Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə34/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   30   31   32   33   34   35   36   37   ...   69
innovasiya-menecmenti-muhazire

Dizayn tələbləri
Dizaynın əsas məqsədi istehlakçıların ehtiyaclarını və gözləntilərini qarşılamaqdır. Yaxşı dizayn istehlakçı ilə başlayır, onunla da bitir. Marketinq istehlakçıların ehtiyaclarını və gözləntilərini öyrənmək üçün müştərilərdən, eləcə də potensial müştərilərdən informasiyanı toplayır. Gözləntilər müştəridən müştəriyə dəyişir və hətta eyni bir müştəri üçün gündən günə dəyişir. Məhsul və xidmət dizayneri marketinqlə birgə işləyərək həmin məhsul və xidmətin əsas xüsusiyyətlərini dizayn edir. Bu mərhələdə məhsul və xidmətlər üçün 3 əsas aspect qeyd olunur:

  1. Konsept- müştərinin alacağı fayda

  2. Məhsul paketi, hansı ki, konseptdə göstərilən faydaları təmin edir

  3. Proses – hansı ki, məhsul elementi və xidmətlər arasında münasibətləri müəyyən edir.

Restoranda yemək məhsul (yemək və içki) və ofisiantın xidmət etmə tərzi, arxa fon musiqisi kimi xidmətlərdən ibarətdir. Bəzi məhsul və xidmət elementləri əməliyyatların əsasını təşkil edir və bütün məhsul paketini dağıtmadan onları çıxarmaq olmaz. Paketin digər hissələri əsas olanlara xidmət edir. Məsələn, fast food restoranında yemək və yeməyin çatdırılma sürəti əsas elementlərdir, mühit və məkanın dizaynı isə koməkçi elementlər. Əsas elementləri dəyişməklə, yaxud əlavə köməkçi elementlər daxil etməklə təşkilatlar müxtəlif məhsul paketləri yarada bilər və fərqli məhsul və xidmətlər dizayn edə bilərlər.
Dizayn və həcm
Əməliyyatların idarə edilməsinin bütün funksiyaları qərarların qəbulunu da özündə birləşdirir. Bunlardan bəziləri taktiki qərarlar olmaqla, qısa müddətli nəticələri nəzərdə tutur, bəziləri isə strateji olub, uzun müddəti əhatə edir. Belə mühüm qərarlardan biri də tələb olunan istehsal həcminin müəyyənləşdirilməsinə aiddir. Əgər dizaynerin məhsul üçün innovativ bir ideyası varsa, əvvəlcə ona baxmaq və daha da təkmilləşdirmək üçün modelini hazırlayır. O, bu modeli kolleqalarına və ya potensial müştərilərə göstərə bilər. Bu mərhələdə məhsulun detallı təsviri tələb olunmur. Məhsulun həyat dövriyyəsinin bu mərhələsində istehsalı təsvir etmək üçün “istehsalın layihə metodu” termini işlədilir. Belə ki, bu mərhələdə məhsulun dizaynı hələ layihə formasında olur və heyətin, yaxud istehlakçıların rəyi ilə ona hər hansı dəyişiklik edilə bilər.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə