İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   38   39   40   41   42   43   44   45   ...   84

112 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEVİN  
ÖZBƏKİSTANA SƏFƏRİ 
 
 
23 mart 2004-cü il 
 
Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev Özbəkistan Respublikasının prezidenti İslam 
Kərimovun dəvəti ilə  bu ölkədə ilk dövlət səfərində olmuşdur.  
Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə  bəzədilmiş "Daşkənd–2" hava limanında Azərbaycan 
prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.  
Prezident İlham Əliyevi Özbəkistanın rəsmi şəxsləri səmimiyyətlə qarşıladılar.  
Milli geyimli qızlar prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim etdilər.  
Azərbaycan prezidenti İlham  Əliyev hava limanından Özbəkistan prezidentinin "Durmen" iqamətgahına 
gəldi.  
 
 
ÖZBƏKİSTAN PREZİDENTİNİN  
İQAMƏTGAHINDA RƏSMİ QARŞILANMA  
MƏRASİMİ 
 
Özbəkistan prezidentinin iqamətgahı qarşısında dövlətimizin başçısının  şərəfinə  fəxri qarovul dəstəsi 
düzülmüşdü.  
Özbəkistan prezidenti İslam Kərimov və xanımı Tatyana Kərimova dövlətimizin başçısını  və xanımı 
Mehriban Əliyevanı iqamətgahın önündə  hərarətlə, hörmət və ehtiramla qarşıladılar.  
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan rəsmi nümayəndə heyətini prezident İslam Kərimova təqdim 
etdi.  
Özbəkistan prezidenti İslam Kərimov Özbəkistanın yüksək vəzifəli şəxslərini prezident İlham Əliyevə təqdim 
etdi.  
 
 


113 
 
 
ÖZBƏKİSTAN PREZİDENTİ  
İSLAM KƏRİMOV İLƏ TƏKBƏTƏK GÖRÜŞ 
 
23 mart 2004-cü il 
 
Rəsmi qarşılanma mərasimindən sonra "Durmen" iqamətgahında Azərbaycan prezidenti İlham  Əliyev ilə 
Özbəkistan prezidenti İslam Kərimov arasında təkbətək görüş oldu.  
Özbəkistan rəhbəri Azərbaycan dövlətinin başçısını bir daha salamlayaraq onun Daşkəndə dövlət səfərini 
yüksək qiymətləndirdi və bu səfərin uğurla keçəcəyinə əminliyini vurğuladı.  
Prezident  İlham  Əliyev Özbəkistana dövlət səfərinə  dəvətə görə minnətdarlığını bildirdi, dost-qardaş 
ölkələrimiz və xalqlarımız arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əmin olduğunu söylədi.  
Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli 
əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və  Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və 
beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir 
mübadiləsi aparıldı. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin 
artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə 
böyük diqqət yetirdilər. 
 
 
 
 
* * * 
Dövlət başçılarının təkbətək görüşü başa çatdıqdan sonra "Durmen" iqamətgahının konfrans salonunda 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə Özbəkistan Respublikasının prezidenti İslam Kərimov 
arasında geniş tərkibdə görüş oldu. 
İ s l a m   K ə r i m o v:  Mən Azərbaycanın yeni prezidenti İlham  Əliyevi Özbəkistan torpağında 
salamlamaqdan, səmimi hörmət və ehtiramımı ifadə etməkdən böyük məmnunluq duyduğumu bildirirəm. 
Biz Azərbaycan prezidentinin Özbəkistana dövlət səfərini ölkələrimiz arasında hərtərəfli  əməkdaşlığın 
inkişafında və dərinləşməsində mühüm mərhələ kimi qiymətləndiririk. Zənnimcə, xalqlarımız arasında qarşılıqlı 
münasibətlərin, yaxınlığın, əsrlərin dərinliklərinə gedib çıxan köklərindən, hətta milli adət və ənənələrimizin, dil 
və  mədəniyyətimizin ümumiliyindən danışmağa lüzum yoxdur. Bu gün sübuta ehtiyac yoxdur ki, ölkələrimiz 
arasındakı belə yaxınlıq və hörmət münasibətlərimizi qarşılıqlı etimad və qarşılıqlı yardım  əsasında qurmaq 
üçün əlverişli, nadir imkan yaradır. 
Bu imkandan istifadə edərək təkcə öz adımdan deyil, həm də bütün ictimaiyyətimiz və xalqımız adından 
atanız Heydər  Əlirza oğlu  Əliyevə çox dərin hörmət hissləri bəslədiyimizi bildirmək istərdim. Onu 
Özbəkistanda görkəmli  şəxsiyyət kimi, bütün ömrünü, tükənməz enerjisini və  təkrarolunmaz istedadını öz 
vətəninə, öz xalqına həsr etmiş insan kimi tanıyırlar. Heydər  Əliyev Azərbaycan ilə Özbəkistan arasında 
münasibətlərin inkişafı  və möhkəmlənməsi üçün çox işlər görmüşdür. Onu mübaliğəsiz olaraq müasir 
Azərbaycanın memarı adlandırmaq olar. O öz ölkəsini, xalqını dirçəltdi, çox ağır sınaqlardan çıxardı, 
Azərbaycanı dünya meydanına çıxarmaq üçün lazımi baza yaratdı. 
İlham Heydəroviç, zənnimcə, Heydər  Əliyeviçin apardığı siyasətin prinsiplərinə Sizin sadiqliyiniz 
Özbəkistanda bizə, ictimaiyyətimizə, xalqımıza belə bir böyük inam təlqin edir ki, Özbəkistan ilə Azərbaycan 
arasında münasibətlərin gözəl perspektivləri var və biz bu yolla cəsarətlə gedə bilərik.  
Hörmətli dostlar, Özbəkistan Azərbaycanı regionda və müasir dünyada özünün mühüm tərəfdaşı hesab edir. 
Azərbaycanın coğrafi–siyasi və iqtisadi əhəmiyyəti getdikcə artır. Hesab edirik ki, Özbəkistan–Azərbaycan 
münasibətlərinin böyük potensialı var. Biz sizin ölkənizlə münasibətləri hərtərəfli  şəkildə inkişaf etdirmək 
niyyətindəyik.  İlham Heydəroviçlə yenicə başa çatan təkbətək danışıqlarda biz Özbəkistan–Azərbaycan 
münasibətlərinin vəziyyətini  ətraflı müzakirə etdik, Mərkəzi Asiyadakı, Cənubi Qafqazdakı  vəziyyət barədə 
fikir mübadiləsi apardıq, iri regional layihələrin həyata keçirilməsinin perspektivlərini, o cümlədən nəqliyyat və 
energetika məsələlərini nəzərdən keçirdik. Biz müzakirə edilən bütün əsas məsələlər barədə razılığa gələ  və 
beynəlxalq meydanda prinsipial mövqelərimizi və qarşılıqlı fəaliyyətimizi razılaşdıra bildik. Biz belə bir ümumi 
rəyə  gəldik ki, postsovet məkanında və bütün dünyada baş verən mürəkkəb və birmənalı olmayan proseslər 
şəraitində ölkələrimizin xarici siyasət xətlərini əlaqələndirməyin xüsusi əhəmiyyəti var. Biz razılığa gəldik ki, 
yüksək səviyyədə müntəzəm siyasi məsləhətləşmələr praktikasını davam etdirəcəyik. Ölkələrimiz beynəlxalq 
terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və dini ekstremizm ilə qətiyyətli mübarizə aparılması məsələsində 
prinsipial mövqe tuturlar. Daşkənd və Bakı bu transmilli təhdidlərə qarşı durmaq üçün istər ikitərəfli səviyyədə
istərsə  də beynəlxalq təşkilatlar çərçivəsində  əməkdaşlığın daha da inkişaf etdirilməsindən ötrü xeyli siyasi 
ehtiyatlara malikdirlər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə