İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə6/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   2   3   4   5   6   7   8   9   ...   106

 
 
24 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ ÖLKƏMİZDƏ 
HAVALARIN KƏSKİN ŞƏKİLDƏ PİSLƏŞMƏSİ 
İLƏ ƏLAQƏDAR YARANAN PROBLEMLƏRİN 
HƏLLİNƏ AİD KEÇİRİLMİŞ MÜŞAVİRƏDƏ 
NİTQ 
 
Prezident sarayı 
 
24 yanvar 2006-cı il 
 
   Bugünkü  müşavirə  Azərbaycanda,  o  cümlədən  Bakıda 
hava şəraitinin kəskin şəkildə pisləşməsi ilə bağlıdır. Bildiyiniz 
kimi,  son  günlər  ərzində  bizim  regionda  və  bütövlükdə 
Avropada  havanın  qeyri-sabit  keçməsi  nəticəsində  müəyyən 
çətinliklər  meydana  çıxıbdır.  Avropa  ölkələrində  problemlər 
yaranıbdır.  Elektrik  enerjisi  ilə,  qazla  təminat  aşağı  düşübdür. 
Televiziya  kanallarından  görürük  ki,  Rusiyanın  özündə  də 
müxtəlif  bölgələrdə  artıq  çox  ciddi  proseslər  gedir,  əhaliyə  və 
müəssisələrə  elektrik  enerjisi  və  qaz  kifayət  qədər  verilmir, 
məhdudiyyətlər qoyulur.  
Yəni bu problem artıq ümumi xarakter daşıyır və əlbəttə ki, 
Azərbaycanda  da  biz  gərək  bu  problemin  aradan  qaldırılması 
üçün lazımi tədbirlər görək. Ölkəmizdə son illər ərzində görülən 
işlər  nəticəsində  yay,  yaz  və  payız  mövsümlərində  nə  Bakıda, 
nə  respublikanın  başqa  rayonlarında  elektrik  enerjisi  ilə  bağlı, 
demək  olar  ki,  heç  bir  problem  yoxdur.  Qış  aylarında  isə 
müəyyən  problemlər  yaranır  və  bu,  təbii  xarakter  daşıyır.  Biz 
dəfələrlə bu barədə danışmışıq. İlk növbədə, Azərbaycanda yeni 
elektrik güclərinin kifayət qədər işə salınmaması nəticəsində qış 
aylarında  müəyyən  problemlər  yaranır.  Bu  ildən  başlayaraq, 
ölkəmizin 
bütün 
bölgələrində 
modul 
tipli 
elektrik 


 
 
25 
stansiyalarının  quraşdırılması  nəticəsində  əminəm  ki,  Azər-
baycanda  elektrik  enerjisi  ilə  təchizatda  qış  aylarında  da 
problemlər  olmayacaq  və  olmamalıdır.  Birinci  modul  tipli 
elektrik stansiyasının tikintisi artıq başa çatır və yaxın günlərdə 
Astara  rayonunda  onun  açılışı  qeyd  olunacaqdır.  Ancaq  bu, 
hələlik  problemin  tam  aradan  qaldırılmasına  imkan  yaratmır. 
Onunla  yanaşı,  digər  tədbirlər  də  görülür.  Bakıda  «Şimal» 
elektrik stansiyasının ikinci hissəsi tikiləcək, Sumqayıt elektrik 
stansiyasının  tikilməsi  artıq  başlanmışdır  və  500  meqavat 
gücündə olan bu stansiya yəqin ki, iki ilə istismara veriləcəkdir.  
Eyni  zamanda,  Azərbaycanda  qazla  təminat  müəyyən 
səviyyədə  yaxşılaşıbdır.  Amma  bizim  tələbatımızı  tam  şəkildə 
ödəmir.  Baxmayaraq  ki,  ildən-ilə  verilən  qazın  həcmi  artır, 
hələlik  biz  əhalinin  tələbatını  tam  şəkildə  ödəyə  bilmirik. 
Baxmayaraq ki, Azərbaycana ildə təxminən 5 milyard kubmetr 
qaz  idxal  olunur,  özü  də  indi  baha  qiymətlə  alınır.  Bu 
məqsədlərə  bu  il  təxminən  yarım  milyard  dollar  vəsait  dövlət 
tərəfindən  ödəniləcəkdir.  Hamımız  da  bilirik  ki,  qazın  pulunu 
əhali  faktiki  olaraq  vermir.  Təxminən  20–25  faiz  yığılır, 
baxmayaraq ki, əhaliyə qaz çox aşağı qiymətlə verilir. Bütün bu 
maliyyə  yükü  Azərbaycan  büdcəsinin  üzərinə  düşür.  Nəzərə 
alsaq  ki,  elektrik  enerjisinin  qiyməti  də  Azərbaycanda  çox 
aşağıdır və elektrik stansiyalarında ildə təxminən 2 milyon ton 
mazut  yandırılır,  onda  əhaliyə    dövlətin  dotasiyası  ildə 
minimum 1  milyard dollar təşkil edir. Heç bir ölkədə, xüsusilə 
bazar  iqtisadiyyatı  prinsipləri  əsasında  yaşayan  ölkədə  belə  bir 
mənzərə  müşahidə  olunmur.  Bu  bir  də  onu  göstərir  ki, 
Azərbaycan dövləti və hökuməti öz sosial siyasətinə sadiqdir.  
Biz  sosialyönümlü  siyasət  aparırıq,  əhalini  ucuz  enerji 
daşıyıcıları ilə təmin edirik. Havanın kəskin şəkildə pisləşməsi, 
əlbəttə  ki,  enerji  sektoruna  mənfi  təsir  göstərir.  Ona  görə  mən 
hesab  etdim  ki,  biz  bu  gün  təcili  şəkildə  yığışaq,  məsələni 
müzakirə  edək.  Həm  Bakı  şəhərində  olan  vəziyyəti  araşdıraq, 
həm  də  rayonlarda  olan  vəziyyəti  araşdıraq,  elektrik  enerjisi, 
qaz və istiliklə təminat məsələlərinə baxaq.  


 
 
26 
Bildiyiniz  kimi,  bu  yaxınlarda  baş  vermiş  partlayış  nəticə-
sində Gürcüstana da qaz verilməsi dayandırıldı. Faktiki olaraq, 
Gürcüstan  qazsız  qaldı  və  bizə  müraciət  olundu.  Biz  qardaş 
Gürcüstan xalqına öz köməyimizi göstərmişik, mənim prezident 
Saakaşvili  ilə  telefon  danışıqlarım  olubdur,  nə  lazımdırsa,  onu 
edirik.  Baxmayaraq  ki,  Azərbaycanda  da  müəyyən  çətinliklər 
var,  eyni  zamanda,  çətin  anlarda  biz  gərək  bir-birimizə  kömək 
edək. Gürcüstan bizim tərəfdaşımızdır, bizim üçün dost, qardaş 
ölkədir  və  mən  göstəriş  verdim  ki,  orada  bu  böhranın 
nəticələrini  azaltmaq  üçün  müəyyən  tədbirlər  görülsün.  Artıq 
Azərbaycandan  həm  təbii  qazın  verilməsi,  eyni  zamanda, 
elektrik enerjisinin verilməsi təmin olunubdur.  
Ancaq şübhəsiz ki, biz öz problemlərimizi də həll etməliyik 
və  bunu  etmək  üçün  gərək  bu  gün  vəziyyət  araşdırılsın,  təhlil 
edilsin.  Əgər  lazımsa,  əlavə  tədbirlər  görülməlidir  ki,  biz  bu 
vəziyyətdən çıxaq. Mən deyə bilmərəm ki, vəziyyət çox ağırdır 
və  yaxud  da  çətindir.  Ancaq  lap  xırda  problem  olsa  da,  biz 
gərək  onun  həllinə  nail  olaq.  Buna  görə  bu  gün  bu  məsələləri 
biz  müzakirə  etməliyik.  İlk  növbədə,  mən  soruşmaq  istəyirəm 
ki,  Bakıda  vəziyyət  necədir?  Həm  elektrik  enerjisi,  qaz 
təchizatında, həm də yol hərəkəti ilə bağlı hansı problem var və 
necə həll olunur?  
 
 
 
 
 
 
H a c ı b a l a   A b u t a l ı b o v (Bakı Şəhər İcra Hakimiy-
yətinin başçısı): Möhtərəm Prezident, hidrometeoroloji mərkəz-
dən alınan məlumat bizə çatan kimi, Bakı şəhərinin bütün rayon 
icra  hakimiyyəti  başçıları  səfərbər  olunub,  gecə-gündüz  iş 
rejiminə  keçiblər.  Qış  qarajımız  tamamilə  hazır  vəziyyətdədir, 
qumla,  bütün  maşınlarla  təmin  olunubdur.  İndi,  bu  saat  Bakı 
şəhərinin küçələrində 17 qarkürüyən, 13 ədəd qumsəpən, 2 ədəd 
qarvuran və 3 ədəd qaryükləyən maşın işləyir.  
İ l h a m   Ə l i y e v: Kifayətdir?  
H a c ı b a l a   A b u t a l ı b o v: Mənə elə gəlir ki, hələlik, 
bu günə qədər tam kifayət edir. Müəyyən problemlər var.  
İ l h a m   Ə l i y e v: Texnika kifayət qədər varmı?  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə