İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə3/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   2   3   4   5   6   7   8   9   ...   106

 
 

Əziz bacılar və qardaşlar!  
Bu  gün  eyni  zamanda,  Dünya  Azərbaycanlılarının  Həm-
rəyliyi  günüdür.  Mən  bu  münasibətlə  də  sizi  ürəkdən  təbrik 
edirəm.  Dünyada  yaşayan  bütün  azərbaycanlılara  xoşbəxtlik, 
səadət arzulayıram, onları birliyə, həmrəyliyə dəvət edirəm.  
Əziz dostlar!  
Sizi  Yeni  il  münasibətilə  bir  daha  ürəkdən  təbrik  edirəm. 
Sizə cansağlığı, uğurlar, xoşbəxtlik arzulayıram. Sağ olun. 
 


 
 
10 
 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ  
KEÇİRİLMİŞ TƏHLÜKƏSİZLİK  
ŞURASININ İCLASINDA  
NİTQ 
  
Prezident sarayı 
 
2 yanvar 2006-cı il 
 
2005-ci  il  arxada  qaldı.  İlin  yekunları  çox  uğurlu 
olmuşdur.  Bu  barədə  mən  öz  fikirlərimi  çıxışımda  söylədim. 
Bütünlükdə,  2005-ci  il  Azərbaycanın  dinamik  inkişafında  çox 
mühüm  rol  oynayan  bir  il  olmuşdur.  Həm  ictimai-siyasi 
proseslər  müsbət  istiqamətdə  inkişaf  etmişdir,  iqtisadiyyatımız 
çox  sürətlə  artmışdır,  həm  də  Azərbaycanın  dünyadakı, 
bölgədəki mövqeləri möhkəmlənmişdir və bütövlükdə, ölkəmiz 
çox uğurla inkişaf etmişdir.  
2006-cı  ilin  ilk  günlərində  biz  Təhlükəsizlik  Şurasının 
iclasını  keçiririk.  Bu  çox  vacibdir.  Çünki  bildiyiniz  kimi, 
Təhlükəsizlik Şurasının iclasları mütəmadi qaydada keçirilir, bu 
iclaslarda  ölkəmizin  qlobal  məsələləri,  strateji  əhəmiyyət 
daşıyan məsələlər müzakirə olunur, inkişaf strategiyamızın əsas 
məqamları,  istiqamətləri  müəyyən  edilir.  Hesab  edirəm  ki, 
bugünkü iclas da bu baxımdan çox vacibdir.  
Mən  şübhə  etmirəm  ki,  Azərbaycanda  möhkəmlənmiş 
müsbət  meyllər  2006-cı ildə daha da sürətlə inkişaf edəcəkdir. 
Azərbaycan  bölgədə  gedən  proseslərdə  daha  da  fəal  iştirak 
edəcək,  öz  iqtisadi  potensialını  möhkəmləndirəcəkdir. 
Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  təşəbbüsü  ilə 
tikilən Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-cı ildə istismara 


 
 
11 
veriləcəkdir.  İlin  sonunda  Bakı–Tbilisi–Ərzurum  qaz  kəməri 
istismara  veriləcəkdir.  Bunlar,  əlbəttə  ki,  dünya  əhəmiyyətli 
məsələlərdir  və  həm  Azərbaycanın  iqtisadi  potensialının 
möhkəmlənməsinə  öz  töhfəsini  verəcək,  həm  də  bölgədə 
sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət 
edəcəkdir.  
2006-cı  ildə  sosial-iqtisadi  məsələlərin  həlli  daha  da  sürətlə 
getməlidir.  Buna  nail  olmaq  üçün  bütün  imkanlar  var.  Qəbul 
olunmuş  sosial-iqtisadi  proqramlar,  regionların  inkişafı 
proqramları  uğurla  icra  edilir.  Həm  iqtisadi  sahədə,  həm  də 
sosial  sahədə  böyük  işlər  görülməlidir.  Sosial  məsələlərin  həlli 
bilavasitə  iqtisadi  potensialdan  asılıdır.  Əlbəttə  ki,  bizim 
potensialımız  gücləndikcə,  bu  məsələlər  daha  da  sürətlə  öz 
həllini  tapacaqdır.  Azərbaycanda  məktəb,  xəstəxana  tikintisi 
geniş 
vüsət 
alıbdır. 
İnsanların 
həyat 
səviyyəsinin 
yaxşılaşdırılması ən başlıca vəzifədir. Yoxsulluğun azaldılması, 
işsizliyin  aradan  qaldırılması  –  bütün  bunlar  bizim  əsas 
məsələlərimizdir  və  gündəlik  həyatda  bu  məsələlərlə  məşğul 
oluruq.  
2006-cı  il  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  müna-
qişəsinin həlli işində də müəyyən ümidlər verir. Bildiyiniz kimi, 
bu  məsələ  ilə  məşğul  olan  Minsk  qrupu  və  onun  həmsədrləri 
son  zamanlar  öz  fəaliyyətini  daha  da  gücləndirmişlər  və 
müəyyən  təkliflər  irəli  sürülür.  Biz  bütün  təklifləri  nəzərdən 
keçiririk,  müzakirə  edirik.  Eyni  zamanda,  bu  məsələ  ilə  bağlı 
bizim  mövqeyimiz  dəyişməz  olaraq  qalır.  Bu  məsələ  yalnız 
beynəlxalq  hüquq  normaları  əsasında  öz  həllini  tapa  bilər. 
Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir.  
Praqa  prosesinin  möhkəmlənməsi  müsbət  haldır,  məsələ  ilə 
məşğul  olan  tərəflər,  qurumlar  artıq  bunu  əsas  istiqamət  kimi 
təqdim  edirlər.  Praqa  prosesi  müsbət  prosesdir,  mərhələli  həll 
işində mühüm bir addımdır.  
Bütün bu məsələlər bizim qarşımızda dayanır. Azərbaycanda 
iqtisadi,  sosial,  siyasi  proseslər  müsbət  istiqamətdə  gedir.  Bu 
baxımdan  2005-ci  ildə  keçirilmiş  parlament  seçkiləri 


 
 
12 
Azərbaycanda demokratiyanın inkişafına çox güclü təkan verdi. 
Demokratik  proseslər  seçkilər  ərəfəsində  çox  sürətlə  getmişdir 
və  seçkilərdən  sonra  da  bu  cür  davam  edir.  Azərbaycan  bu 
baxımdan sürətlə inkişaf edən ölkədir. Demokratiyanın inkişafı 
2006-cı  ildə  də  bizim  əsas  vəzifələrimizdən  biri  olacaqdır. 
Azərbaycanda  hökm  sürən  sabitlik,  vətəndaş  həmrəyliyi  bizə 
imkan verir ki, ölkəmiz hərtərəfli – həm iqtisadi sahədə, həm də 
siyasi  məsələlər  baxımından  inkişaf  etsin.  Əlbəttə  ki, 
demokratik inkişaf da çox böyük əhəmiyyət kəsb edir.  
Çalışmalıyıq  ki,  2006-cı  ildə  Azərbaycanın  müstəqilliyini 
daha  da  gücləndirək,  enerji  təhlükəsizliyini  daha  da  möhkəm-
ləndirək.  Bildiyiniz  kimi,  indi  regionda  enerji  daşıyıcıları  ilə 
bağlı  olan  problemlər  artıq  özünü  çox  qabarıq  şəkildə  büruzə 
verir. Azərbaycanda bu problemlər yoxdur, biz öz tədbirlərimizi 
vaxtı-vaxtında  gördük.  Əlbəttə  ki,  biz  öz  daxili  resurslarımıza 
arxalanırıq.  Ona  görə  də  Azərbaycanda  neft,  qaz  hasilatı  artır. 
Gələn  il  Azərbaycanda  həm  neft,  həm  də  qaz  hasilatı  xeyli 
dərəcədə  artacaq  və  əlbəttə  ki,  bu,  ölkəyə  əlavə  valyuta 
resursları  gətirəcəkdir.  Eyni  zamanda,  öz  tələbatımızı  daha  da 
böyük  həcmdə  ödəyəcəyik.  Amma  buna  baxmayaraq,  hələlik 
idxal qazına ehtiyac var. Ona görə də qərar verildi ki, bu məsələ 
də  öz  həllini  tapsın.  Biz  buna  vaxtında  nail  olduq  və  ümid 
edirəm  ki,  qış  aylarında  Azərbaycanda  enerji  problemi 
olmayacaqdır.  
Bildiyiniz kimi, eyni zamanda, biz enerji infrastrukturumuzu 
da  möhkəmləndiririk.  Böyük  elektrik  stansiyaları  tikilir, 
kiçikhəcmli 
elektrik 
stansiyaları  tikilir. 
Qaz 
xətləri 
yeniləşdirilir,  sayğaclar  quraşdırılır.  Yəni  bu,  demək  olar  ki, 
əhalini  narahat  edən  əsas  sosial  problemlərdən  biridir  və  biz 
bunu həll etməliyik.  
Bir  sözlə,  2006-cı  ildə  biz  gərək  çox  fəal,  çox  səmərəli 
işləyək. Hərə öz  yerində vəzifə borcunu yerinə yetirməlidir və 
biz  Azərbaycan  xalqı  qarşısında  mütəmadi  qaydada  hesabat 
verməliyik. 
 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə