İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə19/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

 
71 
V a q i f  Ə l i y e v (Sumqayıt Şəhər İcra Hakimiyyətinin 
başçısı): Buranı tamamilə yenidən qurduq. Müasir oturacaqlar, 
dibçəklər qoyulmuşdur. Sumqayıtda parklara nə qədər oturacaq 
qoysan, dincəlməyə bir o qədər insan gəlir.  
İ l h a m  Ə l i y e v: Şəhər böyüyür, əhali artır.  
V  a  q  i  f    Ə  l  i  y  e  v:  Oturacaqları  nə  qədər  artırsaq  da, 
kifayət etmir.  
İ l h a m  Ə l i y e v: İnsanların istirahəti üçün belə yerlər 
mütləq  çox  olmalıdır.  Çünki  insanlar  axşam  evdə  oturmaq-
dansa, burada gəzməyə, dincəlməyə, istirahət etməyə gəlirlər.  
S  a  k  i  n:  Ən  əsası  odur  ki,  əmin-amanlıq  olsun,  Sizin 
sayənizdə biz buna nail olmuşuq.  
İ l h a m  Ə l i y e v: Bəli, həmişə belə də olacaq. Növbəti 
beş  il  ərzində  Sumqayıtın  inkişafı  üçün  əlavə  tədbirlər 
görüləcəkdir. Bura ən müasir şəhərə çevrilməlidir və çevrilir.  
V  a  q  i  f    Ə  l  i  y  e  v:  Sizin  bayaq  qeyd  etdiyiniz  517 
meqavat  gücündə  elektrik  stansiyası  Sumqayıtın  sənayesinin 
inkişafına çox böyük təkan verəcəkdir. 
İ l h a m Ə l i y e v: Alüminium zavodu, ondan sonra böyük 
kabel  zavodu  tikilir.  O,  zavod  deyil  əslində,  sənaye 
kompleksidir. 
 
 
 
 
 
                                
 
 
                                     *** 
Prezident  İlham  Əliyev  Sumqayıtın  müasirləşdirilməsi 
istiqamətində  tədbirlərin  davam  etdiriləcəyini,  ölkənin  sosial-
iqtisadi siyasətinin daha da gücləndiriləcəyini vurğuladı.  
Sumqayıt  sakinləri  Heydər  Əliyev  Fondunun  prezidenti,  
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətin-
dən də razılıqlarını bildirdilər. 
 
 
 
 
                                 *** 


 72 
Prezident  İlham  Əliyev  Sumqayıtda  reallaşdırılacaq  digər 
tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
73 
 
 
 
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ ƏLİLLƏRƏ  
MƏNZİLLƏRİN ORDERLƏRİNİN TƏQDİM 
EDİLMƏSİ MƏRASİMİ  
 
28 avqust 2008-ci il 
 
Avqustun  28-də  Sumqayıtda  Qarabağ  müharibəsi  əlilləri, 
şəhid  ailələri  və  Çernobıl  qəzası  əlilləri  üçün  tikilmiş  dörd-
mərtəbəli 36 mənzilli yaşayış binası istifadəyə verilmişdir.  
Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak 
etmişdir. 
Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin  sifarişi  ilə 
tikilmiş  binaya  əlillərin  rahat  daxil  olmaları  üçün  xüsusi  giriş 
quraşdırılmış, hər bir mənzil mebel və digər məişət avadanlığı 
ilə təmin edilmişdir.  
Azərbaycan prezidentinin adından hər bir ailəyə televizor və 
soyuducu hədiyyə olunmuşdur. 
Binaya  qaz,  elektrik  və  su  xətləri  çəkilmiş,  bütün  mənzillər 
telefonlaşdırılmış,  mərkəzi  istilik  sistemi,  yanğın  əleyhinə 
xəbərdarlıq siqnalı quraşdırılmışdır. 
Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. 
Prezident İlham Əliyev yeni mənzillərin orderlərini sakinlərə 
təqdim etdi.  
Azərbaycanın  Milli  Qəhrəmanı,  şəhid  Vasili  Əliyevin  həyat 
yoldaşı,  polis  mayoru  Aygün  Əliyeva  yeni  mənzil  alanlar 
adından dövlətimizin başçısına minnətdarlıq edərək dedi:  
–  Hörmətli  Prezident,  xoş  gəlmisiniz.  İcazə  verin,  şəhid 
ailələri  adından,  əlillər  adından  Sizə  öz  minnətdarlığımızı 
bildirək.  1992-ci  ildə  həyat  yoldaşım  torpaqlarımız  uğrunda 
gedən  döyüşlərdə  şəhid  olmuşdur,  Azərbaycanın  Milli 
Qəhrəmanıdır.  Mən  özüm  də  həyat  yoldaşımla  birgə  döyüş-


 74 
müşəm,  müharibə  veteranıyam.  Bu  gün  də  daxili  işlər 
orqanlarında xidmət edirəm, polis mayoruyam.  
Cənab  Prezident,  bizim  üçün  çox  əziz  bir  gündür,  sevin-
cimizin  həddi-hüdudu  yoxdur.  Bütün  şəhid  ailələri  adından, 
müharibə  veteranları  adından  Sizə  dərin  minnətdarlığımızı 
bildiririk. O qədər həyəcanlıyam, o qədər sevincliyəm ki, cənab 
Prezident, nə deyəcəyimi bilmirəm. Bu binanın xarici görünüşü 
də, daxili quruluşu da çox gözəldir.  
Cənab  Prezident,  biz  Sizin  siyasətinizə  inanırıq,  ulu  öndə-
rimizin  davamçısısınız.  1996-cı  ildə  mənə  ulu  öndərimizlə 
görüşmək  qismət  olmuşdu.  Bu  gün  də  mənim  üçün  çox  xoş 
gündür  ki,  onun  davamçısı,  gözəl  siyasətçimiz  –  Sizinlə 
görüşürəm.  
İ l h a m  Ə l i y e v: Sağ olun, təşəkkür edirəm. Çox sağ 
olun.  Hamınızı  təbrik  edirəm.  Xoşbəxt  yaşayın.  Həm  xarici 
görünüşü  baxımından,  həm  də  ki,  daxili  təchizatı  baxımından 
gözəl  binadır.  Burada  çox  gözəl  standartlar  tətbiq  olunubdur. 
Ümumiyyətlə,  son  illər  ərzində  Azərbaycanda  şəhid  ailələri, 
Qarabağ əlilləri üçün binaların, evlərin tikintisi çox geniş vüsət 
almışdır. Demək olar ki, ölkəmizin hər bir yerində belə binalar 
tikilir  və  mənzillər  paylanır.  Siz  buna  layiqsiniz.  Siz  daha  da 
böyük hörmətə, diqqətə layiqsiniz. Azərbaycan uğrunda, Vətən 
uğrunda şəhid olmuş insanların ailələri, yaralanmış, zədə almış, 
xəsarət  almış  insanlar,  əlil  olmuş  insanlar  dövlət  tərəfindən 
maksimum dərəcədə qayğı ilə əhatə olunmalıdırlar. Biz çalışırıq 
bunu edək. Azərbaycan güclü sosial siyasət aparmaqla həm öz 
dövlət  siyasətini,  öz  niyyətini  göstərir,  həm  də  ki,  insanların 
həyat səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görür. 
Biz  gələcəkdə  bu  siyasəti  davam  etdirəcəyik  və  ehtiyacı  olan, 
növbədə  dayanan  hər  bir  insanın  məişət  problemlərinin  həlli 
üçün çalışacağıq. Bundan sonrakı illərdə bu daha da geniş tətbiq 
olunacaqdır.  Çünki  Azərbaycan  dövlətinin  iqtisadi  imkanları 
böyüyür, möhkəmlənir, bizim dövlət büdcəmiz artır. 
Əlbəttə  ki,  sosial  məsələlərin  həlli  üçün  bundan  sonrakı 
illərdə  daha  da  böyük  vəsait  ayrılacaqdır.  Biz  çalışmalıyıq  ki, 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə