İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə21/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

 
79 
daha da ruhlandırır, məğlubiyyət isə nəticə çıxarmağa sövq edir. 
Hər  bir  yarışda  idmançıların  imkanları  özünü  büruzə  verir, 
xüsusilə Olimpiya oyunlarında. Bu, idmançılarda çox böyük bir 
psixoloji  gərginlik  yaradır.  Biz  hamımız  bunu  yaxşı  başa 
düşürük.  Bizim  idmançılarımız  göstərdilər  ki,  onlar  həm  fiziki 
cəhətdən,  həm  də  mənəvi  cəhətdən  güclüdürlər,  möhkəmdirlər 
və  doğma  Vətənin  üçrəngli  bayrağının  dalğalanması  üçün 
onlardan nə asılı idisə, onu etdilər. 
Sevindirici  hal  ondan  ibarətdir  ki,  medal  qazanan  bütün 
idmançılar  Olimpiya  oyunlarında  ilk  dəfədir  ki,  medal 
qazanırlar. Bu da çox vacib göstəricidir. Bu onu göstərir ki, son 
dörd il ərzində bu idmançılar belə böyük nailiyyətlərə çatıblar. 
Bu onu göstərir ki, keçən dörd il ərzində Azərbaycanda idmanın 
inkişafında,  idmançıların  hazırlanmasında  çox  böyük  işlər 
görülmüşdür.  Mən  burada  xüsusilə  məşqçilərin  fəaliyyətini 
qeyd etmək istəyirəm. Azərbaycanda çox güclü məşqçi korpusu 
yaranmışdır  və  bu  da  bizim  uğurlarımızın  vacib  şərtidir.  Yəni 
bütün  bu  amillər  bizi  idman  dövləti  kimi  daha  da  gücləndirir, 
Azərbaycanın nüfuzu artır, Azərbaycanın idman imkanları daha 
da genişlənir.  
Əlbəttə,  mən  tam  əminliklə  deyə  bilərəm  ki,  bu  uğurlu 
çıxışdan  sonra  gənc  nəsildə,  uşaqlarda  idmanla  məşğul  olmaq 
üçün  daha  da  böyük  maraq  olacaqdır.  Bu,  böyük  stimul 
olacaqdır.  Bizim  çempionlarımız,  medal  qazanan  idmançılar  – 
onlar  gənc  nəsil  üçün  nümunədirlər.  Bizim  uşaqlarımız  sizə 
oxşamaq istəyəcəklər. Onlar idman bölmələrinə daha da böyük 
həvəslə gedəcəklər. İndi bunu etmək üçün bütün imkanlar var. 
Qeyd  etdiyim  kimi,  Azərbaycanda  idman  infrastrukturu  çox 
güclənib və möhkəmlənibdir.  
Əlbəttə,  bütün  bu  amillər  onu  göstərir  ki,  müstəqil  dövlət 
kimi,  Azərbaycan  uğurla  inkişaf  edir.  Müstəqilliyi  şərtləndirən 
müxtəlif  amillər  var.  Həm  müstəqil  siyasət  aparmaq 
imkanlarımız,  güclü  iqtisadiyyat,  güclü  sosial  siyasət,  ölkə-
mizdə  sabitliyin,  əmin-amanlığın  bərqərar  olunması,  Azər-
baycanda  təhlükəsizliyin təmin  olunması  –  yalnız  belə  şəraitdə 


 80 
idmanın inkişafı mümkündür. Kasıb ölkələrdə, problemlərlə üz-
üzə  qalan  ölkələrdə  idman,  adətən,  sürətlə  inkişaf  etmir. 
Ümumiyyətlə,  idmanın  inkişafı  hər  bir  ölkənin  potensialının 
əlamətidir,  onun  təzahürüdür.  Təsadüfi  deyil  ki,  Azərbaycan  – 
dinamik,  çox  sürətlə  inkişaf  edən  ölkə  və  iqtisadi  artım 
baxımından  son  üç  il  ərzində  dünyada  birinci  yerdə  olan  ölkə 
güclü  idman  imkanlarına  da  malikdir.  Bütün  bu  məsələlər  bir-
biri ilə bağlıdır və bu gözəl bayram günündə bunları deməklə, 
sadəcə olaraq, mən bizim son illər ərzində gördüyümüz işlərin 
bir hissəsini sizin diqqətinizə bir daha çatdırmaq istəyirəm.  
Mən  bütün  idmançılara,  bizim  bütün  qəhrəmanlara  öz 
minnətdarlığımı  bildirmək  istəyirəm.  Siz  Azərbaycan  xalqını 
sevindirmisiniz.  İki  həftə  ərzində  bütün  vətənpərvər  insanlar 
televiziya  vasitəsilə  sizin  yarışlarınızı  izləyirdilər,  sizə  azarkeşlik 
edirdilər və sizin qələbənizi öz qələbələri kimi qəbul edirdilər. Bu, 
Azərbaycan  dövlətinin  qələbəsidir.  Hər  bir  idmançının  və  eyni 
zamanda, Azərbaycan dövlətinin qələbəsidir.  
Mən  xüsusilə  medal  qazanmış  idmançılarımızın  fəaliyyətini 
vurğulamaq  istəyirəm.  Onlar  çox  gərgin  şəraitdə  medallar 
qazanmışlar.  Onlar  bu  medallara  layiqdirlər.  Hamı  görürdü  ki, 
onlar öz  məharəti, peşəkarlığı hesabına bu  medalları qazanmışlar. 
Bir daha demək istəyirəm ki, bizim idmançılarımız daha da böyük 
nailiyyətlərə  çata  bilərdilər,  əgər  bəzi  subyektiv  məsələlər  ortaya 
çıxmasaydı,  bizim  qızıl  medalların  da  sayı  çox  ola  bilərdi. 
Ümumiyyətlə, medal alan idmançıların sayı çox ola bilərdi. Ancaq 
mən əminəm ki, gələcəkdə, gələcək yarışlarda siz bu uğurlu yolu 
davam etdirəcəksiniz.  
Olimpiya oyunları bir mərhələ idi. Bu mərhələ artıq arxada 
qalmışdır.  Növbəti  dövr  başlayır.  Növbəti  dövr  ərzində  siz 
Avropa,  dünya  çempionatlarında,  beynəlxalq  yarışlarda  artıq 
çempionlar  kimi,  medal  qazanan  idmançılar  kimi  iştirak,  çıxış 
edəcəksiniz. Əlbəttə ki, siz bütün yarışlarda favorit olacaqsınız.  
Mən  bir  daha  demək  istəyirəm  ki,  milli  komandanın  bütün 
fəaliyyətini  yüksək  qiymətləndirirəm.  Bu  günlər  ərzində  biz 
daha  da  birləşdik,  bütün  Azərbaycan  xalqı  daha  da  birləşdi  və 


 
81 
siz Azərbaycan xalqına sevinc gətirmisiniz, təbəssüm  və qürur 
hissi bəxş etmisiniz.  
Mən  bu  gün  xüsusilə  bizim  gənc  çempionumuzu,  Elnur 
Məmmədlini  qeyd  etmək  istəyirəm.  Hesab  edirəm  ki,  Elnur 
bütün  Olimpiya  oyunlarında  bütün  idman  növləri  üzrə  ən 
istedadlı  idmançılardan  biridir.  Onun  qələbəsindən  sonra  mən 
dedim  ki,  araşdırın,  görün  Olimpiya  oyunlarında  belə  bir  hal 
olubmu  ki,  bir  idmançı  bütün  görüşləri  təmiz  qələbə  ilə  başa 
vursun  və  final  görüşündə  dünya  çempionunu  cəmi  13  saniyə 
ərzində  məğlub  etsin,  özü  də  gözəl  şəkildə.  Həm  onun 
peşəkarlığı,  həm  onun  vətənpərvərliyi  və  həm  də  ki,  fəndləri 
çox  estetik  şəkildə  etmək  bacarığı  bizim  hamımızı 
heyrətləndirdi.  Belə  insanlar,  belə  gənclər  hər  bir  gənc  üçün 
nümunə  olmalıdır.  Bütün  başqa  idmançılar  da  çox  gərgin 
mübarizədə qələbə qazanmışlar.  
Ölkə  prezidenti  kimi  və  Milli  Olimpiya  Komitəsinin  pre-
zidenti kimi, mən Azərbaycan xalqı adından bütün idmançılara, 
onların  məşqçilərinə,  idman  mütəxəssislərinə  öz  min-
nətdarlığımı bildirmək istəyirəm. İdmançıların uğurlu çıxışlarını 
nəzərə  alaraq,  mən  bu  gün  onların  və  məşqçilərin  dövlət 
tərəfindən  mükafatlandırılması  üçün  müvafiq  sərəncam 
imzalamışam və bu indi oxunacaqdır.  
Sizi  böyük  qələbə  münasibətilə  bir  daha  ürəkdən  təbrik 
edirəm, sizə növbəti qələbələr, uğurlar arzulayıram.  
 
 
 
 
 
* * * 
 
Azərbaycan  prezidenti  İlham  Əliyevin  «Azərbaycan  milli 
olimpiya  komandasının  üzvlərinin  təltif  edilməsi  haqqında» 
sərəncamı oxundu. 
Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafındakı 
xidmətlərinə  və  XXIX  Yay  Olimpiya  oyunlarında  göstərdikləri 
yüksək  nailiyyətlərə  görə  təltif  edilmiş  idmançılara  və  onların 
məşqçilərinə  «Şöhrət»  ordeni  və  «Tərəqqi»  medalları,  habelə 
pul mükafatları təqdim etdi, onlara bir daha uğurlar arzuladı.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə