114
Beynəlxalq terrorizmlə mübarizənin indiki şəraitində radikalizm və ekstremizm ideologiyası ilə mübarizə,
mütərəqqi, tolerant islam dəyərlərinin dəstəklənməsi məsələləri xüsusilə aktualdır. Bütün dünyada hamılıqla
tanınmış, böyük mədəni potensiala malik olan Özbəkistan və Azərbaycan bu vəzifələrin
həyata keçirilməsində
güclü rol oynaya bilərlər. Qlobal antiterror tədbirlərinin fəal iştirakçıları olan Daşkənd və Bakı Əfqanıstanda
vəziyyətin tezliklə sabitləşdirilməsinə və onun iqtisadiyyatının dirçəldilməsinə tərəfdardırlar. Məlum olduğu
kimi, Özbəkistan bu ölkənin sosial-iqtisadi bərpasında yaxından iştirak edir, Kabilin beynəlxalq layihələrə cəlb
olunmasına çalışır. Biz Azərbaycanla bu istiqamətdə əməkdaşlığa ümid bəsləyirik.
Transəfqanıstan beynəlxalq dəhlizinin gerçəkləşməsi bütün regionun, o cümlədən Cənubi Qafqaz ölkələrinin
gələcəyi üçün həm mühüm iqtisadi, həm də strateji əhəmiyyətə malik olacaqdır.
Prezident İlham Əliyevlə hər iki
tərəfi narahat edən məsələləri, ilk növbədə iqtisadi əməkdaşlığın
vəziyyətini, həcmini – ölkələrimiz arasında əmtəə dövriyyəsinin səviyyəsinin qeyri-qənaətbəxş olmasını nəzərdə
tuturam – müzakirə edərkən biz belə bir yekdil fikrə gəldik ki, bu məsələdə kommunikasiyalarla bağlı ciddi
problemlər vardır. Kommunikasiyalar məsələsi həll edilməmişsə, necə ticarət əlaqəsi saxlamaq, əmtəə
dövriyyəsinin həcmini artırmaq olar? Bu, ilk növbədə,
Türkmənistan ərazisi, tranzit məsələsi ilə, gömrük rüsum-
larına dair həll olunmamış məsələlərlə, həm Özbəkistanda, həm də Azərbaycanda bəzi məmurların xudbin
mülahizələri ilə bağlıdır. Həmin məmurlar bəzən ölkələrimizin milli mənafelərinə zidd mövqe tuturlar. Mən
bunu deməyə başqa söz tapa bilmirəm.
Bu baxımdan kommunikasiya məsələlərinin, ilk növbədə Türkmənistan ərazisindən
keçən kommunikasiyalar
məsələsinin həlli bizim üçün çox çətin olmuşdur. Lakin hamıya aydındır ki, bu problemləri həll etmək,
Türkmənistanla razılığa gəlmək lazımdır ki, biz bir-birimizə daha da yaxın olaq, Azərbaycanla Özbəkistanın bir-
birinə daha yaxın olması bizim üçün vacibdir.
Dağlıq Qarabağ məsələsinin Azərbaycan tərəfi üçün nə kimi əhəmiyyəti olduğunu biz başa düşürük. Xüsusi
vurğulamaq istəyirəm ki, Özbəkistan Respublikası həmişə bu münaqişənin sülh yolu ilə siyasi həllinin tərəfdarı
kimi çıxış etmişdir və indi də çıxış edir. Birmənalı şəkildə demək istəyirəm ki, münaqişənin
nizama
salınmasının əsas şərti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır.
Hörmətli dostlar, ticarət-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edərkən
biz belə bir yekdil fikrə gəldik ki, əmtəə dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Özbəkistanı qane edir.
Lakin müəyyən irəliləyişlər vardır və bunlar da elə bu ilin əvvəlindən dəstəklənməlidir. Təkcə yanvar–fevral
aylarında Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 18 milyon dollar təşkil etmişdir. Bu, 2003-cü
ildəkindən çoxdur. Bu göstərici bizi sevindirir və istəyirik ki, bu meyllər daha da sürətlənsin. Bizim hökumət
qurumlarımız iqtisadi əməkdaşlığı əlaqələndirməli, istifadə edilməmiş ehtiyatları üzə çıxarmalı və birgə
mexanizmləri işə salmalıdırlar.
Biz
bilirik ki, Özbəkistan–Azərbaycan hökumətlərarası komissiyası kifayət qədər uğurla fəaliyyət göstərir,
lakin bununla belə, mən hesab edirəm ki, ən yaxın vaxtlarda gücümüzü toplamalı və İlham Heydəroviçin
Özbəkistana səfərindən sonra ticarət münasibətlərinin inkişafı üzrə istiqamətləri dəqiq müəyyənləşdirməliyik.
Ötən il ölkələrimiz arasında əmtəə mübadiləsinin 12–13 milyon dollar olması heç bir əndazəyə sığmır.
Hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş görüşünün nəticələri bir daha təsdiq etdi ki,
iqtisadi
münasibətləri inkişaf etdirmək üçün imkanlarımız vardır. Biz ölkələrimizin müəssisələri ilə maliyyə qurumları
arasında birbaşa əlaqələr qurmalı, Azərbaycanın bizə sata biləcəyi və bizdən ala biləcəyi məhsulların çeşidinə və
nomenklaturasına yenidən baxmalıyıq. Daşkənddəki Çkalov adına zavodun buraxdığı təyyarələrə Azərbaycanın
aviasiya xidmətinin maraq göstərməsi bizi çox sevindirir. Azərbaycanın lizinq şərtləri ilə iki ədəd İL-76
təyyarəsi alması bu istiqamətdə ilk addımdır. Özbəkistanda istehsal edilən minik avtomobillərinin alınmasında
da ilk addım atılmışdır. Müvafiq qurumlarımız bu məhsulların təqdimatına ciddi yanaşmalı və məhz Azərbaycan
tərəfinin şərtlərini diqqətlə öyrənməlidirlər. Onlar həm bu avtomobilləri satan, həm də onlara xidmət göstərən
müvafiq mərkəzlər yarada bilərlər. Azərbaycanın təyyarələrin bizim müəssisələrdə təmir olunmasına və
aviatorlar arasında kadr mübadiləsinə maraq göstərməsini alqışlayırıq.
Özbəkistan Azərbaycanın neft-qaz məhsulları, avadanlıq, habelə qara metal və digər məhsullar satışı
sahəsində böyük potensialını nəzərə alaraq onunla əməkdaşlığa böyük maraq göstərir.
Biz həm Azərbaycan,
həm də Özbəkistan ərazisində müştərək müəssisələr yaratmağı çox istəyirik. Məsələn, Özbəkistanda buraxılan
traktorların Azərbaycanda yığılması və sonradan müstəqil müəssisəyə çevrilməsi, eləcə də Bakı zavodunun
iştirakı ilə Daşkənddə kondisionerlər istehsal edən müəssisə yaradılması ideyasını dəstəkləyirik. Biz pambıq-
çılarımızın əməkdaşlığını da çox vacib hesab edirik. İlham Heydəroviç, mən Sizi belə adlandıranda, az qalır
Heydər Əliyeviç deyim, çünki bu ad mənim üçün çox əzizdir - vaxtilə Özbəkistan kimi, Azərbaycan da
pambıqçılığın inkişafı ilə ad çıxarmışdı. Bu gün fəxr edə bilərik ki, ölkəmizdə bu sahə yeni əsasda inkişaf edir.
Bizim Liverpul, Nyu-York pambıq birjaları ilə çox yaxın münasibətlərimiz vardır.
Mən daha bir məsələ – TRASEKA nəqliyyat dəhlizinin inkişafında qarşılıqlı fəaliyyətin
gücləndirilməsi
məsələsi üzərində dayanmaq istərdim. Biz İlham Heydəroviçlə bu mövzuda danışdıq. Çox vacibdir ki, Avropa