İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə75/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   71   72   73   74   75   76   77   78   ...   106

 
 
275 
 
YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 
AGENTLİYİNİN PREZİDENTİ İLƏ  
GÖRÜŞ 
 
8 mart 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
martın  8-də  Tokioda,  onun  üçün  ayrılmış  iqamətgahda  Yapo-
niya  Beynəlxalq  Əməkdaşlıq  Agentliyinin  (JİCA)  prezidenti 
xanım Sadako Oqatanı qəbul etmişdir. 
Prezident  İlham  Əliyevi  səmimiyyətlə  salamlayan  Sadako 
Oqata  Azərbaycan  prezidentinin  Yaponiyaya  ilk  səfərinin  çox 
uğurlu  olacağına  və  ölkələrimiz  arasında  əməkdaşlığın 
inkişafında yeni mərhələ açacağına əminliyini söylədi. 
Yaponiyanın Azərbaycanla bütün sahələrdə əlaqələrin daha 
da inkişafına xüsusi maraq göstərdiyini, Yaponiya şirkətlərinin 
Azərbaycanda  bir  sıra  mühüm  layihələrə  sərmayə  qoyduğunu 
və  ölkəmizə  kreditlər  ayrıldığını  xatırladan  xanım  Sadako 
Oqata  dedi  ki,  biz  Azərbaycanla  əməkdaşlığı  genişləndirmək 
istəyirik.  Azərbaycan  Qafqazda  elə  bir  ölkədir  ki,  onun 
iqtisadiyyatının inkişafına qoyulan istənilən sərmayə gələcəkdə 
bəhrəsini verəcək və dinamik inkişafa səbəb olacaqdır. 
Prezident  İlham  Əliyev Yaponiyaya ilk  səfərinin  ölkələrimiz 
arasında  bütün  sahələrdə  əməkdaşlığın  daha  da  möh-
kəmlənməsi  və  genişlənməsində  yeni  mərhələ  açacağına  ümid-
var olduğunu vurğuladı. 
Yaponiya  Beynəlxalq  Əməkdaşlıq  Agentliyi  ilə  Azərbaycan 
arasında  yaranmış  əlaqələrdən  razılığını  ifadə  edən 
dövlətimizin  başçısı  bildirdi  ki,  ölkələrimizin  əməkdaşlığının 
genişləndirilməsi üçün yaxşı imkanlar və perspektivlər vardır.  
Söhbət  zamanı  Azərbaycanla  JİCA  arasında  əməkdaşlığın 
perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.  
 


 
 
276 
 
 
 
AZƏRBAYCAN–YAPONİYA İQTİSADİ  
FORUMUNDA NİTQ 
 
Tokio, 
«İmperial» mehmanxanası 
 
8 mart  2006-cı il 
 
Martın  8-də  Tokionun  «İmperial»  mehmanxanasında 
Azərbaycan–Yaponiya iqtisadi forumu keçirilmişdir. 
Forumun  iştirakçıları  Azərbaycan  prezidenti  İlham  Əliyevi 
hərarətli alqışlarla qarşıladılar. 
Müxtəlif  sahələri  təmsil  edən  Azərbaycandan  30-dək, 
Yaponiyadan  isə  100-ə  yaxın  şirkətin  nümayəndələrinin  iştirak 
etdikləri forumda çıxış edən Yaponiya İnvestisiyalarının Təşviqi 
Agentliyinin  (JETRO)  vitse-prezidenti  Yoşitada  Takahaşi  dedi 
ki,  1991-ci  ildə  Azərbaycan  dövlət  müstəqilliyini  əldə  etdikdən 
sonra  bu  dost  ölkə  ilə  yaxşı  münasibətlərimiz  qurulmuşdur  və 
bir  çox  istiqamətlərdə,  o  cümlədən  iqtisadi  sahədə  əməkdaşlıq 
uğurla  həyata  keçirilir.  Azərbaycanda  qeyri-neft  sektorunun 
inkişafı sahəsində müxtəlif proqramların həyata keçirilməsində 
Yaponiya  şirkətləri  də  iştirak  edirlər.  JETRO  Azərbaycanın 
iqtisadi  potensialı  ilə  bağlı  araşdırmalar  aparmaq,  seminarlar 
keçirmək və öz mütəxəssislərini göndərmək niyyətindədir.   
Azərbaycan prezidenti İlham Əliyev forumda nitq söylədi.         
İ l h a m   Ə l i y e v: Hörmətli xanımlar və cənablar! 
Əziz dostlar! 
Mən  ilk  növbədə  sizin  hamınızı  salamlamaq  istəyirəm. 
Ümidvar  olduğumu  bildirmək  istəyirəm  ki,  bu  biznes  forumu 
gələcəkdə  ikitərəfli  münasibətlərimizin  inkişafı  üçün  çox 
faydalı  olacaqdır.  Biz  Azərbaycan  ilə  Yaponiya  arasındakı 
münasibətlərə  olduqca  böyük  diqqət  yetiririk.  Azərbaycan 


 
 
277 
müstəqillik  qazandıqdan  sonra  ölkələrimiz  arasındakı  əlaqələr 
çox uğurla inkişaf etmişdir. Biz müxtəlif sahələrdə əməkdaşlıq 
edirik,  çox  güclü  siyasi  münasibətlərimiz  var.  Ölkələrimiz 
arasındakı  iqtisadi  əməkdaşlıq  münasibətlərimizin  rəvan 
inkişafında mühüm rol oynayır. 
Azərbaycan  böyük  tarixə,  zəngin  adət-ənənələrə,  mədəniy-
yətə malik olan ölkədir. Lakin Azərbaycan müstəqil ölkə kimi, 
inkişafa  15  il  bundan  əvvəl  qədəm  qoymuşdur.  Müstə-
qilliyimizin  ilk  illərində  biz  böyük  çətinliklərlə  üzləşmişdik. 
İqtisadi böhran, sənaye istehsalının aşağı düşməsi ölkədə gərgin 
vəziyyət  yaratmışdı.  Aparılan  siyasi  və  iqtisadi  islahatlar 
nəticəsində  hazırda  Azərbaycanda  iqtisadi  baxımdan  sürətli 
inkişaf  üçün  əsas  yaranmışdır.  Azərbaycanın iqtisadiyyatı  ötən 
il dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bütün 
bunlar  bizim  üçün  yeni  imkanlar  açır  və  daha  faydalı  ikitərəfli 
əməkdaşlıq edə bilərik. 
Yaponiya  ilə  əməkdaşlığımızın  ilk  sahəsi,  əlbəttə  ki,  enerji 
sahəsidir.  Neft  və  qaz  hasilatı  sahəsidir  və  Yaponiya  şirkətləri 
Azərbaycanın  enerji  sektoruna  yüz  milyonlarla  dollar  sərmayə 
qoymuşlar.  Bu  əməkdaşlıq  çox  səmərəlidir  və  qarşılıqlı  fayda 
gətirir. Yaponiya şirkətləri Xəzərin karbohidrogen ehtiyatlarının 
kəşfiyyatı, hasilatı və nəql olunmasında iştirak edirlər. 
Lakin  mən  hesab  edirəm  ki,  münasibətlərimizin  inkişafının 
indiki 
mərhələsində  və  Azərbaycanın  hazırkı  iqtisadi 
vəziyyətində  iqtisadi  əlaqələrimizin  şaxələndirilməsi  üçün 
böyük  imkanlar  vardır.  Ümumiyyətlə,  Azərbaycanın  iqtisadi 
vəziyyətinə  nəzər  salsaq,  göstəricilər  çox  uğurludur.  Ötən  il 
iqtisadi  artım  26  faizdən  çox  olmuşdur.  Sənaye  istehsalı  33 
faizdən  çox  artmışdır.  Hazırda  biz  diqqətimizi  əsasən 
infrastruktur sahəsinə, regional inkişaf proqramlarına və yeni iş 
yerlərinin  açılmasına  yönəldirik.  Bütün  bunlar  Yaponiya 
şirkətləri üçün yeni imkanlar açır və onlar iqtisadiyyatın qeyri-
neft  sektorunda  iştirak  edə  bilərlər.  Hazırda  bu  bizim  üçün 
prioritet 
xarakter 
daşıyır.  Çünki  Azərbaycanda  enerji 
sektorunda  əsas  məsələ  artıq  həll  olunmuşdur.  Yəni  bu  sahə 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə