İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə15/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

 58 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 
İLHAM ƏLİYEV  
SUMQAYIT ŞƏHƏRİNDƏ 
 
28 avqust 2008-ci il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  avqustun  28-də 
Sumqayıt şəhərində olmuşdur. 
Dövlətimizin  başçısı  əvvəlcə  xalqımızın  ümummilli  lideri 
Heydər  Əliyevin  respublikanın  ikinci  böyük  sənaye  şəhərinin 
mərkəzində ucaldılmış abidəsini ziyarət etdi.  
Prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva 
abidənin önünə gül qoydular. 
Dövlətimizin  başçısı  ətrafda  salınmış  istirahət  parkında 
aparılan  abadlıq  işləri  ilə  tanış  oldu.  Prezidentə  Sumqayıt 
şəhərində  aparılan  tikinti-quruculuq  işləri  barədə  məlumat 
verildi. 
 
 


 
59 
 
 
 
PARALİMPİYA İDMAN KOMPLEKSİNİN 
AÇILIŞI 
 
Avqustun  28-də  Sumqayıtda  Əmək  və  Əhalinin  Sosial 
Müdafiəsi  Nazirliyinin  Paralimpiya  İdman  Kompleksinin  açılış 
mərasimi olmuşdur. 
Mərasimə  toplaşanlar  Azərbaycan  prezidenti  İlham  Əliyevi 
və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşıladılar. 
Milli geyimli qız dövlətimizin başçısının xanımına gül dəstəsi 
təqdim etdi. 
Prezidentə  məlumat  verildi  ki,  kompleksin  tikintisi  barədə 
qərar  ümummilli  lider  Heydər  Əliyevin  paralimpiyaçılarla 
görüşündən  sonra  qəbul  edilmişdi.  MDB  məkanında  yeganə 
olan  bu  kompleksdə  respublika  və  beynəlxalq  səviyyəli  yarış-
ların  keçirilməsi,  təlim-məşq  toplanışlarının  təşkili  nəzərdə 
tutulmuşdur. Tikintisinə 2005-ci ildə başlanılmış və 2,25 hektar 
sahəni  əhatə  edən  kompleksin  smeta  dəyəri  3,1  milyon 
manatdır.  
Kompleksə  müasir  avadanlıqla  təchiz  olunmuş  130  nəfərlik 
akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, 
açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu 
daxildir.  Burada  əlillərin  sərbəst  hərəkəti  üçün  lazımi  şərait 
yaradılmış, müasir tipli liftlər quraşdırılmışdır. 
Ərazidə  abadlıq  işləri  aparılmış,  yaşıllıq  salınmış,  ağac  və 
gül kolları əkilmişdir. 
Prezident  İlham  Əliyev  kompleksin  rəmzi  açılışını  bildirən 
lenti kəsdi və bina ilə yaxından tanış oldu.  
Binanın  foyesində  ulu  öndər  Heydər  Əliyevin  büstü  qo-
yulmuşdur.  Burada  ümummilli  lider  Heydər  Əliyevin  və  prezi-
dent İlham Əliyevin müxtəlif vaxtlarda idmançılarla görüşlərini 
əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılmışdır.  


 60 
Dövlətimizin  başçısı  kompleksin  qapalı  hovuzuna  baxdı. 
Uzunluğu  25,  eni  10  metr  olan  hovuzda  avtomatik  təmizləmə, 
dezinfeksiya və qızdırıcı qurğular quraşdırılmışdır.  
Prezident  İlham  Əliyev əsas  idman  salonuna   baxdı.  Cüdo, 
güləş  və  əl  oyunlarının  keçirilməsi  üçün  nəzərdə  tutulan 
salonda  quraşdırılmış  xüsusi  havalandırma  sistemi  havanın 
daim  təmiz  və  normada  saxlanılmasına  imkan  verir.  32  metr 
uzunluğu,  24  metr  eni  olan  salonda  210  tamaşaçı  yarışları 
izləyə biləcəkdir. 
Dövlətimizin  başçısı  kompleksin  atıcılıq  tirləri  ilə  də  tanış 
oldu.  25x12  metr  və  10x12  metr  ölçülü  atıcılıq  tirlərində 
beynəlxalq  yarışlara  hazırlaşan  idmançıların  məşq  keçməsi 
üçün  bütün  şərait  yaradılmışdır.  Tirlərin  hər  birində  eyni 
vaxtda 8 atıcı məşq edə biləcəkdir.  
Prezident  İlham  Əliyev  kompleksin  akt  salonunda  Pekində 
keçiriləcək  XIII  Paralimpiya  Oyunlarında  ölkəmizi  təmsil 
edəcək idmançılar və onların məşqçiləri ilə görüşdü. Dünyanın 
145  ölkəsindən  4000  idmançının  mübarizə  aparacağı  Pekin 
Paralimpiya  Oyunlarında  Azərbaycanı  4  idman  növündə  18 
nəfər təmsil edəcəkdir. 
Dövlətimizin başçısı görüşdə çıxış etdi.  
 
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı  
 
Əziz dostlar! 
Əziz paralimpiyaçılar! 
İlk  növbədə  mən  sizin  hamınızı  Paralimpiya  İdman 
Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. 
Bu mərkəz imkan verəcək ki, siz istənilən vaxt məşq edəsiniz. 
Burada yarışlar keçirmək mümkündür. Mən xatırlayıram, bir neçə 
il bundan əvvəl belə bir təklif irəli sürülmüşdür ki, paralimpiyaçılar 
üçün xüsusi bir idman  mərkəzi  yaradılsın. Azərbaycanın inkişafı, 
maddi  imkanlarımızın  artması  nəticəsində  indi  biz  istənilən 
layihəni  həyata  keçirə  bilərik.  Əlbəttə,  çalışırıq  ki,  idmançılar  və 
paralimpiyaçılar üçün bütün lazımi şəraiti yaradaq. Bu gün mənə 
verilən  məlumata  görə,  bütün  MDB  məkanında  ilk  dəfədir  ki, 


 
61 
paralimpiyaçılar  üçün  xüsusi  və  çox  yüksək  səviyyədə,  yüksək 
dünya standartlarına uyğun şəkildə idman mərkəzi tikilibdir.  
Bir də deyirəm ki, mən bu gün bu mərkəzlə tanış olarkən bir 
daha gördüm ki, məşq etmək, yarışların keçirilməsi üçün burada 
bütün  şərait,  bütün  imkanlar  var.  Əminəm  ki,  siz  bu  idman 
mərkəzindən çox səmərəli şəkildə istifadə edəcək və öz hazırlıq 
səviyyənizi daha da yüksəkdə saxlayacaqsınız.  
Bütövlükdə  Azərbaycanda  idman  infrastrukturunun  inkişafı 
üçün  çox  böyük  səylər  göstərilir.  Ölkəmizin  istənilən  bölgəsində 
müasir  komplekslər,  böyük  olimpiya  kompleksləri,  idman 
meydançaları  tikilir.  Azərbaycanda  idmanın  inkişafı  üçün  lazımi 
maddi-texniki  baza  möhkəmlənir,  güclənir  və  biz  bunun 
nəticələrini  idmançılarımızın  uğurlu  çıxışlarında,  beynəlxalq 
yarışlarda əldə etdiyimiz qələbələrdə, xüsusilə çox gərgin şəkildə 
keçməsinə baxmayaraq, Olimpiya oyunlarında görürük. Olimpiya 
oyunları  dünyanın  ən  birinci  idman  yarışıdır  və  bizim 
idmançılarımız çox böyük uğurlar qazanmışlar, Vətənə qələbələrlə, 
medallarla qayıtmışlar. 
Siz də öz həyatınızı idmana həsr etmisiniz. Sizin həyatınızda 
idman  çox  böyük  bir  yer  tutur.  Mən  çox  şadam  ki,  biz 
Azərbaycanda  belə  gözəl  mərkəzin  yaranmasına  nail  ola 
bilmişik.  
Əlbəttə ki, idman həyatı asan deyil. İdmanda yüksək nəticə 
əldə  etmək  üçün  çox  böyük  işlər  görülməlidir  və  idmançılar  
həyatlarını  idmana,  məşqlərə  həsr  edirlər.  Sizin  üçün  bu  bəlkə 
də  ikiqat  ağırdır.  Paralimpiyaçıların  idmana  olan  sədaqəti  və 
xüsusilə 
Azərbaycan 
paralimpiyaçılarının 
uğurları 
və 
beynəlxalq yarışlarda iştirakı böyük qəhrəmanlıqdır.  
Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymət-
ləndirir  və  qiymətləndirməlidir.  Məhz  buna  görə  maksimum 
dərəcədə  çalışırıq  ki,  sizin  üçün  lazımi  şəraiti  yaradaq.  O 
cümlədən, belə gözəl idman mərkəzinin tikintisi bunu bir daha 
sübut edir.  
Mən  çox  şadam  ki,  Azərbaycanda  Paralimpiya  Komitəsi 
fəaliyyətini  genişləndirir  və  ümumiyyətlə,  Paralimpiya 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə