İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   46   47   48   49   50   51   52   53   ...   84

128 
 
 
DAŞKƏNDDƏ HEYDƏR ƏLİYEV  
ADINA AZƏRBAYCAN MƏDƏNİYYƏT  
MƏRKƏZİNİN AÇILIŞ  
MƏRASİMİNDƏ ÇIXIŞ 
 
24 mart 2004-cü il 
 
Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı mərasimi oldu. Azərbaycan 
Respublikasının prezidenti İlham  Əliyev, Özbəkistanın Baş naziri Şavkat Mirziyayev mərasimdə  iştirak 
edirdilər.  
Mərasimə Özbəkistanda akkreditə olunmuş  səfirliklərin rəhbərləri, Azərbaycan diasporunun və Daşkənd 
ictimaiyyətinin nümayəndələri toplaşmışdı.  
Əvvəlcə  Mədəniyyət Mərkəzinin yerləşdiyi küçəyə ümummilli liderimiz Heydər  Əliyevin adının verilməsini 
bildirən lövhənin açılışı oldu. Prezident İlham  Əliyev mərasimə toplaşanların alqış  sədaları altında lövhənin 
üzərindəki örtüyü götürdü.  
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısında qoyulmuş abidəsinin 
açılışı oldu. Dövlətimizin başçısı abidənin üzərindən örtüyü götürdü.  
İ l h a m   Ə l i y e v:  Əziz dostlar! 
Dünən dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı zamanı Özbəkistanın prezidenti hörmətli 
İslam Abduqəniyeviç Kərimov çıxış edərkən mən onun dediklərinin, demək olar ki, hamısını başa düşdüm. O, 
özbək dilində  çıxış edirdi. Mən Azərbaycan dilində  çıxış edərkən o da mənim dediklərimin hamısını başa 
düşürdü. Bu bir daha göstərir ki, bizim xalqlarımız nə qədər yaxındır.  
Bu imkandan istifadə edərək Azərbaycan dilinin özbəklər üçün ana dili qədər yaxın olduğunu və özbək 
dilinin azərbaycanlılar üçün doğma olduğunu nəzərə alaraq mən sizin qarşınızda Azərbaycan dilində çıxış etmək 
istərdim.  
Hörmətli xanımlar və cənablar! 
Əziz bacılar və qardaşlar! 
Mənim Özbəkistana dövlət səfərimin ikinci günüdür. Bu səfər çox uğurlu keçir. Səfər çərçivəsində aparılmış 
ikitərəfli danışıqların nəticəsi olaraq iki ölkə bir-birinə daha da yaxın olmuşdur. Özbəkistanın prezidenti 
hörmətli cənab Kərimovla apardığımız söhbətlər  əsnasında bir daha əmin olduq ki, bütün  məsələlərdə – 
ikitərəfli əlaqələr, regional əməkdaşlıq sahəsində mövqelərimiz üst-üstə düşür.  
Özbəkistan və Azərbaycan uzun illərdir ki, bir-birinə kömək edir, arxa və dayaq durur. Bu səmimi 
münasibətlərin  əsasını xalqlarımızın ümummilli liderləri  İslam Kərimov  və Heydər  Əliyev qoymuşlar. 
Azərbaycanın hazırkı prezidenti kimi, mən bu siyasətə sadiqəm, onu davam etdirəcəyəm. Mənə göstərilən 
hörmət, ehtiram və diqqət bir daha əminlik hissi yaradır ki, xalqlarımız həmişə olduğu kimi, bundan sonra da 
uğurlara doğru çiyin-çiyinə addımlayacaqlar.  
Bu gün Azərbaycanın və Özbəkistanın tarixində çox əlamətdar bir gündür. Özbəkistanın paytaxtı Daşkənd 
şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binasının açılışıdır.  
Mədəniyyət mərkəzi çoxdan fəaliyyət göstərirdi, lakin binası yox idi. Özbəkistanda yaşayan 
azərbaycanlıların və özbək qardaşlarımızın, digər millətlərin nümayəndələrinin, Özbəkistan prezidenti cənab 
Kərimovun bilavasitə köməyi və  dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binası tikilib istifadəyə 
verilir. Əminəm ki, mərkəzdə keçiriləcək tədbirlər, o cümlədən ana dilində aparılacaq tədris proqramları burada 
yaşayan azərbaycanlılara böyük fayda verəcəkdir. 
Eyni zamanda, bizim özbək qardaşlarımız da bu mərkəzin əziz qonaqları olacaqlar.  
Buradakı küçəyə Heydər Əliyevin adı verilmişdir. Bu qərara görə Azərbaycan Respublikasının prezidenti və 
Heydər Əliyevin oğlu kimi, mən Özbəkistan prezidenti cənab Kərimova öz minnətdarlığımı bildirirəm.  
Eyni zamanda, Mədəniyyət mərkəzinin qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır.  
Heydər  Əliyevin müasir Azərbaycanın tarixində müstəsna xidmətləri vardır. 1993-cü ildə  məhz onun 
hakimiyyətə təkrar qayıdışından sonra Azərbaycanda böhrana və xaosa son qoyuldu. Ölkəmiz o ağır sınaqlardan 
ləyaqətlə çıxa bildi. O vaxt ölkəmizdə vəziyyət çox ağır idi. Əgər Heydər Əliyevin qətiyyəti, iradəsi və cəsarəti 
olmasaydı, ölkəmizi böyük bəlalar gözləyə bilərdi.  
Son on il ərzində Azərbaycan öz müstəqilliyini möhkəmləndirmiş,  iqtisadi potensialını gücləndirmişdir. Bu 
gün ölkəmiz dünyada öz layiqli yerini tuta bilmişdir və bütün sahələrdə sürətlə inkişaf edir. Əminəm ki, 
xalqımız bundan sonra sabitlik şəraitində, sülh və əmin-amanlıq şəraitində yaşayacaqdır. Azərbaycan xalqının 
ən böyük arzusu və istəyi ondan ibarətdir ki, ölkəmizdə sülh və sabitlik olsun, qayda-qanuna riayət edilsin, 


129 
 
iqtisadi və sosial məsələlər öz həllini tapsın. Azərbaycan rəhbərliyi buna nail olmaq üçün əlindən gələni 
əsirgəməyəcəkdir.  
Bu iki gün ərzində mən çox böyük hörmət, qonaqpərvərlik, diqqət gördüm. Bütün bunlara görə, ilk növbədə, 
Özbəkistan Respublikasının prezidenti, Azərbaycan xalqının  əziz dostu İslam Abduqəniyeviç Kərimova bir 
daha öz minnətdarlığımı bildirmək istəyirəm.  
Əmin olduğumu bildirmək istəyirəm ki, bu səfərdən sonra ölkələrimiz və xalqlarımız arasında dostluq, 
qardaşlıq münasibətləri daha da güclənəcəkdir. Biz hamımız birlikdə yeni qələbələrə doğru addımlayacağıq.  
Bir daha sizi təbrik edirəm. Cansağlığı, səadət və xoşbəxtlik arzulayıram. 


130 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEV SƏMƏRQƏNDDƏ  
 
24 mart 2004-cü il 
 
Azərbaycan prezidenti İlham Əliyev dünyanın qədim şəhərlərindən olan Səmərqəndə gəldi.   
Dövlətimizin başçısını Özbəkistanın Baş naziri Şavkat Mirziyayev müşayiət edirdi.  
Prezident  İlham  Əliyevi hava limanında Səmərqənd vilayətinin hakimi Rüstəm Xolmuradov dostcasına, 
mehribanlıqla qarşıladı.  
Azərbaycanın prezidenti əvvəlcə Uluqbəy rəsədxanasına gəldi. Dövlətimizin başçısına məlumat verildi ki, bu 
rəsədxana  Əmir Teymurun nəvəsi, məşhur özbək astronomu Uluqbəy tərəfindən XV əsrdə yaradılmışdır. 
Sonrakı dövrlərdə bura uçulub dağılsa da, XX əsrin əvvəllərində bu rəsədxananın qalıqları tapılmış və yenidən 
bərpa olunmuşdur.  
Sonra prezident İlham  Əliyev Səmərqəndin  ən qədim abidələrinin yerləşdiyi  ərazidəki  Əfrasiyab muzeyinə 
gəldi. 1970-ci ildə yaradılmış bu muzeydə eramızdan  əvvəl 5-4-cü və bizim eramızın 7-8-ci əsrlərinə aid 
arxeoloji tapıntıları, müxtəlif qədim bəzək əşyaları saxlanılır.  
Azərbaycan prezidenti Səmərqəndin qədim mədrəsələrinin binaları ilə də yaxından tanış oldu.  
Səmərqənd şəhərinin tarixi-mədəni yerləri ilə tanışlığı davam etdirən prezident İlham Əliyev Əmir Teymurun 
dəfn olunduğu Gur Əmir türbəsinə gəldi. XV əsrdə inşa edilmiş bu türbədə Teymurilər sülaləsindən olan digər 
hökmdarların da məzarları var. Dövlətimizin başçısına türbənin tikintisi barədə ətraflı məlumat verildi.  
Azərbaycan prezidenti İlham Əliyev Bibixanım məscidinə  də  gələrək, XV əsrin yadigarı olan bu memarlıq 
abidəsinə tamaşa etdi, habelə Səmərqəndin ən böyük ticarət obyekti sayılan "Siab" bazarı ilə tanış oldu.  
 
Şəhərlə tanışlıqdan sonra jurnalistlərə müsahibə 
 
S u a lCənab Prezident, 1997-ci ildə prezident Heydər Əliyev Özbəkistana səfər etmişdi və bu səfər 
zamanı iki ölkə arasında  əlaqələrin inkişafına dair mühüm danışıqlar aparılmış  və  sənədlər 
imzalanmışdır. O, həmçinin Səmərqənd şəhərində də olmuşdu. Bu gün Siz bizim prezidentimizlə bu əla-
qələrin inkişafına dair danışıqlar aparmısınız. Bu danışıqlarda hansı məsələləri müzakirə etdiniz?  
C a v a b: Qeyd etdiyiniz kimi, Azərbaycan prezidenti Heydər Əliyev Özbəkistanda rəsmi səfərdə olarkən 
Səmərqənd  şəhərinə  də  gəlmişdi. Səfərdən sonra ölkələrimizin  əlaqələri daha da güclənmişdir. O vaxtdan bu 
günə  qədər aramızda olan bütün ikitərəfli məsələlər öz müsbət həllini tapmışdır. Azərbaycanla Özbəkistan 
qardaş ölkələrdir, tərəfdaşlardır və bu, davam edir. Mənim səfərim də dostluq əlaqələrinin davamında mühüm 
rol oynayacaqdır. İkitərəfli əlaqələrimiz əvvəllər olduğu kimi, bundan sonra da inkişaf edəcəkdir. Özbəkistanın 
prezidenti hörmətli  İslam Kərimovla imzaladığımız ikitərəfli sənədlər və digər sənədlər gələcəkdə  uğurlu 
əməkdaşlıq üçün gözəl bir zəmindir. Mən gələcəyimizi çox parlaq görürəm. Xalqlarımız və ölkələrimiz bir-
birinə yaxındır. Şəxsən mən əlimdən gələni edəcəyəm ki, ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf 
etsin.  
S u a lCənab Prezident, bu Sizin Özbəkistana ilk dövlət səfərinizdir və  çox səmərəli keçdi. Bu gün də 
Siz qədim Səmərqənddə oldunuz. Ümumi təəssüratınız necədir?  
C a v a b: Təəssüratım çox müsbətdir. Artıq mən bu məsələyə toxundum. Bu səfəri çox yüksək 
qiymətləndirirəm. Apardığımız bütün söhbətlər zamanı toxunduğumuz məsələlərə dair fikirlərimiz üst-üstə 
düşmüşdür. İkitərəfli əlaqələr inkişaf edir. Düzdür, ticarət sektorunda hələ də lazımi nəticələr əldə olunmayıbdır. 
Lakin bunun obyektiv səbəbləri vardır. Kommunikasiyaların lazımi səviyyədə olmaması ticarət  əlaqələrinə 
müəyyən çətinliklər yaratmışdır. Amma bu istiqamətdə  də hökumətlərimiz arasında yaradılmış komissiya 
işləyəcəkdir və öz təkliflərini bizə təqdim edəcəkdir.  
Regional məsələlərə baxışlarımız, demək olar ki, eynidir. Özbəkistan və Azərbaycan rəhbərliyi dünyada 
gedən proseslər ətrafında da vahid mövqedən çıxış edir.  
Bildiyiniz kimi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Özbəkistan həmişə 
Azərbaycanın mövqeyini dəstəkləmişdir və bu gün də dəstəkləyir. Hörmətli İslam Kərimovun bəyanatı bunu bir 
daha təsdiq edir. Özbəkistan bu münaqişənin həllini yalnız Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində görür. 
Buna görə biz bu ölkənin rəhbərliyinə çox minnətdarıq. Eyni zamanda, Azərbaycanın tarixinə, bu gününə 
göstərilən hörmət bizi çox sevindirir. Nizami Gəncəvinin heykəlinin ucaldılması, Heydər  Əliyevin abidəsinin 
ucaldılması və onun adına küçə verilməsi bizim qardaşlığımızın təzahürüdür.  
Əminəm ki, bu səfərdən sonra ikitərəfli əlaqələr daha da güclənəcəkdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə