İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə5/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   2   3   4   5   6   7   8   9   ...   106

 
 
18 
mübarək  Qurban  bayramı  da  ölkəmizdə  milli-mənəvi 
həmrəyliyin, xeyirxah əməllərin təntənəsinə çevriləcəkdir.  
Əziz bacı və qardaşlarım!  
Bu  əziz  gündə  sizə  Ulu  Tanrıdan  möhkəm  cansağlığı, 
ailələrinizə xoşbəxtlik, evlərinizə xeyir-bərəkət arzulayıram.  
Qurban bayramınız mübarək olsun!  
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
9 yanvar 2006-cı il 


 
 
19 
 
 
BƏHREYNİN KRALI ƏLAHƏZRƏT  
ŞEYX HƏMƏD BİN İSA ƏL-XƏLİFƏYƏ 
 
Əlahəzrət! 
Oğlunuz  şeyx  Feysalın  avtomobil  qəzası  nəticəsində  fa-
ciəli şəkildə həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. 
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bü-
tün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm. 
Allah rəhmət eləsin. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
14 yanvar 2006-cı il 
 


 
 
20 
 
 
 
KÜVEYT DÖVLƏTİNİN VƏLİƏHDİ ƏLAHƏZRƏT 
ŞEYX SAAD ƏL-ABDULLA  
ƏS-SALİM ƏS-SABAHA 
 
Əlahəzrət! 
Görkəmli  dövlət  xadimi,  Küveyt  Dövlətinin  Əmiri  şeyx 
Sabir əl-Əhməd əs-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər 
hissi ilə qarşıladıq. 
Bütün  həyatı  boyu  doğma  xalqına  sədaqətlə  xidmət  etmiş 
şeyx  Sabir  əl-Əhməd  əl-Sabir  əs-Sabahın  müsəlman  dövlətləri 
və  xalqları  arasında  dostluq  və  əməkdaşlıq  münasibətlərinin 
inkişafında və möhkəmləndirilməsində böyük rolu olmuşdur. 
Bu  ağır  anlarda  dərdinizə  şərik  çıxır.  Sizə,  mərhumun  ailə 
üzvlərinə,  dost  Küveyt  xalqına  şəxsən  öz  adımdan  və  bütün 
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. 
Allah rəhmət eləsin! 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
15 yanvar 2006-cı il 
 
 
 
 
 
 
 


 
 
21 
 
 
 
ABŞ AVROPA KOMANDANLIĞININ KOMANDAN 
MÜAVİNİ GENERAL ÇARLZ UOLDUN 
RƏHBƏRLİK ETDİYİ  
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
19 yanvar 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
yanvarın  19-da  Prezident  sarayında  ABŞ  Avropa  Koman-
danlığının Komandan müavini general Çarlz Uoldun rəhbərlik 
etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
Qonaqları  səmimiyyətlə  salamlayan  dövlətimizin  başçısı 
nümayəndə  heyətinin  Azərbaycanda  bir  sıra  səmərəli  görüşlər 
keçirdiyi  barədə  məlumatı  olduğunu  qeyd  etdi.  O  bu  səfərin 
ölkələrimiz  arasında  hərbi  sahədə  əməkdaşlığa  öz  töhfəsini 
verəcəyinə ümidvar olduğunu bildirdi. 
General  Çarlz  Uold  Azərbaycanda  hərbi  sahədə  əldə  edil-
miş nailiyyətlərin, habelə Azərbaycan Respublikası Ərazilərinin 
Minalardan  Təmizlənməsi  üzrə  Milli  Agentliyin  fəaliyyətinin 
nümayəndə  heyətində  böyük  təəssürat  yaratdığını  bildirdi  və 
Agentlik  tərəfindən  həyata  keçirilən  işlərin  digər  ölkələr  üçün 
yaxşı nümunə olduğunu vurğuladı. 
General  Çarlz  Uold  Azərbaycanda  keçirilmiş  parlament 
seçkiləri  ilə  əlaqədar  prezident  İlham  Əliyevə  təbriklərini  çat-
dırdı. 


 
 
22 
 
 
 
PORTUQALİYA RESPUBLİKASININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB ANİBAL KAVAKU SİLVAYA 
 
Hörmətli cənab Prezident! 
Portuqaliya  Respublikasının  Prezidenti  vəzifəsinə  seçil-
məyiniz münasibətilə Sizi təbrik edirəm. 
Biz  Azərbaycan  ilə  Portuqaliya  arasındakı  dostluq  və 
əməkdaşlığın  inkişafına  böyük  əhəmiyyət  veririk.  Ümidvaram 
ki,  ikitərəfli  münasibətlərimiz,  əlaqələrimiz  xalqlarımızın 
mənafelərinə 
uyğun 
olaraq 
daim 
genişlənəcək 
və 
möhkəmlənəcəkdir. 
Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik,  dost  Portuqaliya  xalq-
larının  rifahı  naminə  qarşıdakı  fəaliyyətinizdə  uğurlar 
diləyirəm. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 23 yanvar 2006-cı il 
 
 


 
 
23 
 
 
 
MACARISTAN XARİCİ İŞLƏR NAZİRLİYİNİN 
SİYASİ MƏSƏLƏLƏR ÜZRƏ DÖVLƏT KATİBİ 
ANDRAŞ BARŞONİNİN RƏHBƏRLİK ETDİYİ 
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
23 yanvar 2006-cı il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanva-
rın 23-də Prezident sarayında Macarıstan Xarici İşlər Nazirliyinin 
siyasi  məsələlər  üzrə  Dövlət  katibi  Andraş  Barşoninin  rəhbərlik 
etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
Qonaqları  səmimiyyətlə  salamlayan  prezident  İlham  Əliyev 
Azərbaycanın  Macarıstanla  ikitərəfli  əlaqələrin  inkişafına 
böyük əhəmiyyət verdiyini və ölkəmizin Budapeştdə səfirliyinin 
açılmasının  bunun  yaxşı  nümunəsi  olduğunu  qeyd  etdi.  O, 
siyasi,  iqtisadi,  mədəni  və  digər  sahələrdə  əlaqələrimizin  bun-
dan  sonra  da  inkişaf  etdirilməsinin  zəruriliyini  vurğulayaraq, 
bu  səfərin  ikitərəfli  münasibətlərimizin  inkişaf  etdirilməsi  işinə 
öz  töhfəsini  verəcəyinə  əminliyini  bildirdi.  Prezident  İlham 
Əliyev cənab Barşoni ilə Avropa Şurasındakı birgə fəaliyyətini 
məmnunluqla xatırlayaraq, Azərbaycanın Avropaya inteqrasiya 
siyasətinin böyük önəm daşıdığını vurğuladı. 
Andraş  Barşoni  ölkəsinin  Azərbaycan  ilə  ikitərəfli  əlaqələrini 
genişləndirmək  arzusunu  ifadə  edərək,  səfərinin  bu  istiqamətdə 
atılan  mühüm  addım  olduğunu  qeyd  etdi.  Qonaq  Azərbaycanın 
Macarıstanda səfirliyinin açılmasının iki ölkə arasında əlaqələrin 
inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığını bildirdi. O, Bu-
dapeştdə  Azərbaycanın  biznes  adamlarının  iştirakı  ilə  seminarın 
keçirildiyini  xatırlatdı  və  belə  bir  tədbirin  bu  ilin  sonuna  qədər 
Bakıda da keçiriləcəyini diqqətə çatdırdı. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə