İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə5/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   2   3   4   5   6   7   8   9   ...   100

 
21 
 
 
 
 
RUMINİYA RESPUBLİKASININ PREZİDENTİ 
TRAYAN BESESKUNUN AZƏRBAYCANA 
İŞGÜZAR SƏFƏRİ 
 
Prezident sarayı 
 
21 avqust 2008-ci il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyevin  və  Rumıniya  pre-
zidenti Trayan Beseskunun təkbətək işçi səhər yeməyi olmuşdur. 
Söhbət  zamanı  bildirildi  ki,  Azərbaycanla  Rumıniya  ara-
sında  ikitərəfli  münasibətlər  uğurla  inkişaf  edir  və  əlaqələrin 
möhkəmlənməsi  regional  əməkdaşlığın  genişlənməsinə  xidmət 
edir.  Qarşılıqlı  münasibətlərin  bundan  sonra  da  möhkəm-
lənəcəyinə əminlik ifadə olundu. 
Dövlət  başçıları  qarşılıqlı  maraq  doğuran  məsələləri  mü-
zakirə etdilər. 
 
 


 22 
 
 
 
 
AZƏRBAYCAN VƏ RUMINİYA 
PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ 
GÖRÜŞÜ 
 
Prezident sarayı 
 
21 avqust 2008-ci il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyevin  və  Rumıniya 
prezidenti  Trayan  Beseskunun  nümayəndə  heyətlərinin  iştirakı 
ilə geniş tərkibdə görüşü olmuşdur. 
İ l h a m  Ə l i y e v: Hörmətli cənab Prezident! 
Hörmətli qonaqlar! 
Mən  Sizi  Azərbaycanda  səmimiyyətlə  salamlayıram, 
ölkəmizə xoş gəlmisiniz! 
Sizin  səfəriniz  bizə  imkan  verdi  ki,  ikitərəfli  münasibətləri 
və  bölgədə  gedən  prosesləri  geniş  şəkildə  müzakirə  edək. 
Rumıniya ilə Azərbaycan arasında mövcud olan yaxın və dost-
luq  əlaqələrini  nəzərə  alaraq,  təbii  ki,  biz  çox  səmimi  fikir 
mübadiləsi  aparmışıq.  İkitərəfli  münasibətlərimiz  çox  sürətlə 
inkişaf edir və yüksək səviyyəli qarşılıqlı səfərlər bunun əyani 
sübutudur.  Gündəliyimiz  çox  genişdir,  buna  həm  siyasi, 
iqtisadi, mədəni, həm də enerji sahəsindəki əməkdaşlıq daxildir 
və  biz  yaxın  tərəfdaşlar  kimi,  bütün  istiqamətlərdə  fəaliyyət 
göstəririk. 
Əlbəttə  ki,  bütün  birgə  layihələrimizi  xüsusilə  enerji 
sahəsində  uğurla  davam  etdirmək  və  başa  çatdırmaq  üçün 
bölgədə  sabitlik  olmalıdır.  Bölgədə  yaşanan  gərginlik  bizi  çox 
narahat  edir.  Bu  baxımdan  Sizin  səfəriniz  həm  ikitərəfli 
münasibətlərin  gələcək  inkişafı  üçün,  həm  də  bu  bölgədə  gə-


 
23 
ləcəkdə əməkdaşlığın, təhlükəsizliyin möhkəmlənməsi üçün çox 
önəmlidir. 
Bir daha xoş gəlmisiniz! 
T r a y a n   B e s e s k u: Cənab Prezident, çox sağ olun.  
Olduqca  çox  mühüm  bir  vaxt  çərçivəsində  məni  qəbul 
etdiyinizə  görə,  ölkənizə  işgüzar  səfərə  gəldiyimə  görə  Sizə 
minnətdaram. 
Cənab  Prezident,  mənim  Bakıya  gəlməyim,  Sizinlə  gö-
rüşmək istəyim məhz onunla bağlıdır ki, Azərbaycan bu region-
da  mühüm  əhəmiyyətə  malikdir.  Azərbaycanın  bu  əhəmiyyəti 
regional  proseslərdə  tutduğu  çox  düzgün  mövqeyindən  irəli 
gəlir. Bu həmçinin onunla bağlıdır ki, Azərbaycan bu gün bütün 
Avropa  İttifaqının, o  cümlədən  Rumıniyanın  enerji  siyasətində 
vacib  rol  oynayır.  Əminəm  ki,  bu  meyarları,  eyni  zamanda, 
ikitərəfli  münasibətlərimizin  olduqca  yüksək  səviyyədə 
olmasını  nəzərə  alaraq,  biz  belə  vacib  məsələlərlə  bağlı  bu 
görüşümüzü mütləq keçirməli idik. 
Cənab Prezident, bu gün səhər Sizinlə apardığımız danışıqlar 
bir  daha  onu  göstərdi  ki,  biz  bir  çox  mühüm  məsələlər  üzrə  – 
təhlükəsizlik və enerji sahəsində eyni, oxşar mövqeyə malikik. 
Bu da, yəni bizim fikirlərimizin üst-üstə düşməsi hər iki ölkənin 
bu sahədəki rolunu gücləndirir. 
 
 
 


 24 
 
 
 
AZƏRBAYCAN VƏ RUMINİYA 
PREZİDENTLƏRİNİN BƏYANATLARLA 
ÇIXIŞLARI 
 
21 avqust 2008-ci il 
 
Geniş  tərkibdə  görüş  başa  çatdıqdan  sonra  Azərbaycan 
prezidenti İlham Əliyev və Rumıniya prezidenti Trayan Besesku 
mətbuat üçün birgə bəyanatlarla çıxış etmişlər. 
 
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı  
 
Hörmətli cənab Prezident! 
Hörmətli qonaqlar! 
Xanımlar və cənablar!  
Cənab  Prezident,  mən  ilk  növbədə  Sizi  və  nümayəndə 
heyətinin  bütün  üzvlərini  Azərbaycanda  səmimiyyətlə  salam-
layıram. Ölkəmizə xoş gəlmisiniz!  
Sizin  səfərinizə  çox  böyük  əhəmiyyət  veririk.  Mən  bilirəm 
ki, Siz bu günlərdə çox gərgin fəaliyyətdəsiniz, bu bölgəyə səfər 
edirsiniz.  Əlbəttə  ki,  Rumıniya  kimi  ölkənin  dövlət  başçısının 
bölgədə  yaşanan  böhranlı  vəziyyətlə  bağlı  atdığı  addımlar  çox 
müsbət qiymətləndirilir. 
Biz  bu  gün  ikitərəfli  münasibətləri  geniş  şəkildə  müzakirə 
etdik  və  bir  daha  məmnunluq  ifadə  etdik  ki,  Rumıniya–
Azərbaycan münasibətləri çox sürətlə inkişaf edir, bu əlaqələr -
dostluq  zəminində  qurulubdur.  Rumıniya  Azərbaycanın  dövlət 
müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur və o vaxtdan 
bu günə qədər bütün sahələrdə əməkdaşlıq inkişaf etmişdir. 
Bizim  qarşılıqlı  səfərlərimiz,  müxtəlif  dövlət  və  hökumət 
üzvlərinin  səfərləri,  artan  iqtisadi  imkanlar,  enerji  sahəsində 
apardığımız  danışıqlar  və  nəzərdə  tutulmuş  praktik  addımlar, 


 
25 
əlbəttə  ki,  əməkdaşlığımızı  daha  da  gücləndirir.  Siyasi 
münasibətlər  çox  yüksək  səviyyədədir.  Biz  bunu  həmişə  qeyd 
etmişik. Mən bu gün də qeyd etmək istəyirəm ki, Rumıniyanın 
bütün  prinsipial  mövqeyi,  xüsusilə  bölgədə  mövcud  olan 
münaqişələrlə  bağlı  prinsipial  mövqeyi  bizdə,  Azərbaycanda 
çox yüksək qiymətləndirilir. 
Beləliklə,  çox  möhkəm  zəmində,  siyasi  əlaqələrin  möhkəm 
olduğu  halda,  əlbəttə  ki,  birgə  layihələrin  icra  olunması  da 
asanlaşır.  Biz  indi  enerji  sahəsində  əməkdaşlığın  yeni 
mərhələsindəyik.  Bildiyiniz  kimi,  Rumıniya  ilə  Azərbaycan 
arasında bu sahədə əməkdaşlıq davam edir və biz yeni layihələr 
haqqında  fikirləşirik.  Xəzər  dənizi–Qara  dəniz  əməkdaşlığının 
möhkəmləndirilməsi  işində  birgə  səylərimizi  davam  etdiririk. 
Rumıniya–Azərbaycan  əməkdaşlığı  Xəzər  dənizi–Qara  dəniz 
əməkdaşlıq  məsələlərinə  çox  böyük  töhfədir.  Deyə  bilərəm  ki, 
bir çox hallarda həlledici məsələdir. 
Enerji təhlükəsizliyi məsələləri son illər ərzində gündəlikdə 
idi.  İndi  bu  məsələlər  daha  da  ciddiləşir.  Həm  enerji 
daşıyıcılarının  nəqlinin  şaxələndirilməsi  məsələsi  daha  da 
ciddiləşir,  həm  də  enerji  infrastrukturunun  təhlükəsizliyinin 
təmin  olunması  məsələləri  ön  plana  çıxır.  Azərbaycan  öz 
tərəfindən  üzərinə  düşən  öhdəliklərini  yerinə  yetirir.  Bizim 
enerji  siyasətimiz  bölgədə  sülhün,  təhlükəsizliyin,  əmin-
amanlığın  və  dostluğun  möhkəmlənməsinə  yönəldilibdir.  Bu 
uğurlu  enerji  siyasəti  həm  ölkə  iqtisadiyyatı  üçün  çox  böyük 
dəstəkdir,  həm  də  bizim  xarici  əlaqələrimizin  inkişafında 
mühüm  rol  oynayır.  Biz  bütün  enerji  təşəbbüslərimizin  uğurla 
davam etdirilməsi üçün gələcəkdə də əlimizdən gələni edəcəyik 
və Azərbaycanın iqtisadi maraqlarını təmin etməklə, Avropanın 
enerji təhlükəsizliyinin təmin olunması üçün səylərimizi davam 
etdirəcəyik. 
Bütün  bu  başlanmış  layihələri  uğurla  davam  etdirmək  və 
yeni  layihələri  başlamaq  üçün  bölgədə  sabitlik  olmalıdır. 
Bölgədə  sabitliyin  mövcudluğu  başlıca  şərtdir.  Əlbəttə  ki,  son 
günlər  ərzində  Gürcüstanda  yaşanan  olaylar  bizi  çox  narahat 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə