İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə84/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   80   81   82   83   84   85   86   87   ...   106

 
 
305 
 
 
 
 
YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ   
BANKININ PREZİDENTİ İLƏ GÖRÜŞ 
 
Tokio 
 
10 mart 2006-cı il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  10-da  To-
kioda  onun  üçün  ayrılmış  iqamətgahda  Yaponiya  Beynəlxalq 
Əməkdaşlıq  Bankının  prezidenti  Kyuozuke  Şinozavanı  qəbul 
etmişdir. 
Prezident  İlham  Əliyevlə  görüşməyindən  məmnunluğunu 
söyləyən  bankın  rəhbəri  inkişaf  etməkdə  olan  Azərbaycanla 
əməkdaşlığa  böyük  əhəmiyyət  verdiklərini  və  əlaqələrin  gələ-
cəkdə də davam etdiriləcəyini bildirdi. 
Prezident  İlham  Əliyev  Azərbaycanın  iqtisadi  imkanla-
rından,  ölkəmizdə  aparılan  islahatlardan  və  onların  uğurlu 
nəticələrindən  danışdı.  Bildirdi  ki,  Azərbaycan  özünün  indiki 
inkişaf mərhələsində dünyanın qabaqcıl dövlətlərinin, o cümlə-
dən  Yaponiyanın  təcrübəsinin  öyrənilməsinə,  bu  ölkələr  ilə 
əməkdaşlığın  genişləndirilməsinə  böyük  önəm  verir.  Yaponiya 
şirkətlərinin  ölkəmizə  maraq  göstərməsini  müsbət  qiymətlən-
dirən prezident İlham Əliyev dedi ki, respublikamızda xarici iş 
adamlarının  fəaliyyəti,  sərmayələrin  qorunması  üçün  əlverişli 
şərait yaradılmışdır və bu iş gələcəkdə də davam etdiriləcəkdir. 
Söhbət  zamanı  qarşılıqlı  maraq  doğuran  məsələlər  barədə 
də fikir mübadiləsi oldu. 
 
 


 
 
306 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
VƏ YAPONİYANIN  BAŞ NAZİRİ DZÜNİTİRO 
KOİDZUMİNİN GÖRÜŞÜ 
10 mart 2006-cı il 
Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  10-da  Ya-
poniyaya rəsmi səfəri çərçivəsində ölkənin Baş naziri Dzünitiro 
Koidzumi ilə görüşmüşdür.  
Cənab Koidzumi prezident İlham Əliyevi Yaponiya hökuməti 
başçısının  rəsmi  iqamətgahında  böyük  ehtiramla,  dostcasına 
qarşıladı. 
Sonra  Azərbaycan  prezidenti  ilə  Yaponiyanın  Baş  naziri 
arasında görüş oldu. 
Yaponiyaya  rəsmi  səfərinə  görə  respublikamızın  rəhbərinə 
minnətdarlığını bildirən cənab Koidzumi ölkələrimiz arasındakı 
əlaqələrin qədim tarixini xatırlatdı. Prezident İlham Əliyevin bu 
səfərini  olduqca  əhəmiyyətli  hadisə  adlandıran  Baş  nazir  dedi 
ki,  o,  Azərbaycana  xüsusi  maraq  göstərir.  Yaponiya  coğrafi-
siyasi  cəhətdən  çox  mühüm  bölgədə  yerləşən  Azərbaycanla 
əməkdaşlığın  daha  da  inkişaf  etdirilməsinə  böyük  əhəmiyyət 
verir.  Azərbaycanda  aparılan  uğurlu  iqtisadi  islahatların  və 
onların  nəticələrinin  Yaponiya  hökuməti  və  ictimaiyyəti 
tərəfindən 
yüksək 
qiymətləndirildiyini 
və 
maraqla 
qarşılandığını  söyləyən  Baş  nazir  ölkəmizin  iqtisadi  inkişa-
fından məmnunluğunu bildirdi. 
Səfər  günlərində  ona  və  nümayəndə  heyətinə  göstərilən 
qonaqpərvərliyə  görə  minnətdarlığını  bildirən  prezident  İlham 
Əliyev  dünyanın  ən  inkişaf  etmiş  ölkələrindən  biri  olan  Yapo-
niya ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi 
və  genişləndirilməsində  bu  səfərin  yeni  mərhələ  olacağını 
söylədi. 


 
 
307 
Dövlətimizin başçısı Azərbaycandakı mövcud ictimai-siyasi 
vəziyyət,  islahatların  həyata  keçirilməsi  nəticəsində  əldə 
olunmuş  uğurlar  barədə  danışdı.  Eyni  zamanda  ölkəmizin  ən 
əsas  problemi  olan  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin  sülh  yolu  ilə  aradan  qaldırılması  istiqamətində 
görülən  işlərdən  ətraflı  söhbət  açdı,  beynəlxalq  təşkilatlarda  və 
toplantılarda  Azərbaycanın  haqq  işini  dəstəkləməsinə  görə 
Yaponiya tərəfinə minnətdarlığını bildirdi. 
Cənab  Koidzumi  bir  daha  vurğuladı  ki,  Yaponiya  Azər-
baycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu 
ilə aradan qaldırılmasına ümid edir.  
Prezident İlham Əliyevin Yaponiyaya səfərinin ölkələrimizin 
münasibətlərində  yeni  mərhələ  açacağını  bildirən  Baş  nazir 
imzalanacaq sənədlərin əməkdaşlığın daha da genişlənməsi üçün 
yaxşı baza yaradacağını vurğuladı. 
O  dedi  ki,  Yaponiya  Azərbaycanı  özünə  dost  ölkə,  layiqli 
tərəfdaş hesab edir və onunla bütün sahələrdə əməkdaşlığın inki-
şafına böyük maraq göstərir. 
 


 
 
308 
 
 
 
AZƏRBAYCAN–YAPONİYA SƏNƏDLƏRİNİN  
İMZALANMASI MƏRASİMİ 
 
Tokio,
 
Baş nazirin iqamətgahı 
 
10 mart 2006-cı il 
 
Martın  10-da  Yaponiya  Baş  nazirinin  iqamətgahında 
ikitərəfli sənədlərin imzalanma mərasimi oldu. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 
Yaponiyanın  Baş  naziri  Dzünitiro  Koidzumi  «Azərbaycan 
Respublikası  və  Yaponiya  arasında  dostluq  və  əməkdaşlığın 
gələcək inkişafı haqqında birgə Bəyannamə» imzaladılar. 
Sonra  «Azərbaycan  Respublikasının  Hökuməti  və  Yaponiya 
Hökuməti  arasında  texniki  əməkdaşlıq  haqqında  saziş», 
«Azərbaycan  Respublikası  Xarici  İşlər  Nazirliyi  və  Yaponiya 
Xarici  İşlər  Nazirliyi  arasında  əməkdaşlıq  proqramı»  im-
zalandı. 
Sənədlərin imzalanma mərasimindən sonra Yaponiyanın Baş 
naziri  Dzünitiro  Koidzumi  və  Azərbaycan  prezidenti  İlham 
Əliyev jurnalistlər qarşısında qısa bəyanatlarla çıxış etdilər. 
 
Yaponiyanın Baş naziri Dzünitiro Koidzuminin bəyanatı 
 
Bu  gün  mən  Azərbaycan  Respublikasının  Prezidenti  zati-
aliləri cənab İlham Əliyevlə görüşməkdən  və iki ölkə arasında 
münasibətlərin  daha  da  yaxşılaşdırılmasına  dair  birgə 
bəyannamənin və ölkələrimiz arasında iqtisadi əlaqələri daha da 
möhkəmləndirəcək  texniki  əməkdaşlıq  sazişlərinin  imzalan-
masından  olduqca  məmnunam.  Mən  səfərdə  olan  prezident 
Əliyevi  səmimi-qəlbdən  salamlayıram.  Bu,  Azərbaycan 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə