda deyildir.  
İqtisadi  islahatlar  davam  etdirilməlidir.  Buna  heç  bir  şübhə 
ola bilməz. Bu islahatlar bizə lazımdır. Həm struktur islahatları 
lazımdır,  həm  də  Azərbaycanda  bazar  iqtisadiyyatının 
möhkəmlənməsi  üçün,  inkişafı  üçün  nə  lazımdırsa,  onu 


 
 
89 
edəcəyik.  Büdcə  artımı  təmin  olunmalıdır.  Mən  artıq  2007-ci 
ilin  büdcəsindən  danışmaq  istəyirəm.  O  barədə  fikirləşməliyik. 
Kəskin  şəkildə  artım  olmalıdır.  2006-cı  ildə  qeyri-neft 
sektorunun  inkişafı  üçün,  sahibkarlığın  inkişafı  üçün  çox 
önəmli  addımlar  atılmalıdır.  Sahibkarlara  daha  böyük  həcmdə 
kreditlər  veriləcəkdir.  Əgər  keçən  il  200  milyard  manat 
səviyyəsində  verilibdirsə,  deməli,  2006-cı  ildə  400  milyard 
nəzərdə tutulmuşdur. Yeni pulla, haradasa, 100 milyon dollara 
yaxın  bir  məbləğdir  ki,  sahibkarlara  güzəştli  şərtlərlə  kreditlər 
verilir. Bunlar da öz növbəsində, iş yerlərinin açılması üçün və 
qeyri-neft 
sektorunun 
inkişafı 
üçün, 
xüsusilə 
kənd 
təsərrüfatının, emal sənayesinin inkişafı üçün lazımdır.  
2006-cı  ildə  geniş  sənaye  inkişafı  proqramı  hazırlanmalıdır. 
O  da  qeyri-neft  sektorunun  inkişafı  çərçivəsində  olmalıdır.  Biz 
indidən  gələcək  sənaye  inkişafımızı  müəyyən  etməliyik:  hansı 
sahələr inkişaf etməlidir, hansı sahələrə biz xaricdən investorları 
cəlb etməliyik, hansı sahələri özümüz işlətməliyik, sərmayələri 
haraya qoymalıyıq.  
Bizim  maliyyə  imkanlarımız  artır,  büdcəmiz  artır.  Bakı–
Tbilisi–Ceyhan  neft  kəməri  işə  düşəndən  sonra  Azərbaycan 
xəzinəsinə milyardlarla dollar daxil olacaq və biz gərək bundan 
səmərəli  istifadə  edək.  Güclü  sənaye  potensialının  yaradılması 
məqsədi  qoyulur.  2006-cı  ildə  bunun  istiqamətləri  müəyyən 
edilməli və ilkin addımlar da atılmalıdır.  
Bildiyiniz  kimi,  dövlət  investisiya  şirkətinin  formalaşması 
üçün Dövlət Neft Fondunda 100 milyon dollar nəzərdə tutulub 
və  bu  100  milyon  dollar  da  öz  növbəsində,  yeni  sənaye 
istehsalının  inkişafına  və  yaradılmasına  xidmət  etməlidir.  Bu 
100  milyon  dolları  qoyub  xarici  banklardan  400  milyon  dollar 
da  cəlb  etmək  olar.  Beləliklə,  500  milyon  dollar  məbləğində 
vəsait məhz sənaye potensialının yaradılmasına yönəldilməlidir.  
Regional  inkişaf  proqramı  davam  edir.  340  min  iş  yerinin 
açılması artıq böyük nailiyyətdir və bu, uğurla davam etdirilir. 
Eyni  zamanda,  bilirsiniz  ki,  Bakının  şəhərətrafı  qəsəbələrinin 
inkişaf  proqramı  da  hazırlanır.  Orada  da  böyük  məbləğlər 


 
 
90 
nəzərdə  tutulubdur.  Yaxın  zamanlarda  biz  bu  proqramı  da 
həyata keçirməyə başlayacağıq.  
Yoxsulluğun  azaldılması  və  aradan  qaldırılması  işində 
nəticələr  var.  Yoxsulluğun  səviyyəsi  aşağı  düşür.  2006-cı  ildə 
pensiya  islahatının  nəticəsində,  ünvanlı  sosial  yardımın 
tətbiqindən  sonra,  minimum  əməkhaqqının  qaldırılmasından 
sonra,  müəyyən  kateqoriyalı  işçilərin  əmək  haqlarının 
qaldırılmasından  sonra  Azərbaycanda  yoxsulluqda  yaşayan 
insanların sayı daha da aşağı düşməlidir və düşəcəkdir.  
İnfrarstruktur layihələr 2006-cı ildə həyata keçməlidir. Yeni 
yollar salınmalıdır. Bakını bütün sərhədlərlə birləşdirən yollarda 
işlər başlanmalıdır. Bakı–Rusiya yolu, Bakı–Gürcüstan yolu və 
Bakı–İran  sərhədi    –  bütün  bu  istiqamətlərdə  işlər  daha  da 
sürətlə  getməlidir.  Eyni  zamanda,  bildiyiniz  kimi,  Bakının  yol 
infrastrukturu  haqqında  biz  qərarlar  verdik,  geniş  müşavirə 
keçirildi, vəsait ayrıldı. Artıq sabahdan, birisi gündən başlamaq 
lazımdır.  Yeni  körpülər,  yolötürücüləri,  iki-üç  səviyyəli 
körpülər,  yollar  –  yəni  Bakının  güclü  yol  infrastrukturu 
yaradılmalıdır.  
Digər infrastruktur layihələr də həyata keçiriləcəkdir. İçməli 
su  kəmərinin  tikintisi  başlanmalıdır,  qaz  kəmərləri  şəbəkəsi 
yeniləşməlidir,  istilik  sisteminin  bərpası  daha  da  sürətlə 
getməlidir,  elektrik  stansiyalarının  tikintisi  getməlidir.  Yəni 
bütün  bu  planlar  var.  Sadəcə  deyirəm  ki,  bütün  aidiyyəti 
orqanlar bu işlərə böyük diqqət yetirsinlər.  
Bizim xərclər artır. Beləliklə, bir tərəfdən, inflyasiya da arta 
bilər.  Ona  görə,  bütün  aidiyyəti  qurumlar  buna  nəzarət 
etməlidirlər.  Biz  keçən  il  inflyasiya  qalxanda  bunun  qarşısını 
ala bildik, təxirəsalınmaz tədbirlər görüldü. İnanmıram ki, bu il 
qalxsın,  amma  xərclər  həddindən  artıq  çoxdur.  Büdcə  xərclə-
rinin  70  faiz  artması  istər-istəməz  inflyasiyaya  təsir  edir.  Eyni 
zamanda,  dünyada  neftin  qiymətinin  bahalaşması  bütün  idxal 
olunan malların qiymətinə təsir göstərir. Bunlar təbii amillərdir. 
Biz  gərək  hazır  olaq  ki,  inflyasiyanı  birrəqəmli  səviyyədə 
saxlayaq.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə