İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə87/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   83   84   85   86   87   88   89   90   ...   106

 
 
317 
çox gözəl münasibətlər var. Türkiyə və Azərbaycan arasında, o 
cümlədən  də  rəhbərlik  səviyyəsində  münasibətlər  çox 
yüksəkdir.  Bu  yaxınlarda  Türkiyə  prezidenti  bizim  ölkəmizə 
səfər  edəcəkdir.  Səfər  daha  öncə  nəzərdə  tutulmuşdu,  ancaq 
hava  şəraitinin  yaxşı  olmaması  buna  imkan  vermədi.  Amma 
onu bu yaxınlarda gözləyirik. 
Çox  şadam  ki,  Türkiyənin  bütün  bölgələrini  təmsil  edən 
millət  vəkilləri  bizimlə  bərabərdirlər.  Bu  bir  daha  onu  göstərir 
ki,  bizim  aramızda  olan  münasibətlər  hərtərəflidir.  Türkiyənin 
hər  bir  bölgəsi  ilə  də  bizim  tarixi,  mədəni  köklərimiz  var.  Bu 
gün, demək olar ki, burada bütün Türkiyə təmsil olunur. Çünki 
hər bir bölgədən xalq tərəfindən seçilmiş millət vəkilləri bu gün 
buradadırlar. Bu çox böyük əhəmiyyətə malik hadisədir. 
Siz  qeyd  etdiniz  və  mən  də  bunu  tam  dəstəkləyirəm  ki, 
gələcəkdə  dünya  türklərinin  qurultayı  da  keçirilməlidir.  Bütün 
türkdilli  dövlətlərin  nümayəndələri  də  iştirak  etməlidirlər.  Biz 
çox  istəyirik  ki,  türkdilli  dövlətlər  arasında  olan  əlaqələr  daha 
da  möhkəmlənsin,  əlaqələr  daha  da  mütəmadi,  sıx  olsun. 
Türkiyə  ilə  Azərbaycan  arasında  əlaqələr  ən  yüksək 
səviyyədədir.  Lazımdır  ki,  bütün  türkdilli  dövlətlər  daha  da 
səmərəli  işləsinlər.  Çünki bizim  məqsədimiz  birdir, niyyətimiz 
birdir, problemlərimiz də bənzər problemlərdir. 
Hörmətli  millət  vəkili  qeyd  etdi  ki,  ərazi  bütövlüyümüzün 
pozulması, torpaqlarımızın işğal altında qalması bizim üçün ən 
böyük  problemdir.  Azərbaycan  indi  çox  sürətlə  inkişaf  edir. 
Siyasi  proseslər  müsbət  istiqamətdə  inkişaf  edir,  iqtisadiyyat 
yüksəlir, ölkədə mövcud olan sosial problemlər öz həllini tapır. 
Ümid  edirəm  ki,  bizim  gələcəkdə  o  qədər  də  böyük,  ciddi 
problemimiz olmayacaqdır. Ancaq torpaqlarımızın işğal altında 
olması  ən  böyük  problemdir.  Bunun  da  səbəbi  ondadır  ki, 
Ermənistanın  təcavüzkar  siyasəti  buna  gətirib  çıxarıbdır. 
Azərbaycanın  torpaqları  işğal  altındadır,  bir  milyondan  artıq 
insan qaçqın-köçkün vəziyyətində yaşayır və əlbəttə, bu, bütün 
bölgədə gedən proseslərə mənfi təsir göstərir. 


 
 
318 
Biz heç bir fövqəladə iddiada deyilik. Sadəcə, onu tələb edirik 
ki, bizim torpaqlarımız işğaldan azad olunsun. Ermənistanın işğalçı 
qüvvələri  bu  torpaqlardan  çıxsın.  Ondan  sonra  biz  qonşu  kimi 
yaşayaq. Bizim problemimiz bundan ibarətdir. Əgər Ermənistanın 
rəhbərliyi Türkiyəyə qarşı torpaq iddiasını kənara qoysa, qondarma 
«soyqırımın» tanınmasına çalışmağa son qoysa, əlbəttə, Türkiyə–
Ermənistan  münasibətləri  normallaşa  bilər.  Əgər  onlar  bizim 
torpaqlarımızdan  çıxarlarsa,  onda  Ermənistan–Azərbaycan  müna-
sibətləri  də  normallaşa  bilər.  Biz  bu  bölgədə  yaşayırıq,  qonşuyuq 
və  qonşuluqda  yaşamağa  məhkumuq.  Ancaq  o  şərtlə  ki, 
separatizmə  son  qoyulsun,  etnik  təmizləmə  siyasətinin  nəticələri 
aradan  qaldırılsın,  Azərbaycan  vətəndaşları  öz  dədə-baba 
torpaqlarına qayıda bilsinlər və əlbəttə ki, Türkiyə və Azərbaycana 
olan  əsassız  torpaq  iddialarına  son  qoyulsun.  Bunlar  təbii 
tələblərdir və biz də bu tələblərdə çox israrlıyıq. 
Əlbəttə, bölgədə gedən proseslər, Türkiyənin, Azərbaycanın 
möhkəmlənməsi bizim mövqelərimizi daha da gücləndirir. Mən 
bilirəm  ki,  son  illər  ərzində  Türkiyədə  iqtisadiyyat  çox  sürətlə 
artır.  Bir  neçə  il  bundan  əvvəl  yaşanan  iqtisadi  böhran  aradan 
qaldırılıbdır. İndi iqtisadiyyat sürətlə irəliyə gedir. O cümlədən 
Azərbaycanda  da  indi  iqtisadiyyatda  müsbət  proseslər  gedir, 
yeni iş yerləri açılır, iqtisadi artım var. Bu yaxınlarda açılışında 
iştirak edəcəyimiz Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikintisi 
başa çatır. Eyni zamanda, «Şahdəniz» yatağından çıxarılan qaz 
artıq  bu  il  Türkiyəyə  nəql  ediləcəkdir.  Bütün  bunlar  həm 
iqtisadi, həm də siyasi hadisələrdir və bizim mövqeyimizi daha da 
möhkəmləndirəcəkdir.  Azərbaycan  Türkiyə  vasitəsilə  öz  enerji 
daşıyıcılarını Avropaya nəql edəcəkdir. Bildiyiniz kimi, Avropada 
qaz  məsələsi  çox  qabarıq  şəkildə  ortaya  çıxıbdır.  Yəni  bölgədə 
gedən  proseslər,  bizim  regional  əməkdaşlığımız  bizim 
mövqelərimizi  möhkəmləndirir.  Əlbəttə,  bizi  bağlayan  çox  dərin 
tarixi  köklərdir,  bizim  milli  mənsubiyyətimizdir,  mədəniyyətimiz, 
tariximiz,  qardaşlığımızdır.  Bütün  bunlar  çox  möhkəm  təməldir. 
Ancaq  bunlarla  yanaşı,  bölgədə  gedən  proseslər  indi  daha  çox 
bizim  birliyimizdən  asılıdır.  Biz  nə  qədər  bir  yerdə  olsaq, 


 
 
319 
siyasətimizi nə qədər əlaqələndirilmiş şəkildə aparsaq, o qədər də 
bölgədə istədiyimizə nail olacağıq. 
Bu  gün  Türkiyədən,  yaxud  da  Azərbaycandan  yan  keçməklə 
bölgədə heç bir – istər siyasi, istər iqtisadi layihə, istər nəqliyyat 
layihəsi,  istərsə  də  hər  hansı  başqa  layihə  baş  tuta  bilməz.  Bu 
bizim  önəmimizi  artırır  və  biz  birlikdə,  əlbəttə,  həm  bölgədə 
gedən proseslərə, həm də geniş mənada qitədə gedən proseslərə 
təsir mexanizmlərimizi daha da gücləndiririk. O cümlədən buna 
görə çox sıx əməkdaşlıq olmalıdır. 
Siz qeyd etdiniz ki, bizim Milli Məclisin nümayəndə heyəti 
Türkiyəyə səfər etmişdir. Onlar da çox razı qayıtmışlar, onlara 
çox böyük hörmət göstərmişlər. Bu əlaqələr hər bir səviyyədə – 
dövlətlərarası,  hökumətlərarası,  millət  vəkilləri,  iş  adamları, 
sənət adamları arasında əlaqələr – möhkəmlənməlidir. Biz bunu 
görürük  və  bu  bizim  siyasətimizdir.  Prezident  kimi,  mən  çox 
çalışıram  ki,  bu  birlik  daha  da  möhkəm  olsun  və  biz  bu 
məqsədlərə nail olaq. 
Sizi  bir  daha  ürəkdən  salamlayıram.  Siz  doğma  ölkənizdə-
siniz,  qardaşlar  arasındasınız.  Əminəm  ki,  burada  keçirdiyiniz 
günlər xatirənizdə uzun illər qalacaqdır. 
Görüşdən sonra prezident İlham Əliyev Türkiyə nümayəndə 
heyəti ilə xatirə şəkli çəkdirdi. 
 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə