İnnovasiya menecmenti



Yüklə 23,83 Kb.
səhifə2/2
tarix17.05.2023
ölçüsü23,83 Kb.
#110912
1   2
referat 2885 (1)

böyük innovasiya. Bunların nəticəsində inqilabi yeniliklər həyata keçirilir ki, istehsal strukturunu, idarəetməni və iqtisadi inkişafın sürətini kökündən dəyişir.

  • radikal innovasiya. Elmi ideyalar və ixtiralarla nəticələnir ki, bunların da əsasında texnoloji sistemlərin keyfiyyətinin kökündən dəyişdirilməsi və yeni istehsal sahələrinin yaranması mümkün olur.

  • prinsipial innovasiya. Böyük ixtiralar və elmi- texniki təkliflərlə nəticələnir ki, bunların da bazasında texnikanın yenisi ilə əvəz edilməsi ilə şərti ilə yeni texnologiya yaranır.

  • təkmilləşdirilmiş innovasiya. Mövcud texnologiyanın, obyektlərin, məhsulun və texnikanın təkmilləşdirilməsinə yönəldilmiş innovasiyadır.

  • sadə innovasiya. Bunun vasitəsilə istehsalda istifadə edilən texnika və texnologiyanın texniki- iqtisadi parametrlərinin bir müddət saxlanmasına nail olunur.

    Menecmentin bu formasının fərqli xüsusiyyəti ondan ibarətdir ki, o, elm və texnikadan geniş istifadə edilməsinə, yeni texnologiyanın hərtərəfli tətbiqinə, yeni texnologiyanın özünün hərtərəfliliyinə, məhsulun keyfiyyətinin yüksəldilməsinə, yaradıcılıq axtarışları və yeniliklər, idarəetmədə yeni mütərəqqi formaların tətbiqi əsasında istehlakçıların tələbatının ödənilməsinə və beləliklə də iqtisadi artımın əldə edilməsinə yönəldilmişdir.
    Bildiyimiz kimi, SSRİ- nin dağılması və Azərbaycan Respublikasının müstəqillik əldə etməsi ölkəmizin qarşısında keçmiş dövrə məxsus olmayan, həllini gözləyən yeni problemlər çıxardı. Müstəqil iqtisadi sistemin yaradılması. Bu sistemin dünya iqtisadi sisteminə müvəffəqiyyətlə inteqrasiya edə bilməsinin zəruriliyi yeni problemlərin müəyyən edilməsii təmin edir. Iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün ölkə iqtisadiyyatının innovasiya rolu ilə inkişaf etdirilməsinin böyük əhəmiyyəti vardır. Ümumi daxili məhsulun adambaşına düşən həcminə görə irəlidə gedən ölkələr, məsələn, ABŞ, Almaniya, Yaponiya yüksək iqtisadi göstəricilərə xammal hesabına deyil, məhz innovasiya yolu ilə gedərək, elmi- texniki imkanlardan geniş istifadə edilməsi nəticəsində nail olmuşdur.
    Innovasiya fəaliyyətinin kifayət qədər geniş miqyasda təşkil edilməsi üçün elmi, elmi- texniki və həmçinin elmi- texniki tərəqqini təmin edən istehsalat sahələrinin əsaslı transformasiyası ilə bağlı problemlərin həlli vacibdir. Bu problemlər təkcə iqtisadiyyat elminə aid deyil, həmçinin bazar münasibətlərinin tələbləri nəticəsində meydana gəlmiş menecment və digər elmi sahələrin də tədqiqat obyektidir. Yeni problemlər elmi- texniki və innovasiya fəaliyyətinə yeni prizmadan baxmaqla, elmi- texniki məhsula yeni yanaşmaların və onların düzgün idarə edilməsinin də formalaşmasını şərtləndirir. Beləliklə, qarşıda duran əsas məsələ ölkənin innovasiya sisteminin düzgün formalaşmasından və düzgün idarə edilməsindən ibarətdir.
    Ölkənin innovasiya sisteminin formalaşdırılması sisteminin formalaşdırılması bir neçə konkret məsələni ortaya çıxarır ki, bunların da ən vacibi elmi- texniki məhsula və ümumiyyətlə, intellektual məhsula münasibətin dəyişdirilməsi, elmi- texniki məhsulun əmtəə pul münasibətlərində digər ( maddi) məhsullarla eyni dərəcədə iştirakının təmin edilməsidir.
    Innovasiya potensialından fərqli olaraq innovasiya sistemində təkcə yeni texnologiyaların istehsalı və istifadəsi ilə məşğul olan subyektlərin məcmusu deyil, həmçinin bu proses zamnı onların arasında baş verən münasibətlərin də məcmusu aiddir.
    Ona görə də ölkənin innovasiya sistemi vahid və tam bir struktur təşkil etməli və mütləq dövlətin himayəsində olmalıdır. Bu sasən onunla şərtlənir ki, innovasiya fəaliyyəti bir qayda olaraq, həmişə innovasiya prosesinin bütün mərhələlərində risklə bağlı olur. Ona görə də bu prosesin gedişi, düzgün idarə edilməsi və son ( yeni) məhsulun realizə lunmasının təminatı əvvəlcədən həyata keçirilməlidir. Bunun üçün müvafiq qanunvericilik aktları paketinin işlənib hazırlanması və təsdiq edilməsi vacibdir.
    Beləliklə, ölkənin iqtisadiyyatının innovasiya yolu ilə qurulması məhz milli innovasiya sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsindən asılıdır. Yuxarıdakı araşdırmaları ümumiləşdirərək, milli innovasiya sistemi ölkənin daxilində, ümumiyyətlə, yeni bilik və texnologiyaların istehsalı və yayılması, idarə edilməsi prosesinin bütün iştirakçılarının və onların arasında bu proses zamanı təzahür edən münasibətlərin məcmusudur. Burada innovasiya sisteminin ” milliliyi” anlayışı dövlət himayəsinin olmasını bildirir.
    Azərbaycan Respublikasında bazar münasibətlərinə uyğun milli innovasiya sisteminin yaranması və uğurlu fəaliyyəti aşağıdakı amillərdən əsaslı surətdə asılıdır:

    1. yeni texnologiyaların, texnikanın, ideya və biliklərin istehsaları olan müəssisələr şəbəkəsinin mövcudluğu

    2. yeni məhsul istehsal edə bilən istehsalat müəssisələri şəbəkəsinin mövcudluğu

    3. sadalanan istehsal prosesləri iştirakçılarının ( müəssisələr və digər subyktlərin ) maliyyələşdirilməsi sisteminin mövcudluğu

    4. bütün tərəflər arasında münasibətlərin tənzimləmə mexanizminin olması

    və s.
    Milli innovasiya sisteminin yaranması və formalaşmasına mane olan bir sıra amillər də vardır ki, onları da aradan qaldırmadan bu sistemin yaranması mümkün deyil. Bu amillərdən biri innovasiya fəaliyyətinə dövlət dəstəyinin son dərəcə zəifliyidir.
    İkinci amil kimi respublikanın intellektual mülkiyyət obyektlərinin uçotunun olmamasını göstərmək olar.
    İntellektual mülkiyyət dedikdə, əsasən elm, texnika, ədəbiyyat, incəsənət və digər yaradıcılıq sahəsindəki intellektual fəaliyyətinin nəticəsində olan hüquq başa düşülür.
    İnnovasiya prosesinin mərkəzi fiqurunu ixtiraçı təşkil edir.
    Onun beynində yeni ideyalar yaranır, sonradan isə bəzən bütöv bir kollektiv tərəfindən həmin ideyaların reallaşdırılması mexanizmi işlənib hazırlanır. Bu baxımdan yeni innovasiya təşkilatlar: - konsorsium, daxili venzur və s. əsas rol oynayır.



    Yüklə 23,83 Kb.

    Dostları ilə paylaş:
  • 1   2




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə