İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə78/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   74   75   76   77   78   79   80   81   ...   106

 
 
285 
 
 
 
YAPONİYA XARİCİ TİCARƏT TƏŞKİLATININ 
SƏDRİ OSAMU VATANABE İLƏ GÖRÜŞ 
 
Tokio 
 
9 mart 2006-cı il 
 
Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Tokioda, 
onun  üçün  ayrılmış  iqamətgahda  Yaponiya  Xarici  Ticarət 
Təşkilatının (JETRO) sədri Osamu Vatanabeni qəbul etmişdir.  
Prezident İlham Əliyevi Yaponiyada görməkdən böyük şərəf 
duyduğunu  bildirən  cənab  Osamu  Vatanabe  Tokioda 
Azərbaycan–Yaponiya  iqtisadi  forumunun  keçirilməsini  yüksək 
qiymətləndirdi, prezident İlham Əliyevi martın 8-də Beynəlxalq 
Münasibətlər İnstitutundakı çıxışı münasibətilə təbrik etdi. 
JETRO-nun  sədri  sonra  rəhbərlik  etdiyi  təşkilatın  tarixi 
barədə  məlumat  verdi.  O  xatırlatdı  ki,  Azərbaycan  müstəqillik 
əldə  etdikdən  sonra  ölkələrimiz  arasında  birbaşa  əlaqələr 
yaranmışdır və bu  inkişaf edir. İlham Əliyevin prezident seçil-
məsindən  sonra  həyata  keçirilən  islahatlar  Azərbaycanın  daha 
sürətlə inkişafına imkan yaratmışdır. 
Osamu  Vatanabe  2001-ci  ildə  JETRO-nun  xətti  ilə  Azər-
baycanda  və  digər  Qafqaz  ölkələrində  keçirilən  sərgilərin 
böyük  rəğbətlə  qarşılandığını  bildirdi.  O  dedi  ki,  1958-ci  ildə 
yaradılmış  JETRO  qeyri-kommersiya  təşkilatıdır  və  hökumətin 
himayəsi  altında  fəaliyyət  göstərir.  Onun  əsas  vəzifəsi 
beynəlxalq ticarətin sürətli inkişafına nail olunması üçün xarici 
ölkələrlə əlaqələri  möhkəmləndirməkdir. 
Prezident  İlham  Əliyev JETRO-nun  fəaliyyətindən  xəbərdar 
olduğunu  bildirdi  və  bu  təşkilatla  əməkdaşlığın  Azərbaycan–
Yaponiya  əlaqələrinin  inkişaf  etdirilməsi  üçün  yeni  imkanların 
aça biləcəyini vurğuladı. 


 
 
286 
Dövlətimizin  başçısı  Azərbaycanın  potensial  iqtisadi 
imkanları  haqqında  da  danışdı  və Yaponiya  şirkətlərinin  ölkə-
mizdə bir çox layihələrdə iştirak etdiklərini xatırlatdı. Prezident 
İlham Əliyev beynəlxalq ticarətin inkişafı üçün tranzit yolların 
əhəmiyyətini  vurğulayaraq,  Böyük  İpək  Yolunun  bərpasına  da 
toxundu,  Azərbaycanın  bu  beynəlxalq  layihəyə  üstünlük 
verdiyini  bildirdi  və  bununla  əlaqədar  Bakıda  vaxtilə 
beynəlxalq konfrans da keçirildiyini xatırlatdı. 
 
 
 
 
 
 


 
 
287 
 
 
YAPONİYANIN XARİCİ İŞLƏR NAZİRİ  
TARO ASO İLƏ GÖRÜŞ 
 
Tokio 
 
9 mart 2006-cı il 
 
Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Tokioda, 
onun  üçün  ayrılmış  iqamətgahda  Yaponiyanın  Xarici  İşlər 
naziri Taro Asonu qəbul etmişdir.
 
Dövlətimizin  başçısını  böyük  ehtiramla  salamlayan  nazir 
prezident  İlham  Əliyevin  Yaponiyaya  ilk  rəsmi  səfərini  yüksək 
qiymətləndirdi  və  əmin  olduğunu  bildirdi  ki,  bu,  ölkələrimiz 
arasında münasibətlərin daha sürətlə inkişaf etməsində mühüm 
rol  oynayacaqdır.  Azərbaycanın  strateji  cəhətdən  çox  mühüm 
ərazidə  yerləşdiyini  vurğulayan  cənab  Taro  Aso  ölkəmizlə 
əməkdaşlığın  daha  da  genişləndirilməsinə  Yaponiyanın  xüsusi 
diqqət  yetirdiyini  söylədi.  Xalqımızın  ümummilli  lideri  Heydər 
Əliyevin 1998-ci ildə Yaponiyaya səfərini xatırladan nazir ölkə-
lərimiz  arasında  əlaqələrin  həmin  dövrdən  başlayaraq  inkişaf 
etdiyini bildirdi və dedi ki, prezident İlham Əliyevin indiki səfəri 
ikitərəfli  əməkdaşlıqda  yeni  mərhələ  açacaqdır.  Yaponiya 
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da 
müxtəlif tədbirlərdə ölkənizi dəstəkləyəcəkdir.  
Prezident  İlham  Əliyev  Azərbaycan–Yaponiya  əməkdaşlığı-
nın ardıcıl surətdə inkişaf etdirilməsi, qarşılıqlı münasibətlərin 
daha 
da 
yaxşılaşdırılması  istiqamətində  mühüm  işlər 
görüldüyünü  bildirdi  və  hər  iki  tərəfi  maraqlandıran  bir  sıra 
məsələlər barədə fikir və mülahizələrini söylədi. Yaponiyaya bu 
səfərinin  ikitərəfli  münasibətlərin  inkişafında  yeni  mərhələ 
açacağına  əminliyini  vurğulayan  dövlətimizin  başçısı  keçirdiyi 


 
 
288 
çoxsaylı görüşlərin qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha 
da genişləndirilməsi baxımından çox uğurlu olduğunu bildirdi. 
Söhbət  zamanı  Xəzərin  Azərbaycan  sektorunda  neft  ya-
taqlarının birgə işlənilməsində Yaponiya şirkətlərinin yaxından 
iştirak  etməsi  və  eləcə  də  bu  ölkənin  iş  adamlarının  digər 
layihələrə maraq göstərməsi və gələcəkdə Azərbaycana sərma-
yə  qoymaq  istəyən  şirkətlərin  fəaliyyəti  üçün  gözəl  şəraitin 
yaradılacağı da vurğulandı.  
Görüşdə  ölkəmiz  üçün  ən  ağrılı  problem  olan  Ermənistan–
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  barədə  də  ətraflı 
söhbət  getdi.  Prezident  İlham  Əliyev  bu  sahədə  hazırkı  vəziyyət 
haqqında  danışdı,  münaqişənin  həlli  məsələsində  ölkəmizin 
mövqeyini açıqladı. 
 
 
 
 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə