Innovasiya menecmenti


Həyatın patentləşdirilməsi



Yüklə 1,46 Mb.
səhifə43/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   39   40   41   42   43   44   45   46   ...   69
innovasiya-menecmenti-muhazire

Həyatın patentləşdirilməsi
Biologiya, tibb və biotexnologiya sahəsində elmin sürətli inkişafı, həyat formalarının patentləşdirilməsinin əxlaqi-mənəvi cəhətdən uyğunluğu ilə bağlı mübahisələri daha da intensivləşdirdi. Keçən əsrin sonlarında, ABŞ və Avropa patent sistemi bu məsələyə fərqli yanaşırdılar. Belə ki, ABŞ bir qədər liberal mövqe tutaraq həyat formalarına patent verilməsinə icazə verirdi. Avropada isə buna qarşı idilər. Bu fərq, Harvard Tibb Məktəbinin oncomouse – Harvard siçanı ilə bağlı müraciəti zamanı daha çox üzə çıxdı. Oncomouse geni, dəyişdirilmiş laboratoriya siçanı idi. O, oncogen adlı xüsusi geni daşıyırdı və bu siçan xərçəng xəstəliyinin araşdırılmasında istifadə olunurdu. Harvard Tibb Məktəbinin Avropapatent mərkəzinə müraciəti rədd edilmişdi. Səbəb isə, onun canlı varlıq olması və patentləşdiriləbilən olmamasıdır.
Bu yanaşma Avropada biotexnologiyalar sahəsinə ciddi təsir göstərdi. İlk növbədə, bu sahədə aparılan araşdırma və tədqiqatlar, yeniliklər qorunmurdu. Bu da ABŞ patentləşdirməyə icazə verdiyinə görə Avropadan intellektual və maliyyə kapitalının ora axıb getməsi təhlükəsini yaradırdı. Digər tərəfdən, bu fərq, tarazlığı pozurdu. Çünki, ABŞ-da müəyyən genlər üzərində aparılan tədqiqatların patentləşdirilməsi Avropada eyni işin aparılması imkanlarını məhdudlaşdırırdı. Nəhayət, 27 noyabr 1997-ci ildə Avropa Birliyi həyat formalarının patentləşdirilməsinə icazə verdi.
Hər hansı bir canlının hüceyrələrindən istifadə etməklə yeni bir canlının yaradılması, yəni klonlaşdırma, yaranmış sabitliyi yenidən pozdu. Dolly adlı ilk klonlaşdırılmış qoyun haqqında məlumatların ictimaiyyətə açıqlanması böyük mübahisələrə səbəb oldu. Klonlaşdırmanın və onun patentləşdirilməsinin əxlaqa və mənəvi dəyərlərə zidd olması ilə bağlı fikirlər, xüsusilə üstünlük təşkil edirdi. İndinin özündə də bu fikirlər qalmaqdadır.
İnsan genetikasının patentləşdirilməsi
10 il əvvəl həyat formalarının və insan genetikasının araşdırılmasına çox az şirkət maraq göstərirdi. İndi isə bu istiqamətdə yatırımların həcmi 30mlrd. avrodan çoxdur. Təkcə Avropanın özündə yeni canlı varlıqların yaradılması sahəsində 800-dən çox kiçik və orta ölçülü şirkət fəaliyyət göstərir. Bu şirkətlər insan genləri və DNA-sı üzərində araşdırma aparmaqla bir çox müalicə oluna bilməyən xəstəliklərin müalicəsi üsullarını tapmağa, vaksinlər, dərmanlar hazırlamağa çalışırlar.
İnsan genetikasının araşdırılması, yeni həyat formalarının yaradılması ilə bağlı fərqli fikirlər mövcuddur. Bir qrup alimlər təbiətlə oynamağın, onda hər hansı bir dəyişiklik edilməsinin düzgün olmadığını düşünürlər. Onların fikrincə, bu, bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yarada bilər. Digər qrup alimlər isə, elmin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, gələcəkdə bütün sağalmaz xəstəliklərin müalicə oluna biləcəyini, ümumiyyətlə, heç bir xəstəliyin olmayacağını düşünürlər.
Bu sahədə fəaliyyət göstərən şirkətlərin əksəriyyəti 1-2 mütəhəssisin araşdırmalarına əsaslanaraq fəaliyyət göstərən kiçik startuplardır. Onların maliyyə mənbələri sabit deyil. Sadəcə, patentləşdirmə ilə bağlı müraciətlərin proqnozlaşdırılan gəlirlərinə əsasən maliyyələşir. Bu da investorlar üçün təhlükəlidir.
İstənilən patent sistemin məqsədi, ixtiraçı və geniş ictimaiyyətin maraqları arasında balans yaratmaqdır.Hazırda çoxları inanır ki,ABŞ patent hüququ ixtiraçıların və investorların ehtiyaclarına həddən artıq qərəzlidir və kasıbları, dünyanın inkişaf etməkdə olan ölkələrini nəzərə almır.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə