İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   28   29   30   31   32   33   34   35   ...   84

83 
 
 
ABŞ DÖVLƏT KATİBİ MÜAVİNİNİN AVROPA VƏ AVRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ 
KÖMƏKÇİSİ  İLƏ GÖRÜŞDƏ  
SÖHBƏT 
 
Prezident sarayı 
 
9 mart  2004-cü il 
 
     İ l h a m   Ə l i y e v: Sizi səmimi-qəlbdən  salamlayıram. Sizin  regiona səfərləriniz  böyük əhəmiyyətə 
malikdir və Birləşmiş Ştatların regionda artan marağının təzahürüdür.  
Mən Azərbaycanla ABŞ arasında  əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirirəm və bu əməkdaşlıq 
bütün sahələri  əhatə edir. Siyasi sahədə  əlaqələri xüsusilə vurğulayıram və  əmin olduğumu bildirirəm ki, bu, 
gələcəkdə  də davam edəcəkdir. Azərbaycanda və regionda həyata keçirilən irimiqyaslı layihələr bilavasitə 
Amerika Birləşmiş  Ştatlarının dəstəyi ilə aparılır. Hamı bilməlidir ki, əgər bu dəstək olmasaydı, həmin 
layihələrin həyata keçirilməsi mümkün olmazdı.  
Ölkəmizin Birləşmiş  Ştatlarla hərbi sahədə  də faydalı  əməkdaşlıq etdiyini xatırladıram, Azərbaycan bu 
sahədə ABŞ-la müttəfiqdir və eyni koalisiyadadır. Azərbaycan özü dəfələrlə terrorizmin qurbanı olmuşdur və 
terror aktlarının nəticəsində minlərlə insan həlak olmuşdur. Məhz bu səbəbdən ölkəmiz ilk günlərdən Birləşmiş 
Ştatların apardığı antiterror fəaliyyətinə qoşulmuşdur və bu əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.  
Mən bir daha ABŞ-ın Azərbaycan üçün strateji tərəfdaş olduğunu söyləyir, hər iki ölkəni gələcəkdə böyük 
işlər gözlədiyini və birgə  səylərlə bütün bunların həllini tapacağına  əminliyimi ifadə edirəm. Eyni zamanda, 
regionda uzunmüddətli və möhkəm sülhə nail olmaq üçün ən ağrılı problemlərin, ilk növbədə Ermənistan–
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmasının vacibliyini vurğulayıram. Ümidvar olduğumu 
bildirirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş  Ştatların səylərinin artırılması yaxın 
zamanlarda bu münaqişənin  ədalətli həllinə dair sülh müqaviləsinin imzalanması ilə  nəticələnəcəkdir. Mü-
naqişənin ağır nəticələri barədə  Sizdə ətraflı məlumat var. Onu xüsusi olaraq vurğulayıram ki, Azərbaycan tor-
paqlarının işğalı nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 
ABŞ-la strateji əməkdaşlıq siyasəti Azərbaycanın maraqlarına cavab verir və  əminəm ki,  bu siyasət  
ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcəkdir.  
L i n n   P a s k o:  Səmimi qəbula görə Sizə    təşəkkürümü bildirirəm. Mən, ATƏT-in Minsk qrupunun 
nümayəndəsi kimi, Azərbaycanda keçirdiyim görüşləri indi də xatırlayıram.  Əminəm ki, yaxın zamanlarda 
Dağlıq Qarabağ münaqişəsi nizama salınacaqdır. Azərbaycanla Birləşmiş Ştatlar arasında əməkdaşlığın yüksək 
səviyyədə olması haqqında Sizin fikirlərinizlə razıyam.  Hər iki ölkənin xalqları və hökuməti arasında əlaqələrin 
bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğumu bildirirəm.  
Terrorizmlə mübarizədə Azərbaycanın Birləşmiş  Ştatlarla yaxın tərəfdaş olduğunu diqqətə çatdıraraq 
bildirirəm  ki, bu sahədə  əməkdaşlıq gələcəkdə  də davam etdiriləcəkdir. Cənubi Qafqaz regionunda, xüsusilə 
Azərbaycanda gedən müsbət dəyişiklikləri çox sevindirici hal kimi qiymətləndirir və bunun Vaşinqtonda, habelə 
Avropada böyük maraqla izlənildiyini bildirirəm.  
Sözümü yekunlaşdıraraq bildirim ki, Birləşmiş Ştatlar hökuməti Azərbaycan rəhbərliyi ilə siyasi və iqtisadi 
məsələlər də  sıx  əməkdaşlıq etmək niyyətindədir. Cənab Prezident, biz Sizə ABŞ hökumətinin  ən xoş 
salamlarını yetiririk və Sizinlə əməkdaşlıqdan çox məmnun olduğumuzu bildiririk.  
 
 


84 
 
 
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ   
LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN  
XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ   
HAQQINDA 
 
Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan 
tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi 
taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin 
adı ilə sıx bağlıdır.   
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt  sınaqlarından 
çıxara bilmiş, ölkənin gələcək inkişaf  strategiyasını müəyyən etmiş  və onun həyata keçirilməsi üçün mühüm 
addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi 
əbədi həkk olunmuşdur.  
Tarixi bu dövrdən etibarən başlanan Heydər  Əliyev idarəetmə  fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti 
xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və 
milli  şüurun yüksəlişinə  təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə  səciyyələnmişdir. 
Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik 
ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi 
üçün zəmin yaratdı.  
Azərbaycanın müasir tarixində 1969-cu il respublikanın sosial-iqtisadi və  mədəni inkişafında dönüş ili 
olmuşdur. Heydər  Əliyevin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların 
işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə 
çevrildi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə  ən parlaq səhifələr kimi daxil olmuşdur. Kənd 
təsərrüfatının inkişafında böyük nailiyyətlər  əldə edildi. Sənayenin dinamik yüksəlişini təmin etmək üçün 
iqtisadiyyatda struktur islahatları həyata keçirildi. Yeni sənaye sahələri yaradıldı, sənayenin qabaqcıl sahələrində, ilk 
növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə 
və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin 
genişləndirilməsi prosesi başlandı. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan 
metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri
mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini 
tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əslində, Azərbaycanın 
dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha 
dərindən inteqrasiya olunması, hələ 1970–1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.  
Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və 
ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirildi, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-
nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrildi. 
Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı 
oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün 
peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan verdi. Beləliklə, Heydər Əliyevin uzaqgörənliyi sayəsində 
gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm 
addım atıldı.  
Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşadı. Respublikanın 
paytaxtı Bakı şəhərinin, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata 
keçirildi.  
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan 
silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil 
dövlətçiliyə  ağır zərbələr vurdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və 
vətəndaş qarşıdurmasının kəskinləşməsinə  və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin 
yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və 
parçalanma həddinə gətirildi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz 
böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. 
İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış 
destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın 
dövlətçiliyinə, müstəqilliyinə,  ərazi bütövlüyünə  qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid 
edildi. 1994-cü ilin mayında Ermənistan–Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər  Əliyev 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə