İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə13/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

 52 
 
 
 
PAYTAXTDA YENİ YOL QOVŞAQLARINDA 
TİKİNTİ İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ  
 
26 avqust 2008-ci il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  avqustun  26-da  Bakı 
şəhərində  nəqliyyat  sisteminin  təkmilləşdirilməsinə  dair  tədbirlər 
planının icrasına uyğun olaraq, Əzizbəyov dairəsi – Heydər Əliyev 
Beynəlxalq  Aeroportu  avtomobil  yolunda  həyata  keçirilən 
yenidənqurma  və  tikinti  işlərinin  gedişi  ilə  tanış  olmuş,  paytaxta 
yeni gətirilmiş sərnişin avtobuslarına baxmışdır.  
Dövlətimizin  başçısı  əvvəlcə  avtomobil  yolunun  metronun 
«Əzizbəyov»  stansiyasından  Sabunçu  dairəsinədək  olan  hissə-
sində  işlərin  gedişi  ilə  maraqlandı.  Nəqliyyat  naziri  Ziya  Məm-
mədov  məlumat  verərək  bildirdi  ki,  tikinti  işlərinə  2007-ci  ilin 
mart  ayında  başlanılmışdır  və  bu  ilin  dördüncü  rübündə  başa 
çatdırılacaqdır. Yolun ümumi uzunluğu 13,2 kilometr, Sabunçu 
dairəsinədək olan hissə 12 zolaqlı, oradan hava limanına qədər 
olan hissə isə 8 zolaqlı olacaqdır. Asfalt - beton örtüyün qalınlığı 
27 santimetr, hərəkət zolaqlarının eni isə 3,75 metrdir. Bu da ən 
müasir beynəlxalq standartlar səviyyəsindədir.  
Dövlətimizin başçısı Sabunçu dairəsində uzunluğu 127 metr 
olan  yeni  körpünün  tikintisi  ilə  də  tanış  oldu.  Avtomobil 
yolunda  hərəkətin  tənzimlənməsi  üçün  yol  kəsişmələrində 
müxtəlif  səviyyəli  yolötürücülərinin  tikilməsinin  əhəmiyyəti 
vurğulandı.  Bildirildi  ki,  bir  neçə  yerdə  olacaq  bu  yol- 
ötürücüləri  nəqliyyatın  istənilən  istiqamətdə  hərəkətinə  şərait 
yaratmaqla  yanaşı,  həm  də  tıxacların  aradan  qaldırılmasında 
mühüm  rol  oynayacaqdır.  Yol  boyu  6  yerüstü  və  1  yeraltı 
piyada  keçidinin  tikilməsi  də  nəzərdə  tutulur.  Prezident  İlham 
Əliyev tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə görülməsi ilə 
əlaqədar  müvafiq  tövsiyələrini  verdi.  Sonra  dövlət  başçısı 


 
53 
Əzizbəyov  dairəsi  –  Heydər  Əliyev  Beynəlxalq  Aeroportu 
avtomobil  yolunda  digər  yol  qovşağının  tikildiyi  yerə  gəldi. 
Prezidentə yol qovşağının texniki göstəriciləri barədə də məlumat 
verildi. Bildirildi ki, bu ərazidə uzunluğu 97 metr olan yeni körpü 
inşa edilir.  
Prezident  İlham Əliyev  avtomobil  yolunda  növbəti  yol  qov-
şağının,  kanal  üzərində  yeni  salınan  körpünün  tikinti  işlərinə  
baxdı, müvafiq tapşırıqlarını verdi. 
Dövlətimizin  başçısına  Heydər  Əliyev  prospektində  5  kilo-
metrlik yol boyunca yaradılacaq yaşıllıq zolağı və işıqlandırma 
sistemi  barədə  də  məlumat  verildi.  Azərbaycan  prezidenti 
şəhərimizə  xüsusi  yaraşıq  verəcək  yaşıllıq  zolağının  yüksək 
zövqlə, ən müasir tələblər səviyyəsində salınmasını tövsiyə etdi.  
Prezident  İlham  Əliyev  sonra  Heydər  Əliyev  prospektində 
dəmiryol  körpüsü  olan  hissədə  yolun  təhlükəsizliyinin  təmin 
edilməsi  və  oranın  estetik  baxımdan  yenidən  qurulması  ilə 
əlaqədar görülən tikinti və bərpa işləri ilə də tanış oldu. 
Daha sonra Hökumət evinin qarşısına gələrək paytaxta yeni 
gətirilmiş  sərnişin  avtobuslarına  baxdı.  Dövlətimizin başçısına 
məlumat verildi ki, Almaniya istehsalı olan yeni avtobuslar ən 
müasir  beynəlxalq  standartlara  cavab  verir.  Ən  son  texniki 
nailiyyətlərin  tətbiq  edildiyi  və  uzunluğu  11,8  metr  olan 
avtobusların  38  oturacaq  yeri  vardır.  Hər  biri  ilə  98  sərnişin 
daşımaq  mümkündür.  15  illik  zəmanətlə  alınan  avtobuslarda 
istilik sistemi ən müasir tələblər səviyyəsindədir. 
Azərbaycan  prezidenti  yeni  avtobuslarla  yaxından  tanış 
oldu,  sərnişinlərin  rahatlığı  üçün  bundan  sonra  da  hər  cür 
şəraitin yaradılması ilə bağlı göstərişlərini verdi. 
 
 
 
 
 
 
 


 54 
 
 
BAKI METROSUNUN YENİ TİKİLƏN 
STANSİYALARI İLƏ TANIŞLIQ  
 
27 avqust 2008-ci il 
 
Azərbaycan prezidenti İlham Əliyev avqustun 27-də Bakı 
metrosunun  yeni  tikilən  «Nəsimi»  və  «Azadlıq  prospekti» 
stansiyaları ilə tanış olmuşdur.  
Prezident  İlham  Əliyevə  məlumat  verildi  ki,  «Nəsimi»  stansi-
yasının  davamı  olaraq  çəkilən  xətt  ilin  sonunadək  digər  stansiya 
ilə birləşdiriləcəkdir. Metropolitenin yeni stansiyalarının çəkilməsi 
ilə bağlı layihələr də vardır. Bu layihələr, ilk növbədə şəhərdaxili 
şəbəkənin genişləndirilməsini və paytaxt əhalisinin tələbatının tam 
ödənilməsini  nəzərdə  tutur.  Ölkəmiz  müstəqillik  qazandıqdan 
sonra  ilk  tikilən  «Nəsimi»  stansiyasının  inşası  bütünlüklə  yerli 
mütəxəssislərə tapşırılmışdır. Gələcəkdə metronu Sumqayıta qədər 
uzatmaq  nəzərdə  tutulur.  Perspektivdə  Badamdar  və  Günəşli 
yaşayış massivlərinə metro xətlərinin çəkilməsi planlaşdırılır.  
Son  tamamlama işlərinin  aparıldığı «Nəsimi» stansiyası ilə 
tanışlıq enerji blokundan başladı. Daha sonra prezident İlham 
Əliyev stansiyanın platforması ilə tanış oldu.  
Bakı  Metropolitenində  ən  müasir  avadanlıq  ilk  dəfə  məhz  bu 
stansiyada  quraşdırılmışdır.  Tikintisinə  2006-cı  ildə  başlanmış 
stansiyanın  ağır  hidrogeoloji  şəraitdə  inşa  olunmasına  bax-
mayaraq, işlər vaxtından tez yerinə yetirilmişdir. Stansiyada ilk dəfə 
olaraq  qatarların  hərəkətinin  tənzimlənməsi  və  texniki  nəzarət 
kompyuterləşdirilmişdir.  Stansiya işə düşdükdən sonra burada 251 
nəfər işlə təmin olunacaqdır. «Memar Əcəmi» stansiyasından «Nə-
simi» stansiyasına qədər xəttin uzunluğu 2660 metr, yeni stansiyada 
platformanın  uzunluğu  102,  eni  18  metrdir.  Dörd  çıxışı  olan 
stansiyada eskalatorlar quraşdırılmışdır.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə