İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə74/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   70   71   72   73   74   75   76   77   ...   106

 
 
271 
problemləri  ciddidirsə,  demokratiya  onları  düşündürən  ən  son 
məsələdir.  Onlar  iş  haqqında,  ərzaq  haqqında,  uşaqlarına  necə 
çörək tapmaq haqqında fikirləşirlər və belə şəraitdə onlar azad 
ola  bilmirlər.  Ona  görə  də  biz  azad  sahibkarlığın  inkişafına 
yüksək diqqət yetiririk. Belə şəraitdə insan azad olur. Onlar özəl 
bizneslə  məşğul  olanda,  dövlət  qurumlarından  asılı  olmurlar. 
Beləliklə, onların həyatdakı davranışı da dəyişilir. 
Eyni  sözləri  siyasi  təsisatlara  da  aid  etmək  olar. 
Azərbaycanda biz istənilən Qərb ölkəsində mövcud olan siyasi 
təsisatlar  kimi,  bütün  təsisatları  yaratmışıq.  Lakin  bu  o  demək 
deyil  ki,  Azərbaycanda  demokratiyanın  səviyyəsi  həmin 
ölkələrdəki  kimidir.  Əlbəttə  ki,  yox.  Bunun  baş  verməsini 
gözləmək  tamamilə  sadəlövhlük  olardı.  Əfsuslar  olsun, 
müəyyən  qərar  qəbul  edən  dairələr,  təsisatlar  hesab  edirlər  ki, 
bu çox asandır. Bu və  ya  digər yerdə gəlib demokratiyanı elan 
etmək,  yaxud  onu  bayraqla,  dəyənəklə  gətirmək  və  demək  ki, 
sabah  siz  demokrat  olmalısınız,  bu  tamamilə  anormaldır, 
qəbuledilməzdir.  Həyat  göstərir  ki,  bu  cür  yanaşma,  bu  üsul 
işləmir.  Demokratiyanın  ixracı  işləmir.  Bu,  təkamül,  keçid 
prosesi  olmalıdır.  Əlbəttə  ki,  hökumət,  tərəfdaşlar,  beynəlxalq 
təşkilatlar, qeyri-hökumət təşkilatları fəal olmalıdırlar. Biz deyə 
bilmərik ki, müstəqilsiniz, gəncsiniz, elə belə də yaşayın. Yox, 
biz  işləməliyik  və  cəmiyyətdəki  reallıqdan  çıxış  etməliyik. 
Demokratiya  kənardan  gətirilirsə,  ixrac  olunursa  və  yaxud 
məcburən  tətbiq  edilirsə,  bunun  heç  bir  faydası  olmur.  Bu, 
sadəcə  sosial,  siyasi  problemlərin  yaranmasına,  sabitliyin 
pozulmasına gətirib çıxarır, mənfi nəticələr doğurur. 
Biz  öz  ölkəmizdə  yaşayırıq,  öz  ölkəmizi  tanıyırıq.  Necə 
inkişaf  etməyi,  necə  yaşamağı  özümüz  həll  edirik.  Ona  görə 
demokratiya  məsələsində  çox  diqqətli  olmaq  lazımdır.  Buna 
avtomatik  şəkildə,  təkcə  istək  əsasında  nail  olmaq  mümkün 
deyildir.  Ona  görə  biz  beynəlxalq  təşkilatların  üzvüyük,  çox 
qabaqcıl qanunvericilik qəbul etmişik. Lakin eyni zamanda, hər 
şey  öz  vaxtında  olmalıdır.  Cəmiyyət  də  insan  orqanizmi  kimi 
canlıdır. Yəni əgər siz su içmək istəyirsinizsə, içirsiniz.  İçmək 


 
 
272 
istəmirsinizsə,  içmirsiniz.  Elə  bir  şey  ola  bilməz  ki,  kənardan 
kimsə  gəlsin,  bu  suyu  sizə  məcburən  içirtsin.  Onda  sizin 
problemləriniz  olar.  Ona  görə  biz  rasional,  praqmatik  və 
düşünülmüş  yanaşmanın  tərəfdarıyıq.  Hesab  edirəm  ki,  bizim 
göstəricilər,  siyasi  sabitlik,  real  iqtisadi  inkişaf,  sosial 
proqramlar  –  bütün  bunlar  onu  göstərir  ki,  bu  yanaşma 
uğurludur. 
Y u k i o  Y a t o: Suallar üçün vaxt başa çatdı. Bu, sonuncu 
sual  idi.  Ona  görə  də  hörmətli  qonaqlar,  hörmətli  iştirakçılar, 
sizin  adınızdan  mən  cənab  Prezidentə  minnətdarlığımızı 
bildirirəm. Gəldiyinizə görə çox sağ olun. 
 
Cənab  Yukio  Yato  görüşdən  xatirə  olaraq,  prezident  İlham 
Əliyevə institutun adından hədiyyə təqdim etdi. 
Görüşdən sonra iştirakçılar  prezident  İlham  Əliyevə yaxın-
laşaraq səmimi görüşüb söhbət etdilər, dərin məzmunlu müha-
zirəsinə görə təşəkkürlərini bildirdilər. 


 
 
273 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
VƏ YAPONİYANIN İMPERATORU AKİHİTONUN 
TƏKBƏTƏK GÖRÜŞÜ 
8 mart 2006-cı il 
Martın  8-də  Tokioda  Azərbaycan  Respublikasının  Prezi-
denti  İlham  Əliyevin  və  Yaponiyanın  İmperatoru  Akihitonun 
təkbətək görüşü olmuşdur. 
Əlahəzrət  Akihito  və  imperatriçə  Miçiko  prezident  İlham 
Əliyevi və xanımı Mehriban Əliyevanı İmperator sarayının qarşı-
sında böyük hörmət və ehtiramla qarşıladılar. 
Sonra prezident İlham Əliyev ilə imperator Akihito arasında 
təkbətək görüş oldu. 
Prezident  İlham  Əliyevi  bir  daha  səmimiyyətlə  salamlayan  və 
onun  Yaponiyaya  rəsmi  səfərini  yüksək  qiymətləndirən  əlahəzrət 
Akihito  ölkələrimiz  arasındakı  əlaqələrin  daha  da  inkişaf  etdi-
rilməsinin faydalı olduğunu bildirdi. Xalqlarımız arasındakı tarixi 
dostluq  əlaqələrindən  söhbət  açan  imperator  Azərbaycan  ilə 
münasibətlərin  möhkəmləndirilməsinə  Yaponiya  dövlətinin  xüsusi 
maraq  göstərdiyini  vurğuladı.  O,  xalqımızın  ümummilli  lideri 
Heydər  Əliyevin  1998-ci  ilin  fevralında  Yaponiyaya  səfərini 
məmnunluqla  yada  saldı  və  bu  görüşlə  bağlı  xoş  xatirələrini 
danışdı. Əlahəzrət Akihito dedi ki, məhz Heydər Əliyevin səyləri və 
qətiyyəti sayəsində uğurlu islahatlar aparan Azərbaycan dünyanın 
inkişaf  etmiş  ölkələrindən  birinə  çevrilmək  yolunda  inamla 
irəliləmişdir  və  bu  gün  həmin  siyasətin  Azərbaycanda  davam 
etdirilməsi öz bəhrəsini verir. 
Xoş sözlərə, göstərilən qonaqpərvərliyə görə əlahəzrət Akihito-
ya  təşəkkürünü  bildirən  prezident  İlham  Əliyev  Yaponiyaya  ilk 
rəsmi  səfər  etməsindən  çox  məmnun  olduğunu  söylədi,  ölkəmizdə 
hüquqi,  demokratik,  dünyəvi  dövlət  quruculuğu  sahəsində  görül-


 
 
274 
müş  işlərdən  danışdı.  Dövlətimizin  başçısı  dedi  ki,  müstəqil 
Azərbaycan  Respublikası  Yaponiya  ilə  əməkdaşlığın  daha  da 
inkişaf etdirilməsi və möhkəmləndirilməsinə böyük maraq göstərir 
və indiki səfər ikitərəfli münasibətlərdə yeni mərhələ açacaqdır. 
Prezident  İlham  Əliyev  bildirdi  ki,  Azərbaycan  dünya  ölkələri 
ilə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişaf 
etdirilməsinə  daim  diqqət  yetirir.  Bu  baxımdan  Yaponiya  ilə  əla-
qələrə  xüsusi  önəm  verilir.  Azərbaycanın  qapıları  dünya  ölkələ-
rinin  iş  adamlarının  üzünə  açıqdır.  Ölkəmizdə  ictimai-siyasi  sa-
bitlik  mövcuddur,  sərmayələrin  qorunması,  xarici  iş  adamlarının 
tam sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. 
Xəzərin  Azərbaycan  sektorundakı  yataqların  birgə  işlənilməsi 
sahəsində  görülən  işlərə  toxunan  prezident  İlham  Əliyev  Ya-
poniyanın  «İtoçu»  şirkətinin  layihələrdə  böyük  paya  malik  oldu-
ğunu vurğuladı. Dövlətimizin başçısı Yaponiyanın Azərbaycan ilə 
bütün  sahələrdə  əməkdaşlığın  genişləndirilməsinə  maraq  gös-
tərməsini yüksək qiymətləndirdi. 
Söhbət  zamanı    Azərbaycan–Yaponiya  əməkdaşlığının  inkişaf 
perspektivləri,  bölgədə  vəziyyət,  Ermənistan–Azərbaycan,  Dağlıq 
Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması və digər 
məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı. 
 
*  *  * 
 
Azərbaycan  prezidentinin  xanımı  Mehriban  Əliyeva  ilə 
imperatriçə Miçiko arasında da səmimi söhbət oldu. 
Görüşdən  sonra  əlahəzrət  Akihito  və  imperatriçə  Miçiko 
prezident  İlham  Əliyevi  və  xanımı Mehriban  Əliyevanı  sarayın 
qarşısında böyük ehtiramla yola saldılar. 
 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə