İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


ATƏT-in  HAZIRKI SƏDRİ İLƏ GÖRÜŞ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   35   36   37   38   39   40   41   42   ...   84

103 
 
 
ATƏT-in  HAZIRKI SƏDRİ İLƏ GÖRÜŞ 
 
19 mart 2004-cü il 
 
Konfransın birinci hissəsinin gedişi zamanı Bratislavadakı Milli Filarmoniyanın binasında Azərbaycan 
prezidenti İlham Əliyev ATƏT-in hazırkı sədri, Bolqarıstanın Xarici İşlər naziri Solomon Passi ilə görüşmüşdür. 
ATƏT-in sədri Bakıda prezident İlham  Əliyevlə görüşünü xatırlatdı, Ermənistan–Azərbaycan, Dağlıq 
Qarabağ münaqişəsinin həlli məsələsi ilə yanaşı, Azərbaycanın Avropa strukturlarına inteqrasiyasına da 
toxundu. O, Bakıya səfərindən dərhal sonra prezident İlham Əliyevin 129 məhbusun əfv edilməsinə dair fərman 
imzalamasını yüksək qiymətləndirdi.  
Prezident  İlham  Əliyev bildirdi ki, ATƏT-in hazırkı  sədrinin Bakıya səfəri zamanı keçirilən görüşdə çox 
konstruktiv dialoq aparılmışdır və Azərbaycan Avropa strukturlarına daha sıx inteqrasiya siyasətini gələcəkdə 
də davam etdirəcəkdir.   
Səmimilik  şəraitində keçən görüşdə  Cənubi Qafqaz regionunda sabitlik və  təhlükəsizlik məsələlərinə dair 
fikir mübadiləsi aparıldı. 
 


104 
 
 
AVROPA BİRLİYİNİN KOMİSSARI İLƏ  
GÖRÜŞ 
 
19 mart 2004-cü il 
 
Azərbaycan prezidenti İlham  Əliyev martın 19-da Bratislavada "Daha geniş Avropaya doğru: yeni 
gündəlik" beynəlxalq konfransı çərçivəsində Avropa Birliyinin komissarı Günter Verhögen ilə görüşmüşdür. 
Avropa Birliyinin komissarı prezident İlham Əliyevi dövlət başçısı seçilməsi münasibətilə təbrik etdi, ona bu 
məsuliyyətli fəaliyyətində yeni uğurlar arzuladı. 
Prezident İlham Əliyev Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə son illərdə aparılan islahatlar 
barədə  ətraflı danışaraq bildirdi ki, demokratiyanın və bazar iqtisadiyyatının inkişafı yolunda qazanılmış 
nailiyyətlər məhz ölkədə yaradılmış sabitlik nəticəsində mümkün olmuşdur.  
Respublikamızın rəhbəri Avropa Birliyi ilə  əlaqələrin yüksək səviyyədə olduğunu, bu təşkilatın ölkəmizə 
iqtisadi yardımını, habelə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səylər göstərdiyini 
vurğuladı, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndə  təyin etməsini onun regionda fəaliyyətinin 
möhkəmlənməsi kimi qiymətləndirdi. 
Cənab Günter Verhögen Azərbaycanla Avropa Birliyi arasında  əlaqələrin durmadan inkişaf etdiyini 
vurğulayaraq dedi ki, Cənubi Qafqaz ölkələrinin "Daha geniş Avropa" təşəbbüsünə qoşulması barədə strateji 
sənədlə əlaqədar yaradılmış komissiyanın işi yaxın vaxtlarda yekunlaşacaqdır.  
O, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə  həlli istiqamətində Avropa 
Birliyinin səylərini artırdığını dedi və özünün yaxın vaxtlarda Bakıya səfər edəcəyini bildirdi. 
 
 
 


105 
 
 
NATO-nun BAŞ KATİBİ İLƏ GÖRÜŞ 
 
19 mart 2004-cü il 
 
Azərbaycan prezidenti İlham Əliyev Slovakiyaya səfəri çərçivəsində NATO-nun Baş katibi Yaap de Hoop 
Sxeffer ilə görüşmüşdür. 
Səmimilik şəraitində keçən görüş zamanı NATO ilə Azərbaycan arasında mövcud əlaqələr müzakirə olundu, 
ölkəmizin Avroatlantika strukturlarına inteqrasiyası məsələsinə toxunuldu, habelə NATO-nun bu ilin iyununda 
İstanbulda keçiriləcək sammitinə hazırlıq işlərinə dair fikir mübadiləsi aparıldı. 
Azərbaycan prezidenti İlham Əliyev NATO ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq dedi ki, ölkəmizin 
bu təşkilatla tərəfdaşlığı mütərəqqi xarakter daşıyır. O, Avroatlantika strukturlarına inteqrasiyanın mühüm olduğunu 
bir daha diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan bu istiqamətdə öz siyasətini bundan sonra da davam etdirəcəkdir. 
Yaap de Hoop Sxeffer xüsusi vurğuladı ki, NATO Cənubi Qafqaza daha çox diqqət yetirərək, Azərbaycanı bu 
təşkilatın vacib tərəfdaşı kimi qiymətləndirir. 
Görüşdə Azərbaycanla NATO arasında  əməkdaşlığa dair bir sıra məsələlər  ətrafında fikir mübadiləsi 
aparıldı, xüsusilə NATO ilə hərbi əməkdaşlığa dair Azərbaycanda hazırlanan fəaliyyət planı diqqətə çatdırıldı 
və bildirildi ki, bu plan artıq müzakirə olunmuşdur.  
Söhbət zamanı  Cənubi Qafqazda vəziyyətə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli 
perspektivlərinə də toxunuldu. Yaap de Hoop Sxeffer vurğuladı ki, Şimali Atlantika Alyansı münaqişənin tezliklə 
sülh yolu ilə həll olunmasını arzu edir və bu, NATO üçün xüsusi əhəmiyyət daşıyır. 
 
 


106 
 
 
"BLOOMBERQ" TELEVİZİYASININ  
MÜXBİRİNƏ MÜSAHİBƏ

 
 
Bratislava, Azərbaycan prezidentinin iqamətgahı 
 
19 mart 2004-cü il 
 
S u a l:  Cənab Prezident, müsahibəyə razılıq verdiyinizə görə sağ olun. Son vaxtlar Rusiya ilə 
Azərbaycan arasında münasibətlərdə mülayimləşmə müşahidə edilir. Siz bundan nə gözləyirsiniz?  
C a v a b: Bu proses artıq bir neçə il əvvəl, Rusiyaya Vladimir Putinin rəhbərlik etdiyi vaxtdan başlanmışdır. 
Həqiqətən, ölkələrimiz arasında çox əlamətdar, müsbət dəyişikliklər baş vermişdir – mövqelər yaxınlaşdırılmış, 
əvvəllər ziddiyyət doğuran məsələlər həllini tapmışdır. Bununla da həm Rusiya, həm də Azərbaycan yəqin 
etmişlər ki, bir-birinə rəqib olmaqla deyil, əməkdaşlıq etməklə daha böyük uğurlar qazanmaq mümkündür. İndi 
münasibətlər çox yüksək səviyyədədir, biz yaxşı qonşularıq, ikitərəfli məsələlərdə, eləcə də digər məsələlərdə 
aramızda, əslində, fikir ayrılığı yoxdur.  
Ümidlər əməkdaşlığımızı bundan sonra da möhkəmlətməkdən ibarətdir. Bu yaxınlarda mən Rusiyada rəsmi səfərdə 
oldum. Səfər çox uğurlu keçdi. Bir sıra mühüm sənədlər imzalandı, bütün məsələlərə dair çox geniş söhbət getdi. Biz 
normal, səmimi və mehriban qonşuluq münasibətləri olmasında maraqlıyıq. Elə Rusiyanın özü də. Odur ki, siyasi iradə 
olduqda, bu münasibətlər, təbii ki, real məzmunla dolğunlaşır.  
S u a l:  Bütün bu yaxşı münasibətlər Xəzərin bölgüsü məsələsinin həllinə  şərait yaradır. Daha bir 
problem var ki, o da Xəzər hövzəsinin sürətlə hərbiləşdirilməsidir. Siz buna necə baxırsınız?  
C a v a b: Yeri gəlmişkən, Xəzər problemi keçmişdə Rusiya ilə Azərbaycan arasında həmişə müxtəlif 
mövqelər doğurmuş  məsələlərdən biri idi. İndi, demək olar ki, bizim aramızda heç bir məsələ yoxdur. Biz 
sərhədimizin delimitasiyası haqqında Rusiya ilə ikitərəfli saziş imzalamışıq. Bizim Qazaxıstanla da sazişimiz, 
habelə Rusiya ilə Qazaxıstan arasında saziş var. Zənnimcə, bu ikitərəfli sazişlər çoxsahəli, hərtərəfli sazişin 
əsasını təşkil etməlidir. Çünki bu sənədlər tərəflərin qarşılıqlı mənafelərini tam əks etdirir.  
Regionda hərbi iştirakın artırılması  məsələsinə  gəldikdə isə, biz həmişə  Xəzər dənizinin 
silahsızlaşdırılmasının tərəfdarı olmuşuq. Azərbaycanın kifayət qədər hərbi donanması vardır, lakin biz hesab 
edirik ki, Xəzər dənizi sülh zonası olmalı, burada rəqabət yox, əməkdaşlıq hökm sürməlidir. Xəzər dənizində 
bölünməli heç nə yoxdur, hər ölkənin öz sektoru vardır, dənizin sektorlara bölünməsi artıq heç kimdə heç bir 
sual doğurmur. Bu gün yalnız sektorlara bölünmənin bəzi aspektləri ilə bağlı  məsələ mövcuddur. Biz həmişə 
beynəlxalq hüquq və beynəlxalq təcrübə normalarını  əsas götürmüşük, Rusiya və Qazaxıstanla imzaladığımız 
sazişlər də bunu təsdiq edir. Zənnimcə, biz birgə səylərlə Xəzər dənizində gərginliyi artırmağa yox, azaltmağa 
çalışmalıyıq.  
S u a lAzərbaycanda və Gürcüstanda baş vermiş dəyişikliklər dünya ictimaiyyətinin diqqətini cəlb etdi. 
İndi siz Avropaya üz tutmusunuz, eyni zamanda, hesab edirsiniz ki, bu qarışıq dövrdə Qafqazın İranla da, 
İraqla da yaxşı münasibətləri olmalıdır.  
C a v a b: Bizim siyasətimiz çoxcəhətlidir. Hər bir ölkə kimi, Azərbaycanın da xarici siyasəti öz 
mənafelərinin qorunmasına, ölkəmizin milli mənafelərinin tam şəkildə  təmin olunmasına yönəlmişdir. Xarici 
siyasətdə bu, ilk növbədə, qonşu ölkələrlə – Rusiya, Türkiyə, Gürcüstan və  İranla, habelə dünya siyasətinin 
mühüm amilləri – Avropa Birliyi, Avropa cəmiyyəti ilə yaxşı münasibətlər qurulmasına əsaslanır. Azərbaycanın 
təcrübəsi sübut edir ki, bunların biri digərinə mane olmur. Amerika Birləşmiş  Ştatları ilə çox yaxşı 
münasibətlərimiz var, bir sıra geniş məsələlər üzrə Avropa Birliyi ilə, habelə İranla əməkdaşlıq edirik. Yəni biri 
digərini istisna etməməlidir.  
Biz həmişə çalışmışıq ki, ölkəmiz rəqabət yox, əməkdaşlıq meydanı olsun. Qafqaz çox mürəkkəb və təəssüf 
ki, çox təhlükəli regiondur. Belə gətirib ki, burada keçmişdə də, indi də çoxlu münaqişələr baş verir, onlardan 
biri də Azərbaycan  ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən davam etməkdə olan işğalıdır.  Əlbəttə, 
Qafqazda sülh və  əmin-amanlığın təmin edilməsinin həm Avropa, həm də bütün dünya üçün daha böyük 
əhəmiyyəti olacaqdır. Biz sülhə, təhlükəsizliyə can atırıq və ümid edirik ki, qalan ölkələr də bu istiqamətdə fəal 
işləyəcəklər.  
S u a l:  Cənab Prezident, Azərbaycan nefti dünya bazarlarına çatdırıldıqdan sonra ölkənizdəki 
iqtisadi vəziyyət yaxşılığa doğru xeyli dəyişmişdir. Növbəti illər üçün Sizin iqtisadi proqnozunuz necədir?  
C a v a b: Ölkəmizin gələcəyini parlaq görürəm. Bizim iqtisadi göstəricilərimizin artımı yalnız bu günlə 
bağlı deyildir. 1996-cı ildən başlayaraq, ümumi daxili məhsulun illik artımı 10 faiz təşkil edir, inflyasiya çox 
                                                 

 "Bloomberq" telekanalının verilişləri bütün dünyada 7 dildə yayımlanır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə