İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə12/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

 46 
hərbi gücümüzü artırmalıyıq ki, istənilən anda, istənilən yollarla 
öz ərazi bütövlüyümüzü bərpa edək. 
Bizim ərazi bütövlüyümüz pozulanda, Azərbaycan torpaqları 
işğal altına düşəndə beynəlxalq təşkilatlar tədbirlər görmüşdür. 
Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik  Şurasının  4 
qətnaməsi  var,  onlarda  açıq  göstərilib  ki,  Ermənistanın  işğalçı 
qüvvələri bizim torpaqlarımızdan çıxmalıdırlar. Ancaq bu günə 
qədər  bu  qətnamələr  icra  olunmur.  Bu  onu  göstərir  ki, 
beynəlxalq  təşkilatların  qərarları  mütləq  xarakter  daşımır. 
Əfsuslar  olsun  ki,  beynəlxalq  hüquq  normaları  pozulur  və  biz 
ikili  standart  hallarını  tez-tez  görürük.  Belə  olan  halda, 
Azərbaycan  ancaq  öz  gücünə  güvənməlidir,  öz  imkanlarına 
güvənməlidir  və  biz  güclü  ölkə  qurmaqla,  güclü  ordu 
yaratmaqla  öz  məqsədlərimizə  nail  olacağıq.  Bizim  heç  bir 
başqa  ölkənin  torpağında  gözümüz  yoxdur.  Öz  torpağımızı  da 
heç kimə verməyəcəyik. 
Mən  sizi  bir  daha  təbrik  etmək  istəyirəm.  Bir  daha  demək 
istəyirəm  ki,  siz  yaxşı  həyata  layiqsiniz.  Biz  bundan  sonra  da 
çalışacağıq  ki,  sizin  bütün  məişət  problemlərinizi  həll  edək  və 
bu gözəl evlərdə yaxşı yaşayasınız.  
S a k i n l ə r: Çox sağ olun. Allah Sizə cansağlığı versin.  
E l ç i n  B a ğ ı r o v (İkinci qrup Qarabağ müharibəsi əlili) : 
Hörmətli  cənab  Prezident,  icazə  verin,  bütün  Qarabağ 
müharibəsi  əlilləri  və  şəhid  ailələri  adından  Sizi  salamlayaq. 
Xızıda  bu  gözəl  binanı  tikdirib  bizə  verdiyinizə  görə  öz 
minnətdarlığımızı bildiririk. Çox sağ olun.  
Azərbaycan  günü-gündən  inkişaf  edir.  Ali  Baş  Komandan 
kimi,  Sizin  rəhbərliyiniz  altında  torpaqlarımızı  işğalçılardan 
azad etməyə bu gün də hazırıq. Vətən uğrunda vuruşmağa yenə 
hazırıq.  Özüm  Qarabağ  müharibəsi  əliliyəm,  imkanımız  pis 
deyil,  dolanışıq  yaxşıdır.  Çox  sağ  olun.  Əgər  imkan  varsa, 
buyurub bizim mənzilimizə baxın və öz xeyir-duanızı verin. 
Prezident  İlham  Əliyev  yeni  yaşayış  binası  ilə  tanış  oldu, 
mənzillərə baxdı.  


 
47 
Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uy-
ğun  olaraq tikilən binanın dörd  mənzili 3,  qalanları  isə 2 otaq-
lıdır. Mənzillərdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait 
yaradılmış, qaz, su və enerji ilə təmin olunmuşdur.  
Dövlət  başçısının  adından  hər  ailəyə  televizor  və  soyuducu 
hədiyyə edildi. 
Bununla  da  prezident  İlham  Əliyevin  Xızı  rayonuna  səfəri 
başa çatdı.  
 
 
 
 
 
* * * 
Xızı  rayonuna  səfərdən  qayıdan  prezident  İlham  Əliyev 
yolüstü  Bakıda  yeni  avtovağzalın  tikintisinin  gedişi  ilə  tanış 
oldu.  
 
 
 
             
 
 


 48 
 
 
 
İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ 
ZATİ-ALİLƏRİ CƏNAB MAHMUD 
ƏHMƏDİNEJADA 
 
Hörmətli cənab Prezident! 
Bişkek  yaxınlığında  baş  vermiş  təyyarə  qəzası  nəticə-
sində  çoxlu  sayda  həmvətəninizin  həlak  olması  xəbəri  məni 
olduqca kədərləndirdi. 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın 
adamlarına dərin hüznlə başsağlığı verirəm. 
Allah rəhmət eləsin! 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 25 avqust 2008-ci il 
 
 
 


 
49 
 
 
 
QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ 
ZATİ-ALİLƏRİ CƏNAB KURMANBEK 
BAKİYEVƏ 
 
Hörmətli Kurmanbek Saliyeviç! 
Bişkek  yaxınlığında aviasiya qəzası nəticəsində çoxsaylı 
insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. 
Sizə,  həlak  olanların  doğmalarına  və  yaxınlarına,  bütün 
Qırğızıstan  xalqına  Azərbaycan  xalqı  adından  və  şəxsən  öz 
adımdan  dərin  hüznlə  başsağlığı  verir,  zərərçəkənlərin  tezliklə 
sağalmasını arzulayıram. 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 25 avqust 2008-ci il 
 
 


 50 
 
 
 
ABŞ SENATININ XARİCİ ƏLAQƏLƏR 
KOMİTƏSİNİN ÜZVÜ RİÇARD LUQARIN 
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 
GÖRÜŞ  
 
Prezident sarayı 
 
25 avqust 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
avqustun 25-də ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, 
senator  Riçard  Luqarın  başçılıq  etdiyi  nümayəndə  heyətini 
qəbul etmişdir. 
Görüşdə  Azərbaycan–ABŞ  ikitərəfli  münasibətlərinin  müx-
təlif  sahələrdə  uğurla  inkişaf  etdiyi  vurğulanmış,  regional, 
beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.  
 
 
 
 
 


 
51 
 
 
 
QƏRBİ AVROPA İTTİFAQI PARLAMENT 
ASSAMBLEYASININ FƏXRİ SƏDRİ STEFAN 
QORİSİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ 
HEYƏTİ İLƏ GÖRÜŞ 
  
Prezident sarayı 
 
26 avqust 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
avqustun  26-da  Qərbi  Avropa  İttifaqı  Parlament  Assam-
bleyasının Fəxri sədri Stefan Qorisin başçılıq etdiyi nümayəndə 
heyətini qəbul etmişdir. 
Bu gözəl ölkəyə yenidən səfərindən məmnunluğunu bildirən 
Stefan  Qoris  dedi  ki,  nümayəndə  heyətinə  bir  sıra  Avropa 
ölkələrinin təmsilçiləri daxildir. Səfərdən məqsəd Azərbaycanda 
və  ümumən  Xəzər  regionunda  gedən  proseslər,  enerji 
təhlükəsizliyi  məsələləri  istiqamətində  görülən  işlər  barədə 
məruzə  hazırlamaqdır.  Ümidvaram  ki,  bu  hesabatda  Azər-
baycanda hökm sürən sabitlik məsələsi də öz əksini tapacaqdır. 
Prezident  İlham  Əliyev  regional  məsələlərin  hazırda  böyük 
önəm  kəsb  etdiyini  bildirdi.  Dövlətimizin  başçısı  qeyd  etdi  ki, 
Azərbaycan  Xəzər  regionunda,  Qafqazda  sabitliyin,  enerji 
təhlükəsizliyinin  təmin  olunmasında  getdikcə  daha  böyük  rol 
oynayır.  Azərbaycan  prezidenti  ümidvar  olduğunu  bildirdi  ki, 
nümayəndə  heyətinin  səfəri  ölkəmizdə  gedən  inkişaf  prosesləri 
ilə daha yaxından tanışlıq üçün yaxşı imkan olacaqdır. 
 
 
 
 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə