İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   36   37   38   39   40   41   42   43   ...   84

107 
 
aşağı  həddədir, qeyd etdiyim dövr ərzində  cəmi 2 faiz olmuşdur. Adambaşına düşən xarici sərmayələr 
baxımından biz keçmiş sovet respublikaları içərisində öndə gedirik. Əlbəttə, böyük neft və qaz layihələri, boru 
kəmərlərinin çəkilişi, çoxmilyardlıq sərmayə qoyuluşu ölkəmizə yaxın gələcəkdə iqtisadi cəhətdən daha qüdrətli 
dövlətə çevrilmək imkanı verəcəkdir.  
Bu gün dünyadakı ən böyük enerji layihəsi Azərbaycanda həyata keçirilir. Əlbəttə, bu və digər layihələr sülh 
və firavanlıq gətirəcəkdir. Biz artıq növbəti 5 il üçün sosial və iqtisadi inkişaf planını elan etmişik. Biz yüz 
minlərlə  iş yerlərinin açılmasını planlaşdırırıq. Regionları inkişaf etdirmək üçün proqram həyata keçiririk, 
özəlləşdirməni davam etdirəcəyik. Bütün bu tədbirlər insanların gələcək həyatını yaxşılaşdırmağa imkan 
verəcəkdir.  
Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik. Ölkəmizdə özəl sektorun payı getdikcə artır və ümumi daxili 
məhsulun 70 faizdən çoxu bu sektorun payına düşür. Bu, kifayət qədər yüksək göstəricidir.  
Biz ümid edirik ki, nəzərdə tutduğumuz planların hamısı yerinə yetiriləcəkdir. Bunun üçün biz, əlbəttə, çox 
işləməliyik və ölkədəki ictimai-siyasi sabitliyi qoruyub saxlamalıyıq. Çünki yalnız bu halda biz xarici 
sərmayələri iqtisadiyyatımıza cəlb edə bilərik.  
S u a l:  Siz 2006-cı il üçün müqavilə yataqlarından neft hasilatını 15 milyon tona çatdırmağı 
planlaşdırırdınız. Bu məqsədiniz dəyişməz olaraq qalırmı?  
C a v a b: Bəli, bu bizim proqnozlarımız idi. Lakin bu da son məqsəd deyildir. Yaxın gələcəkdə hətta 50 
milyondan çox neft istehsal etməyi nəzərdə tuturuq. Zənnimcə, bunun özü də son rəqəm deyildir. Amma bu 
rəqəm indi bizim inşa etdiyimiz boru xətti üçün tam yetərlidir. Mən Bakı–Tbilisi–Ceyhan neft kəmərini nəzərdə 
tuturam.  
Bizim nəhəng neft yataqlarımız vardır. Bundan başqa, böyük qaz yataqları da aşkar edilmişdir. Əminəm ki, 
Azərbaycan qazı tezliklə Avropaya nəql olunacaqdır və artıq Türkiyə ilə bu barədə razılıq imzalanmışdır. Yəqin 
sizə məlumdur ki, Türkiyə də öz növbəsində Yunanıstanla razılıq əldə etmişdir. Yunanıstandan isə Avropanın 
digər ölkələrinə qazın nəqli nəzərdə tutulur.  
Beləliklə, Azərbaycan qazı Avropanı təmin edəcək daha bir etibarlı mənbə olacaqdır. Bu həm bizim üçün, 
həm də istehlakçılar üçün sərfəlidir. Çünki alternativ qaz təchizatı olduqda, rəqabət nəticəsində qiymətlər də 
münasib olur. Nəzərdə tutduğumuz layihələr regiondakı bütün vəziyyətə əsaslı təsir edəcəkdir.  
Təbiət bizim məmləkətə zəngin sərvətlər bəxş etmişdir. Amma iqtisadiyyat əsasən neft üzərində qurularsa, 
onda bu, ölkənin zərərinə işləyər.  
S u a l:  Siz “Holland sindromu” təhlükəsindən ehtiyat edirsinizmi və bu təhlükəyə qarşı hansı 
tədbirləri görürsünüz?  
C a v a b: İndiyədək heç bir problem olmayıbdır. Amma biz belə təhlükənin qarşısının alınmasını nəzərdən 
qaçırmırıq. Biz gələcək inkişafımızda yalnız neft sektoruna ümid bəsləməməli, hər səhər dünya bazarlarında 
neftin qiymətini izləməklə kifayətlənməməliyik. Neftin yaratdığı imkanlardan istifadə edib iqtisadiyyatımızı 
hərtərəfli inkişaf etdirməliyik. Bu məqsədlə biz bu yaxınlarda regionların inkişaf proqramını qəbul etmişik və bu 
proqramda bütün tədbirlərin icra müddəti dəqiqliklə göstərilmişdir. İşimizi bu əsasda qurmağa çalışırıq. Biz çox 
gözəl bilirik ki, neft nə vaxtsa tükənəcəkdir. Ona görə də iqtisadi əsasları elə qurmalıyıq ki, onlar neft amilindən 
asılı olmasınlar.  
Lakin biz həm də realist olmalıyıq. Azərbaycan böyük ölkə deyildir və nəhəng neft potensialını nəzərə alsaq, 
neft amili hələ uzun müddət iqtisadiyyatda aparıcı rol oynayacaqdır. Amma biz “Holland sindromu”nun və onun 
nəticələrinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik. 
Bizim nailiyyətlərimiz çoxdur, potensialımız böyükdür. Amma eyni zamanda, sovet dövründən qalmış ağır miras 
da mövcuddur. Biz iqtisadiyyatımızı, cəmiyyətimizi və siyasi strukturlarımızı müasirləşdirərək Avropa standartlarına 
çatdırmalıyıq.  
S u a l:  Məlum olduğu kimi, Gürcüstanla Acarıstan arasında siyasi gərginlik yaşanır. Sizin neft 
kəməriniz isə Gürcüstandan keçəcəkdir. Azərbaycan Gürcüstanla birgə bu problemi həll etməyi 
düşünürmü?  
C a v a b: Dünən Gürcüstan prezidenti ilə görüşüm oldu. O, Acarıstandan yenicə qayıtmışdır. Hazırda 
vəziyyət nəzarət altındadır və gərginliyin azalması bizi də çox sevindirir.  
Bizim neft kəmərimiz isə Acarıstandan keçmir. Bu kəmər Gürcüstanın digər hissələrindən keçəcəkdir. 
Amma Gürcüstandakı  şərait layihənin həyata keçirilməsi üçün çox vacibdir. Eyni zamanda, hər üç ölkə – 
Azərbaycan, Gürcüstan və Türkiyə üzərinə öhdəliklər götürübdür. Bu öhdəliklərə  əsasən, neftin etibarlı  və 
təhlükəsiz daşınması  nəzərdə tutulur. Biz heç kimin təhlükəsizliyi təmin etmək qabiliyyətinə  şübhə etmirik. 
Ümidvarıq ki, Gürcüstan hökuməti əvvəlki kimi, indi də prosesləri nəzarət altında saxlaya biləcək və bizim neftin 
dünya bazarlarına çatdırılmasında problem olmayacaqdır.  


108 
 
S u a lQeyd etdiniz ki, Azərbaycan MDB məkanında adambaşına düşən xarici sərmayələrin həcminə 
görə liderdir. Dövlət Neft Şirkətini özəlləşdirməklə bu göstəricini daha yüksək səviyyəyə çatdırmaq 
olarmı? Bu şirkətin özəlləşdirilməsinə dair planlar mövcuddurmu? 
C a v a b:  İndiyədək belə planlar olmayıbdır. Amma gəlin, bir az məsələyə aydınlıq gətirək. Azərbaycan 
Dövlət Neft Şirkəti böyük bir qurumdur və onun tərkibinə bir sıra infrastrukturlar daxildir. 
Buraya neftayırma zavodlarını, tikinti müəssisələrini, qazma-istehsalat birlikləri və digərlərini aid etmək 
olar. Hökumətimiz bu sərvətləri Dövlət Neft Şirkəti vasitəsilə idarə edir. Ona görə  də özəlləşdirmə dedikdə, 
söhbət yalnız bu şirkətə daxil olan ayrı-ayrı istehsalat birliklərinin, avadanlıqların və qurğuların 
özəlləşdirilməsindən gedə bilər. Dövlətə  məxsus təbii sərvətlərin özəlləşdirilməsindən söhbət gedə bilməz. 
Əslində, Dövlət Neft Şirkətinin özəlləşdirilməsi prosesinə başlanılıbdır. Əvvəllər dövlətə məxsus olan bir sıra 
qurumlar artıq xüsusi mülkiyyətə verilmişdir. O ki qaldı quruda və dənizdə olan təbii sərvətlərə, onlar dövlətin 
inhisarında qalacaqdır.  
S u a lAzərbaycanın ənənəvi olaraq İranla yaxşı münasibətləri olmuşdur. Xəzər dənizinin sərhədlərə 
bölünməsi məsələsinə dair isə müəyyən problemlər vardır. Siz xüsusi danışıqlar aparmağı  nəzərdə 
tutursunuzmu? Məlumdur ki, bp şirkəti "Alov" yatağında qazma işlərinə başlamaq istəyirdi.  
C a v a b:  Əlbəttə, biz istərdik ki, məsələ ilə bağlı geniş müzakirələr aparılsın. Eyni zamanda, biz 5 
Xəzəryanı dövlətin yaratdığı ünsiyyəti qənaətbəxş hesab edirik. Bir neçə gün əvvəl Bakıda növbəti danışıqlar 
keçirildi və biz ümid edirik ki, bu məsələ ilə əlaqədar razılıq əldə olunacaqdır.  
Deyə bilərəm ki, Xəzər dənizinin statusuna dair ümumi razılığın olmamasına baxmayaraq, son 10 ildə xarici 
sərmayəçilər buraya milyardlarla dollar vəsait yatırmışlar. Biz daha 5–10 il ümumi razılıq olmadan layihələri 
həyata keçirə bilərik. Amma, əlbəttə, razılığın mümkün qədər tez əldə olunmasını istəyirik, bununla biz bu 
mövzuya nöqtə qoymuş olarıq. İstədiyimiz beynəlxalq hüquq normalarına və beynəlxalq təcrübəyə əsaslanmış 
son razılığın əldə olunmasıdır.  
S u a lBu məsələ ilə əlaqədar dediyiniz müddət son dövr sayılmalıdır?  
C a v a b: Xeyr. Biz son vaxt həddi müəyyən etməmişik. Mən dedim ki, biz 10 il bunsuz yaşamışıq və bəlkə 
də 10 il və yaxud da 100 il də yaşaya bilərik. Bu mövzunun bizim neft və qaz layihələrinə təsiri yoxdur. Lakin 
bizim dövlətlərarası münasibətlərə, regional əməkdaşlığa mənfi təsiri vardır. Biz istəyirik ki, Xəzər dənizi 
əməkdaşlıq regionu olsun. Əgər bu məsələ həll edilməsə, bu əməkdaşlıq mümkün olmayacaq.  
S u a l2002-ci ildə GUÖAM ölkələri – Azərbaycan, Ukrayna, Gürcüstan azad ticarət haqqında saziş 
imzaladılar. Həmin ölkələrin iqtisadi səviyyəsinin eyni olmaması baxımından bu sazişi necə 
qiymətləndirirsiniz?  
C a v a b: Zənnimcə, GUÖAM səmərəli bir təşkilat olmaq istəyirsə, bu cür məsələlərə xüsusi diqqət 
yetirilməlidir. Ölkələrdəki iqtisadi inkişaf səviyyəsi müxtəlif olsa da, mövcud problemlər, əsasən, eynidir. Biz 
hamımız Sovet İttifaqının tərkibində olmuşuq və hamımıza həmin dövlətdən eyni çətinliklər miras qalmışdır.  
Biz oxşar iqtisadi və sosial problemlərlə üzləşirik. Doğrudur, müstəqillikdən sonra bu ölkələr müxtəlif cür – 
bəziləri daha çox, bəziləri isə az inkişaf etmişdir. Ancaq bu, əməkdaşlığa maneə törətməməlidir. GUÖAM 
ölkələri tərəfdaşlardır və bu təşkilatın timsalında biz regional əməkdaşlığın daha da inkişaf etdirilməsinin 
mümkünlüyünü görürük.  
İqtisadi baxımdan çox iş görülməlidir. Təşkilatın möhkəm iqtisadi əsasları olmalıdır. Bununla da, Böyük 
İpək yolu layihəsini, TRASEKA, Şərq–Qərb dəhlizi layihəsini canlandırmaq lazımdır. Azərbaycanın coğrafi-
siyasi mövqeyi elədir ki, biz Şərq–Qərb və Şimal–Cənub dəhlizləri kəsiyindəyik. Bu bizim üstünlüyümüzdür və 
bundan ölkəmizin xeyri və inkişafı üçün istifadə etmək istərdik. Bu baxımdan GUÖAM vacib rol oynaya bilər. 
Mən Ukraynanın prezidenti ilə bir neçə dəfə görüşmüşəm, bu yaxınlarda Gürcüstan prezidenti Azərbaycana səfər 
etmişdir. Bu gün və dünən biz Bratislavada da onunla fikir mübadiləsi aparmışıq. Yaxın günlərdə Özbəkistana get-
məyi planlaşdırıram. Mənim səfərlərimin coğrafiyası onu göstərir ki, biz bu inteqrasiya prosesinə sadiq qalırıq.  
S u a lSizin həm də Azərbaycanı Avropaya daha da yaxınlaşdırmaq istəyiniz vardır... 
C a v a b: Bəli, birinci mövzu heç də Siz dediyinizə zidd deyildir. Biz özümüzü Avropanın bir hissəsi hesab 
edirik, üç ildən artıqdır ki, Avropa Şurasının üzvüyük, qanunvericiliyimizdə bir sıra dəyişikliklər edərək onu 
demək olar ki, tamamilə Avropa ölkələrinin qanunvericiliyinə uyğunlaşdırmışıq. Biz ölkəmizdə bazar 
iqtisadiyyatının bərqərar olması üçün islahatlar həyata keçiririk, beynəlxalq maliyyə qurumlarının, Beynəlxalq 
Valyuta Fondunun tövsiyələrini nəzərə alırıq. Bir sözlə, biz bu inteqrasiyaya hazırıq. Bu gün də Avropa 
Birliyinin komissarı ilə görüşüm olmuşdur. Biz cənab Verhögenlə razılaşdıq ki, bu prosesi sürətləndirmək 
lazımdır. Avropa Birliyi Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etmişdir ki, bu da çox müsbət haldır.  
Beləliklə, proses başlanmışdır. Biz hadisələri qabaqlamaq istəmirik, lakin gecikmək də istəmirik. Biz lazımi 
vaxtda lazımi yerdə olmaq istəyirik.  
M ü x b i r: Mən Sizə uğurlar arzu edirəm. Müsahibəyə görə çox sağ olun. 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə