Innovasiya menecmenti


Əl qabiliyyətinə əsaslanan məhsullar



Yüklə 1,46 Mb.
səhifə35/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   31   32   33   34   35   36   37   38   ...   69
innovasiya-menecmenti-muhazire

Əl qabiliyyətinə əsaslanan məhsullar
Bəzi məhsullar xüsusi əl qabiliyyətinə əsaslanır və kiçik həcmdə istehsal olunur. Məsələn, unikal geyimlər əldə hazırlanır və fashion shoularda nümayiş olunur. Bu dizayn nümunələri başqa təşkilatlar tərəfindən kopyalanır və istifadə olunur. Bu kopyalar eyni görünə bilər, lakin əsasən fərqli materiallardan hazırlanır və daha ucuz olmasına çalışılır. Təchizatçılar üçün əməliyyatların idarə edilməsinin əsas hədəfi dəb dəyişməmiş bazarın tələbinə sürətli şəkildə reaksiya verməkdir. Verilən reaksiyanın elastikliyi (flexibility) və sürəti təşkilatın uğuru üçün mühüm amildir.
Dizayn sadələşdirməsi
Dizaynın məqsədi məhsulları inkişaf etdirməkdir, hansı ki, ehtiyacları və gözləntiləri qarşılayır. Əgər məhsulun hazırlanması sadədirsə, bu zaman tələb olunan keyfiyyət idarə etməsi prosedurları daha az mürəkkəb, asan başa düşülən və buna görə də daha effektiv olacaq. Əgər dizaynın hazırlanması asandırsa, bu zaman istehsal prosesi ərzində daha az zay məhsul olacaq və istehlakçıya keyfiyyətsiz məhsulun çatdırılma riski də aşağı olacaq. Araşdırma, dizayn və təkmilləşdirmənin ardıcılllıqla deyil, bir-birinə çox yaxın və hətta paralel aparılmasını nəzərdə tutan “concurrent engineering” “paralel texnika”-nın istehsalata tətbiqi menecmentin bu sahəsinə çox böyük töhfələr vermişdir. Istehsal prosesi daxilində innovasiya xərclərə qənaətin yeni yollarının axtarılmasını əhatə edir və davamlı bir prosesdir, həmçinin dizaynerlər əməliyyatlar heyəti və marketinq heyəti ilə nə qədər yaxın və əlaqəli fəaliyyət göstərərsə, təşkilat da bir o qədər uğurlu olar.
Proses planlaşdırması (design-hər iki mənada) və innovasiya
Prosesin dizaynı (planlaşdırılması) proses çərçivəsində istifadə olunan texnologiyaya əsaslanır. Metal emalı (metal işləmə), kimya sənayesi məhsulları emalı, plastik materiallar emallı və elektron məhsulların yığılması özü özlüyündə mürəkkəb sahələrdir. Prosesin dizaynı çərçivəsində innovasiyanın xüsusiyyətini başa düşmək məqsədilə, əməliyyatların mühüm elementlərindən birinə -məhsul və ya xidməti təklif edən obyektin dizaynına nəzər yetirək. Xidmət tipli əməliyyatlarda dizayn xüsusuilə önəmlidir. Əgər bir işçi bütün gününü “quraşdırma xətti (assembly line)” üzərində maşının oturacağını yığmaqla keçirirsə, onda o qısa bir zamanda bu sahədə ekspert olacaq. Bütün təşkilatlarda innovasiyanın əsasən mənbəyi işçilərin intellektidir və uğur qazanmaq istəyən təşkilatda intellektual avktivliyin artırılması, təkliflərin səsləndirilməsi üçün əlverişli mühitin yaradılması da yuxarı səviyyəli menecerlərin vəzifəsidir. Necə ki, biz əylənmək və ya ruhlanmaq üçün konsertlərə, incəsənət qalereryalarına gedirik, işçiləri innovativ düşünməyə, kreativ olmağa təşviq etmək məqsədilə iş yerimizdə də belə bir mühit olmalıdır. İş yerlərinin, universitet kampüslərinin planlaşdırılması və dizayn edilməsi zamanı da iş mühitinin vacibliyi diqqətə alınmalıdır. Hətta kitab mağazasının tərtibatı da onun satışlarına təsir edir.

Şəbəkə dizaynı



Tərtibat və axın

Prosesin texnologiyası



İşin dizaynı


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə