İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə86/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   82   83   84   85   86   87   88   89   ...   106

 
 
313 
 
 
 
ABŞ DÖVLƏT KATİBİNİN AVROPA VƏ 
AVRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ MÜAVİNİ  
DANİEL FRİD İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
14 mart 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
martın 14-də Prezident sarayında ABŞ Dövlət katibinin Avropa 
və  Avrasiya  məsələləri  üzrə  müavini  Daniel  Fridi  qəbul 
etmişdir. 
Görüş  zamanı  Azərbaycan–ABŞ  ikitərəfli  münasibətlərinin 
müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılmışdır. 
 


 
 
314 
 
 
 
TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
15 mart 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
martın 15-də Prezident sarayında Dünya azərbaycanlılarının II 
qurultayında  iştirak  etmək  üçün  ölkəmizə  gələn  Türkiyə 
nümayəndə heyətinin üzvlərindən bir qrupunu qəbul etmişdir. 
İ  l  h a  m      Ə l i  y  e v:  Əziz  dostlar,  xoş  gəlmisiniz!  Mən 
sizin  hamınızı  Azərbaycanda  ürəkdən  salamlayıram.  Bizim 
dəvətimizi  qəbul  edib  sabahkı  qurultayda  iştirak  etmək  üçün 
Azərbaycana  gəlmisiniz.  Bu  da  məni  çox  sevindirir.  Hər  dəfə 
biz  görüşəndə  çox  gözəl  söhbətlər  edirik,  səmimi  fikir  müba-
diləsi  aparılır.  Belə  görüşlər  nə  qədər  çox  olsa,  bizim 
əlaqələrimiz də bir o qədər möhkəm olacaqdır. Bizim aramızda 
olan  dostluq,  qardaşlıq  münasibətləri  çox  yüksək  səviyyədədir 
və dinamik şəkildə davam edir. Türkiyə və Azərbaycanın birliyi 
həm  ölkələrimiz,  həm  xalqlarımız,  həm  də  bütün  bölgə  üçün 
böyük əhəmiyyət kəsb edir. 
Sabah Dünya azərbaycanlılarının II qurultayı keçiriləcəkdir. 
Bu  çox  böyük  hadisədir, bizi  birləşdirən  hadisədir. Türkiyədən 
belə  böyük  heyətin  buraya  gəlməsi,  qurultayda  iştirak  etməsi 
bizim aramızda olan dostluq, qardaşlıq münasibətlərini bir daha 
göstərir,  bunu  açıq  şəkildə  ifadə  edir.  Ona  görə  mən  sizin 
hamınızı ürəkdən salamlayıram və bir daha demək istəyirəm ki, 
sizi  görməyimə  çox  şadam.  Sizinlə  çoxlu  görüşlərimiz  olubdur 
və  görüşlər  nə qədər  çox olsa, bizim  birliyimiz  də  bir  o  qədər 
möhkəm olacaqdır. Bir daha xoş gəlmisiniz! 
H  a  l  u  k    İ  p  ə  k  (Türkiyə–Azərbaycan  parlamentlərarası 
dostluq  qrupunun  sədri):  Hörmətli  Prezident,  Sizi  xoş  gördük. 


 
 
315 
Əvvəlcə  Türkiyə  Böyük  Millət  Məclisinin  üzvləri  adından 
hörmət  və  sevgimizi  bildiririk.  Sizin  üçün  çox  önəmli  olan 
qurultaya biz dəvət olunanda buna çox böyük heyətlə qatılmaq 
qərarına gəldik. Burada olmaqdan hamımız çox məmnunuq. 
Milli  Məclisinizin  sədri  Türkiyə  Böyük  Millət  Məclisimizi 
ziyarət etdi, dostluq qrupunun yeni sədri ilə həmkarlarımız tanış 
oldular  və  parlamentlərimiz  arasında  əməkdaşlığı  daha  yaxşı 
səviyyədə  əlaqələndirmək  üçün  razılığa  gəldik.  Hətta  hər  altı 
aydan bir hər iki ölkənin parlament nümayəndələrinin qarşılıqlı 
səfərləri  barədə  də  anlaşdıq.  Dostluq  qrupu  olaraq  Xocalı 
qırğını  ilə  bağlı  son  bir  il  ərzində  Türkiyə  Böyük  Millət 
Məclisində  xeyli  işlər  gördük,  orada  fotosərgi  açdıq.  Biz 
Azərbaycanın  sürətli  inkişafını,  dünya  azərbaycanlılarının 
qurultayda  bir  araya  gəlmələrini  çox  yüksək  qiymətləndirir  və 
Azərbaycana gələcəkdə uğurlar diləyirik. 
Y ü c e l   A r t a n t a ş (Türkiyə Böyük Millət Məclisinin 
deputatı):    Hörmətli  Cümhur  başqanım,  azəri  millət  vəkili 
olaraq söyləyirəm ki, Azərbaycan üçün çox önəmli olan Dünya 
azərbaycanlılarının  qurultayında  həmkarlarımın  da  iştirak 
etməsi  mənim  üçün  qürurverici  bir  hadisədir.  Həqiqətən, 
Türkiyədə  Azərbaycanla  bağlı  hər  bir  məsələ  qəlbən  duyulur, 
hamı Azərbaycan dövlətini ürəkdən dəstəkləyir və bundan sonra 
da dəstəkləyəcəkdir. Bu, türk xalqının ürəyində var və yaşayır. 
Türk xalqı öz dəstəyini Azərbaycandan heç vaxt əsirgəmədi və 
bundan  sonra  da  əsirgəməyəcəkdir.  Xüsusilə  sizin  bu 
qurultayınız  dünyadakı  azərbaycanlılar  üçün,  həqiqətən  böyük 
bir mənəvi dəstək olur, onlara böyük bir mənəvi, psixoloji güc 
verir.  Bu,  Azərbaycan  diasporunun  ikinci  qurultayıdır  və 
dünyadakı Azərbaycan qurumlarının fəaliyyətinə yeni güc verir. 
Ona  görə,  cənab  Prezident,  Sizi  və  dostlarımızı  təbrik  edirəm. 
Ciddi  fəaliyyət  göstərirlər.  Qarşıda  daha  yaxşı  işlər  olacaqdır. 
Təşəkkür edirəm. 
Ş a b a n   D i ş l i (Türkiyə Böyük Millət Məclisinin depu-
tatı,  Ədalət  və  İnkişaf  Partiyası  sədrinin  müavini):  Hörmətli 
Cümhur  başqanım,  mən  də  səmimi  dəvətiniz  üçün  Sizə  və 


 
 
316 
Komitə  sədriniz  Nazim  İbrahimova  çox  təşəkkür  edirəm.  Mən 
buraya  Ədalət  və  İnkişaf  Partiyası  sədrinin  əvəzinə  gəlmişəm. 
Sizə  hörmətli  Baş  nazirimizin  salamını  gətirmişəm.  Türkiyədə 
martın  18-i  Çanaqqala  döyüşünün  ildönümü  olduğu  üçün 
hörmətli Baş nazirimiz tədbirlərdə iştirak edəcəyindən özü gələ 
bilmədi.  Dünya  azərbaycanlılarının  II  qurultayının  uğurlu 
keçməsini arzulayırıq və belə olacağını da bilirik. Ümid edirəm 
ki,  gələcəkdə  Türkiyədə  və  daha  sonra  Azərbaycanda,  Bakıda 
Dünya  türk  qurultayı  da  keçirə  bilərik.  Hörmətli  Komitə  sədri 
və Yeni Azərbaycan Partiyası ilə belə bir düşüncəmiz var. Buna 
Sizin də dəstək verməyinizi istərdik. 
Hörmətli Cümhur başqanım, icazənizlə, Sizə bir hədiyyəmiz 
var,  onu  təqdim  etmək  istərdik.  (Azərbaycan  prezidenti  İlham 
Əliyevə xatirə hədiyyəsi təqdim olundu). 
D u r s u n   A k d ə m i r (Türkiyə Böyük Millət Məclisinin 
İğdırdan olan deputatı): Cənab Prezident, mən Ana Vətən Par-
tiyasını təmsil edirəm. İğdır Naxçıvanla qonşudur və Türkiyənin 
Azərbaycana  açılan  bir  qapısıdır.  Bizim  əlaqələrimiz  çox 
möhkəmdir.  Türkiyə  Azərbaycanın  bölgədə  ən  önəmli    qardaş 
dövlət olmasından fəxr edir. «Bir millət, iki dövlət» fəlsəfəsini 
hamımız yaxşı dərk edirik. Azərbaycanın dərdi hər zaman bizim 
də dərdimiz olmuşdur. 
Eyni  zamanda,  Ermənistanın  əsassız  soyqırımı  iddiası, 
Ermənistanın  Qarabağı  işğal  etməsindən  irəli  gələn  narahatlıq 
hamımızı  düşündürür.  Azərbaycan–Türkiyə  dostluq  qrupunun 
üzvü olaraq, keçən il və bu il Türkiyə Böyük Millət Məclisində 
Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər keçirmişik. 
Sizin bu soyqırımla bağlı çıxışlarınız məsələnin bütün dünyaya 
çatdırılması  üçün  çox  faydalıdır.  Biz  hər  zaman  sizin 
yanınızdayıq.  Türkiyə–Azərbaycan  qardaşlığının  bütün  türk 
dünyasına böyük güc verəcəyinə ümid edir və Sizə təşəkkürümü 
bildirirəm. 
İ l h a m   Ə l i y e v: Sağ olun. Mən də sizə təşəkkür edi-
rəm.  İlk  növbədə,  sizdən  rica  edirəm  ki,  mənim  səmimi 
salamlarımı  hörmətli  Baş  nazirə  çatdırasınız.  Bizim  aramızda 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə