85
Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
mahiyyətini dünya
ictimaiyyətinə çatdıra bildi.
Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını
gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən
təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir
baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.
Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin
məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami
silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz
tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son
qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü
qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz
xidmətlərdən biri sayıla bilər.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni
həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yarandı,
elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun
müstəqil dövlət quruculuğu prosesi başlandı.
Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan
istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı. Onun
gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf
konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev
öz neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da
səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft
müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu və bu gün onun praktiki nəticələri göz qaba-
ğındadır. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası,
nəqliyyat dəhlizlərinin
Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir.
Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın
təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların
həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət
quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin
bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və
cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq
və məharətlə istifadə etməsi
Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı
ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə
dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına,
sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı
əməkdaşlıq prinsipləri təşkil etmişdir.
Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada
yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi
üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli
dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə,
elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi,
onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf
yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti
sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı
ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.
Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müs-
təqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi
və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın
layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa
arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın
Heydər Əliyevə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha
bütün dünyaya əyani şəkildə nümayiş etdirildi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin
misli görünməmiş təzahürü idi.
86
Dəfn mərasimindən dərhal sonra ölkə vətəndaşları öz yığıncaqlarında, kütləvi informasiya vasitələrində,
müxtəlif tədbirlərdə ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirməklə bağlı çoxsaylı müraciətlər
etdi. Müraciətlərə baxılması üçün Azərbaycan Respublikası prezidentinin 26 dekabr 2003-cü il tarixli sərəncamı
ilə Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyası Azərbaycan Respublikası Milli Məclisinin, ictimai
qurumların, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təsisatların, ölkə vətəndaşlarının çoxsaylı müraciətlərini
nəzərdən keçirərək, öz təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etmişdir.
Müasir
Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin
Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, onun xatirəsini əbədiləşdirmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı təsis edilsin. Azərbaycan Respublikasının Nazirlər
Kabineti Heydər Əliyev Mükafatının Əsasnaməsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
prezidentinə təqdim etsin.
2. Bakı və Naxçıvan şəhərlərində "Heydər Əliyev" xatirə memorial kompleksləri yaradılsın. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra
Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti, respublikanın müvafiq yaradıcılıq ittifaqları ilə
birlikdə komplekslərin layihələrinin müsabiqəsini keçirsin və üç ay ərzində təkliflərini Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli
Məclisinə tövsiyə olunsun.
4. Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adı verilsin.
5. Bakı Beynəlxalq Aeroportuna Heydər Əliyevin adı verilsin.
6. Bakı Dərin Özüllər Zavoduna Heydər Əliyevin adı verilsin.
7. Respublika sarayına Heydər Əliyevin adı verilsin.
8. Bakı şəhərindəki İdman-Konsert Kompleksinə Heydər Əliyevin adı verilsin.
9. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində küçə və meydanlardan birinə Heydər Əliyevin adı
verilsin.
10. Azərbaycanın şəhər və rayonlarında küçə və meydanlardan birinə Heydər Əliyevin adı verilsin.
11. Heydər Əliyevin şərəfinə platin, qızıl və gümüş xatirə sikkələri buraxılsın.
12. Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin adının əbədiləşdirilməsi ilə əlaqədar
olaraq bir sıra özəl qurum, şirkət və qeyri-hökumət təşkilatları tərəfindən görülmüş tədbirlər, o cümlədən Bakı–
Tbilisi–Ceyhan ixrac boru neft kəmərinə, "Lider" qazma qurğusuna Heydər Əliyevin adının verilməsi, ictimai
əsaslarla Heydər Əliyev Fondunun yaradılması dəstəklənsin.
13. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
14. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 mart 2004-cü il