İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə83/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   79   80   81   82   83   84   85   86   ...   106

 
 
301 
340  min  iş  yeri  açılmışdır.  Bu  amil  cəmiyyətdə  ədalətin 
bərqərar olunmasına əsas yaradacaqdır. 
Biz  Neft  Fondunun  vəsaitlərini  yoxsulluqda  yaşayan 
insanlara,  qaçqınlara  və  Ermənistanın  təcavüzündən  əziyyət 
çəkmiş şəxslərə yardım etmək üçün istifadə edirik. Hökumətin 
sosial  siyasəti  çox  fəaldır.  İqtisadiyyatımız  bazar  iqtisadiyyatı 
prinsiplərinə  əsaslanır.  Lakin  siz  bizim  büdcəmizə  nəzər 
salsanız  görərsiniz  ki,  o  sosialyönümlüdür.  Büdcənin  əsas 
hissəsi  əmək  haqları  və  pensiyaların  ödənilməsinə,  təqaüdlərin 
verilməsinə sərf edilir. Biz özəl sektoru dəstəkləmək, daha çox 
iş yerləri yaratmaq məqsədi ilə özəlləşdirmə prosesini daha da 
sürətləndirməliyik ki, insanlar yaxşı yaşasın və əmək fəaliyyəti 
ilə məşğul ola bilsinlər. Əgər onların işi olsa, artıq yoxsul hesab 
edilməzlər.  Biz  diqqətimizi  bu  sahələrə  yönəldirik.  Əlbəttə  ki, 
bütün  enerji  layihələrimiz  gəlir  verəndən  sonra,  yəni  boru 
kəmərləri  işə  düşəndən  sonra  bizim  bir  çox  maliyyə 
mənbələrimiz  olacaq,  Azərbaycana  milyardlarla  dollar  daxil 
olacaqdır.  Həmin  vəsaitlərin  düzgün  bölüşdürülməsi  ən  vacib 
məsələyə çevriləcəkdir. 
S u a l: Yaponiya ilə Azərbaycan arasında heç bir siyasi 
problem  mövcud  deyildir.  Siyasi  münasibətlərimiz  yaxşı 
səviyyədədir. Həmin siyasi münasibətlərə əsaslanaraq, gələ-
cəkdə Siz Yaponiya ilə əlaqələri necə inkişaf etdirmək istər-
diniz? 
C a v a b: Biz ölkələrimiz arasındakı münasibətlərin səviy-
yəsindən  çox  razıyıq.  Həmin  əlaqələr  uzun  illər  boyu  olduqca 
müsbət olmuşdur. Mənim ölkənizə rəsmi səfərim buna daha bir 
sübutdur  və  əminəm  ki,  bu  səfər  münasibətlərin  inkişafında 
əlavə təkan olacaqdır. Bildiyiniz kimi, səfərim çərçivəsində biz 
yapon  və  azərbaycanlı  iş  adamlarının  iştirakı  ilə  Yaponiya–
Azərbaycan  iqtisadi  forumunu  da  təşkil  etmişik.  Bu  tədbir 
biznes dairələrinin işbirliyi üçün daha yaxşı şərait yaradacaqdır. 
Eyni zamanda, mən dünən Yaponiya–Azərbaycan Birgə İqtisadi 
Komitəsinin  nümayəndələri  ilə  də  görüş  keçirdim  və 
Azərbaycana gələcəkdə lazım olacaq bir çox praktiki layihələri 


 
 
302 
müzakirə  etdim.  Gələn  illər  ərzində  ölkəmiz  get-gedə 
kreditlərdən  tam  azad  olacaqdır.  Çünki  bizim  özümüzün 
vəsaitlərimiz  yaranacaqdır.  Bizə  müasir  texnologiya,  yaxşı 
məsləhət  və  etibarlı  tərəfdaşlar  lazımdır.  Ona  görə  də  Azər-
baycan bazarı yapon şirkətləri üçün açıqdır. Biz onları uzun illər 
boyu  tanımışıq  və  alqışlayırıq.  Münasibətlərimiz  hər  zaman 
yaxşı olubdur. 
Azərbaycanın  inkişafının  hazırkı  mərhələsində  bir  çox 
yaxşılaşdırılma  işləri  görülməlidir.  İnfrastruktur  layihələri, 
səhiyyə  və  təhsil  proqramları  həyata  keçirilməli,  energetika 
sistemi,  su  təchizatı  və  mühəndis  kommunikasiyaları  yaxşılaş-
dırılmalıdır.  Gələn  illər ərzində  bütün  bu  sahələrə  milyardlarla 
dollar  sərmayə  yatırmaq  fikrindəyik.  Ona  görə  də  biz  öz 
texnologiyası  və  bilikləri  ilə  ölkəmizə  gələn  yapon  şirkətlərini 
səmimiyyətlə 
alqışlayırıq. 
Mən 
hesab 
edirəm 
ki, 
münasibətlərimizin  bu  iqtisadi  komponenti  çox  vacib  rol 
oynayacaqdır.  Ümumiyyətlə,  bu  amil  istənilən  digər  sahədə 
əlaqələrin daha da yaxşılaşdırılmasına səbəb olacaqdır. 
M ü x b i r: Müsahibəyə görə çox sağ olun. 
I l h a m   Ə l i y e v: Sağ olun. 


 
 
303 
 
«İTOÇU» ŞİRKƏTİNİN SƏDRİ İLƏ GÖRÜŞ 
 
Tokio 
 
10 mart 2006-cı il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  10-da  To-
kioda, onun üçün ayrılmış iqamətgahda «İtoçu» şirkətinin sədri 
Uçihiro Nivanı qəbul etmişdir. 
Azərbaycan    prezidentini  Yaponiyada  görməkdən  şərəf 
duyduğunu  bildirən  «İtoçu»  şirkətinin  sədri  bu  səfərin  ölkə-
lərimiz  arasında  əlaqələrin  inkişafına  təkan  verəcəyini  vurğu-
ladı, eyni zamanda, 1998-ci ildə onunla Naqano Qış Olimpiya 
oyunları zamanı olan görüşünü xatırlatdı. Uçihiro Niva bildirdi 
ki,  prezident  Heydər  Əliyevin  1998-ci  ildə  Yaponiyaya  tarixi 
səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında xüsusi 
rolu  olmuşdur.  Yaponiya  Azərbaycanla  biznes  əlaqələri  
qurmağa xüsusi əhəmiyyət verir. 
Xoş  sözlərə  görə  təşəkkür  edən  prezident  İlham  Əliyev 
Naqano  Olimpiadasından  əvvəl  də  1996-cı  ildə  Yaponiyada 
olduğunu  xatırlatdı.  Dövlətimizin  başçısı  Azərbaycanda  yapon 
şirkətlərinin  fəaliyyəti  üçün  hər  cür  şəraitin  yaradıldığını 
bildirdi.  
 


 
 
304 
 
 
 
«İNPEKS» ŞİRKƏTİNİN SƏDRİ İLƏ GÖRÜŞ 
 
Tokio 
 
10 mart 2006-cı il 
 
Martın  10-da  Azərbaycan  prezidenti  İlham  Əliyev 
Tokioda onun üçün ayrılmış iqamətgahda «İNPEKS» şirkətinin 
sədri Kunihiko Matsuonu qəbul etmişdir. 
Şirkətin  sədri  prezident  İlham  Əliyevlə  görüşündən  şərəf 
duyduğunu  bildirdi  və  onunla  iki  il  əvvəl  olmuş  görüşünü  də 
xatırlatdı.  Cənab  Kunihiko  Matsuo dedi  ki,  Azərbaycan  siyasi, 
iqtisadi,  sosial  sahədə  sürətlə  inkişaf  edir,  ölkə  tərəqqi 
yolundadır  və  biz  bundan  məmnunuq.  Azərbaycan–Yaponiya 
iqtisadi  forumu  çox  yüksək  səviyyədə  keçdi.  Sizin  nitqinizdə 
Azərbaycanın  qonşularla,  o  cümlədən  Xəzəryanı  dövlətlərlə 
münasibətlərinə  dair  söylədiyiniz  strategiya  bizdə  xüsusi 
təəssürat  yaratmışdır  və  bunu  düzgün  siyasət  hesab  edirik. 
Yaponiya  isə  Azərbaycanla  yaxın  qonşu  olmasa  da,  qəlbən 
qonşudur.  Keçən  il  Tokioda  Azərbaycan  səfirliyinin  açılması 
ikitərəfli əlaqələrə yeni təkan vermişdir. 
Prezident İlham Əliyev Tokioda keçirdiyi görüşlərin, apar-
dığı  danışıqların  Yaponiya  ilə  Azərbaycan  arasındakı  mövcud 
əməkdaşlığın  daha  da  genişlənməsində  mühüm  rol 
oynayacağını bildirdi. Dövlətimizin başçısı dedi ki, biz Yaponi-
ya  ilə  tərəfdaşlığa  xüsusi  əhəmiyyət  veririk.  Yaponiya 
şirkətlərinin  Azərbaycandakı  fəaliyyəti  ölkələrimiz  arasında 
münasibətlərin daha da inkişafına kömək edir.  
Görüşdə  bir  sıra  konkret  layihələrin  həyata  keçirilməsi, 
bölgədə vəziyyət və qarşılıqlı maraq doğuran bir sıra məsələlər 
barədə geniş fikir mübadiləsi aparıldı.    


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə