İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab


ölkələri bu siyasətdən məyus qalmışlar. Siz buna necə yana-



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə82/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   78   79   80   81   82   83   84   85   ...   106

 
 
298 
ölkələri bu siyasətdən məyus qalmışlar. Siz buna necə yana-
şırsınız? 
C  a  v  a  b:  Bilirsiniz,  demokratiya  bir  prosesdir  və  biz  de-
mokratikləşmə  prosesini  keçməkdəyik.  15  il  bundan  əvvəl  biz 
tamamilə  başqa  şəraitdə  yaşamışıq.  Yəni  Sovet  İttifaqında, 
totalitar rejim altında yaşamışıq. Hazırda müstəqil bir ölkə kimi, 
demokratiyaya keçid çox sürətlə gedir. Misal üçün, son on beş 
ildə  Azərbaycanın  keçdiyi  yolu  digər  ölkələr  bəlkə  də  100  ilə 
keçmişlər.  Hazırda  biz  bütün  siyasi  təsisatları  qurmuşuq, 
ölkəmizdə  mətbuat və söz azadlığı var. Bütün siyasi partiyalar 
fəaliyyət  göstərir.  Avropa  Şurasına  qəbul  olunduqdan  sonra 
Avropa standartlarına əsaslanan yeni qanunlar qəbul edilmişdir. 
Bir sözlə, Azərbaycanda bu proses çox fəal gedir. Əlbəttə ki, 
biz  həmin  prosesi  daha  da  sürətləndirmək  istərdik.  Lakin 
təkamül  yolu  ilə  inkişafın  öz  qaydaları  var.  Buna  müdaxilə 
etmək olmaz. Heç kim bunu edə bilməz. Bəlkə cəhd göstərirlər, 
lakin bu, uğur gətirməyəcəkdir. Eynilə, normal siyasi prosesə də 
müdaxilə edilə bilməz. Yəni ölkəyə yad olan meyarları məcburi 
tətbiq  etmək  və  ya  onu  daha  da  sürətləndirmək  mümkün 
deyildir. Ona görə də hər bir vəziyyətə aid xüsusi yanaşmadan 
istifadə olunmalıdır. Ölkəyə nəyin lazım olacağını ən yaxşı kim 
bilir?  Əlbəttə  ki,  həmin  ölkədə  yaşayanların  özləri  və  xalqın 
seçdiyi liderlər. Ona görə də bu bizim öz iradəmiz, qərarımız və 
baxışlarımızdır.  Onlar  üstünlük  təşkil  edir  və  bu  belə  də 
olmalıdır. Bütün bunlar nəzərə alınmalıdır. 
Mən  yenə  də  hesab  edirəm  ki,  bir  sıra  keçmiş  sovet  res-
publikalarında  baş  verənlər  haqqında  səhv  təsəvvür  yaran-
mışdır. Həmin ölkələrdə baş vermiş hadisələri təfərrüatlı şəkildə 
təhlil etsəniz görərsiniz ki, onların tarixçəsi tamamilə fərqli idi. 
Mən burada detallara varmaq istəmirəm. 
Mən  onların  hər  birində  baş  vermiş  hadisələr  haqqında 
kifayət  dərəcədə  məlumatlıyam.  Hər  şey  eyni  deyildi.  Yəni 
bunu  götürüb  avtomatik  qaydada  tamamilə  fərqli  inkişaf 
səviyyəsində  olan  ölkəyə  tətbiq  etmək  olmaz.  Biz  birgə 
çalışmalıyıq.  Daha  yaxşı  həyat  tərzini  təmin  etmək  üçün  daha 


 
 
299 
yaxşı  həll  yollarını  tapmalıyıq.  Biz  sabitlik  və  təhlükəsizliyi 
uçuruma  aparmalı  deyil,  ona  töhfə  verməliyik.  Bu  bizim 
ölkədir.  Mən  Azərbaycanın  seçilmiş  prezidentiyəm  və  ölkənin 
bu  günü  və  gələcəyi,  Azərbaycan  xalqının  rifahı  və 
təhlükəsizliyi  üçün  məsuliyyət  daşıyıram.  Bu,  olduqca  aydın 
şəkildə  başa  düşülməlidir.  Biz  yaratmaq  naminə  birgə 
çalışmalıyıq və yaxşı şəraiti təmin etməliyik. 
S u a l: Siz addımlarınızı hansı istiqamətdə davam etdir-
mək  istəyirsiniz?  Gələcəkdə  Türkiyə  kimi,  Avropa 
İttifaqının  üzvü  olmaq  istəyirsiniz,  yoxsa  Qərb  ilə  Şərq 
arasında  orta  mövqedə  qalmaq  fikrindəsiniz?  Siz  hansı 
siyasi niyyəti həyata keçirmək istəyirsiniz? 
C a v a b: Bilirsiniz, biz realist olmalıyıq. Əgər burada sizə 
desəm  ki,  biz  Avropa  İttifaqının  üzvü  olmaq  istəyirik,  bu  söz 
heç  nəyi  dəyişməyəcəkdir.  Yəni  bu  sözdən  iş  sürət-
lənməyəcəkdir. Biz ölkəmizdəki və Avropa İttifaqındakı vəziy-
yəti  düzgün  qiymətləndirməliyik.  Avropa  İttifaqının  yaşadığı 
problemləri və duyduğu narahatlığı nəzərə almalıyıq. Biz elə bir 
mövqedə  olmalıyıq  ki,  o  bizi  Avropa  İttifaqına  daha  da 
yaxınlaşdırsın.  Hazırda  biz  Avropa  İttifaqı  ilə  «Yeni  qonşuluq 
siyasəti»  çərçivəsində  əməkdaşlıq  edirik.  Biz  bu  proqramların 
tezliklə yerinə yetirilməsinə başlayırıq. Çünki fikrimizcə, həmin 
addımlar  ölkənin  daha  da  inkişaf  etdirilməsi,  onun 
demokratikləşməsi  və  iqtisadiyyatı,  Qərblə  əməkdaşlığı  üçün 
yaxşı  şərait  yaradacaqdır.  Lakin  eyni  zamanda,  biz  həddindən 
artıq  həvəsə  düşməməliyik.  Biz  addımlarımızı  real  vəziyyətə, 
realist ssenariyə əsaslanaraq atmalıyıq. Bu, birincisi. 
İkincisi,  mən  sizə  demək  istəyirəm  ki,  Azərbaycan  özünə 
arxalanan ölkədir. Apardığımız tam müstəqil xarici siyasətin də 
əsasını  məhz  bu  amil  təşkil  edir.  Biz  heç  kimdən  asılı  deyilik. 
Vaxt keçdikcə müstəqilliyimiz və gücümüz daha da artacaqdır. 
Müstəqillik təkcə rəmzlər, bayraq və milli himn demək deyildir. 
Əsl  müstəqillik  yalnız  ölkənin  milli  maraqlarına  əsaslanan 
müstəqil  siyasətin  aparılmasıdır.  Yəni  hər  hansı  digər  ölkəyə 
bağlı  olmamaq,  kiminsə  arxasınca  addımlamamaq,  ondan  asılı 


 
 
300 
olmamaq  deməkdir.  Özünü  dəyişməmək  və  xalqla  birlikdə  öz 
gələcəyini  müəyyən  etmək  gərəkdir.  Ona  görə  də  Azərbaycan 
öz  işini  asanlıqla  davam  etdirərək  yaşayacaqdır.  Onun  tutduğu 
yol,  o  cümlədən  tərəfdaşlara  və  qonşularına  münasibətdə 
mövqeyi olduqca konstruktiv və düzgündür. 
Azərbaycan  digər  ölkələrlə  ikitərəfli  səviyyədə,  eləcə  də 
beynəlxalq  təşkilatlar  çərçivəsində  iş  aparmalıdır.  Əgər 
beynəlxalq  təşkilatlarda  bizə  ehtiyac  duyularsa,  əlbəttə  ki,  biz 
bu məqsədlə fəal işləyəcəyik. Əgər kimsə bunu istəmirsə, biz də 
istəmərik. Bilirsiniz, belə şayiələr də gəzirdi ki, guya Azərbay-
canda  parlament  seçkilərindən  sonra  ölkəmizə  qarşı  Avropa 
Şurası  tərəfindən  sanksiyalar  tətbiq  ediləcək  və  yaxud 
Azərbaycan  təcrid  olunacaqdır.  Azərbaycanı  təcrid  etmək 
mümkün deyildir. Belə bir hadisənin baş verəcəyini zənn etmək 
də  mümkün  deyildir.  Yəni  müəyyən  təşkilat  Azərbaycanı  istə-
məsə,  onda  Azərbaycan  da  onu  istəməyəcəkdir.  Biz  elə  bir 
vəziyyətdə deyilik ki, yalvaraq və yaxud mərhəmətli bir addım 
gözləyək.  Biz  möhkəm  mövqeyə  malik  ölkəyik,  yaxşı 
nailiyyətlərə nail olmuşuq və əməkdaşlıq üçün açığıq. 
S  u  a  l:  İqtisadiyyata  gəldikdə,  bilirik  ki,  o  çox  sürətlə 
inkişaf edir. ÜDM-in artımı 26 faizdən çoxdur. Eyni zaman-
da,  əfsuslar  ki,  Sizin  ölkədə  əhalinin  təbəqələri  arasında 
fərqlər var. Siz cəmiyyətdə olan bu fərqləri hansı yolla ara-
dan qaldırmaq fikrindəsiniz? 
C  a  v  a  b:  Bu,  hazırda  olduqca  böyük  iqtisadi  artım 
müşahidə  edilən  və  keçid  dövrünü  yaşayan  ölkə  üçün  təbiidir. 
Bu,  sona  çatacaqdır.  Məqsədimiz  yoxsulluğun  və  işsizliyin 
azaldılmasını  sürətləndirməkdir.  Sizə  deyə  bilərəm  ki,  bu 
sahədə  uğur  əldə  etmişik.  İki  il  öncə,  rəsmi  statistikaya  görə, 
yoxsulluq  şəraitində  yaşayan  insanların  sayı  49  faiz  təşkil 
edirdi.  Həmin  rəqəm  indi  29  faizdir,  lakin  bu  da  çoxdur.  İki  il 
ərzində  20  faiz  azalmışdır.  Bu  o  deməkdir  ki,  iki  il  bundan 
əvvəl  yoxsul  yaşayan  həmin  20  faiz  indi  artıq  belə  şəraitdə 
yaşamır. Eyni zamanda, son iki il yarım ərzində Azərbaycanda 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə