İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə76/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   72   73   74   75   76   77   78   79   ...   106

 
 
278 
milyardlarla dollar həcmində birbaşa xarici sərmayələri cəlb edə 
bilmişdir.  Hazırda  Azərbaycanda  adambaşına  düşən  xarici 
sərmayələrin həcmi regionda ən böyük göstəricidir. 
Biz  çox  mühüm  nəqliyyat  infrastrukturunun  yaradılmasına 
nail  olduq.  Bu  il  neft  və  qaz  boru  kəmərləri  istismara 
veriləcəkdir.  Əlbəttə  ki,  biz  bu  imkanlardan  istifadə  edərək, 
təbii  sərvətlərdən,  önəmli  coğrafi  mövqeyimizdən  istifadə 
edərək,  karbohidrogen  ehtiyatlarımızı  dünya  bazarlarına  çıxara 
biləcəyik. Əminəm ki, gələn illər ərzində bu sahələr sərmayələr 
üçün çox cəlbedici olacaqdır. 
Bütün bu sahələrlə yanaşı, biz diqqətimizi digər sahələrə də 
yönəldə  bilərik.  Həmin  sahələrdə  imkanları  qiymətləndirmək, 
öyrənmək  məqsədi  ilə  hökumət  rəsmiləri  ilə  işgüzar  dairələr 
arasındakı  birbaşa  əlaqələr  çox faydalıdır.  Mən  əminəm  ki,  bu 
gün  iştirak  etdiyimiz  Yaponiya–Azərbaycan  biznes  forumu  bu 
imkanların araşdırılması üçün əhəmiyyətli olacaqdır. Əlbəttə ki, 
gələn  illər  ərzində  potensial  sərmayələr  üçün  yeni  sahələr 
açılacaq  və  bu,  əməkdaşlıq  üçün  əlavə  imkanlar  yaradacaqdır. 
Bu,  gələcəkdə  hər  iki  tərəfin  iqtisadi  inkişafı  üçün  yaxşı 
perspektivlər açır. 
İlk  növbədə,  Azərbaycana  birbaşa  xarici  sərmayələr  yüksək 
dəyərləndirilir.  Bizdə  çox  yaxşı  sərmayə  mühiti  var.  Mən  artıq 
bildirdim  ki,  Azərbaycana  birbaşa  xarici  sərmayə  formasında 
milyardlarla dollar vəsait qoyulmuşdur. Bütün bunlar onu göstərir 
ki,  potensial  sərmayədarlar  ölkəmizin  iqtisadiyyatına  sərmayə 
qoyduqda özlərini rahat hiss edə bilərlər. Beləliklə, əlverişli biznes 
mühiti çox yaxşı imkanlar açır. Eyni zamanda, indi iqtisadi inkişaf 
üçün  yeni  sahələr  çox  cəlbedici  olacaqdır  və  yapon  şirkətləri 
burada  həmçinin  podratçılar  qismində,  xidmət  göstərən  şirkətlər 
kimi  işləyə  bilərlər.  Çünki  artıq  öz  sərvətlərindən  istifadə  edən 
ölkədə bir çox işlər görülə bilər. 
Azərbaycanın  xarici  sərmayələrdən  asılı  olduğu  dövr  artıq 
başa  çatır.  İndi  bizim  özümüzün  sərmayə  proqramlarımız  artır 
və  onlar  həyata  keçirilir.  Bu  il  büdcə  ötən  illə  müqayisədə  70 
faiz 
artmışdır.  İqtisadi  islahatlar,  maliyyə  əsaslarının 


 
 
279 
gücləndirilməsi  və  yeni  imkanların  araşdırılması  ölkədə  yeni 
vəziyyət yaradır. Başqa sözlə desək, gələn illər ərzində regional 
iqtisadi  inkişaf  proqramları,  sosial  inkişaf  proqramları,  enerji 
proqramları, yolların tikintisi proqramları bizimlə birgə işləyən 
şirkətlər üçün yeni imkanlar açacaqdır. Əlbəttə ki, biz Yaponiya 
şirkətlərinin  bu  sahələrdə  iştirakını  yüksək  dəyərləndirəcəyik. 
Çünki  bir-birimizi  artıq  uzun  illərdir  tanıyırıq.  Keçmişdə  çox 
yaxşı 
əməkdaşlıq 
etmişik. 
Yaponiya 
şirkətləri 
ilə 
əməkdaşlığımız  bütün  sahələrdə  qarşılıqlı  etimad  prinsiplərinə 
və yaxşı iradəyə, qarşılıqlı hörmətə, dostluğa əsaslanır. Biz artıq 
10  il  ərzində  birgə  işləmək  sahəsində  kifayət  qədər  təcrübə 
toplamışıq.  Sizin  şirkətlər  ən  yüksək  texnologiyalara  malikdir 
və  bu  bizə  lazımdır.  Biz  ölkəmizi  müasirləşdirməliyik. 
Ölkəmizə  yeni  texnologiyaları  gətirməliyik.  Bunu  edə  bilsək, 
müxtəlif sahələri müasirləşdirə biləcəyik: infrastruktur, yolların 
çəkilməsi,  kommunikasiyalar,  sosial  infrastruktur,  məktəblərin 
tikilməsi,  səhiyyə  sahəsi,  əlbəttə  ki,  nəqliyyat  sahəsi. 
Azərbaycan  çox  mühüm  coğrafi  mövqedə  yerləşir. 
Azərbaycanın  dəniz,  hava  limanları  var,  şoseləri  var.  Mən 
əminəm  ki,  Yaponiya  şirkətləri  bütün  sahələrdə  öz  yerlərini 
tutacaqlar. 
Biz  bilirik  ki,  gələcəkdə  nə  baş  verəcəkdir.  İqtisadi  siyasə-
timizi  konkret  inkişaf  proqramlarına  əsaslanmaqla  həyata 
keçiririk. Həmin proqramlar bu yaxınlarda qəbul edilmişdir və 
uğurla  həyata  keçirilir.  Kənd  təsərrüfatı,  regional  inkişaf, 
yolların  tikintisi,  enerji  sahəsi,  təhsil,  səhiyyə  sahəsi  –  bütün 
bunlar  inkişafın  əsas  elementləridir.  Bütün  sektorlar,  bütün 
layihələrimiz  və  planlarımız  konkret  proqramlara  əsaslanır. 
Əlbəttə ki, bu proqramlar, əsasən, öz potensialımıza, özümüzün 
maliyyə  resurslarına  arxalanır.  Lakin  eyni  zamanda,  biz  xarici 
şirkətlərin 
və 
sərmayədarların 
iştirakını 
da 
yüksək 
dəyərləndirirdik. 
Mən  artıq  dedim  ki,  bu  ildən  başlayaraq  biz  maliyyə 
vəsaitlərimizdən  istifadə  edərək,  birgə  sərmayə  proqramlarına 
başlamışıq.  Biz  bu  işi  xarici  maliyyə  təsisatları  və  yaxud 


 
 
280 
şirkətlərlə birgə aparırıq. Öz sərmayə proqramlarımız var, bu da 
büdcədə nəzərdə tutulub və rəqəmlər ildən-ilə artır. 2006-cı ildə 
müxtəlif sahələrə yatırmaq üçün milyonlarla dollar ayrılmışdır. 
Hesab  edirik  ki,  özümüzün  vəsaitlərindən  istifadə  edilməsi 
potensial  sərmayədarlar  üçün  də  etimad  yaradır.  Ona  görə  də 
Azərbaycan  hökuməti  ölkənin  inkişafı  üçün  layihələrdə 
potensial sərmayədarlarla birgə sərmayədar kimi iştirak etməyə 
hazırdır. 
Mən hesab edirəm ki, bu, Yaponiya şirkətlərinin özləri üçün 
də  maraqlı  olardı.  Çünki  əgər  layihədə  hökumətin  özü  iştirak 
edirsə  və  ya  müəyyən  bir  struktur  hökumət  adından  iştirak 
edirsə, şübhəsiz ki, potensial sərmayədar tam əmin ola bilər ki, 
bu layihə uğurla həyata keçiriləcəkdir. 
Biz  hazırda  çox  ciddi  sənaye  inkişafı  proqramları  üzərində 
işləyirik. Çünki  biz neçə illər gələcəyi görməliyik. Neft, qaz – 
bu sərvətlər bir gün tükənəcək və ona görə də biz həmin o vaxt 
çərçivəsinə uyğun işləməliyik. Yəni iqtisadiyyatımız gələcəkdə 
nəyə  əsaslanacaq?  Ona  görə  də  qarşıdakı  on  il  ərzində  ölkədə 
güclü  sənaye  potensialı  yaradılmalıdır  ki,  Azərbaycan 
gələcəkdə  yalnız  neft  və  qazdan,  onların  qiymətlərindən  asılı 
olmasın.  Ona  görə  biz  bu  istiqamətdə  də  iş  aparırıq.  Hesab 
edirəm  ki,  bu  sahələrdə  də  birgə  əməkdaşlıq  üçün  imkanlar 
olacaqdır. 
Başqa  sözlə  desək,  gələcəkdə  Azərbaycana  nəyin  lazım 
olacağını, yəni hansı proqramların həyata keçiriləcəyini, onların 
necə olacağını bilirik. Büdcəmizin artımı onu göstərir ki, bütün 
planlarımız və proqramlarımız çox uğurla həyata keçiriləcəkdir. 
Son üç il ərzində büdcənin həcmini üç dəfə artıra bildik və bu, 
yalnız  başlanğıcdır.  Böyük  iqtisadi  inkişafın  yalnız 
başlanğıcıdır və bu, insanların həyatını daha da yaxşılaşdıracaq, 
daha yaxşı infrastruktur yaradacaq, yüzlərlə yeni iş yeri açılacaq 
və Azərbaycan daha güclü iqtisadiyyata malik olacaqdır. 
Mən  eyni  zamanda  bildirmək  istəyirəm  ki,  hazırda  həyata 
keçirdiyimiz  regional  inkişaf  proqramları  iki  il  yarım  müddət 
ərzində  340  mindən  artıq  yeni  iş  yerinin  açılmasına  imkan 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə