İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə9/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

 36 
təchizatında.  Biz  elə  etməliyik  ki,  Azərbaycan  özünü  bütün 
ərzaq məhsulları ilə maksimum dərəcədə təmin etsin. Bunun da 
əsası  kənd  təsərrüfatıdır.  Kənd  təsərrüfatı  həmişə  Azərbaycan 
iqtisadiyyatında mühüm rol oynamışdır. Bu gün bu rol daha da 
artır. 
Burada, Xızı rayonunda da kənd təsərrüfatı ilə məşğul olan 
insanların  sayı  çoxdur.  Demək  olar  ki,  əksəriyyət  kənd 
təsərrüfatında  çalışır.  Biz  bu  insanların  imkanlarını  daha  da 
artırmalıyıq.  Dövlət  tərəfindən  texnika  alınır,  icarəyə  verilir, 
yanacaq  və  gübrələr  güzəştli şərtlərlə  verilir.  Fermerlər,  demək 
olar  ki,  bütün  vergilərdən  –  bir  vergi  istisna  olunmaqla  –  azad 
ediliblər. Bu, dövlət dəstəyidir. Dövlət öz dəstəyini bu yollarla 
etməlidir: həm kreditlərin, texnikanın, gübrənin verilməsi, həm 
də  yolların  çəkilişi,  infrastrukturun  yaradılması.  Bütün  bunlar 
olduğu  halda,  insanların  maddi  vəziyyəti  özlərindən  asılı 
olacaqdır. 
Xızı  rayonunda  imkanlar  kifayət  qədər  çoxdur.  Rayonun 
gözəl təbiəti var, Bakıya yaxındır. Mən əvvəllər Xızı rayonunda 
çox olmuşam. Prezident vəzifəsinə seçiləndən sonra isə gəlmək 
imkanım olmayıbdır. Amma, əlbəttə, yenə gələcəyəm. Mən bu 
illər  ərzində,  demək  olar  ki,  bütün  rayonlarda  olmuşam. 
Olmadığım  rayonlara  da  getmək  istəyirəm  ki,  hər  yerdə  olum. 
Həm özüm vəziyyətlə tanış olum, həm də insanlarla görüşüm və 
sizdən eşidim ki, əlavə nə etmək lazımdır.  
Düzdür,  çox  iş  görülübdür.  Son  beş  il  ərzində  regionların 
sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramının  bütün  bəndləri, 
maddələri,  nəzərdə  tutulmuş  bütün  tədbirlər,  demək  olar  ki, 
yerinə  yetirilibdir.  Ancaq  elə  işlər  var  ki,  onlar  hələ  həll 
olunmayıbdır. Biz gərək onları aşkar edək və həll edək. Bunu ən 
yaxşı bilən rayon əhalisidir, rayon rəhbərliyidir. Ona görə, əlavə 
nə etmək lazımdır, hansı tədbirlər görülməlidir, rayon əhalisini 
hansı məsələlər narahat edir, hansı məsələlər həll olunmalıdır – 
bunları mənə deyin ki, biz onları həll edək. Çünki biz yerlərdən 
gələn  və  əlbəttə,  başqa  mənbələrdən  gələn  məlumata  əsasən 
vəziyyəti təhlil edirik və bu, ölkəmizin uğurlu inkişafı üçün çox 


 
37 
lazımdır: harada hansı problem var və onun həlli yolları nədir. 
Xüsusilə  indiki,  Azərbaycanın  iqtisadi  imkanlarının,  büdcə 
xərclərinin artdığı vəziyyətdə. Son beş il ərzində dövlət xərcləri 
on  dəfədən  çox  artıbdır.  Yəni  problemlərin  həlli  üçün  indi 
iqtisadi,  maddi  imkanlarımız  var.  Hər  bir  məsələ  öz  həllini 
taparsa,  hər  bir  rayonda,  hər  bir  kənddə  bütün  məsələlər  həll 
olunar.  Ona  görə  siz  deyin,  Xızı  rayonu  üçün  əlavə  nə 
lazımdır?! Hansı tədbirlər görülməlidir? Bəlkə sən deyəsən? 
V a q i f  A b d u l l a y e v (Xızı Rayon İcra Hakimiyyətinin 
başçısı):  Cənab  Prezident,  çox  sağ  olun,  Sizin  diqqətiniz 
sayəsində Xızıya şəhər statusu verilibdir. Sizə sakinlər adından 
təşəkkür  edirik.  Rayonun  içməli  su  və  Altıağac  istiqamətində 
yolun təmiri problemi var. Təbiətin özündə də quraqlıq yaranıb, 
mənbələrdə su azalıbdır.  
İ l h a m  Ə l i y e v: Su bura haradan gəlir? 
V a q i f  A b d u l l a y e v: 40 kilometr uzaqlıqda yerləşən 
və meşədən keçən Dubraq xəttindən götürülmüşdür. Çox əzablı 
yollardan  keçir.  Keçmişdə  çəkilmiş  borulardır.  Əlaqədar 
təşkilatlar bildirir ki, bu işləri 2009-cu ildə görəcəklər.  
İ l h a m  Ə l i y e v: Bəs əhali suyu haradan alır? 
V  a  q  i  f    A  b  d  u  l  l  a  y  e  v:  Su  gəlir,  qıtlıq  o  dərəcədə 
deyildir. Ancaq avqust ayında suyun azlığı xüsusi nəzərə çarpır.  
İ l h a m   Ə l i y e v: İndi bizim qarşımızda duran ilk əsas 
vəzifə  budur.  Çünki  əvvəllər  həm  qaz  problemi  çox  ciddi  idi, 
həm də elektrik enerjisi ilə problemlər var idi. İndi olmamalıdır. 
S a k i n l ə r: Cənab Prezident, elə bir problem yoxdur, qaz 
və işıq çox yaxşıdır.  
İ l h a m  Ə l i y e v: Ona görə ki, biz bu problemləri, demək 
olar ki, həll etmişik. İndi elə yer yoxdur ki, orada işıq problemi 
olsun. Düzdür, qazlaşdırılmayan kəndlər var. Ancaq indi elə bir 
ölkə  yoxdur  ki,  orada  bütün  kəndlər  qazlaşdırılsın. 
Azərbaycanda  qazlaşdırma  80  faizdən  çoxdur.  Ancaq  bizdən 
daha  çox  həcmdə  qaz  hasil  və  ixrac  edən  ölkələrdə  bu  rəqəm 
50–60 faizdir. Buna baxmayaraq mən qarşıya vəzifə qoymuşam 
ki, əvvəllər, heç sovet dövründə də qazlaşdırılmayan bölgələrə 


 38 
qaz  xətləri  çəkək,  hamının  təminatı  maksimum  dərəcədə 
yaxşılaşsın. Ona görə bu, həll olundu, elektrik enerjisi ilə bağlı 
məsələləri  həll  etdik.  Son  illərdə  nə  qədər  yeni  elektrik 
stansiyaları  tikilibdir.  Əsasən  su  və  kanalizasiya  problemi 
qalıbdır.  Bəli,  bir  də  yol.  Yollarla  bağlı  prioritetlər  var.  İlk 
növbədə  Bakını  bütün  ölkələrlə  birləşdirən  yolların  tikintisi 
prioritetdir və ən vacib məsələdir. Biz bunu edirik. O cümlədən 
şimal,  cənub    və  qərb  istiqamətlərində.  Bütövlükdə  bu, 
təxminən min kilometrdən çox yoldur və çox böyük vəsait tələb 
edir.  İkinci  dərəcəli  məsələ  şəhərdaxili  yollar,  şəhərlərarası 
yollar  və  kənd  yollarıdır.  Yəni  bütün  bunlar  nəzərdə  tutulur. 
Kənd  və  rayondaxili  yolların  tikintisi  bu  yaxınlarda  yenidən 
rayon  icra  hakimiyyətlərinin  sərəncamına  verilibdir.  Yəni  bu 
daha məqsədəuyğundur və əlavə vəsait də ayrılır. Mən yenidən 
vəsait  ayıracağam  ki,  bu  məsələləri  həll  edək.  Yəni  yol 
problemi tezliklə həll olunacaqdır.  
O  ki  qaldı  su  və  kanalizasiya  problemlərinə,  biz  bu  işlərə 
başlamışıq.  Bu  il,  gələn  il  və  ondan  sonrakı  illərdə  daha  ciddi 
məşğul  olacağıq.  Dünya  Bankı  ilə  birlikdə  işlənmiş  layihələrə 
əsasən,  Azərbaycanın  rayonlarının  hamısında  içməli  suyun 
normal  səviyyəyə  çatdırılması  və  kanalizasiya  məsələləri  həll 
olunacaqdır. Onu da bilirsiniz ki, problemlər həmişə  olub. Biz 
gərək  elə  edək  ki,  həm  mövcud  su  mənbələrindən  çox  böyük 
səmərə ilə istifadə edək, həm də yeni mənbələri üzə çıxaraq və 
təminatı  yaxşılaşdıraq.  Bu  da  çox  böyük  vəsait  tələb  edən 
layihədir.  Bu  layihəyə  yəqin  ki,  milyardlarla  vəsait  lazım 
olacaqdır.  Ancaq  insanların  rahatlığı  üçün  Azərbaycan  dövləti 
hər şeyi etməlidir.  
İndi  bütün  ölkədə  məktəb  tikintisi  gedir.  Bu  işlər  Xızı 
rayonunda da görülür.  
V a q i f  A b d u l l a y e v: Bəli, Heydər Əliyev Fondunun 
hesabına Altıağac qəsəbəsində məktəb binası tikilir.  
İ l h a m  Ə l i y e v : Dövlət xətti ilə də tikilməlidir.  
V a q i f  A b d u l l a y e v: Bəli, planlaşdırılıbdır. Hazırda 
bir çoxu təmir olunur.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə