İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə20/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

 
75 
Azərbaycanda  ehtiyac  içində  yaşayan  insanların  sayı  azalsın, 
xüsusilə  Vətən  uğrunda  böyük  xidmətlər  göstərmiş,  öz 
sağlamlığını  itirmiş,  yaxınlarını  itirmiş  insanlar  üçün  bütün 
tədbirlər görülməlidir. 
Siz  Vətən  uğrunda,  Azərbaycanın  müstəqilliyi  uğrunda 
döyüşmüsünüz,  vuruşmusunuz.  Bu  gün  Azərbaycan  müstəqil 
dövlət  kimi,  uğurla  inkişaf  edir.  Bütün  problemlər  öz  həllini 
tapır  və  tapacaqdır.  O  cümlədən,  şübhə  etmirəm  ki,  Er-
mənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  də  həlli 
beynəlxalq  hüquq  normaları  və  prinsipləri  əsasında  olacaqdır. 
Bunun  başqa  yolu  yoxdur.  Azərbaycan  heç  vaxt  öz  ərazi 
bütövlüyünü  güzəştə  getməyəcək,  heç  vaxt  Dağlıq  Qarabağın 
müstəqil olmasına imkan verməyəcəkdir.  
Azərbaycanın  razılığı  olmadan  heç  vaxt  Dağlıq  Qarabağ 
müstəqil  qurum  kimi  tanınmayacaqdır.  Biz  heç  vaxt  buna  razılıq 
verməyəcəyik.  Biz  tələb  edirik  ki,  münaqişə  beynəlxalq  hüquq 
normaları  əsasında,  Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində 
həll  olunsun.  Azərbaycanın  ərazi  bütövlüyü  bütün  dünya 
tərəfindən  tanınır,  dəstəklənir.  Bu  yaxınlarda  bu  barədə  yeni 
bəyanatlar səslənmişdir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik 
Şurasının qəbul edilmiş 4 qətnaməsində göstərilir ki, Azərbaycanın 
ərazi  bütövlüyü  toxunulmazdır  və  bütün  işğalçı  qüvvələr  bizim 
torpaqlarımızdan  qeyd-şərtsiz  çıxmalıdır.  Biz  buna  çalışırıq  və 
danışıqların əsas mahiyyəti bundan ibarətdir. 
Bir də demək istəyirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü 
bərpa  etmək  üçün  bütün  imkanlardan  istifadə  edəcəkdir.  Biz 
həm siyasi, həm iqtisadi, diplomatik və hərbi imkanlarımızdan 
istifadə etmək hüququndayıq. Bu bizim təbii hüququmuzdur və 
bir  də  demək  istəyirəm  ki,  beynəlxalq  hüquq  normaları  da  bu 
hüququ bizə verir. 
Azərbaycanın  Prezidenti  və  Silahlı  Qüvvələrin  Ali  Baş 
Komandanı  kimi,  mən  bundan  sonra  da  ordu  quruculuğuna 
böyük diqqət göstərəcəyəm. Bildiyiniz kimi, son illər ərzində bu 
sahədə  çox  böyük  nailiyyətlər  vardır.  Azərbaycan  Ordusu 
bölgədə ən güclü ordudur və bu il keçirilmiş hərbi parad bunu 


 76 
bir  daha  göstərdi.  Həm  Azərbaycanı  sevən  insanlara,  həm  də 
Azərbaycana düşmənçilik mövqeyində dayanan qurumlara bunu 
göstərdik.  Biz  ordu  quruculuğu  prosesini  davam  etdirəcəyik. 
İldən-ilə  artan  hərbi  xərclər  Azərbaycan  Ordusunu  gücləndirir. 
Azərbaycan  Ordusu  istənilən  anda  öz  ərazisində  istənilən 
əməliyyatı apara bilər, heç kim bu işlərə müdaxilə edə bilməz. 
Bizim  başqa  ölkələrin  torpağında  gözümüz  yoxdur,  öz 
torpağımızı da heç kimə verməyəcəyik.  
Əziz dostlar, bu gözəl hadisə münasibətilə mən sizi bir daha 
ürəkdən  təbrik  edirəm.  Əminəm  ki,  siz  bu  gözəl  evlərdə  yaxşı 
yaşayacaqsınız, xoşbəxt yaşayacaqsınız. 
 
 
 
 
 
*** 
Sonra  prezident  İlham  Əliyev  mənzillərlə  tanış  oldu.  Əmək 
və  Əhalinin  Sosial  Müdafiəsi  naziri  Füzuli  Ələkbərov  bildirdi 
ki, binanın tikintisinə 2007-ci ildə başlanılmışdır. Mənzillərin 5-
i şəhid ailələri, 29-u Qarabağ müharibəsi əlilləri, 2-si isə Çer-
nobıl qəzası əlilləri üçün ayrılmışdır. 
Dövlətimizin  başçısı  yeni  mənzillərin  sakinlərini  bir  daha 
təbrik etdi və onlara  ən xoş arzularını bildirdi.  
  
 
 
 
 


 
77 
 
 
 
XXIX PEKİN YAY OLİMPİYA OYUNLARINDA 
İŞTİRAK ETMİŞ İDMANÇILARLA GÖRÜŞ  
 
29 avqust 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti,  Milli  Olimpiya 
Komitəsinin  prezidenti  İlham  Əliyev  avqustun  29-da  XXIX 
Pekin  Yay  Olimpiya  oyunlarında  iştirak  etmiş  idmançılarla  və 
onların məşqçiləri ilə görüşmüşdür. 
Görüşə toplaşanlar Azərbaycan prezidentini və ailə üzvlərini 
hərarətlə qarşıladılar.  
Dövlətimizin başçısı görüşdə nitq söylədi. 
 
Azərbaycan prezidenti İlham Əliyevin nitqi  
 
Əziz idmançılar!  
Əziz olimpiyaçılar!  
Əziz dostlar! 
Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan milli 
olimpiya  komandasının  Pekin  Yay  Olimpiya  oyunlarında 
qazandığı böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. 
Biz  hamımız  yaxşı  xatırlayırıq  ki,  idmançıları  Pekinə  necə 
yola  saldıq.  Yola  salanda  inanırdıq  ki,  idmançılarımız  Azər-
baycanın  idman  şöhrətini  yüksəklərə  qaldıracaqlar,  Azər-
baycanın  idman  şöhrətini  qoruyacaqlar  və  Vətənə  qələbə  ilə 
qayıdacaqlar. Belə də oldu. Belə fikirləşmək üçün bizim bütün 
əsaslarımız  var  idi.  Çünki  Azərbaycan  idman  dövlətidir.  Bunu 
həm  biz  deyirik,  həm  də  beynəlxalq  idman  qurumlarının 
rəhbərləri etiraf edirlər.  
Azərbaycanda idman çox sürətlə inkişaf edir. Azərbaycanda 
çox  güclü  idmançılar  var,  güclü  məşqçilər  var.  İdmançıların 
peşəkarlığı  yüksək  səviyyədədir.  Bizim  idmançılarımız  keçən 


 78 
dörd  il  ərzində  müxtəlif  beynəlxalq  yarışlarda,  dünya,  Avropa 
çempionatlarında  böyük  uğurlar  qazanmışlar,  medallar 
qazanmışlar.  Azərbaycanda  çox  güclü  idman  infrastrukturu 
yaradılır.  Bütün  bölgələrdə  müasir  olimpiya  idman 
kompleksləri  tikilir.  Onların  13-ü  istismara  verilibdir,  23-ündə 
isə tamamlama işləri gedir.  
Azərbaycanda  dövlət  tərəfindən  idmanın  inkişafına  çox 
böyük dəstək var və məqsədyönlü proqramlar icra olunur. Yəni 
bütün  bu  amillər  və  bununla  bərabər,  idmana  məsuliyyət 
daşıyan  bütün  qurumların  –  Milli  Olimpiya  Komitəsinin, 
Gənclər  və  İdman  Nazirliyinin,  federasiyaların,  idman 
cəmiyyətlərinin,  klublarının  birgə  fəaliyyəti  belə  deməyə  əsas 
verirdi ki, idmançılarımız Vətənə qələbə ilə qayıdacaqlar. Mən 
çox  şadam  ki,  bu  gün  biz  bu  böyük  qələbəni  birlikdə  qeyd 
edirik. 
Olimpiya oyunları kimi çox böyük və dünyanın ən mötəbər 
idman  yarışında  7  medal  qazanmaq  çox  böyük  nailiyyətdir, 
böyük  uğurdur  və  bizim  hamımızı  çox  sevindirir.  Müstəqil 
dövlət  kimi,  Azərbaycan  Yay  Olimpiya  oyunlarında  dörd  dəfə 
iştirak  etmişdir  və  hər  dəfə  daha  da  böyük  nailiyyətlər 
qazanmışdır.  İlk  dəfə  Atlantada  1  gümüş  medal  qazanılmışdı, 
sonra Sidneydə 2 qızıl, 1 bürünc, ondan sonra Afinada 1 qızıl, 4 
bürünc və bu dəfə Pekində 1 qızıl, 2 gümüş və 4 bürünc medal 
qazanıldı. Bu doğrudan da böyük nailiyyətdir və onu göstərir ki, 
idmançılarımızın  çox  böyük  potensialı,  çox  böyük  peşəkarlığı 
var.  
Nəzərə  alsaq  ki,  bizim  idmançılarımızın  bir  neçəsi  medala 
çox yaxın idi, yəni bir addımlığında idi, gümüş və bürünc medal 
qazanan  idmançılar  daha  da  böyük  uğur  əldə  edə  bilərdilər  – 
bəzən onların bəxti gətirmədi, bəzən təsadüf, bəzən hakimlərin 
qeyri-ədalətli  qərarları  ucbatından  mümkün  olmadı  –  görürük 
ki, doğrudan da bizim çox böyük imkanlarımız var. Medalların 
sayı 10 da ola bilərdi, ondan da çox ola bilərdi, ondan da az ola 
bilərdi, çünki bu idmandır. Siz idmançılar bunu yaxşı bilirsiniz 
ki,  idmanda  qələbə  də  olur,  məğlubiyyət  də  olur.  Qələbə  bizi 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə