İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə79/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   75   76   77   78   79   80   81   82   ...   106

 
 
289 
 
 
 
YAPONİYA RADİOTELEVİZİYA 
KORPORASİYASININ (NHK) MÜXBİRİNƏ 
VERDİYİ MÜSAHİBƏ 
 
Tokio 
 
9 mart 2006-cı il 
 
S u a l: Cənab Prezident, ilk sualım enerji ilə bağlıdır. 
İxrac  neftinin  Bakıdan  Ceyhan  limanına  Bakı–Tbilisi–
Ceyhan boru kəməri ilə nəqli bir neçə aydan sonra mümkün 
olacaqdır.  Bu  əməliyyatın  başlanılmasını  Siz  necə  qiymət-
ləndirirsiniz? 
C  a  v  a  b:  Bu,  təbii  ki,  çox  mühüm  beynəlxalq  hadisəyə 
çevriləcəkdir.  Çünki  Bakı–Tbilisi–Ceyhan  boru  kəməri  iki 
dənizi  və  üç  ölkəni  birləşdirən  transmilli  çoxmilyardlıq  layi-
hədir.  Bu,  nəhəng  və  hazırda  dünyada  ən  böyük  enerji  layi-
həsidir.  Boru  kəmərinin  tikintisi  başa  çatdıqdan  sonra  Azər-
baycan  gündə  ən  azı  bir  milyon  barel  nefti  dünya  bazarlarına 
ixrac  etmək  iqtidarında  olacaqdır.  Gələcəkdə  bəlkə  bundan  da 
çox  olacaqdır.  Əlbəttə  ki,  bu  nailiyyət  iqtisadiyyatımızı 
gücləndirəcək  və  Azərbaycanın  beynəlxalq  və  regional 
səviyyədə əhəmiyyətini artıracaqdır. Nəhayət, regionda sülhə və 
təhlükəsizliyə xidmət edəcəkdir. 
S  u  a  l:  Nəinki  sizin  ölkəniz  Azərbaycan,  eləcə  də  digər 
ölkələr,  misal  üçün,  Qazaxıstan  neft  və  təbii  qazın  hasilat 
həcmini  artırmaqdadır.  Siz  milli  enerji  strategiyasını  necə 
təsvir edərdiniz? 
C a v a b: Bizim strategiyamız əsasən milli maraqlarımızın 
qorunmasına  yönəlibdir.  Təbii  ki,  hasilat  həcminin  artırılması, 
dünyanın  əsas  xarici  şirkətləri  ilə  qurulmuş  çox  səmərəli 
əməkdaşlıq  və  eyni  zamanda,  beynəlxalq  və  regional  sahədə 


 
 
290 
Azərbaycanın 
mövqeyinin 
möhkəmləndirilməsi 
həmin 
strategiyanın  bir  hissəsidir.  Zəngin  təbii  sərvətləri,  əlverişli 
coğrafi  mövqeyi  ilə,  artıq  mövcud  olan  çox  güclü  və  müasir 
nəqliyyat  infrastrukturu  vasitəsilə  Azərbaycan regionda  aparıcı 
ölkəyə  çevrilir.  Biz  yaxın  zamanda  Avropaya  təbii  qaz  nəql 
edəcəyik. Eyni zamanda Xəzər dənizindən nefti Aralıq dənizinə 
çatdıracaq boru kəmərimiz olacaqdır. Bu, Xəzəryanı dövlətlərin 
tarixində ilk  belə  hadisə  olacaqdır.  Əlbəttə  ki,  gələcəkdə  digər 
ölkələr  həmin  boru  kəmərinə  qoşula  bilər.  Onlar  bizim  sistem 
vasitəsilə  özlərinin  hasilatı  artan  enerji  daşıyıcılarını  nəql  edə 
bilər.  Azərbaycan  isə  bundan  həm  siyasi,  həm  də  iqtisadi 
baxımdan yalnız bəhrələnəcəkdir. 
S  u  a  l:  Geosiyasi  məntiqlə  danışsaq,  hazırda 
Azərbaycanın  Rusiya  ilə  münasibətlərinin  olduqca  böyük 
əhəmiyyəti  var.  Bir  sıra  təhlilçilər  hesab  edirlər  ki,  Bakı–
Tbilisi–Ceyhan  boru  kəməri  Rusiya  ərazisindən  kənar 
keçmək  məqsədini  daşıyır.  Yəni  belə  çıxır  ki,  Azərbaycan 
bu  cür  geosiyasi  əhəmiyyət  daşıyan  boru  kəmərinin 
Rusiyadan  keçməsini  arzu  etmir.  Siz  belə  analitik  qiymətə 
necə yanaşırsınız? 
C  a  v  a  b:  İlk  növbədə  onu  deyim  ki,  bizim  bütün  qonşu 
ölkələrlə  çox  yaxşı  münasibətlərimiz  var.  Hesab  edirəm  ki,  bu 
amil regionun sabit inkişafı üçün, o cümlədən regionda dostluq 
və  əməkdaşlıq  naminə  olduqca  vacibdir.  Azərbaycanın  qonşu 
ölkələrlə  əməkdaşlığının  genişləndirilməsi  üçün  öz  işimizi 
davam etdiririk. 
Bakı–Tbilisi–Ceyhan  boru  kəmərinə  gəldikdə  isə,  burada 
reallıqdan uzaq çoxlu spekulyativ şayiələr və fərziyyələr yayıl-
mışdır. Bizim məqsədimiz kəmərin hansısa ölkənin ərazisindən 
kənar keçməsindən ibarət olmamışdır. Siz artıq bilirsiniz ki, bu 
gün  neftimizi  Qara  dənizə  Rusiya  vasitəsilə  nəql  edən  boru 
kəməri  mövcuddur.  Digər  marşrutla  biz  nefti  Qara  dənizə 
Gürcüstan  vasitəsilə  çıxarırıq.  Bizim  üçün  əsas  məqsəd  Aralıq 
dənizinə  çıxışı  təmin  etməkdən  ibarət  olmuşdur.  Bu,  dünya 
bazarına  çıxış  deməkdir  və  Aralıq  dənizinə  aparan  yol 


 
 
291 
Gürcüstan və Türkiyədən keçir. Buna görə də biz Bakı–Tbilisi–
Ceyhan  boru  kəmərinin  çəkilməsi  üzərində  işləyərkən,  heç  bir 
siyasi  məqsəd  güdmürdük.  Məqsədimiz  güclü  buraxıcılıq 
qabiliyyətinə malik üçüncü boru kəmərinin tikilməsindən ibarət 
idi. Bu kəmərdən istifadə edərək, biz nə qədər istəsək neft hasil 
edəcəyik  və  istədiyimiz  qədər  də  nəql  edəcəyik.  Çünki 
Azərbaycan  gələn  iki-üç  il  ərzində  gündə  bir  milyon  bareldən 
çox  neft  hasil  edə  biləcəkdir.  Qara  dənizə  çıxan  mövcud  iki 
boru kəmərinin belə imkanları yoxdur. Bu birincisi. 
İkincisi,  həmin  kəmərlər  beynəlxalq  bazara  çıxışı  təmin 
etmir. Bazar Qara dəniz regionu ilə məhdudlaşır. Eyni zamanda, 
bildiyiniz  kimi,  Bosfor  boğazı  məsələsi  var.  Bu  çox  ciddi 
məsələdir. Ona görə də Bakı–Tbilisi–Ceyhan boru kəməri bizim 
üçün  kommersiya  və  iqtisadi  xarakter  daşıyan  layihədir. 
Aydındır  ki,  müəyyən  qüvvələr  həmin  layihəyə  siyasi  məna 
verməyə  çalışırlar.  Lakin  mən  hesab  etmirəm  ki,  bu  mövqe 
düzdür. 
S  u  a  l:  Siz  Putinin  rəhbərlik  etdiyi  Rusiya  ilə 
konstruktiv münasibətləri necə qurmusunuz? 
C  a  v  a  b:  Bizim  çox  yaxşı  münasibətlərimiz  var.  Mən 
prezident  Putin  ilə  dəfələrlə  görüşmüşəm.  O  bu  yaxınlarda 
Azərbaycana  səfər  etmişdir  və  onunla  çox  uzun  və  səmərəli 
müzakirələrimiz  oldu.  Biz  keçmişdə  mövcud  olmuş  və  öz 
həllini  gözləyən  bütün  məsələləri  aradan  qaldıra  bilmişik.  İndi 
Azərbaycan ilə Rusiya arasında həll olunmamış heç bir məsələ 
yoxdur.  Biz  yaxşı  qonşuluq  edirik.  Son  iki  il  ərzində  ticarət 
dövriyyəsini  iki  dəfə  artırmışıq  və  hər  iki  ölkə  bundan 
bəhrələnir.  Buna  görə  də  biz  mövcud  əlaqələrimizin  səviy-
yəsindən  çox  razıyıq  və  bu  amil  nəinki  ikitərəfli  münasibətlər 
baxımından, həm də yaşadığımız regionda təhlükəsizlik üçün də 
çox vacibdir. 
S  u  a  l:  Birləşmiş  Ştatlara  gəldikdə,  bəzən  deyilir ki,  bu 
ölkə  Azərbaycanda  hərbi  bazalar  yaratmağa  hazırlaşır. 
Eyni  zamanda,  biz  Sizin  rəsmi  mövqeyinizlə  tanışıq, 
ərazinizdə  heç  bir  Amerika  hərbi  bazasının  yaranmasını 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə