İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə17/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

 
65 
Mən xatırlayıram ki,  8 il bundan əvvəl ulu öndər Heydər Əli-
yevə  müraciət  edilmişdi  və  çox şadam  ki, bu  gün  biz  o mü-
raciətin nəticəsini görürük. Doğrudan da verilən o qərar və artan 
imkanlarımız bizim üçün bu şəraiti yaradır. Biz də çalışırıq ki, 
Azərbaycanın  ümumi  uğurlu  inkişafının  bəhrəsini  hər  bir 
vətəndaş, hər bir insan görsün. Bunu etmək üçün müxtəlif sosial 
proqramlar  icra  olunur,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi 
Nazirliyinin  xətti  ilə  də  böyük  işlər  görülür.  Bu  kompleksin 
tikintisində onların böyük zəhməti, rolu olubdur.  
İnsanların  yaxşı  yaşaması,  maaşların,  pensiyaların,  sosial 
müavinətlərin artırılması üçün son illər ərzində çox böyük işlər 
görülübdür.  İndi  təxminən  500  minə  qədər  insan  dövlət 
tərəfindən  sosial  yardım  alır.  Əvvəlki  illərdə  bunu  biz  böyük 
miqdarda  edə  bilmirdik,  halbuki,  həmişə  buna  böyük  ehtiyac 
var  idi.  Bu  gün  isə  bizim  imkanlarımız  var.  Uğurlu  iqtisadi 
siyasət,  aparılan  islahatlar  nəticəsində  bizim  maddi 
imkanlarımız  son  5  il  ərzində  10  dəfədən  çox  artıbdır.  Ən 
önəmlisi  odur  ki,  biz  bu  imkanlardan  insanların  həyat 
səviyyəsinin  yaxşılaşdırılması  üçün  istifadə  edirik.  Ən  çətin 
vəziyyətdə  yaşayan  insanların  həyat  səviyyəsinin  qaldırılması 
çox  vacibdir.  Düzdür,  yoxsulluq  şəraitində  yaşayanların  sayı 
son  illər  ərzində  xeyli  azalıbdır.  Ancaq  yenə  də  var. 
Vətəndaşlarımızın  16  faizi  yoxsulluq  şəraitində  yaşayır. 
Görülən  tədbirlər  nəticəsində  hər  il  bu  rəqəm  azalır.  Ümid 
edirəm  ki,  gün  gələcək,  Azərbaycanda  yoxsul  adam 
olmayacaqdır.  Yəni  dövlət  qayğısı  bütün  insanlara  göstə-
rilməlidir. 
Azərbaycan  güclü  iqtisadi  imkanlara  malikdir.  Biz  bazar 
iqtisadiyyatı  prinsipləri  əsasında  işləyirik.  Ancaq  güclü  sosial 
siyasət  həmişə  olmalıdır.  Bunun  müxtəlif  yolları  var.  Bayaq 
qeyd  etdiyim  kimi,  həm  maaşların,  pensiyaların,  sosial 
müavinətlərin  artırılması,  həm  də  ki,  güclü  sosial  infrastruk-
turun  yaranması.  Bu  kompleks  həm  idman  infrastrukturudur, 
həm  də  sosial  infrastrukturdur.  Yəni  Azərbaycanın  dövlət 
siyasətinin bu iki vacib istiqamətini özündə birləşdirir. 


 66 
Bir  də  demək  istəyirəm  ki,  paralimpiyaçılar,  sözün  əsl 
mənasında,  fədakar  insanlardır.  Onlar  zədələrdən,  yaralardan, 
bəzən  sağalmayan  yaralardan  əziyyət  çəkirlər.  Ancaq  buna 
baxmayaraq,  öz  fədakarlıqlarını  göstərərək,  idmanla  məşğul 
olur,  Azərbaycanı  təbliğ  edirlər.  Beynəlxalq  yarışlarda 
Azərbaycanın  bayrağını  qaldırırlar  və  Azərbaycan  xalqı  bunu 
çox  yüksək  qiymətləndirir.  Azərbaycan  dövləti  də  çalışır 
əlindən gələni etsin ki, sizin şəraitiniz, həyatınız daha da yaxşı 
olsun.  
Mən sizə bir də demək istəyirəm ki, həmişə olduğu kimi, biz 
birlikdə  olacağıq,  hər  bir  Azərbaycan  vətəndaşı  kimi,  mən  də 
sizin  bütün  uğurlarınıza  sevinirəm  və  sizə  daha  yaxşı  şərait 
yaratmaq 
üçün 
bundan 
sonra 
da 
əlimdən 
gələni 
əsirgəməyəcəyəm.  
Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.  
Əminəm  ki,  Pekindən  qayıdandan  sonra  biz  sizin 
qələbələrinizi birlikdə qeyd edəcəyik.  
 
 
 
 
 
*** 
Sonda paralimpiya yığma komandasının üzvləri dövlətimizin 
başçısı ilə xatirə şəkli çəkdirdilər. 
Prezident  İlham Əliyev  beynəlxalq  yarışların, zona  yarışla-
rının  və  təlim-məşq  toplanışlarının  iştirakçıları  üçün  komplek-
sin  ərazisində  inşası  nəzərdə  tutulan  mehmanxananın  kon-
septual layihəsi ilə də tanış oldu. Ümumi sahəsi 1120 kvadrat-
metr olacaq ikimərtəbəli mehmanxanada 30 otaq tikiləcəkdir. 
  
 
 
 
 
 
 
YENİDƏN QURULMUŞ MƏDƏNİYYƏT VƏ 
İSTİRAHƏT PARKINDA  


 
67 
 
28 avqust 2008-ci il 
 
Prezident  İlham  Əliyev  Sumqayıtda  yenidən  qurulmuş 
Nəsimi adına mədəniyyət və istirahət parkında olmuşdur. 
Buradakı  «Göyərçin»  abidəsi  və  park  dövlətimizin  baş-
çısının tapşırığı ilə yenidən qurulmuşdur.  
Parkda yerə  daş  piltələr  döşənmiş,  dekorativ  gül  kolları  və 
ağaclar  əkilmiş,  müasir  işıqlandırma  sistemi  quraşdırılmış, 
köpüklü  fəvvarə  tikilmişdir.  Sakinlərin  istirahəti  üçün  lazımi 
şəraitin yaradıldığı parkda iaşə obyektləri də fəaliyyət göstərir. 
Sumqayıtda  «Yeni  ailə  quranlar  günü»  hər  il  iyul  ayında  bu 
parkda qeyd edilir. 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada 
şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdilər. 
S  a  k  i  n:  Cənab  Prezidentimiz,  qəhrəman  Sumqayıt  şəhə-
rinə xoş gəlmisiniz. Allah-Taaladan Sizə uzun ömür, cansağlığı, 
işinizdə 
müvəffəqiyyətlər 
arzu 
edirəm. 
İnsanlarımızı 
mehribanlığa,  həmrəyliyə  çağırıram.  Sumqayıtdakı  bu  gözəl 
bərpa  işlərinə,  bu  komplekslərə,  məscidlərə,  bu  parklara  görə 
çox  sağ  olun.  Allah  rəhmət  eləsin  Heydər  Əliyevə,  onun 
qoyduğu  təməldir,  indi  də  Siz  davam  etdirirsiniz.  Mehriban 
xanım, çox sağ olun, var olun, xoş gəlmisiniz. 
İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Çox  sağ  olun,  təşəkkür  edirəm. 
Sumqayıta  gələndə  sevinirəm  ki,  şəhər  gözəlləşir,  abadlaşır, 
yaxşı  xiyabanlar,  küçələr  salınır.  Bu  park  da  gözəlləşibdir. 
Xatırlayıram, bir neçə il əvvəl bu parka gəlmişdim, vəziyyət o 
qədər də ürəkaçan deyildi.  
S a k i n: Heç yox idi, bərbad halda idi. 
İ l h a m  Ə l i y e v: Amma görün indi nə gözəl olubdur.  
S  a  k  i  n:  Deyəsən  beşinci  dəfədir  buraya  gəlirsiniz. 
Rəhmətlik  atanız,  ulu  öndər  Heydər  Əliyev  Sumqayıtı  çox 
sevirdi,  sumqayıtlıları  da  çox  sevirdi.  Görürük  ki,  Siz  də  bizi 
sevirsiniz.  Çox  sağ  olun,  bizim  şəhərin  işi  ilə  məşğulsunuz, 
problemləri ilə maraqlanırsınız, həll edirsiniz. Mən Sumqayıtın 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə