İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə11/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

 42 
İ l h a m   Ə l i y e v : Əvvəllər dövlətə işləyirdiniz, indi isə 
özünüzə,  yəni  həm  dövlətə,  həm  də  özünüzə.  Siz  özünüzə 
işləməklə dövləti də gücləndirirsiniz. Sağ olun.  
 
 
 
 
* * * 
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri 
ilə  xatirə  şəkli  çəkdirdi  və  onlarla  çox  səmimiyyətlə  görüşüb 
sağollaşdı.  
 
Şahmat məktəbi ilə tanışlıq  
 
Azərbaycan prezidenti İlham Əliyev avqustun 22-də Xızı 
şəhərində Şahmat məktəbi ilə tanış olmuşdur.  
Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  qısa  müddətdə 
daxili imkanlar hesabına tikilib istifadəyə verilmiş məktəbdə bu 
qədim  oyunun  sirlərinə  yiyələnmək  üçün  lazımi  şərait 
yaradılmışdır.  Gələcəkdə  məktəbin  genişləndirilməsi  nəzərdə 
tutulmuşdur.  Rayonun  uşaq  və  gəncləri  şahmata  böyük  maraq 
göstərirlər.  Ümummilli  lider  Heydər  Əliyevin  85  illiyi  ilə 
əlaqədar  Xaçmazda  keçirilmiş  zona  yarışlarında  məktəbin 
yetirməsi  Xalidə  Abdullayeva  birinci,  respublika  yarışlarında 
isə  dördüncü  yeri  tutmuşdur.  Məktəbdə  beynəlxalq  yarışlarda 
ölkəmizin idman şərəfini qoruyacaq şahmatçıların yetişəcəyinə 
ümid bəslənilir.  
Ölkəmizdə  idmanın  bütün  növlərinə,  o  cümlədən  şahmatın 
inkişafına  göstərilən  qayğıya  görə  prezidentə  minnətdarlıq 
bildirildi. 
Prezident İlham Əliyev gənc şahmatçılara uğurlar arzuladı.  
 
Tarix-diyarşünaslıq Muzeyinin açılışı    
 
Azərbaycan prezidenti İlham Əliyev avqustun 22-də Xızı 
Tarix-diyarşünaslıq  Muzeyinin açılışında iştirak etmişdir. 
Muzeydə  300  eksponat  toplanmışdır.  Burada  Xızının  qədim 
tarixindən xəbər verən arxeoloji tapıntılar, qədim silahlar, xalq 
sənətinə  aid  nümunələr,  məişət  əşyaları,  musiqi,  kənd 


 
43 
təsərrüfatı  alətləri  diqqəti  cəlb  edir.  Muzeydə  Xızıda  doğulub 
boya-başa çatan Azərbaycanın görkəmli yazıçısı və dramaturqu 
Cəfər Cabbarlının yaşadığı evin maketi də nümayiş etdirilir. 
Bildirildi ki, sakinlər yeni yaradılan muzeyə müxtəlif əşyalar 
təqdim edirlər. Bu rayon Xızır peyğəmbərin adını daşıdığından 
Azərbaycanın müqəddəs guşələrindən biri sayılır.  
Prezident İlham Əliyev Xızı təbiətinin zənginliyini və qədim 
tarixini  əks  etdirən  eksponatlara  baxdı.  Dövlətimizin  başçısı 
qədim əşyaların bir yerdə toplanmasının zəruriliyini, tariximizə 
diqqətin  artırılmasının  vacibliyini  vurğuladı  və  müvafiq 
tövsiyələrini verdi.  
 
              Altıağac Milli Parkında  
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  avqustun  22-də 
Altıağac Milli Parkında olmuşdur.  
Buraya  toplaşan  meşə  təsərrüfatı  işçiləri  dövlətimizin 
başçısını səmimiyyətlə qarşıladılar.  
Bu  park  prezident  İlham  Əliyevin  sərəncamı  ilə  2004-cü  il 
avqustun  31-də  Xızı  və  Siyəzən  rayonlarının  ərazilərində  – 
Altıağac  Dövlət  Təbiət  Qoruğu  və  ona  həmsərhəd  olan  Dövlət 
Meşə  Fondu  torpaqlarının  bazasında  yaradılmışdır.  Ərazinin 
90,5 faizini palıd, fıstıq və vələs ağaclarının üstünlük təşkil etdiyi, 
zəngin flora və faunası olan dağ meşələri təşkil edir.  
Prezident  İlham  Əliyev  rəmzi  açılışı  bildirən  lenti  kəsdi, 
fotostendlərə baxdı.  
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov döv-
lətimizin  başçısına  məlumat  verdi  ki,  parkın ərazisi  11  min 35 
hektardır.  Parkda  MDB  məkanında,  o  cümlədən  Qafqaz 
regionunda  yeganə  olan  Vəhşi  Təbiətin  Bərpası  Mərkəzi  və 
Reabilitasiyası  Klinikası  da  fəaliyyət  göstərir.  Burada  müasir 
laboratoriya,  lazımi  avadanlıq  vardır.  Əsas  məqsəd  Böyük 
Qafqazın  cənub-şərq  yamaclarının  təbii  landşaftının,  flora  və 
faunasının  qorunub  saxlanması,  bərpası,  təbii  komplekslərinin 
mühafizəsinin  gücləndirilməsi,  ekoloji  monitorinqin  həyata 


 44 
keçirilməsi,  həmçinin  tədqiqatlar,  turizm  və  istirahət  üçün 
şəraitin  yaradılması  və  əhalinin  ekoloji  cəhətdən  maarif-
ləndirilməsinin təşkilidir.  
Prezident İlham Əliyev Altıağac Milli Parkının ekoturizm və 
informasiya  mərkəzi,  inzibati  binası,  turist  ləvazimatlarının 
kirayəsi və satışı şöbəsi  ilə tanış oldu, parkda saxlanılan meşə 
heyvanlarına tamaşa etdi. 


 
45 
 
 
 
QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ VƏ 
ŞƏHİD AİLƏLƏRİNƏ YENİ MƏNZİLLƏRİN 
VERİLMƏSİ 
 
Avqustun  22-də  Xızı  şəhərində  Qarabağ  müharibəsi 
əlilləri  və  şəhid  ailələri  üçün  tikilmiş  ikimərtəbəli  16  mənzilli 
yaşayış binası istifadəyə verilmişdir.  
Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak 
etmişdir.  
Binanın  qarşısına  toplaşan  sakinlər  dövlətimizin  başçısını 
hərarətlə qarşıladılar. 
İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Mən  sizin  hamınızı  ürəkdən  təbrik 
edirəm.  Arzu  edirəm  ki,  bu  mənzillərdə  xoşbəxt  yaşayasınız. 
Siz  buna  layiqsiniz.  Azərbaycan  dövləti  bütün  vətəndaşlarına 
diqqət  göstərir.  İlk  növbədə  Vətən  uğrunda  döyüşmüş,  həlak 
olmuş insanların ailələrinə, öz sağlamlığını itirmiş insanlara. Siz 
qəhrəmansınız,  Vətən  uğrunda  mübarizə  aparmısınız  və  ən 
yüksək  qayğıya  layiqsiniz.  Azərbaycan  dövləti  əlindən  gələni 
etməyə  çalışır  ki,  sizin  həyat  səviyyəniz  yaxşılaşsın,  məişət 
problemləriniz  daha  da  tez  həll  edilsin.  Ümumiyyətlə,  sizin 
həyatınızda yaxşı anlar çox olacaqdır.  
Azərbaycan  hərbi  təcavüzdən  əziyyət  çəkən  ölkədir.  Bu 
təcavüzün  qarşısını  almaq  üçün  Azərbaycan  gəncləri,  Azər-
baycan vətəndaşları, əsgərlər fədakarcasına vuruşub, öz doğma 
torpaqlarını  müdafiə  etmişlər,  həlak  olmuşlar,  yaralanmışlar. 
Biz  həmişə  onların  qəhrəmanlığını  yadda  saxlamalıyıq  və 
gələcək nəsli vətənpərvərlik ruhunda tərbiyə etməliyik.  
Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa 
çatıbdır. Azərbaycan əlindən gələni etməlidir və edir ki, öz ərazi 
bütövlüyünü  bərpa  etsin.  Bizim  ərazi  bütövlüyümüz  bərpa 
olunmalıdır.  Bu,  başlıca  şərtdir.  Bunun  kənarında  heç  bir 
razılaşma mümkün deyildir. Bununla bərabər, biz öz iqtisadi və 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə