İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə85/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   81   82   83   84   85   86   87   88   ...   106

 
 
309 
Respublikasının  Prezidenti  kimi,  cənab  İlham  Əliyevin 
Yaponiyaya  ilk  rəsmi  səfəridir.  Mən  tamamilə  ümidvaram  ki, 
onun  hazırkı  səfəri  ölkələrimiz  arasında  əlaqələrin  daha  da 
genişlənməsinə  və  ölkələrimizin  iqtisadi  inkişafına  xidmət 
edəcəkdir 
Yaponiya şirkətləri və iş adamlarının Azərbaycana maraqları 
gündən-günə  artır.  Prezidentlə  keçirdiyim  indiki  görüş  zamanı 
Azərbaycanın  iqtisadi  artımının  26  faiz  səviyyəsində  olmasını 
eşitməkdən  çox  məmnun  oldum  və  bu  rəqəm  Yaponiyanın 
göstəricisindən  on  dəfə  artıqdır.  Ümidvaram  ki,  Azərbaycanda 
ticarət  və  sərmayələr  üçün  mühitin  daha  da  yaxşılaşdırılması 
Yaponiyanın  iştirakını  genişləndirəcək  və  Azərbaycan  ilə 
iqtisadi  əlaqələrin  inkişafına  töhfə  verəcəkdir.  Beynəlxalq 
məsələlərə 
gəldikdə, 
Azərbaycan 
Yaponiyanın 
BMT 
Təhlükəsizlik  Şurasında  daimi  üzvlüyü  məsələsini  tam 
dəstəkləyir  və  bu  dəstəyə  görə  biz  Azərbaycana  dərin 
minnətdarlığımızı  bildirir,  BMT-nin  islahatı  sahəsində  səylərin 
gələcəkdə davamını arzulayırıq. Prezident Əliyev Ermənistanla 
münaqişədən  irəli  gələn  çətin  vəziyyət  barədə  mənə  məlumat 
verdi  və  biz  bu  problemin  sülh  yolu  ilə  aradan  qaldırılmasını 
səmimiyyətlə  arzulayırıq.  Bu  gün  prezident  Əliyevlə 
təmaslarımızı  nahar  zamanı  davam  etdirməkdən  məmnunam. 
Mən prezident Əliyevi bəyanatla çıxış etməyə dəvət edirəm. 
 
 Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı 
 
İlk  növbədə,  Yaponiyaya  səfərim  zamanı  mənə  və 
nümayəndə  heyətimizə  göstərilmiş  qonaqpərvərliyə  görə 
Yaponiyanın Baş naziri Dzünitiro Koidzumiyə minnətdarlığımı 
bildirmək istəyirəm. Azərbaycanda biz ikitərəfli münasibətlərin 
inkişafına  böyük  əhəmiyyət  veririk  və  ümidvaram  ki, 
Yaponiyaya  rəsmi  səfərim  ölkələrimiz  arasında  əlaqələrin 
inkişaf etdirilməsi üçün yeni imkanlar açacaqdır. 
Bizim  siyasi  münasibətlərimiz  çox  yüksək  səviyyədədir  və 
beynəlxalq  təşkilatlar  çərçivəsində  bir-birimizi  dəstəkləyirik. 
Baş  nazirin  qeyd  etdiyi  kimi,  biz  keçirdiyimiz  görüş  zamanı 


 
 
310 
regional  sabitlik  və  təhlükəsizlik,  o  cümlədən  Ermənistan–
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələlərini müzakirə 
etdik.  Mənim  Yaponiyaya  səfərim  zamanı  yapon  və  azər-
baycanlı  iş  adamlarının  iştirakı  ilə  Azərbaycan–Yaponiya 
biznes  forumu  keçirilmiş  və  vacib  iqtisadi  məsələlər  müzakirə 
olunmuşdur.  Əminəm  ki,  bu  təmaslardan  sonra  görüşlərin 
praktiki  nəticələri  olacaqdır.  Mənim  Yaponiya  şirkətlərinin 
rəhbərləri,  bank  və  digər  maliyyə  təsisatlarının  nümayəndələri 
ilə 
görüşlərim 
zamanı 
iqtisadi 
əməkdaşlığımıza 
və 
Azərbaycanın  sənaye  inkişafına  dair  müxtəlif  məsələləri 
nəzərdən keçirdik. Ölkələrimizin iqtisadi inkişafı ilə bağlı bizim 
çox  böyük  planlarımız  var.  Onların  həyata  keçirilməsi  üçün 
bizim maliyyə resurslarımız mövcuddur. Bizə yaxşı tərəfdaşlar, 
müasir  texnologiyalara,  bilik  və  bacarığa  malik  şirkətlər 
lazımdır  və  siz  bilirsiniz  ki,  Yaponiya  bu  sahədə  dünyada 
aparıcı  ölkədir.  Göstərdiyi  qonaqpərvərliyə  və  nümayəndə 
heyətimizi  səmimiliklə  qəbul  etdiyinə  görə  mən  bir  daha 
Yaponiya  hökumətinə  və  xalqına  dərin  minnətdarlığımı 
bildirmək  istəyirəm.  Əminəm  ki,  bütün  sahələrdə  apardığımız 
əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcəkdir. 
 
AZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏ 
 
Martın 10-da Yaponiyanın Baş naziri Dzünitiro Koidzuminin 
adından  Azərbaycan  prezidenti  İlham  Əliyevin  şərəfinə  ziyafət 
verildi. 
                                 * * * 
 
             SƏFƏR BAŞA ÇATDI 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  Yaponiyaya  ilk  rəsmi 
səfərini  başa  çatdıraraq  martın  10-da  axşam  Vətənə  yola 
düşdü.


 
 
311 
 
 
 
ATƏT-in MİNSK QRUPUNUN AMERİKALI 
HƏMSƏDRİ STİVEN MƏNN İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
13 mart 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
martın  13-də  Prezident  sarayında  ATƏT-in  Minsk  qrupunun 
amerikalı həmsədri Stiven Mənni qəbul etmişdir. 
Görüş  zamanı  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin  nizama  salınması  ilə  bağlı  aparılan  danışıqlar 
prosesinin  hazırkı  vəziyyəti  ilə  bağlı  məsələlər  müzakirə 
olunmuşdur. 


 
 
312 
 
 
 
RUMINİYANIN MİLLİ MÜDAFİƏ NAZİRİ  
TEODOR ATANASİUNUN BAŞÇILIQ ETDİYİ  
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
Prezident sarayı 
 
14 mart 2006-cı il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  Rumıniyanın  Azər-
baycanın  müstəqilliyini  tanımış  ilk  dövlətlərdən  biri  olduğunu 
və  ölkələrimiz  arasında  əməkdaşlığın  uğurla  həyata  keçiril-
diyini  vurğuladı.  O,  Rumıniyaya  rəsmi  səfərini  məmnunluqla 
xatırlayaraq,  bu  səfər  zamanı  bir  sıra  mühüm  ikitərəfli  sənəd-
lərin  imzalandığını  qeyd  etdi.  Prezident  İlham  Əliyev  Rumı-
niyanın  Milli  Müdafiə  nazirinin  bu  səfərinin  ölkələrimiz  ara-
sında  hərbi  sahədə  əlaqələrin  genişlənməsinə  töhfə  verəcəyinə 
ümidvar olduğunu bildirdi. 
Teodor  Atanasiu  ölkəmizə  səfəri  zamanı  səmərəli  görüşlər 
keçirdiyini və iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində bir 
sıra  sənədlərin  imzalandığını  qeyd  etdi.  Qonaq  ölkələrimizin 
əlaqələrinin  bundan  sonra  da  inkişaf  edəcəyinə  əminliyini 
vurğuladı. 
 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə