İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə77/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   73   74   75   76   77   78   79   80   ...   106

 
 
281 
yaratmışdır. Bu  bir daha aydın şəkildə  göstərir ki, ölkəmiz  əməli 
nəticələri  hiss  edir,  həmin  nəticələr  ümumi  daxili  məhsulun 
artımına,  yoxsulluğun  azaldılmasına  dair  rəqəmlərdə  əks 
olunubdur. Misal üçün, son iki il ərzində yoxsulluğun səviyyəsi 49 
faizdən  29  faizə  düşmüşdür.  Əlbəttə  ki,  bu  irəliləyiş  yeni  iş 
yerlərinin açılmasında da özünü büruzə verir. 
Bir  sözlə,  biz  Yaponiya  ilə  Azərbaycan  arasında  bütün 
sahələrdə  əməkdaşlığa  ürəkdən  sadiqik.  Bu,  bütün  iqtisadi 
sektorlara  aiddir.  Bizim  çox  yaxşı  birgə  əməkdaşlıq  tariximiz 
var,  aramızda  yaxşı  anlaşma  var.  Beynəlxalq  təşkilatlar 
çərçivəsində  yaxşı  əməkdaşlıq  edirik.  Bir  çox  beynəlxalq 
hadisələrə  eyni  baxışlarımız  var  və  Azərbaycanla  Yaponiya 
arasında  olan  siyasi  münasibətlər  yaxşı  səviyyədədir.  Siyasi 
münasibərlərimizin  inkişafı  baxımından  götürsək,  mənim 
Yaponiyaya rəsmi səfərim bu münasibətləri daha da gücləndirə-
cəkdir.  Ona  görə  də  mən  hesab  edirəm  ki,  bütün  sahələrdə 
əməkdaşlıq etməyimiz üçün heç bir maneə yoxdur. 
Mən  eyni  zamanda  Azərbaycanın  işgüzar  adamlarının 
burada  olmasından  çox  şadam.  Onlar  biznes  mühitinin  yara-
dılmasına  olduqca  böyük  diqqət  yetirirlər.  Azərbaycanda  kiçik 
və  orta  müəssisələr  çox  yüksək  sürətlə  inkişaf  edir.  Biznes 
əlaqələrimiz konkret layihələrə və daha yaxşı anlaşmaya imkan 
yaradacaqdır.  Ümumiyyətlə  götürsək,  bu  anlaşma  çox  yüksək 
səviyyədədir.  Lakin  əlaqələrimiz  nə  qədər  geniş  olsa,  bir-
birimizi daha çox tanıyacağıq. 
Artıq  dediyim  kimi,  hazırda  Azərbaycan  böyük  iqtisadi 
inkişafın  ərəfəsindədir  və  bu  inkişaf  hər  bir  sektorda  lazımdır. 
Biz  səhiyyə,  təhsil,  infrastruktur  sahələrini,  elektrik  stansiya-
larını,  su  təchizatı  və  kommunikasiya  sahələrini,  qaz 
qurğularını, kənd təsərrüfatı sahəsini yaxşılaşdırmalıyıq. Çünki 
biz  müasir  ölkə  qurmalıyıq,  müasir  və  səmərəli  iqtisadiyyat 
qurmalıyıq.  Bu  məqsədlə  bizə  yaxşı  məsləhət,  yaxşı  biliklər 
lazımdır.  Bizim  yaxşı  tanınmış  şirkətlərə,  tərəfdaşlara 
ehtiyacımız var. 


 
 
282 
Bildiyiniz  kimi,  biz  uzun  illər  ərzində  Yaponiya  hökumə-
tindən  müxtəlif  təşkilatlar  vasitəsilə,  Yaponiyanın  qurumları 
vasitəsilə  texniki,  maliyyə  yardımı  almışıq.  Bunlar  da 
iqtisadiyyatımızın müxtəlif sektorlarının inkişafına əsas yaradır. 
İndi isə artıq fəal əməkdaşlıq vaxtı yetişibdir. Biz böyük istəklə 
bu  əməkdaşlığı  bütün  iqtisadi  sektorlarda  genişləndirmək 
əzmindəyik. 
Bu 
bizim 
əsas 
prioritetimizdir. 
Biz 
iqtisadiyyatımızı  şaxələndirməliyik  və  güclü  qeyri-neft sektoru 
yaratmalıyıq. 
Ümidvaram  ki,  məqsədlərimizə  nail  olacağıq.  Çünki  qəbul 
etdiyimiz  proqramların  hamısı  uğurla  həyata  keçirilir  və  xarici 
tərəfdaşlarımızla  bütün  əməkdaşlığımız  çox  yaxşı  nəticələr 
verir.  Xüsusən  də  Yaponiya  şirkətləri  ilə  müxtəlif  sahələrdə 
əməkdaşlıq  yaxşı  nəticələr  verir  və  ümidvaram  ki,  mənim 
səfərim, keçirilən bu biznes forumu birgə işin aparılması üçün 
yeni imkanlar açacaqdır. 
Mən  hamınızı  bir  daha  salamlamaq  istərdim  və  sizə  gə-
ləcəkdə  uğurlar  arzulayıram.  Bütün  yapon  dostlarımızı  Azər-
baycana  dəvət  edirəm  və  gələcəkdə  bizimlə  işləməyi 
arzulayıram. 
Çox sağ olun. 
 


 
 
283 
 
 
 
YAPONİYA XARİCİ ƏLAQƏLƏR İNSTİTUTUNUN 
İDARƏEDİCİ DİREKTORU TOŞİYUKİ 
FUCİVARA VƏ FSAS ŞİRKƏTİNİN 
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ  
 
Tokio 
 
9 mart 2006-cı il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  martın  9-da  onun 
üçün  ayrılmış  iqamətgahda  Yaponiya  Xarici  Əlaqələr 
İnstitutunun  idarəedici  direktoru,  bu  ölkənin  Bakıdakı  keçmiş 
səfiri  Toşiyuki  Fucivaranı  və  FSAS  şirkətinin  nümayəndələrini 
qəbul etmişdir. 
Cənab  Toşiyuki  Fucivara  dövlətimizin  başçısı  ilə  yenidən 
görüşməyindən  şərəf  duyduğunu  söylədi.  O,  prezident  İlham 
Əliyevin  Beynəlxalq  Əlaqələr  İnstitutundakı  mühazirəsinin  böyük 
məmnunluqla  qarşılandığını  bildirərək  dedi  ki,  biz  onun 
əhəmiyyətini  nəzərə  alaraq,  yapon  dilinə  tərcümə  etmişik. 
Mühazirənizin  mətni  artıq  internetdə  yerləşdirilib  ki,  bütün 
xalqımız  Azərbaycan  haqqında  əsl  həqiqətlər  barədə  dolğun 
məlumat əldə edə bilsin. 
Prezident  İlham  Əliyev  xoş  sözlərə  görə  cənab  Fucivaraya 
təşəkkür  etdi  və  keçmiş  səfir  kimi,  onun  Azərbaycanla  bağlı 
fəaliyyətini yüksək qiymətləndirdi.  
Toşiyuki  Fucivara  FSAS  şirkətinin  nümayəndələrini  dövlə-
timizin  başçısına  təqdim  edərək  dedi  ki,  bu  şirkətin  fəaliyyəti, 
əsasən,  kompüter  texnologiyaları  ilə  bağlıdır  və  beş  min  işçisi 
vardır. Əməkdaşlardan iki nəfəri azərbaycanlıdır və onlar da Sizi 
görməkdən məmnundurlar. Bu iki gənc Bakı Dövlət Universitetinin 
məzunlarıdır  və  xüsusi  seçim  əsasında  işə  qəbul  olunmuşlar. 
Yapon dilini də yaxşı öyrənmişlər. 


 
 
284 
Azərbaycan  prezidenti  şirkətin  fəaliyyətini  yüksək  qiymət-
ləndirdi və yeni uğurlar arzuladı.  
 
Azərbaycanın Yaponiyadakı səfirliyi ilə tanışlıq 
 
Azərbaycan prezidenti İlham Əliyev martın 9-da  ölkəmizin 
Yaponiyadakı səfirliyi ilə tanış olmuşdur. 
Prezident  İlham  Əliyevi  səfir  Azər  Hüseynov  və  səfirliyin 
əməkdaşları  böyük  hörmətlə  qarşıladılar  və  bina  barədə 
məlumat verdilər. 
Ötən ilin oktyabrından fəaliyyətə başlayan səfirlik Tokionun 
mərkəzi hissəsində yerləşir və diplomatik fəaliyyət üçün burada 
hər cür şərait vardır. 
Prezident  İlham  Əliyev  əməkdaşların  iş  otaqları  ilə  tanış 
oldu,  müasir  tələblərə  cavab  verən  avadanlıqla  təmin  edilmiş 
səfirlikdə yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tövsiyə 
və tapşırıqlarını verdi. 
Prezident  İlham  Əliyev  yadigar  olaraq  səfirliyə  Bakının 
mənzərəsi təsvir edilmiş rəsm əsəri təqdim etdi və əməkdaşlarla 
xatirə şəkli çəkdirdi. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə