İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə25/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

 
95 
müasir texnologiya əsasında istehsal edilən mal və məhsullar artıq 
daxili tələbatı ödəməklə yanaşı, Azərbaycan markası altında xarici 
bazarlara çıxarılır.  
«Azərbaycan  Hava  Yolları»  Qapalı  Səhmdar  Cəmiyyətinin 
prezidenti  Cahangir  Əsgərov  milli  aviasiyanın  bu  gününü  əks 
etdirən  pavilyon  barədə  məlumat  verdi.  Bildirdi  ki,  bu  sahə 
sürətlə  inkişaf  edir,  respublikamızın  paytaxtı  ilə  yanaşı, 
bölgələrdə  də  yeni  hava  limanları  inşa  olunmuşdur,  respub-
likamıza  müasir  «Boinq»  və  «Airbus»  təyyarələri,  vertolyotlar 
alınır. Hazırda Zaqatala və Lənkəran hava limanlarının tikintisi 
başa çatır.  
Sərgidə  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cə-
miyyətinin  pavilyonunda  qurumun  sədri  Əhməd  Əhmədzadə 
Samur–Abşeron  suvarma  sisteminin  yenidən  qurulması,  Mil–
Muğan kollektoru, Xanarx kanalı, Taxtakörpü su anbarı kimi iri 
layihələrin reallaşdırılması barədə məlumat verdi. Bildirildi ki, 
bütün işlər 2010-cu ilədək tam başa çatdırılacaqdır. Prezident 
İlham Əliyev Taxtakörpü su anbarının maketinə baxdı və digər 
layihələrlə  tanış  oldu.  «Azərikimya»  Dövlət  Şirkəti  də  ölkəmiz 
üçün  mühüm  olan  bir  sıra  layihələr  üzərində  işləyir.  Şirkətin 
prezidenti  Məcid  Kərimov  dedi  ki,  belə  layihələrdən  biri  yeni 
neft  kimyası  və  gübrə  kompleksinin  yaradılmasıdır.  Bu  layihə 
xarici şirkətlərlə birgə hazırlanmışdır. 
Dövlətimizin  başçısı  ulu  öndər  Heydər  Əliyevin  banisi 
olduğu yeni neft strategiyasının uğurlarını hərtərəfli əks etdirən 
Azərbaycan  Dövlət  Neft  Şirkətinin  pavilyonuna  gəldi.  Burada 
sosial  inkişaf,  ekologiya,  sərmayələr,  neftin  emalı,  elmi-
tədqiqatlar, layihələndirmə, informasiya texnologiyaları, qaz və 
neft  hasilatı  ilə  bağlı  əsas  göstəricilər,  şirkət  tərəfindən 
bölgələrdə tikilən müalicə-diaqnostika mərkəzlərinin maketləri, 
bütün  istiqamətlərə  gedən  neft-qaz  kəmərlərinin  xəritəsi  əks 
etdirilmişdir.  
Bildirildi  ki,  iqtisadiyyatın  əsas  infrastruktur  sahələrindən 
olan  nəqliyyat  kompleksinin  dayanıqlı  inkişafı  ötən  beş  il 
ərzində dünyanın ən iri nəqliyyat xətlərindən olan Bakı–Tbilisi–


 96 
Ceyhan  neft  kəmərinin  istifadəyə  verilməsi,  Bakı–Tbilisi–
Ərzurum  qaz  kəmərində  işlərin  başa  çatması,  habelə  Bakı–
Tbilisi–Qars  dəmir  yolunun  tikintisinə  başlanması  ilə 
xarakterizə olunur.  
Sərgi  ilə  tanışlıqdan  razı  qalan  prezident  İlham  Əliyev 
iştirakçılara uğurlar arzuladı.  
  
 
 
 


 
97 
 
 
 
OANA İCRAİYYƏ KOMİTƏSİNİN BAKIDA 
KEÇİRİLƏN 30-cu İCLASININ İŞTİRAKÇILARI 
İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
2 sentyabr 2008-ci il  
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  2-də  Asiya  və  Sakit  Okean  Ölkələri  Xəbər  Agent-
likləri  Təşkilatı  (OANA)  İcraiyyə  Komitəsinin  «Qloballaşan 
dünyada informasiya hamı üçün» mövzusunda Bakıda keçirilən 
30-cu iclasının iştirakçıları ilə görüşmüşdür
İ l h a m   Ə l i y e v: Salam, əziz qonaqlar!  
Sizi  ölkəmizdə  görməyimə  çox  şadam.  Əminəm  ki, 
Azərbaycana  səfəriniz  çox  uğurlu  olacaq  və  Azərbaycanı 
yaxından  tanımaq  imkanı  verəcəkdir.  Çünki  bildiyimə  görə, 
əksəriyyətiniz  ölkəmizə  ilk  dəfədir  ki,  səfər  edirsiniz.  Bu, 
ölkəmizlə  və  vəziyyətlə  yaxından  tanış  olmaq  və  təbii  ki, 
qarşılıqlı  maraq  doğuran  məsələləri  müzakirə  etmək  üçün  çox 
yaxşı  bir  imkandır.  Şadam  ki,  sizin  təşkilat  iclasını  Bakıda 
keçirir.  
Bizim  informasiya  agentliyimiz  təşkilata  yaxın  zamanlarda, 
bir  neçə  il  bundan  öncə  qoşulub  və  əminəm  ki,  o,  bütün 
fəaliyyətinizdə çox fəal iştirak edəcəkdir. Siz yaxşı bilirsiniz ki, 
qloballaşan  dünyada  informasiya  necə  böyük  əhəmiyyət  kəsb 
edir, xüsusilə də Azərbaycan kimi müstəqilliyini yenicə əldə edən 
ölkələr  üçün.  Ölkəmiz  20  ilə  yaxındır  ki,  müstəqil  dövlətdir  və 
özümüzü  qlobal  cəmiyyətə  təqdim  etmək  üçün  böyük  işlər 
görməliyik.  Bəzən  Azərbaycan  haqqında  məlumat  o  qədər  də 
dolğun olmur, bəzən isə həqiqəti əks etdirmir. Ona görə də real 
vəziyyəti  öyrənməyin  ən  yaxşı  yolu,  təbii  ki,  Azərbaycandakı 


 98 
vəziyyəti  görmək  və  təşkilatda  təmsil  edilən  ölkələr, agentliklər 
arasında  informasiya  mübadiləsi  aparmaq  imkanına  malik 
olmaqdır.  
Hesab  edirəm  ki,  burada  apardığınız  danışıqlar  və  fikir 
mübadiləsi,  informasiya  mübadiləsi  üzləşdiyiniz  problemlərin 
həlli  üçün  daha  etibarlı  yolları  müəyyən  etməyə  imkan 
yaradacaq  və  xalqlar  arasında  daha  yaxşı  ünsiyyətin  necə 
qurulmasına kömək edəcəkdir. Çünki adi insanlar informasiyanı 
ölkələrindəki  kütləvi  informasiya  vasitələrindən  və  qlobal 
mediadan əldə edirlər. Ona görə də hadisələrin real vəziyyətini, 
həqiqəti  əks  etdirmək  çox  vacibdir,  xüsusilə  də  bəzi  ölkələr 
tərəfindən  müxtəlif  hadisələrə  siyasi  maraq,  yaxud  siyasi 
əlaqələr  baxımından  fərqli  yanaşılarkən.  Hadisələrə  qərəzsiz 
yanaşma  asan  iş  deyildir.  Çünki  o  da  həqiqətdir  ki,  media 
qurumları  və  informasiya  agentlikləri  ayrı-ayrı  ölkələrdə 
fəaliyyət  göstərir  və  onlar  həmin  ölkələrin  müxtəlif  hadisələrə 
siyasi  yanaşmalarını  nəzərə  alırlar.  Baş  verən  hadisələrə 
müxtəlif ölkələr tərəfindən, hətta eyni bölgədə yerləşən ölkələr 
tərəfindən belə, fərqli yanaşılır.  
Mən başa düşürəm ki,  vəziyyəti olduğu kimi təqdim etmək 
asan deyildir. Çünki bu cür cəhdlər müəyyən şəxslərdən asılıdır, 
vəziyyəti  əks  etdirən  jurnalistlərdən  və  təbii  ki,  bəzi  hallarda 
subyektiv yanaşmalardan asılıdır. Lakin burada,  Azərbaycanda 
biz elə bir mühit yaratmağa çalışırıq ki, bütün media qurumları 
özlərini  azad  hiss  etsin,  öz  baxışlarını  sərbəst  ifadə  edə  bilsin. 
İnformasiya agentliklərinə gəldikdə isə, mən dövlət informasiya 
agentlikləri  haqqında  danışa  bilərəm,  onlar  vəziyyəti  real  əks 
etdirir.  Şərhlər  fərqli  ola  bilər,  siyasi  analizlər  tamamilə 
müxtəlif  ola  bilər,  lakin  informasiyanın  özü  dəqiq  və  səlis 
olmalıdır.  
Biz  Azərbaycanda  siyasi,  iqtisadi  və  media  sahələrində 
islahatların  aparılması  üçün  böyük  işlər  görmüşük.  Siz  yəqin 
bilirsiniz ki, 20 ildən bir qədər az əvvəl burada azad media yox 
idi. Biz Sovet İttifaqında yaşayırdıq və orada yalnız bir mövqe, 
bir informasiya mənbəyi var idi. Şübhəsiz ki, müstəqil medianın 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə