İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab


istəmirsiniz.  Siz  Birləşmiş  Ştatlarla  münasibətlərinizi  necə



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə80/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   76   77   78   79   80   81   82   83   ...   106

 
 
292 
istəmirsiniz.  Siz  Birləşmiş  Ştatlarla  münasibətlərinizi  necə 
qurursunuz?  Biz  bilirik ki,  ABŞ  strateji  baxımdan  mühüm 
olan bu regiona böyük maraq göstərir. 
C  a  v  a  b:  Bizim  ABŞ-la  uzun  müddətdir  gözəl  münasi-
bətlərimiz  var.  Müstəqilliyimizi  qazandıqdan  bəri  həmin 
münasibətlər get-gedə daha çox sahələri əhatə edir. Misal üçün 
sizə  deyə  bilərəm  ki,  Bakı–Tbilisi–Ceyhan  boru  kəmərinin 
çəkilməsində  ABŞ  hökumətinin  oynadığı  rol  çox  mühüm  idi. 
Bildiyiniz  kimi,  Bakı–Tbilisi–Ceyhan  boru  kəməri  beynəlxalq 
maliyyə  təsisatlarının  ayırdığı  kreditlər  hesabına  tikilmişdir. 
Layihənin 70 faizi kredit hesabına, qalan 30 faizi isə payçıların 
vəsaiti  hesabına  həyata  keçirilmişdir.  Ona  görə  də  Birləşmiş 
Ştatların siyasi və əməli dəstəyi bizim enerji layihələrimiz üçün 
həlledici olmuşdur. 
Eyni  zamanda,  biz  müxtəlif  iqtisadi  sahələrdə  də  əməkdaşlıq 
edirik.  Terrorizmə  qarşı  əməliyyatlarda  da  çox  yaxşı  əməkdaşlıq 
aparırıq.  Bildiyiniz  kimi,  Azərbaycan  antiterror  koalisiyasının 
üzvüdür  və  bizim  əsgərlər  Amerika  qoşunları  ilə  birgə  dünyanın 
müxtəlif 
yerlərində 
sülhməramlı 
əməliyyatların 
həyata 
keçirilməsində  iştirak  edirlər.  Bir  sözlə,  əlaqələrimizin  çox 
möhkəm bünövrəsi var və biz bundan çox məmnunuq. 
O  ki  qaldı,  xarici  hərbi  bazalar  məsələsinə,  bildiyiniz  kimi, 
biz dəfələrlə tamamilə aydın şəkildə bəyan etmişik və Amerika 
rəsmiləri də bildiriblər ki, bu məsələni müzakirə etmirik. Buna 
ehtiyac  yoxdur.  Azərbaycanda  heç  bir  ölkənin  hərbi  qüvvəsi 
yoxdur. 
S  u  a  l:  Azərbaycanın  Qərb  ilə  Şərq  arasında 
yerləşməsini,  bir  tərəfdən  Birləşmiş  Ştatlar  və  Avropa 
ölkələrinin,  digər  tərəfdən  isə  Rusiyanın  olmasını  nəzərə 
alsaq, bu vəziyyətdə Siz tarazlığı necə qoruyub saxlayırsınız 
və  Azərbaycanın  beynəlxalq  aləmdə  mövqeyini  necə 
görürsünüz? 
C a v a b: Bilirsiniz, mən tamamilə əminəm  ki, ölkənin və 
xalqın  maraqlarını  tam  əks  etdirən  uğurlu  siyasəti  həyata 
keçirmək  üçün  aparılan  siyasətin  özü  düzgün  olmalıdır.  Çox 


 
 
293 
səmimi,  açıq  və  ürəkli  olmaq  lazımdır.  Biz  ikitərəfli  müna-
sibətlərimizə  aid  olan  hər  hansı  çox  ciddi  məsələni  bir  çox 
ölkələrlə  müzakirə  etməkdən  çəkinmirik.  Ona  görə  də  bu 
baxımdan  spekulyasiya  üçün  yer  yoxdur.  Eyni  zamanda,  digər 
vacib  məsələ  var  və  Azərbaycan  buna  çox  sadiqdir.  Həmin 
məsələ müstəqil siyasətin aparılmasından ibarətdir. Azərbaycan 
müstəqil ölkədir və hər hansı qarşıdurma üçün yer deyildir. Bu 
baxımdan,  mənim  apardığım  siyasət  olduqca  açıq  siyasətdir. 
Mən tərəfdaşlarımızı və dostlarımızı bizimlə əməkdaşlıq etmək, 
işbirliyi  qurmaq  məqsədi  ilə  Azərbaycana  dəvət  edirəm.  Biz 
qarşıdurmadan  uzaq  olmalıyıq.  Fikrimcə,  ölkənin  uğurlu 
inkişafı  da  məhz  bu  mövqeyə  əsaslanır.  Çünki  bizim  müxtəlif 
hallarda  bir-biri  ilə  qarşıdurmada  olan  ölkələrlə  çox  düzgün, 
açıq və səmimi münasibətlərimiz var. 
S  u  a  l:  Birləşmiş  Ştatlarla  Rusiya  arasındakı  əlaqələr 
son  bir-iki  il  ərzində  o  qədər  də  rəvan  deyildir.  Siz  bu  iki 
ölkə arasındakı münasibətləri necə təhlil edirsiniz? 
C  a  v  a  b:  Siyasətimizin  mühüm  elementlərindən  biri  də 
ondan ibarətdir ki, biz digər ölkələrin daxili işlərinə qarışmırıq. 
Eyni  zamanda,  biz  hər  hansı  qüvvənin  bizim  işlərimizə 
müdaxilə etməsini görəndə və ya hiss edəndə, buna çox həssas 
yanaşırıq.  Bu  səbəbə  görə  də  həmin  məsələ  siyasətimizin 
mühüm  meyarlarından  biridir.  Biz  digər  ölkələr  arasındakı 
əlaqələrə  müdaxilə  etməyə  yox,  onlarla  yaxşı  münasibətlərdə 
olmağa,  əməkdaşlıq  etməyə  çalışırıq.  ABŞ-la  Rusiya  arasında 
olan  münasibətlər  onların  hökumətlərinin  və  xalqlarının  işidir. 
Biz əməkdaşlıq məsələsinə öz töhfəmizi vermək istəyirik. 
Mən  sizə  deyə  bilərəm,  Azərbaycan  regionda  nadir  ölkə-
lərdən biridir ki, orada həmin iki ölkədən olan şirkətlər çox sıx 
və  uğurlu  əməkdaşlıq  edirlər.  Əgər  biz  bu  əməkdaşlığa  töhfə 
verə  bilsək,  bundan  çox  şad  olardıq.  Zənnimcə,  ən  yaxşı  iş 
məhz əməkdaşlıq yollarının tapılmasıdır. Diqqəti mübahisələrə 
yönəltməkdənsə, yaxşı olardı ki, əməkdaşlıq naminə işləyək. 


 
 
294 
S  u  a  l:  Siz  regionunuzda  sabitliyin  bərqərar 
olunmasındakı  rolunuzu  necə  görürsünüz?  Sabitlik  üçün 
hansı işləri görə bilərsiniz? 
C  a  v  a  b:  Sabitliyin  yaradılmasında  vacib  olan  elementlər 
əməkdaşlıq və iqtisadi təkanlardır. Çünki regionda və ümumən, 
dünyada  bir  çox  problemlər  yoxsulluq,  işsizlik,  ağır  iqtisadi 
vəziyyət  və  sərvətlərin  qeyri-düzgün  bölüşdürülməsi  ilə 
bağlıdır.  Ona  görə  də  əminəm  ki,  real  xeyir  gətirən  iqtisadi 
inkişaf,  uğurlu  əməkdaşlıq  sabitlik  və  sülhə  yaxşı  töhfə  verə 
bilər. Əgər biz Azərbaycanın öz sərvətlərinin ixracçısı və tranzit 
ölkə  kimi  rolunu  götürsək  görərik  ki,  bu  rol  tərəfdaşlarımızın 
iqtisadiyyatının möhkəmlənməsinə xidmət edir. 
Məsələn,  bizimlə  əməkdaşlıq  edən  ölkələr  sərfəli  qiymətlə 
enerji  daşıyıcılarını  ala  biləcək  və  Xəzərin  şərq  hissəsində 
yerləşən ölkələri götürsək, onlar beynəlxalq bazarlara çıxış əldə 
edəcək,  bizim  ərazimizlə  malların  daşınmasına  nail  olacaqlar. 
Əgər siz Şərq–Qərb kommunikasiyalarını, İpək Yolunu nəzərdə 
tutursunuzsa,  Azərbaycandan  yan  keçə  bilməzsiniz.  Şərq–Qərb 
nəqliyyat  dəhlizini  götürsək,  burada  da  Azərbaycanın  öz  yeri 
var və heç kim bizdən yan keçə bilməz. 
Bir sözlə, bura strateji yerdir, önəmli coğrafi mövqeyi, yaxşı 
resursları və nəqliyyat xətti var. Bizim yaxşı və bərabər tərəfdaş 
olmağa  hazırlığımızı  da  nəzərə  alsaq,  bütün  bunlar  sabitliyə 
əlavə dəstək verə bilər. 
S  u  a  l:  İranda  çoxlu  azərbaycanlı  yaşayır.  Hazırda  isə 
İran  nüvə  məsələsinin  əsas  səbəbkarına  çevrilmişdir.  Bu 
məsələnin  həllində  Siz  hansı  rolu  oynaya  bilərsiniz?  Sizin 
fikrinizcə, nizamlanma üçün nə isə edə bilərsinizmi? 
C  a  v  a  b:  Bilirsiniz,  mən  bir  daha  təkrar  etmək  istəyirəm, 
biz  müxtəlif  ölkələrə  öz  iradəmizi  qəbul  etdirmək  və  ya  hər 
hansı  nizamlanmada  xidmətimizi  təklif  etmək  fikrində  deyilik. 
Bu  bizim  işimiz  deyildir.  Əgər  müxtəlif  ölkələr  arasında  daha 
yaxşı anlaşmanın qurulmasında Azərbaycanın iştirakına ehtiyac 
duyularsa,  biz  bunu  etməyə  hazırıq.  Mən  hesab  edirəm  ki, 
Azərbaycan prinsip etibarilə bu sahədə rol oynaya bilər. Çünki 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə