Innovasiya menecmenti


Patentlər innovasiyanı ləngidir,yoxsa stimullaşdırır?



Yüklə 1,46 Mb.
səhifə46/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   42   43   44   45   46   47   48   49   ...   69
innovasiya-menecmenti-muhazire

Patentlər innovasiyanı ləngidir,yoxsa stimullaşdırır?
Professor William Haseltineyə görə, patentləşdirmə QİÇS tədqiqatına əngəl törətmir.1980-ci illərdə o, HİV virusunun DNA-sını deşifrə edən komanda üçün işləmişdir, onun genləri üzərində araşdırma aparmış və həmin genlərin düzəltdiyi bəzi proteinləri kəşf etmişdir.Onun adı QİÇS virusuna aid on ikidən çox patentdə var, lakin həmin patentlər onun sonradan işlədiyi Harvard Tibb Məktəbinin xərçəng institutu tərəfindən saxlanılır. O deyir ki, bu sahədə indiyə qədər 1000-ə yaxın patent qeydiyyata alınıb və onların hər biri digərinin üzərində qurulub.Və mən elə bir hala rast gəlməmişəm ki, patent nə vaxtsa hansısa alimə əngəl yaratsın.
Əmtəə nişanları
Əmtəə nişanları iş dünyasında xüsusi əhəmiyyət kəsb edir. Çoxsaylı şirkətlər üçün, xüsusilə, patent istifadəsi məhdud, texnologiyaya daha az müraciət edilən sənayelərdə, əmtəə nişanları şirkət məhsullarının fərqləndirilməsi üçün istifadə olunan metodlardan biridir.
Əmtəə nişanı - müəssisənin istehsal etdiyi məhsulları fərqləndirmək üçün istifadə olunan xüsusi ad, nişan və simvollardır.
Əmtəə nişanları Aktı (1994, 1-ci hissə) ticarət nişanlarını, məhsul və ya xidmət öhdəçiliklərini digər öhdəçiliklərdən ayıran və bunu təmsil etməyə qadir olan simvol kimi müəyyənləşdirir.
İlk əmtəə nişanlarından bəziləri, öz bizneslərini göz önünə çıxarmaq üçün qızıl və gümüş sahibləri tərəfindən istifadə edilib. İlk qeydiyyata alınmış 1 nömrəli əmtəə nişanı 1890-cı ildə, öz pivələri üçün yaratdıqları qırmızı üçbucaq simvoluna görə Bassa verilib. Əmtəə nişanlarından istifadə üçün müəyyən məhdudiyyət və prinsiplər mövcuddur. Xüsusilə, əmtəə nişanları :
Aldadıcı olmamalı və əvvəlki əmtəə nişanları ilə bir qarışıqlıq yaratmamalıdır.
Artıq qoxular, səslər və qablar da qeydiyyata alına bilir. Belə ki, bir çox ətir istehsalçıları öz ətirlərinin əmtəə nişanı kimi qeydiyyata alınması üçün müraciət edir. Coca-cola və Unilever firmaları kola və domestosun qablarının ticarət nişanı olması üçün müraicət ediblər.
Hər hansı söz ticarət nişanı ola bilməz. Məsələn, dana əti, kənd pendiri və s.
Aldadıcı söz işlənməməlidir. Məsələn, Orlvvola qeydiyyat üçün müraciət etmişdi. Lakin adında işlədilən vvool sözü insanları aldatmışdı. Süni lif olduğu halda onun məhsullarının yundan olduğunu düşünürdülər.
Marka adları
Marka adı və əmtəə nişanları arasındakı əlaqə get-gedə daha sıx və güclü olmağa başlayıb. Ədəbiyyat, digər markaları iki hissəyə : marketinq sahəsində qalan markalara və hüquq sahəsindəki əmtəə nişanlarına ayırmağa meyillidir.
Firmanın sahib olduğu istehsalat avadanlığı, torpaq və digər sərmayə mülkləri kimi, marka da mülk və dəyərli mal olaraq qəbul oluna bilir. “Marka dəyəri” hər hansı bir marka adının dəyərini təsvir etmək üçün istifadə olunan termindi. Müsahiblər və marketoloqlar öz təriflərinə görə bir-birindən fərqlənirlər və bu termini müəyyənləşdirmək üçün müxtləlif cür yanaşmalar olmuşdur :
Ayrıla bilən mülk olaraq, bir markanın toplam dəyəri - satılanda və ya maliyyə hesabatına daxil ediləndə; İstehsalçı gücünün markaya əlavə edilən ölçüsü və istehlakçının marka haqqında olan sadiqlik və inamlarının tərifi.
Marka dəyəri həm müştərilər, həm də firma üçün ortaq dəyərə sahibdi. Marka müştərilərə bazarlıq hallarında inam verə bilir. Firmalar, güclü marka adlarına sahib olmaqla özlərinə böyük xeyir götürür. Marka adlarındakı investisiya, marka əlavələri vasitəsilə genişlənə və bölgünü artıra bilir. Yüksək marka dəyəri tez-tez yüksək qiymətlərin tətbiq olunmasına imkan yaradır, bu səbəbdən də, bu, əhəmiyyətli rəqabət üstünlüyüdür. Firma öz markasını inkişaf etdirməkdənsə, markanı başqa şirkətdən satın almaq barədə qərar qəbul edə bilir. Doğurdan da bu, həm daha sərfəli, həm də az riskilidir. Misal üçün, İKEA Habitat markasını satın alıb. Habitat mebel və ev əşyaları bazarında güclü İngiltərə varlığına sahib idi və bu da, İKEA-ya İngiltərə mebel bazarındakı varlığını artırmağa imkan verirdi.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə