Innovasiya menecmenti



Yüklə 1,46 Mb.
səhifə44/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   40   41   42   43   44   45   46   47   ...   69
innovasiya-menecmenti-muhazire

Patentin konfiqurasiyası
Patentin verilməsi üçün onun məzmununun ictimailəşdirilməsinə ehtiyac vardır. Patentlərin ictimaiyyət tərəfindən asanlıqla qəbul edilməsi üçün rəsmi qeydiyyat və indeksləşdirmə sistemi yaradılmışdır. Bu sistemdə hər bir patentin verildiyi ölkə, müraciətin edilmə vaxtı, müraciət edənin şəxsi məlumatları və s. göstərilir. Patentə aid ən vacib informasiya mənbələri patentin spesifikasiyası və patentin təsviridir. Məlumatların əlçatanlığını təmin etmək üçün bunların hər ikisi müxtəlif üsullarla təsnifləşdirilir və sistemdə yerləşdirilir.
Patent spesifikasiyası ixtiranın detallı izahıdır və bu izah elə olmalıdır ki, digər şəxslərin həmin ixtiradan istifadə edə bilməsi üçün kifayət qədər məlumat olsun. Sənədin bu hissəsi dəqiq və metodiki əsaslandırılmış olmalıdır. Patentin təsviri ixtiranın texniki məqsədini və təqdim etdiyi üstünlüyü müəyyən edən patent spesifikasiyasının ilk səhifəsində çap olunmuş qısa bəyanatdır. Burada patentləşdirilmiş məhsulun təsviri (şəkli) göstərilir və bu təsvirlər həftəlik informasiya bukletlərində çap olunur. Hazırda bütün Avropa üçün Avropa Patent Ofisindən patent əldə etmək mümkündür və bu, hansısa bir ölkədə və ya bir neçə ölkədə qəbul oluna bilər.
Patent harmonizasiyası.First To File və First To İnvent konsepsiyaları.
Bir çox sənayeləşmiş ölkələr öz sərhədləri daxilində fəaliyyət göstərən şirkətlərə müəyyən patent mühafizəsi formaları təklif edirlər. Müxtəlif ölkələr müxtəlif konvensiyaların üzvləridir və müxtəlif patent mühafizə sistemlərini qəbul edirlər. Avropa və ABŞ patent sistemlərinin çoxlu oxşar cəhətləri var, məsələn, hər ikisi patent sahibinə patentdən istifadə ilə bağlı 20 illik monopoliyaya icazə verir. Buna baxmayaraq onlar arasında başlıca fərq var. ABŞ-da patent- ixtiranın ilk dəfə ona aid olduğunu sübut edə bilən tədqiqatçıya verilir. Bundan fərqli olaraq Avropada o, ilk dəfə həmin ixtiranın patenti üçün iddia qaldıran şəxsə verilir.
Bəzi məşhur patent halları.
1880: Ediswan.Nadir hallarda eyni ixtiralar eyni vaxtda gəlir.Lakin, elektrik lampası ilə məhz bu,baş verib,o,demək olar ki,eyni vaxtda Atlantik okeanın müxtəlif sahillərində Tomas Edison və Cosef Svon tərəfindən patentləşdirilib.Patent davasından yayınmaq üçün hər iki maraqlı tərəf hazırda da ticarət markası kimi qeydiyyatda olan Ediswan adlı lampaları istehsal etmək üçün İngiltərədə birləşdilər.
1930:Whittle təyyarə mühərriki.Frenk Vittle öz təyyarə mühərrikini patentləşdirə bilsə də, onun işə götürənləri – RAF şirkəti ixtiranı səmərəli işlətməyi bacarmadılar və bunu sənaye miqyasında istehsal edə bilmədilər. Daha sonra McDonnell Douglas, Pratt və Witney ABŞ firmaları bu patentdən daha uğurla istifadə etməyi bacardılar.
1943: Penicillin. Aleksandr Fleminq 1928-ci ildə penisillini kəşf etdi və 13 il sonra 14 oktyabr 1941-ci ildə Oxford Universitetinin tədqiqatçıları patenti 13242 nömrəli olaraq qeydiyyata sala bildilər..Tam spesifikasiya 16 aprel 1943-cü ildə qəbul olundu.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə