İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə81/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   77   78   79   80   81   82   83   84   ...   106

 
 
295 
mən  əvvəldə  qeyd  etdiyim  kimi  və  sizin  də  dediyiniz  kimi, 
bizim bütün qonşularımızla, o cümlədən tərəfdaşlarımızla yaxşı 
əlaqələrimiz  var.  Bizim  müxtəlif  beynəlxalq  təşkilatlarda, 
Avropa və islam dünyasına aid qurumlarda yaxşı mövqelərimiz 
var. Ona görə də töhfə verməyə hazır və əməkdaşlığa açıq olan 
ölkə  kimi,  Azərbaycan,  əgər  lazım  gələrsə,  öz  rolunu  oynaya 
bilər.  Əgər  bizdən  xahiş  etsələr  və  ya  bizə  müraciət  etsələr, 
müəyyən işi görə bilərik. Lakin öz təşəbbüsümüzlə çıxış etmək, 
zənnimcə bu, münasib ideya deyildir. 
S u a l: Son zamanlar biz keçmiş sovet respublikalarında 
böyük  siyasi  dəyişikliklərin  şahidi  olduq.  Ukraynada 
«narıncı  inqilab»  baş  verdi.  Mərkəzi  Asiya  ölkələrində 
hadisələr  oldu.  Azərbaycan  da  keçmiş  sovet  respublikası 
olduğundan,  Siz  bu  cür  siyasi  fenomeni,  yəni  inqilabları 
necə qiymətləndirirsiniz? 
C a v a b: Hər bir ölkənin özünün yolu, keçmişi və gələcəyi 
var.  Sovet  İttifaqı  dağıldıqda  hər  bir  keçmiş  sovet 
respublikasının eyni şansları və imkanları var idi. Lakin bir neçə 
ölkə  uğura  nail  oldu,  digərləri  yox.  Azərbaycana  gəldikdə  isə, 
biz  görürük  ki,  müstəqillik  qazandıqdan  sonra  ölkəmiz  bütün 
sahələrdə  çox  böyük  nailiyyətlər  əldə  etmişdir.  Həm  siyasi 
sahədə,  həm  də  iqtisadi  inkişaf  sahəsində  irəliləyiş  müşahidə 
olunmuşdur. Hazırda bizim iqtisadiyyatımız dünyada ən sürətlə 
inkişaf edən iqtisadiyyatdır. Ötən il ərzində ölkəmizdə ÜDM-in 
artımı  26  faizdən  çox olmuş,  sənaye  istehsalı  33 faiz,  əhalinin 
gəlirləri 27 faiz artmışdır. Bütün bunlar uğurlu iqtisadi siyasətin 
əyani  sübutudur.  Bizim  ölkəmizdə  siyasi  sabitlik  çox  yüksək 
səviyyədədir.  Xalq  ilə  hökumət  arasında  birlik  mövcuddur. 
Siyasətimiz  əhalinin  əksəriyyəti  tərəfindən  dəstəklənir.  Bizim 
regionda çox yaxşı əlaqələrimiz var. 
Bir  sözlə,  Azərbaycanın  taleyi  çox  uğurlu  olmuşdur. 
Müəyyən  ölkələr  bu  uğura  nail  ola  bilmədilər,  onlar  bundan 
kənar  düşdülər  və  ona  görə  də  həmin  ölkələrdə  baş  vermiş 
dramatik dəyişikliklər, ola bilsin, müstəqillik tarixi ilə bağlıdır. 
Sovet  respublikaları  müstəqil  olandan  sonra  hamının imkanları 


 
 
296 
eyni  olmuşdur.  Biz  siyasətimizi  və  taleyimizi  müəyyən 
etməliydik. Müəyyən ölkələr buna nail oldu, digərləri isə bunun 
öhdəsindən  gələ  bilmədi.  Bilirsiniz,  bəzi  insanların  arasında 
yayılmış  səhv  təsəvvür  ondan  ibarət  idi  ki,  əgər  müəyyən  bir 
ölkədə  inqilab  baş  verirsə,  demək,  digər  ölkədə  də  bu,  baş 
verməlidir. Bu, düz deyil. 
M ü x b i r:  Elə bil ki, domino effektidir. 
I l h a m   Ə l i y e v: Misal üçün, mən bilirəm ki, Azərbay-
canda  parlament  seçkilərindən  öncə  müəyyən  dairələr, 
təşkilatlar  və  siyasətçilər  inqilabın  baş  verməsini  gözləyirdilər. 
Lakin  regiondakı  vəziyyətə  yaxşı  bələd  olan  hər  kəs  bilirdi  ki, 
bu  cür  hadisə  mümkün  deyildir.  Bunun  üçün  əsas  yoxdur. 
Çünki inqilabın baş verməsi üçün ilkin şərtlər, səbəblər mövcud 
olmalıdır. Əgər buna səbəb yoxdursa, həmin hadisə süni şəkildə 
baş verə bilməz. Azərbaycana inqilabın ixrac edilməsinə çalışan 
müəyyən  dairələrin  istəyindən  asılı  olmayaraq,  həmin  səylər 
əbəs idi. Ona görə də bu gün müstəqilliyimizin artıq 15-ci ilini 
yaşadıqda,  keçmiş  sovet  respublikalarına  eyni  prizmadan 
baxmaq  düzgün  olmazdı.  İndi  vəziyyət  tamamilə  başqadır, 
ölkələr fərqlidir. 
S  u  a  l:  Sizin  ölkənizdə  seçkilərin  nəticəsinə  gəldikdə, 
nəinki  ölkədaxili  müəyyən  qruplar,  ATƏT  kimi  bir  sıra 
beynəlxalq  təşkilatlarda  seçki  prosesində  müəyyən 
pozuntuların  olmasını  qeyd  etmişlər.  Eyni  zamanda,  biz 
bilirik  ki,  Siz  10  seçki  dairəsində  təkrar  seçkilər 
keçirəcəksiniz.  Belə  çıxır  ki,  Azərbaycan  seçkinin 
nəticələrindən  şikayətlənən  qurumların  narahatlığını 
aradan  qaldırmaq  üçün  müəyyən  addımlar  atmalıdır.  Siz 
təkrar seçkiləri necə keçirəcəksiniz? 
C  a  v  a  b:  Hətta demokratiya  yaxşı  inkişaf  etmiş  ölkələrdə 
də  siz  seçkilərdə  bəzən  problemlərin  yaranmasını  görürsünüz. 
Bu  təbiidir.  Bizim  seçkilərə  gəldikdə  isə,  bu  dəfə  seçki 
pozuntularından  qorunmaq  üçün  bir  çox  mexanizmlər  işə 
salınmışdır. Qəsdən seçki qanununun pozulmasını mümkünsüz 
edən bir sıra yeni tədbirlər də görülmüşdür. Onlardan biri «exit-


 
 
297 
poll»  idi  və  Azərbaycanda  onu  ABŞ  Dövlət  Departamenti 
tərəfindən  seçilmiş  şirkət  aparmışdır.  Bu  bizim  tərəfimizdən 
seçilmiş  şirkət  deyildi  və  «exit-poll»un  nəticələri  ilə  rəsmi 
nəticələr 90 faizdən çox hallarda üst-üstə düşmüşdür, tamamilə 
uyğun  gəlmişdir.  Yalnız  müəyyən  hallarda  fərqlər  çox  cüzi, 
yəni 1 və ya 2 faiz olmuşdur. 
Əlbəttə  ki,  biz  tədbirlər  gördük.  Hər  hansı  pozuntu  üzə 
çıxdığı  təqdirdə,  bir  sıra  dairələrdə  seçkilərin  nəticələri  ləğv 
edilmişdir.  Bu  səbəbdən  biz  həmin  10  dairədə  təkrar  seçkilər 
keçirəcəyik. Yəni 125 dairədən yalnız 10-da bunu edəcəyik. Bu, 
böyük nisbət deyildir. 
Ümumiyyətlə,  Azərbaycan  xalqının  iradəsi  seçkilərin 
nəticələrində  tam  əks  olunmuşdur.  Biz  seçki  təcrübəsinin 
yaxşılaşdırılması  məqsədi  ilə  beynəlxalq  təşkilatlarla  birgə 
işləmək  istəyimizi  ifadə  etdik.  Lakin  seçkilərin  yaxşı  şəraitdə 
keçirilməsi  şübhə  altına  alına  bilməz  və  seçkilərdə  xalqın 
iradəsi tam əks olunmuşdur. 
Dediyim kimi, 10 dairədə təkrar seçkilər keçiriləcəkdir. Ona 
görə də mən bütün beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i, 
«exit-poll»  ilə  məşğul  olan  şirkətləri  bir  daha  ölkəmizə  dəvət 
edirəm.  Onlar  gəlsinlər  və  monitorinq  keçirsinlər.  Bilirsiniz, 
xüsusən  regionda  gəzən  inqilabi  əhval-ruhiyyəni  götürsək, 
Azərbaycandakı  parlament  seçkiləri  beynəlxalq  təşkilatların 
olduqca  ciddi  nəzarəti  altında  keçirilmişdir.  Ölkəmizə  minə 
yaxın  müşahidəçi  gəlmişdi.  Onların  sayını  eşidəndə,  rəqəm 
inanılmaz  gəlir.  Bu  cür  şəraitdə  əgər  hər  hansı  bir  şəxs  seçki 
prosesinə müdaxilə etmək istəyirdisə, bunu gizlətmək mümkün 
olmazdı.  Ona  görə  də  10  dairədə  seçkilər  ləğv  edilmiş, 
pozuntulara  yol  vermiş  seçki  rəsmiləri  ya  həbs  edilmiş,  ya  da 
tutduğu  vəzifədən  uzaqlaşdırılmışlar.  Bununla  biz  seçki 
prosesinə  müdaxilə  edənləri  cəzalandırmaq  iradəmizi  nümayiş 
etdirdik. 
S u a l: Siz Buş administrasiyasının demokratiyanı geniş-
ləndirmək siyasətini necə qiymətləndirirsiniz? Bir çox islam 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə